Dərmanlar

Həkimlər nikbindir: dərman qadağası böhrana səbəb olmayacaq

52
(Yenilənib 18:09 06.01.2016)
Səhiyyə təmsilçiləri 844 adda dərmanın satışının qadağan edilməsini əhalinin xeyrinə atılmış addım hesab edirlər

BAKI. 6 yan — Sputnik. Səhiyyə Nazirliyinin qərarı ilə 844 adda dərmanın apteklərdən yığışdırılması və satışının qadağan edilməsi barədə məlumat vermişdik. Bəs, dərmanların apteklərdən yığışdırılması Azərbaycan cəmiyyəti üçün nə vəd edir? Satışı qadağan edilən dərmanların alternativləri varmı? Alternativi olmayan dərmanların yerini necə dolduracağıq? Sputnik əməkdaşı bu suallara həkimlərin dili ilə cavab tapmağa çalışıb.

Akif Bağırov — terapevt: "Əslində, qərarı doğru sayıram. "Qara bazar"da olan və qeydiyyatdan keçməyən dərmanların satılmasının qarşısını almaq üçün atılmış bir addımdır. Məsələn hər hansısa bir ölkədə "A" adında dərman hazırlanır və "001" seriyası ilə satışa çıxarılır. Səhiyyə Nazirliyi bu dərmanı yoxlayır və satış üçün lisenziya verir. Və bu dərman tam yararlı dərman sayılır. Amma eyni zamanda digər ölkədə eynilə bu dərmanın eynisi hazırlanır və "002" seriyası ilə paylanır. Amma bu dərman "qara bazar"ın məhsuludur və lisenziyası da yoxdur. Məqsəd də belə dərmanları çıxarmaqdır".

"Deyim ki, bundan sonra da xəstələr dərman problemi yaşamayacaq və qadağan olunan dərmanların alternativini tapa biləcəklər. Sadəcə bu dərmanların ləğvi Səhiyyə Nazirliyinin lisenziya vermədiyi dərmanlarla mübarizəsidir. Yəni bu, müsbət addımdır", A.Bağırov bildirdi.

Afaq Məcidova — Dəri-zöhrabı həkimi: "Hər bir dərmanın, demək olar ki, alternativi var. Olmasa belə, alternativ müalicə üsulu var".

O ki qaldı dərmanların ləğvinə, lisenziyası olmayan, qeydiyyatdan keçməyən dərmanlarlın satışı dayandırılıb ki, A.Məcidova hesab edir ki, bu da nəticə etibarilə xəstələrin xeyrinədir: "Səhiyyə Nazirliyi də xəstələrin sağlamlığını düşünərək bu addımı atıb".

Xatırladaq ki, dövriyyəsi qadağan edilən dərman seriyaları müxtəlif ölkələrin — Türkiyə, Hindistan, Rumınya, Danimarka, Rusiya, İordaniya, Gürcüstan, Ukrayna, Polşa, Misir, Almaniya, Belarus və s. ölkələrin istehsalıdır. Bu dərmanların sırasında Rusiya və Türkiyə istehsalı olan dərmanlar üstünlük təşkil edir.

Dövriyyəsi qadağan olunmuş dərmanların siyahısını buradan əldə edə bilərsiniz.

52
Teqlər:
afaq, akif, həkim, qadağa, aptek, dərman
Əlaqədar
Dərman qadağası konkret ölkələrə şamil edilmir
Tarif Şurası 3540 dərmanın qiymətini təzələdi
Dərmanların qiymətləri qaldırılacaq
530 dərman vasitəsinin qiyməti təsdiqlənib
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Azərbaycanda COVID-19-a qarşı peyvəndin vurulacağı tarix açıqlandı

55
(Yenilənib 18:48 15.01.2021)
İbrahim Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.

O bildirib ki, gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq: "Həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb. Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi".

İ.Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

55
Teqlər:
brifinq, Azərbaycan, peyvənd, Koronavirus, epidemiya, COVID-19
Koronavirus xəstəsi, arxiv şəkli

Şüa ilə koronavirusu müalicə etmək təhlükəlidir

8
(Yenilənib 01:13 15.01.2021)
"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür"

BAKI, 15 yanvar — Sputnik. Koronavirusun radiasiya dozaları ilə müalicəsi təhlükəli ola bilər. Radiasiya və ultrabənövşəyi şüalardan səthləri və havanı dezinfeksiya etmək daha yaxşıdır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə tibb elmləri doktoru, virusoloq Anatoli Altşteyn danışıb.

Rusiya və Özbəkistandan olan elm adamları zəif dozalı radiasiyanın koronavirusu və mutasiyalarını insana zərər vermədən məhv edə biləcəyini müəyyən ediblər.

Bu barədə əvvəllər Ural Federal Universitetinin mətbuat xidməti də məlumat vermişdi.

Universitetdən verilən məlumata görə, COVID-19-a radiasiya təsirinin tədqiqi Ural Federal Universiteti və Özbəkistan Respublikası Elmlər Akademiyasının alimləri tərəfindən aparılır. Birgə tədqiqatlar zamanı yumşaq rentgen və ultrabənövşəyi şüalanmanın koronavirusa təsirinin xüsusiyyətləri aşkar olunub.

"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür", - deyə Altşteyn bildirib.

Belə ki, bir insana içindəki koronavirusu öldürə biləcək dozada şüa verilərsə, onun özünə zərər vermək ehtimalı böyükdür.

Virusoloq buna alternativ olaraq qeyd edib: "Səthləri şüalandırmaq ən yaxşı dezinfeksiyadır. Havada bir virusu ultrabənövşəyi şüalarla öldürmək olar". 

8
Teqlər:
təhlükə, radiasiya, şüa, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0