Murdarça

Bu bitki sizi bağırsaq xərçəngindən qəbizlikdən xilas edə bilər

6392
(Yenilənib 22:13 26.12.2015)
Əsrlərin sınağından keçmiş bu üsulu siz də sınayın.

BAKI, 26 dek-Sputnik. Orqanik olmayan, tərkibi kanserogen maddələrlə, toksinlərlə zəngin olan qidalar, gözlə görünməyən ekoloji fəlakətlər son illərdə xərçəngi dünyanın 1 nömrəli xəstəliyinə çevirib. Hər il milyonlarla insan bu dəhşətli xəstəliyin qurbanı olur. Mədə və bağırsaq xərçəngi də kifayət qədər yayğındır. Bəzən mədədə yaxşı həzm olunmayan qida qalıqları, bağırsaqda uzun müddət qalan, gec-gec ifraz olunan möhtəviyyat xərçəng törədən bakteriyaların mənbəyi ola bilər. Ona görə də, hər kəs mədədə qidanın yaxşı həzm olunmasına, bağırsaqların normal işləməsinə diqqət yetirməlidir.

Sputnik bu məsələdə hər kəsə yardım edəcək qədim xalq təbabəti üsulunu təqdim edir.

Azərbaycan meşələrində də bitən murdarça bitkisi qədim zamanlardan xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.

Murdarça ağacının qabığı qəbizlik zamanı çox yaxşı təsir edir, bağırsaqların fəaliyyətini gücləndirir. Hətta ağır xroniki qəbizlik zamanı murdarça qabığı insana yaxşı kömək edir. Bitki çox yumşaq təsir edir, bağırsaqların selikli qişasını qıcıqlandırmır.

Qəbizliklə mübarizə aparmaq üçün resept belədir:
1 xörək qaşığı murdarça qabığı üzərinə 1 stəkan qaynar su tökün. 15 dəqiqə ərzində su hamamında qızdırın, süzün və qabıqları yaxşı sıxın. Alınan dəmləməni 1/2 stəkan olmaqla axşam yatmazdan əvvəl için. Adətən 8-10 saatdan sonra bu vasitə lazım olan təsir göstərir.
Çox ağır xroniki qəbizlik zamanı dəmləməni gündə 2 dəfə səhər və axşam 1/2 olmaqla qəbul edirlər.
Müalicə müddəti 7 gündür.

Bütün digər qəbizliyi müalicə edən vasitələr kimi bu vasitə də alışma yaradır və daha sonra təsir etmir və ya çox gec təsir edir. Bu səbəbdən qəbizlik zamanı murdarça qabığını digər vasitələrlə növbəli şəkildə qəbul etmək lazımdır.

Bundan başqa, murdarça qabığı sağlam insanlarda bağırsaqların və bütün orqanizmin təmizlənməsi məqsədi ilə istifadə oluna bilər.
Murdarça qabığı sidikqovucu təsir edir, böyrəklərdən və sidik yollarından duzları xaric edir, ödemləri azaldır, dəri xəstəlikləri (ekzema, çiban və s.), babasil, anal çatları (oturaq vannaları şəklində) zamanı istifadə oluna bilər.

6392
Teqlər:
murdarça, orqanik, qəbizlik, toksin, kanserogen, xərçəng, Azərbaycan
Əlaqədar
Xərçəng daha bir jurnalistin həyatına son qoydu
Mədə xərçəngini törədən ağ düşmən
Döş xərçənginə tutulmaq istəmirsinizsə...
Xərçəng haqqında qorxunc faktlar
Qan xərçənginin qarşısını alan meyvə
 Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Peyvənd olunanların sayı açıqlandı

4
(Yenilənib 16:55 20.04.2021)
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1352210, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 899213 nəfərə çatıb.

 

BAKI, 20 aprel — Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14830 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9981, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4849 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1352210, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 899213, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 452997 təşkil edir.

4
Teqlər:
peyvənd, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
 Təcili yardım briqadası, arxiv şəkli

Azərbaycanda COVID: yoluxma da, ölüm artdı

1141
İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4203 nəfər vəfat edib.

BAKI, 20 aprel — Sputnik. Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 2197 yeni yoluxma faktı qeydə alınıb, 1 946 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4203 nəfər vəfat edib. 32 170 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13777, bu günə qədər isə ümumilikdə 3 128 656 test icra olunub.

1141
Teqlər:
Azərbaycan, statistika, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Yanğın şlanqı, arxiv şəkli

Bakının mərkəzində çaxnaşma: dördmərtəbəli binada yanğın oldu

0
(Yenilənib 00:19 21.04.2021)
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunublar.

BAKI, 21 aprel - Sputnik. Bakının mərkəzində yanğın olub.

Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 4 ünvanında yerləşən dördmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunublar. Yanğın söndürülüb.

 

0
Teqlər:
yanğın, Bakı