Kişilər sözün düzünü yuxuda deyir

Cinsi ilişgi beyinə necə təsir edir?

1167
(Yenilənib 17:42 29.11.2015)
NLP eksperti Babək Bayramovdan növbəti dəyərli məsləhətlər.

BAKI, 29 noy — Sputnik. ABŞ və Şimali Koreya alimlərinin apardığı birgə araşdırmalar nəticələrində cinsi əlaqələrin insan beyninə təsiri müəyyən olunub.

Məlum olub ki, cinsi əlaqədən sonra hipokampda neyronların sayı artır. Hipokamp — qısamüddətli yaddaşın uzunmüddətli yaddaşa keçid prosesində iştirak edən beyin hissəsidir. Baxmayaraq ki, bütün sınaqlar gəmiricilər üzərində aparılıb, alimlər iddia edirlər ki, siçanların beyin aktivliyi insan beyninin aktivliyinə olduqca yaxındır.

Nəticədə, gündəlik yarımsaatlıq cinsi əlaqənin nəticəsində siçanların beyin neyronları artıb, beynin ümumi funksiyaları bərpa olunub.
Onu da qeyd etmək lazımdır ki, uzunmüddətli cinsi əlaqədən uzaq saxlanılan siçanların beyin fəaliyyətləri zəifləyib, ümumi funksiyalar adiləşib. Buna görə də, insan beyninin daim aktiv olması və yaddaş itkilərinin olmaması üçün mütəmadi cinsi əlaqədə olmalıdır.

Bundan savayı seks beyinə qan axınını yaxşılaşdırır və hüceyrələrin qanla qidalanmasını gücləndirir. Həmçinin bu faktorlar beyində boz maddənin işini stimullaşdırır və beləliklə, beynin ayrı-ayrı hissələrinin fəaliyyəti güclənir.

Daha öncə London alimlərinin apardığı araşdırmalar nəticəsində məlum olmuşdu ki, insan beyninin hüceyrələrinin qocalması 45 yaşdan sonra aktivləşir. Məhz bu yaşda artıq beyin fəaliyyətinin zəifliyi görünməyə başlayır.

1167