Dərmanlar

Apteklərdə dərmanları niyə tapa bilmirik?

31
Azərbaycanda apteklərdə dərmanların vahid qiymətlə satılmasına başlanıldıqdan, yəni sentyabrın 15-dən sonra ortaya çıxan əsas problemlərdən biri insanların dərman qıtlığından şikayət etməsidir.

BAKI, 21 noy — Sputnik. Azərbaycanda apteklərdə dərmanların vahid qiymətlə satılmasına başlanıldıqdan, yəni sentyabrın 15-dən sonra ortaya çıxan əsas problemlərdən biri insanların dərman qıtlığından şikayət etməsidir. Artıq bu məsələyə rəsmi səviyyələrdə dəfələrlə münasibət bildirilərək qeyd edilib ki, əslində, Azərbaycanda dərman qıtlığı problemi yoxdur.

Bu, apteklərdə dərmanların vahid qiymətlə satılmasına başlanılmasından sonra Səhiyyə Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin birgə apardığı monitorinqlər zamanı da öz təsdiqini tapıb.

Azərbaycanın baş nazirinin müavini Əli Əhmədovun da bu günki açıqlamasından belə nəticəyə gəlmək olar ki, hazırda yalnız ticarət adı ilə axtarılan dərmanların apteklərdə tapılmamasından söhbət gedə bilər. Çünki ölkədə bütün təsiredici maddələr üzrə dərmanlar var və bu baxımdan qıtlıq yoxdur.

Sual olunur: Onda problem nədir? Əgər dövlət qurumlarının da söylədiyi kimi həqiqətən də apteklərdə dərman varsa, insanlar niyə onları tapa bilmirlər?

Dərmanların vahid qiymətlə satılmasına başlanıldıqdan sonra “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması” haqqında yeni qaydalar hazırlayaraq onu təsdiq edən Səhiyyə Nazirliyi həmin sənədə belə bir yeni bənd də əlavə etdi ki, artıq reseptlərə dərmanların adları deyil, onların patentləşdirilməmiş adları, yəni təsiredici adı qeyd edilməlidir. Sənəd yalnız bir halda istisnaya yol verir. Qaydalara görə, təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adı olmadığı hallarda, yəni həmin dərman 3 və daha artıq tərkibli, bioloji oxşar dərman qruplarına aid olduqda resept blankında onun ticarət adı yazılmalıdır. Səhiyyə Nazirliyi də bəyan edib ki, bu, həkimlər qarşısında qoyulan tələbdir və onu pozanlar həkimlər qanunvericiliyə müvafiq qaydada cəzalandırılacaqlar.

Əslində, reseptlərlə bağlı edilən bu dəyişikliyi formal xarakterli dəyişiklik kimi qəbul etmək lazım deyil. Çünki reseptlərdə əsas təsiredici maddənin adının yazılması dərman firmaları ilə əməkdaşlıq edən həkimlərin onun marağına xidmət edən konkret dərman adının yazılması hallarının qarşısını almaqla yanaşı, həmin dərmanlardan istifadə etməli olan insanlara da üstünlük verir. Çünki bu halda pasiyentlər artıq həkimin əvvəllər reseptlərdə yazdığı konkret dərman adlarını axtarmalı olmurlar. Reseptlərdə yazılan təsiredici maddə əsasında dərman alması onlara həm də tərkibli maddə əsasında, fərqli adlarla müxtəlif firmalar tərəfindən istehsal edilmiş dərmanların arasından “cib”lərinə uyğun gələni seçməyə imkan verir.

Təbii ki, Azərbaycanda uzun illərin təcrübəsi reseptlərdə dərmanların konkret adının yazılması ənənəsini qoyduğundan insanlar bu yeniliyə qısa bir zaman ərzində alışa bilməyərək hələ də əllərindəki reseptlərlə konkret dərman axtarır, həmin tərkibli digər adda dərman tapdıqda isə ona ehtiyatla yanaşır və almırlar.

Apteklərdə dərman qıtlığının olmaması barədə gəlinən rəsmi rəyə əsaslansaq, onda belə hesab etmək olar ki, mövcud problemin əsas çıxış yolları həkimlərin bu qaydalara əməl etməsi, pasiyentlərin isə bu yeni tələbdən məlumatlı olmasıdır. Əgər həkimlər dərman firmaları ilə əməkdaşlıq maraqlarını əsas götürərək öz mənafelərini güdməsələr, insanları konkret hansısa adda olan dərmanın daha keyfiyyətli olmasına inandırmaqlarından əl çəksələr, pasiyentlərinin məlumatsızlığından istifadə etməsələr və nəhayət, pasiyentlər dərmanın adının deyil, tərkibinin əsas olduğunu dərk etsələr, onlara verilmiş hüquqdan istifadə edərək həkimlərdən reseptlərdə təsiredici maddənin adının yazılmasını tələb etsələr, axtardıqları dərmanları də qısa müddət ərzində taparlar. Hətta bir deyil, bir necə adla. Demək, problemin həlli üçün insanların bu dəyişiklikləri, dərmanların adlarını deyil, onların tərkiblərinin önəmli olmasını dərk etmələri lazımdır.

Baş nazirin mavini Əli Əhmədovun da “Vətəndaşlar yəqin ki, müəyyən adda olan dərmanlara alışıblar, eyni tərkibdə olan digər dərmanlara bir qədər ehtiyatla yanaşırlar. Bunu başa düşürəm. Amma müəyyən bir müddət keçməlidir ki, vətəndaşlar dərmanın adının deyil, tərkibinin əsas rol oynadığını dərk etsinlər. Bundan sonra problem aradan qalxacaq” söyləməsi də göstrərir ki, problemin həlli yalnız insanların özlərindən, düşüncələrini dəyişmələrindən asılıdır.

TREND

31
Hindistanda epidemioloji vəziyyət

Hindistan koronavirus əleyhinə dərmanın satışına başladı - 64 manata

2
Patentsiz dərman satışının başlaması, Hindistanın bir sıra əyalətlərində səlahiyyətli orqanların koronavirus xəstələri üçün dərmanların olmaması və tədarükündə fasilələr olması ilə əlaqədardır.

BAKI, 13 avqust — Sputnik. Hindistanın dərman şirkəti Zydus Cadila COVID-19 müalicəsi üçün olan virus əleyhinə Remdac preparatının satəşəna başlayıb.

Remdac preparatının satışı hazırda ancaq Hindistanda həyata keçirilir. O tərkibində virusa qarşı olan patentləşdirilməmiş ən ucuz remdesivir əsası daşıyır.

Hazırda 100 mq olan dərmanın qiyməti 2800 rupiyə - 63,75 qəpiyə satılır.

Patentsiz dərman satışının başlaması, Hindistanın bir sıra əyalətlərində səlahiyyətli orqanların koronavirus xəstələri üçün dərmanların olmaması və tədarükündə fasilələr olması ilə əlaqədardır.

2
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda daha 211 nəfər COVID-19-dan sağalıb

307
(Yenilənib 17:37 13.08.2020)
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 520, ötən müddət ərzində isə ümumilikdə 812 033 test aparılıb.

BAKI, 13 avqust - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sputnik Azərbaycan (@sputnik.az)

İndiyədək ölkədə ümumilikdə 33 917 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 269 nəfər müalicə olunaraq sağalıb, 500 nəfər vəfat edib, aktiv xəstə sayı 2 146 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 520, ötən müddət ərzində isə ümumilikdə 812 033 test aparılıb.

307