Xərçəng xəstəliyi

Bu xəstəlik hər üç qadından birində var

1285
(Yenilənib 11:38 18.11.2015)
Statistikaya əsasən, hər üç qadının birində belə kistalar olur və qadınların bir çox hissəsi bundan bixəbər olurlar.

BAKI, 17 noy – Sputnik. Qadınlar arasında süd vəzi kistalarına tez-tez təsadüf edilir.

Sputnik saglamolun.az-a istinadən xəbər verir ki, statistikaya əsasən, hər üç qadının birində belə kistalar olur və qadınların bir çox hissəsi bundan bixəbər olurlar. Kistalar müxtəlif olur — ölçülərinə, sayına, yerləşməsinə görə.

Xəstəlik uzun müddət ərzində inkişaf edir və əvvəllər qadına heç bir narahatlıq vermir. Kista böyüdükdə qadının süd vəzisində ağrılar, yanğı və qaşınma hissi əmələ gəlir. Belə xoşagəlməz simptomlar xüsusilə menstruasiyadan əvvəl və menstruasiya zamanı inkişaf edir. Menstruasiya qurtardıqdan sonra simptomlar da keçir. Bəzi kistalar zamanı döş giləsindən şəffaf, yaşıl və ya qanlı maye ifraz olunur.

Süd vəzi kistaları xərçəng deyil və əksər hallarda qadının sağlamlığına ciddi mənfi təsir etmir. Lakin bu heç də o demək deyil ki, kista müalicə tələb etmir. Belə hesab olunur ki, kistası olan qadınlarda süd vəzi xərçənginin riski artmış olur, böyük kistalar süd vəzinin formasını dəyişir, kista iltihablaşa, irinləyə bilər. Bütün bu səbəblərə görə süd vəzi kistası aşkar olunduqda qadın mütləq həkimə müraciət etməli və lazım olan müalicə almalıdır.

Kista daxilində maye olan qovuqcuqdur. Kistanın ölçüsü bir neçə mm-dən 5 sm kimi ola bilər. Kista tək ola bilər, bəzən isə kistalar çoxsaylı olur.

Kistanın inkişfının əsas səbəbi qadın orqanizmində hormonal fonun dəyişilməsidir. Qadınların hormonal sistemi çox həssasdır. Müxtəlif təsirlər (stress, abort, kökəlmə və s.) nəticəsində qadının hormonal fonunda dəyişikliklər inkişaf edə bilər ki, nəticədə bu dəyişikliklər qadının süd vəzilərinə "vurur". Bir çox hallarda qadınlarda süd vəziləri kistaları və digər süd vəziləri xəstəlikləri güclü streslərdən (boşanma, yaxınların itirilməsi və s.) sonra inkişaf edir. Uzunmüddətli emosional gərginlik, xroniki stresslər qadınlarda süd vəzi problemlərinin inkişafına təkan verə bilər.

Abort qadının cinsiyyət sisteminin sağlamlığına və, o cümlədən, süd vəzilərin sağlamlığına çox mənfi təsir edir. Abort nəticəsində qadının hormonla fonu kəskin şəkildə dəyişilir ki, bu müxtəlif qadın xəstəliklərin inkişafına yol açır.

Bədən çəkisinin artıq olması da süd vəzi kistalarının səbəbi ola bilər. Məsələ burasındadır ki, piy toxuması qadın hormonları olan estrogenləri istehsal etmək qabiliyyətinə malikdir. Nəticədə qadında hormonal fon pozulur və bu da süd vəzilərin sağlamlığına mənfi təsir edir.

Süd vəzi travmaları da çox təhlükəlidir. Süd vəzi toxuması çox zərif və həssasdır və istənilən travmalar (zərbə, sıxılma, cərrahi əməliyyat və s.) burada xəstəliyin inkişafına təkan verə bilər.

Hamiləlik əleyhinə preparatların uzun müddət ərzində qəbulu süd vəzi kistaların inkişafına səbəb ola bilər.

Həkimlərin fikirinə görə, uşağı olmayan, gec doğan qadınlarda (30 yaşından sonra), əmizdirmədən müxtəlif səbəblərə görə imtina edən qadınlarda süd vəzi xəstəliklərin inkişafının riski artmış olur.

Kista aşar olunduqdan sonra mütləq mammoloqa müraciət etmək lazımdır. Kistanın ölçüsündən asılı olaraq qadına konservativ (dərmanlar vasitəsilə) və ya cərrahi müalicə təyin oluna bilər. Kistanın konservativ müalicəsi əsasən hormonların köməyi ilə həyata keçirilir.

Kistanın ölçüsü 1 sm-dən böyükdürsə, cərrahi üsullarından (punksiya, laparoskopik əməliyyat) istifadə oluna bilər.

Bəzən kistaları olan qadınlar xalq təbabəti vasitələrinə müraciət edir və kistaları bitkilərlə müalicə etmək cəhd edirlər. Bu yolverilməzdir. Xalq təbabəti vasitələri ilə bu problemi həll etmək mümkün deyil.

1285
Həkim, arxiv şəkli

Bir xəstəxanada altı nəfər yoluxdu, baş həkimi Bakıya gətirdilər

108
(Yenilənib 00:41 08.07.2020)
Beyləqan Mərkəzi Rayon Xəstəxanasından 5 tibb bacısının analizlərinin cavabı da pozitiv çıxıb. Onlar başqa xəstəxanalara yerləşdiriliblər

BAKI, 7 iyul — Sputnik. Azərbaycanda daha bir həkim COVID-19-a yoluxub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əli Məmmədovun koronavirus testinin nəticəsi müsbət çıxıb.

O, müalicə üçün Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Əli Məmmədov APA-ya açıqlamasında bildirib ki, bir həftə əvvəl onda COVİD-19 virusu aşkarlandıqdan sonra paytaxta aparılıb.

O, müalicənin nəticələrinin kafi hesab olunduğunu deyib: “Nəfəs almaqda bəzən çətinlik olur. Belə olduqda oksigen verirlər. Bəzən hərarətim olur, ancaq vəziyyətim stabildir. Ailə üzvlərimdən heç kimdə COVİD-19 aşkarlanmayıb. Lakin Beyləqan Mərkəzi Rayon Xəstəxanasından 5 tibb bacısının analizlərinin cavabı da pozitiv çıxıb. Onlar başqa xəstəxanalara yerləşdiriliblər”.

108
Teqlər:
tibb bacısı, həkim, Beyləqan, Koronavirus, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Koronavirus "gündəliyimiz": 537 yeni yoluxma, 7 nəfər vəfat edib
Azərbaycanda yenə həkim koronavirusdan dünyasını dəyişdi
Bu qurum əməkdaşlarını koronavirusa görə testdən keçirəcək
Bu əsl faciədir - ATU-da 57 həkim koronavirusa yoluxub
Azərbaycanın bu bölgəsi koronavirusdan qurtuldu?
Koronavirus testi, arxiv şəkli

Koronavirus "gündəliyimiz": 537 yeni yoluxma, 7 nəfər vəfat edib

175
(Yenilənib 19:13 07.07.2020)
İndiyədək ölkədə ümumilikdə 21 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib

BAKI, 7 iyul — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 537 yeni yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

View this post on Instagram

A post shared by Sputnik Azərbaycan (@sputnik.az) on

İndiyədək ölkədə ümumilikdə 21 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib, 8 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

175
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Azərbaycanın bu bölgəsi koronavirusdan qurtuldu?
Sonun başlanğıcı – Koronavirus vaksininin vurulduğu könüllülər ilk dəfə danışdılar
Bu qurum əməkdaşlarını koronavirusa görə testdən keçirəcək
Azərbaycanda yenə həkim koronavirusdan dünyasını dəyişdi
Bu əsl faciədir - ATU-da 57 həkim koronavirusa yoluxub
Pişik, arxiv şəkli

Ölüm öpüşü: Pişik sahibinin həyatına belə son qoydu

0
(Yenilənib 23:43 07.07.2020)
Həkimlər qadının orqanizmində bakterial meningitə səbəb olan "pasteurella multocida" bakteriyasını aşkar ediblər

BAKI, 7 iyul — Sputnik. Avstraliyanın Melburn şəhərinin sakini pişiyin cırmaqlaması və yaranı yalamasından sonra ölüb.

Sputnik Azərbaycan "Herald Sun" nəşrinə istinadən xəbər verir ki, 80 yaşlı qadının qohumları onu yataqda şüursuz halda yanında pişiklə tapıblar.

Həkimlər onun orqanizmində bakterial meningitə səbəb olan "pasteurella multocida" bakteriyasını aşkar ediblər.

Pensiyaçı komada doqquz gün keçirib, bundan sonra onu həyat təminatı sistemindən ayırıblar.

Yerli xəstəxanalardan birinin yoluxucu xəstəliklər üzrə direktoru Lindsi Qreyson bildirib ki, ev sahibləri pişiklərinə açıq yaraları yalamağa imkan verməməlidirlər. Eyni zamanda o xəbərdarlıq edib ki, immunitet sistemi pozulmuş şəxslər bu ev heyvanlarından qaçmalıdırlar.

Bakterial meningit bakterial infeksiya nəticəsində baş və onurğa beyni membranlarının iltihabıdır.

0
Əlaqədar
Koronavirus bəlasını dünyaya yayan Çin əhli iyrənc adətindən əl çəkmək niyyətində deyil
Bakıda "pişik əməliyyatı" - VİDEO
Evsiz pişikdən yemək əldə etmək üçün ağlasığmaz kələk - Video
Küçədə pişik gəzdirmək cərimə ilə nəticələndi
Telekanal insanları panikaya saldı, sevdiklərindən ayrıldılar