инфаркт

İflic insult risqini azaldan meyvə

2549
(Yenilənib 23:02 16.11.2015)
Bananı idmandan sonra, həmçinin qəlyanaltı zamanı yemək məsləhət görülür.

BAKI, 16 noy – Sputnik. Banan, xüsusilə uşaqların ən çox sevdiyi meyvədir. Onun faydalarından xəbərdar olduqdan sonra siz də bu meyvəni mətbəxinizdən əskik etməyəcəksiniz.

Sputnik azadqadin.az-a istinadən xəbər verir ki, orta uzunluqda bir banan təxminən 110 kaloridir. 30 qram karbohidrat və 3 qram lif ehtiva edir. Tərkibində 2¬3 qram nişasta var. Tez həzm edilmədiyi üçün tox saxlayır. Qeyd edək ki, kal, yəni yaşıl rəngli bananda daha çox nişasta olur. Həmin xüsusiyyətlərinə görə, bananı idmandan sonra, həmçinin qəlyanaltı zamanı yemək məsləhət görülür. Ancaq gündə bir dənədən artıq yemək tövsiyə olunmur.

Qoxusu iştahanı kəsir

Araşdırmalar göstərib ki, acan adam bananı iylədikdə iştahası yanır.

İdmançıların köməkçisi

Atletlərin çoxu öz performanslarını artırmaq üçün banandan istifadə edirlər. Məsələn, Yohan Bleyk gündə 16 ədəd banan yeyir.

Mütəxəssislər bildirirlər ki, 15 dəqiqədən bir yarım ədəd banan yemək karbohidratlı idman içkisi ilə eyni effekti verir.

C vitamini anbarı

Bir ədəd banan gündəlik C vitamini ehtiyacının 15 faizini ödəyir. Əzələlər, sümüklər və dəridəki kollagen üçün vacib bir antioksidant olan C vitamini damar sağlamlığı üçün də əhəmiyyətlidir.

B6 vitamini

Gündəlik B6 vitamini ehtiyacınızın 20 faizini bananla təmin edə bilərsiniz. Hüceyrələrin yenilənməsi üçün bu vitaminin rolu əvəzedilməzdir. B6 vitamini həm də orqanizmi infeksiyalardan qoruyur.

Təzyiqi aşağı salır

Yarım ədəd banan 422 mq kalium ehtiva edir. Bu isə o deməkdir ki, yüksək təzyiqdən əziyyət çəkənlər banandan faydalana bilərlər. Çünki kalium təzyiqin sabitləşməsinə kömək edir. Araşdırmalar göstərib ki, kaliumla zəngin qidalarla bəslənən insanlarda iflic və insult riski aşağı düşür.

Qeyd edək ki, yetkin bir insanın gündə 4.700 mq kaliuma ehtiyacı var.

2549
Koronavirus, arxiv şəkli

Koronavirusun qəribə xüsusiyyəti aşkarlandı

20
(Yenilənib 10:03 28.05.2020)
“Bu yeni virus əvvəllər insan orqanizmində olmasa da, hazırda insan reseptorları ilə heyrətamiz dərəcədə möhkəm bağlantı qurur. Bu da çox təəccüblüdür”

BAKI, 28 may — Sputnik. Avstraliyalı alimlər SARS-CoV-2 koronavirusunun onu başqalarından fərqləndirən xüsusiyyətini aşkarlayıblar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Daily Mail" yazır.

Mütəxəssislər tədqiqat apararaq bir sıra canlı orqanizmlərin infeksiyaya qarşı dayanıqlığını aşkarlayıblar. Onlar qeyd edirlər ki, koronavirus ACE2 reseptoruna sivri uclu zülalla yapışır və o nə qədər bərk yapışarsa, onun orqanizmdən rədd olması bir o qədər çətinləşir.

Məlum olub ki, koronavirus digər canlıların deyil, məhz insanın hüceyrələrinə adaptasiya olunur. Hətta yarasalarda qeydə alınan xəstəliyin ştammı da öz daşıyıcılarına uyğunlaşmayıb. Mütəxəssislər, həmçinin müəyyən ediblər ki, koronavirus məhz insanlar arasında bu qədər geniş yayılıb.

“Bu yeni virus əvvəllər insan orqanizmində olmasa da, hazırda insan reseptorları ilə heyrətamiz dərəcədə möhkəm bağlantı qurur. Bu da çox təəccüblüdür”, - deyə Flinders Universitetinin professoru Nikolay Petrovski deyib. 

O qeyd edib ki, bir qayda olaraq viruslar yeni növlərin yoluxması zamanı tədricən uyğunlaşırlar, amma COVID-19 “ilk gündən dəyişməyə ehtiyacı olmadan tamamilə optimallaşdı”.

20
 Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirus testlərinin sayı açıqlandı

12
(Yenilənib 16:57 27.05.2020)
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 280 663 test aparılıb.

BAKI, 27 may — Sputnik. Azərbaycanda indiyə qədər koronavirusa görə aparılan testlərin sayı məlum olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 280 663 test aparılıb.

Hazırkı dövrədək ölkəmizdə 4 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər vəfat edib, 1 617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

12
Professor Anar İsgəndərov

Millət vəkili: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisləriyik”

0
Millət vəkili, tarix elmləri doktoru, professor Anar İskəndərov deyir ki, AXC-nin mövcud olduğu qısa zamanda bir çox ilklər gerçəkləşdirilib
Millət vəkili: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisləriyik”

“1918-20-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın şərəf tarixidir”. Bunu AXC-nin 100 illiyi ilə bağlı Sputnik Azərbaycan-a danışarkən millət vəkili, tarix elmləri doktoru, professor Anar İskəndərov deyib.

“AXC çox böyük dövlət olub. Bu dövlət az yaşasa da, Azərbaycan xalqını xalq edib. AXC-nin mövcud olduğu qısa zamanda bir çox ilklər gerçəkləşdirilib. Bütün bunlar onu göstərir ki, həqiqətən də biz 1918-20-ci illərdə mövcud olan dövlətin siyasi varisləriyik. Bu dövlət xalqımızın tarix boyu tolerant olduğunu göstərdi”.

Qeyd edək ki, bu gün Şərqin ilk demokratik müsəlman dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102 ili tamam olur.

Anar İskəndərovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

0