Böyrək ağrısı

Böyrək daşına səbəb olan qida məhsulları

1618
(Yenilənib 15:51 13.11.2015)
Böyrəkdə daşın əlamətləri əsasən sidikdə yanma, qanama, ürək bulanması və qusma kimi hallardır.

BAKI, 14 noy — Sputnik. Böyrək daşları böyrəkdə və böyrək ətrafı nahiyələrdə şiddətli ağrılara səbəb olur. Böyrəkdə daşın əlamətləri əsasən sidikdə yanma, qanama, ürək bulanması və qusma kimi hallardır.

Günümüzdə bir çox insanın əziyyət çəkdiyi bu xəstəliyə yediyimiz qidaların səbəb olduğunu bilirdiniz? Böyrəkdə əmələ gələn daşın növünə görə onun hansı qida məhsulundan yarandığını bilmək mümkündür. Daşların yaranmasına əsasən aşağıdakı qida məhsulları səbəb ola bilər:

— Həddən artıq proteinli qida məhsulları

— Duzlu qidalar

— Şokolad

— Bəzi göyərtilər

— Həddən artıq çay və kofe 

digər bir səbəb kimi isə gün ərzində az su içməkdir. Normal bir insan gün ərzində 10-12 stəkan su içməlidir.

1618