Albalı

Bu meyvə əsəblərinizi sakitləşdirəcək

634
(Yenilənib 18:01 11.11.2015)
Bundan başqa albalı meyvəsinin bir çox faydaları da var.

BAKI, 11 noy – Sputnik. Dadı ilə iştah açan meyvələrdən olan albalının müalicəvi xeyri aşkarlanıb.  

Tərkibində A, B və C vitamini, maqnezium və kalsium ehtiva edən, təbii sakitləşdirici kimi də tanınan albalı sinir sistemini olduqca gücləndirir. 

Bundan başqa albalı meyvəsinin bir çox faydaları da var.

Tərkibindəki A vitamini ilə dərini gözəlləşdirir. 

Uşaqların tez inkişaf etməsinə yardım edir.

Qan damarlarının sağlamlığını qoruyur. 

Orqanları, bədəni toksinlərdən təmizləyir. 

Xolesterolu azaldır. 

Sakitləşdirici xüsusiyyətə malikdir. 

Davamlı olaraq albalı yeyilməsi Alzheimer xəstəliyinə qarşı da təsirlidir. 

Tərkibindəki antioksidantlar sayəsində xərçəngə qarşı qoruyucu xüsusiyyətə malikdir. 

Oynaq ağrılarını azaldır. 

Xroniki xəstəliyi olanların albalı yeməsi tövsiyyə olunmur.

634