Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Nar dənəsinin möcüzəvi faydalarını mütləq oxuyun

© sputnik.azNar nağılı sərgisi
Nar nağılı sərgisi - Sputnik Azərbaycan
Abunə olmaq
Narın hər dənəsi ayrı bir şəfa mənbəyidir. Nar, təzyiqi müsbət şəkildə nizamlayır, ürəyi qoruyur, nizamlı işləməsinə dəstək olur.

BAKI, 2 noy – Sputnik. Hər meyvənin insan sağlamlığına xeyiri olduğu kimi narın da özünə xas faydaları var. 

Sputnik azadqadin.az-a istinadən xəbər verir ki, nar suyundakı antioksidan miqdarı yaşıl çay, portağal suyundan 3 qat daha çoxdur.1 stəkan nar suyu 10 stəkan yaşıl çayı əvəz edir. 

Narın hər dənəsi ayrı bir şəfa mənbəyidir. Nar, təzyiqi müsbət şəkildə nizamlayır, ürəyi qoruyur, nizamlı işləməsinə dəstək olur. İnfeksiyaya qarşı bədənin müqavimətini qoruyur və artırır. İmmunitet sistemini gücləndirir.

Xolesterol və qan şəkərinizi tənzimləyərək artmasına mane olur. Nar bağırsaq parazitlərinin düşmənidir və ishalın qarşısını alır. Turş nar isə mədə yanmalarına qarşı faydalıdır, boğaz ağrılarına və ağ ciyərlərə xeyri var. Öskürəyə də yaxşı təsir edir. 

Dəri infeksiyalarını da yox edə bilir. Lakin bəzən mədədə və qaz əmələ gətirdiyi üçün hərarəti olanlara yaxşı təsir etməyəcəyi bildirilir. Kiçik uşaqların ve hamilələrin çox istifadə etməməsi tövsiyyə olunur.


Xəbər lenti
0