Vitamin

E vitamininin orqanizmə dəriyə təsiri

1132
(Yenilənib 12:46 24.10.2015)
Araşdırmalar nəticəsində bəlli olub ki, E vitamini insan orqanizmində maddələr mübadiləsinin normada saxlanıması, dəri və toxumaların adi metobolik prosseslərin səbəb olduğu zədələnmələrdən qorumasında vacib rol oynayır.

BAKI, 24 okt — Sputnik. Son zamanlarda aparılan araşdırmalar nəticəsində bəlli olub ki, E vitamini insan orqanizmində maddələr mübadiləsinin normada saxlanıması, dəri və toxumaların adi metobolik prosseslərin səbəb olduğu zədələnmələrdən qorumasında vacib rol oynayır. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd olunan məsələləri nəzərdən keçirək.

Dəri — insanı ətraf mühitin daimi zədələrindən qoruyan vacib orqandır. Müxtəlif kimyəvi və mexaniki təsirlər insan orqanizmi və xarici görünüşə mənfi təsir etdiyindən, onun daimi olaraq qorumaya ehtiyacı var. Bu qoruma isə daxildən olmalıdır ki, daim zədəyə məruz qalan toxumalar, zəifləməyib, öz funksiyasını normal icra edə bilsinlər.

Ümumi fenomen olan — fotoqocalma, günəş təsirindən yaranır. Ultrabənövşəyi və infraqırmızı şüalanma qocalma prosesini gücləndirir. Ultrabənövşəyi şüalar — sərbəst radikalların əmələ gəlməsinə səbəb olur. E və C vitamini kimi antioksidant maddələri də, ultrabənövşəyi şüaların təsirindən məhv ola bilirlər.

Sərbəst radikallar — yüksək reaksiya qabiliyyətinə malikdirlər. Onların məhv edici potensialı yalnız dəri antioksidantları olan, yağda həll olunan E vitamini və suda həll olunan C vitamini tərəfindən neytrallaşdırıla bilir. Bu maddələri yerli və ya qida ilə qəbul etdikdə onlar sərbəst radikalların DNK, zülal və digər vacib molekulları zədələməmiş qarşısını ala bilirlər. 

Lakin ultrabənövşəyi şüalanmanını dozası artdıqca antioksidant qoruma zəifləyir və bu antioksidant qoruma sistemi daha az sərbəst radikalı bağlama gücünə malik olur. Bu sərbəst radikallar isə — toxumaların müxtəlif zədələnməsiə, DNK və zülalların modifikasiyasına gətirə bilərlər. Bu tip zədələnmə vaxtından əvvəl qocalmaya və hətta daha ciddi dəri problemlərinə səbəb ola bilir (dəri xərçəngi). Məhz bu səbəbdən bir çox insanların seçdiyi səhv qida rasionu, müxtəlif pəhrizlər və qeyri stabil qidalanma, gələcəkdə bir çox xəstəlik və zədələnmələrə səbəb olur. Buna görə, hər bir insan ən əsası normal qidalanma, günəşin çox qızmar vaxtında günəş altında olmamaq və sağlamlığının qorunması üçün bir çox digər qaydalara əməl etməlidir.

E vitamin həmçinin iltihab əleyhinə effektə malikdir. Bu səbəbdən bir çox kosmetik vasitələrin tərkibində bu maddə istifadə olunur. 

Bu vitaminə olan ehtiyacı qida məhsullarından əldə etmək daha məsləhətli olduğundan, sizə E vitamini ilə zəngin olan məhsulları bir neçəsinin adını təqdim edirik:

Buğda, buğda yağı, taxıl, rafinə olunmamış bitki yağı, qoz, tum, yumurta, yaşıl yarpaqlı tərəvəzlər, balıq və ümumilikdə bütün dəniz məhsulları.

saglamolun.az

1132
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Azərbaycanda COVID-19-a qarşı peyvəndin vurulacağı tarix açıqlandı

55
(Yenilənib 18:48 15.01.2021)
İbrahim Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.

O bildirib ki, gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq: "Həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb. Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi".

İ.Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

55
Teqlər:
brifinq, Azərbaycan, peyvənd, Koronavirus, epidemiya, COVID-19
Koronavirus xəstəsi, arxiv şəkli

Şüa ilə koronavirusu müalicə etmək təhlükəlidir

8
(Yenilənib 01:13 15.01.2021)
"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür"

BAKI, 15 yanvar — Sputnik. Koronavirusun radiasiya dozaları ilə müalicəsi təhlükəli ola bilər. Radiasiya və ultrabənövşəyi şüalardan səthləri və havanı dezinfeksiya etmək daha yaxşıdır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə tibb elmləri doktoru, virusoloq Anatoli Altşteyn danışıb.

Rusiya və Özbəkistandan olan elm adamları zəif dozalı radiasiyanın koronavirusu və mutasiyalarını insana zərər vermədən məhv edə biləcəyini müəyyən ediblər.

Bu barədə əvvəllər Ural Federal Universitetinin mətbuat xidməti də məlumat vermişdi.

Universitetdən verilən məlumata görə, COVID-19-a radiasiya təsirinin tədqiqi Ural Federal Universiteti və Özbəkistan Respublikası Elmlər Akademiyasının alimləri tərəfindən aparılır. Birgə tədqiqatlar zamanı yumşaq rentgen və ultrabənövşəyi şüalanmanın koronavirusa təsirinin xüsusiyyətləri aşkar olunub.

"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür", - deyə Altşteyn bildirib.

Belə ki, bir insana içindəki koronavirusu öldürə biləcək dozada şüa verilərsə, onun özünə zərər vermək ehtimalı böyükdür.

Virusoloq buna alternativ olaraq qeyd edib: "Səthləri şüalandırmaq ən yaxşı dezinfeksiyadır. Havada bir virusu ultrabənövşəyi şüalarla öldürmək olar". 

8
Teqlər:
təhlükə, radiasiya, şüa, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0