Qan nümunələri

Qanvermə aksiyasında iştirak edən 5 nəfərdə xəstəlik aşkarlanıb

563
Həmin insanlar donor kimi qanvermə aksiyasına cəlb olunmayıb.

BAKI, 24 okt — Sputnik. Aşura günü ilə bağlı Azərbaycanda qanvermə aksiyası keçirilir. 

B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya açıqlamasında deyib ki, saat 10:00-a qədər Azərbaycan üzrə 1031 nəfər qan verib. 

Ə. Əlimirzəyeva bildirib ki, səhər saatları olmasına baxmayaraq, qan vermək üçün gələn insanların sayı çoxdur. Qanvermə aksiyasında iştirak etmək istəyən insanlar həkimlər tərəfindən müayinə olunur, qanlarında hemoqlobinin səviyyəsi yoxlanılır: “Yaşı 60-dan yuxarı olan insanlar qanvermə aksiyasına cəlb olunmurlar. İndiyə qədər qan verənlər arasında özünü pis hiss edən olmayıb. İnsanlarda xroniki xəstəliklər, hipertoniya, ürək-damar xəstəlikləri varsa, yaxın vaxtlarda hər hansı əməliyyat keçiriblərsə, həkimlər ilkin mərhələdə bunu sorğu əsasında müəyyənləşdirirlər. Sonrakı mərhələdə isə qan vermək istəyən insanların qanlarındakı hemoqlobinin miqdarı yoxlanılır. Yalnız müayinə zamanı 5 nəfərdə müəyyən xəstəliklər aşkar edilib və onlar donor kimi qanvermə aksiyasına cəlb olunmayıblar. Əgər hər şey qaydasındadırsa, insanlar donor kimi qan verirlər. Sonrakı mərhələdə götürülmüş qanlar Mərkəzi Qan Bankına göndərilir və Mərkəzi Qan Bankında götürülmüş qanlarda infeksiyaların olub-olmadığı yoxlanılır”.   

Qeyd edək ki, Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları başlayıb. Aksiyalar ölkənin 14 məscidində keçirilir.

563
Koronavirus

Koronavirusu neytrallaşdıran 28 anticisim aşkar edilib

16
(Yenilənib 18:29 11.07.2020)
Tədqiqatçılar tərəfindən aşkar edilmiş anticisimlər patogenin proteininə birləşir və virusun sağlam hüceyrələrə daxil olmasına mane olur.

BAKI, 11 iyul — Sputnik. Köln Universitet Klinikasından və Almaniyanın İnfeksiya Tədqiqatları Mərkəzindən olan bir qrup alim koronavirusu neytrallaşdırmaq ehtimalı yüksək olan 28 anticismi aşkar ediblər.

Bu barədə Sputnik Azərbaycan Almaniyanın İnfeksiya Tədqiqatları Mərkəzinə istinadən xəbər verir.

"Biz orqanizmin infeksiyaya qarşı immun cavabını daha ətraflı öyrənməyi və bununla yanaşı COVID-19-un müalicəsində istifadə oluna biləcək anticisimləri tapmağı planlaşdırırdıq", - layihənin rəhbəri Florian Klayn bildirib.

Mütəxəssisin sözlərinə görə, tədqiqatçılar tərəfindən aşkar edilmiş anticisimlər patogenin proteininə birləşir və virusun sağlam hüceyrələrə daxil olmasına mane olur.

Alimlər anticisimlərin xüsusiyyətlərini "Boehringer Ingelheim" əczaçılıq şirkəti ilə birlikdə öyrənməyə davam edirlər. Klinik tədqiqatların bu il başlaya biləcəyi ehtimal olunur. Mütəxəssislər inanırlar ki, virusu neytrallaşdıran anticisimlər bir neçə həftə fəal olur və bu dövrdə insanı xəstəlikdən qoruya bilər.

16
Mövzu:
Dünyanı cənginə almış bəla
Ciyerlərin rentqeni, arxiv şəkli

Ciyərlərimizdəki "buzlu şüşə": Koronavirusa yoluxmadığımızı necə öyrənə bilərik?

769
(Yenilənib 14:29 11.07.2020)
"Koronavirusa yoluxmuş şəxslərdə “buzlu şüşə” əsasən plevral boşluğa, ağciyərin aşağı hissəsində qeydə alınır. Həkim bu kliniki gedişlərdən bilir ki, “buzlu şüşə” xəstədə koronavirusun fəsadıdır, yoxsa yox!"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Son günlər koronavirusa yoluxma şübhəsi ilə kompüter tomoqrafiyasına (KT) üz tutanların sayı kəsin artıb. Məlumatlara görə, test zamanı koronavirusa yoluxduğu aşkarlanmayanların KT zamanı bu virusa yoluxduğu müəyyən edilir. Əsas əlamət isə ağciyərdə “buzlu şüşə” effektinin yaranmasıdır.

Amma bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının radioloqu, ATU-nun Şüa Diaqnostikası kafedrasının müdiri, dosent Məlahət Sultanovanın "buzlu şüşə”nin mahiyyətini açıqlaması müəyyən suallara yol açıb. Radioloq deyib ki, indi onlara ən çox verilən sual “buzlu şüşə” görüntüsünün indiyədək mövcud olub-olmaması ilə bağlıdır. Həkim qeyd edir ki, bu, yalnız COVID-19 xəstələri üçün səciyyəvi deyil, digər xəstəliklərdə də görülə bilər. Lakin bu görüntü pandemiya dönəmində uyğun kliniki-laborator əlamətlərlə izlənilərsə, onda diaqnoz COVID xəstəliyi kimi dəyərləndirilir.

Respublikanın baş ftiziatrı Elcan Məmmədbəyov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, “buzlu şüşə” effekti əsasən koronavirusun fəsadıdır: "Belə halda ağciyərdə qan dövranında durğunluq əmələ gəlir. Bu da infeksiyanın öz təsirini göstərməsi ilə bağlıdır. Çünki koronavirus nəticəsində qanda durğunluq yaranır".

E.Məmmədbəyovun sözlərinə görə, ağciyərdə “buzlu şüşə” düzgün müalicə apardıqda tez aradan qalxır: "Əsas odur ki, vaxtında müraciət edib, vaxtında aşkarlamaq lazımdır. Əgər çox gec müraciət edilsə ağciyər üçün böyük fəsad verə bilər".

Baş fitiziatr bildirir ki, KT-ni kor-koranə etdirmək olmaz: "Xəstə KT-ni həkim göndərişi əsasında etdirməlidir. İlk növbədə həkim ağciyərlərə qulaq asmalı, xəstəni müayinə etməlidir. Xəstədən məlumat toplayıb qərar çıxartmalıdır ki, KT lazımdır, yoxsa yox. Bundan sonra ehtiyac olarsa xəstəyə KT etdirmək tövsiyə olunur".

E. Məmmədbəyov bildirir ki, rentgen ağciyərdə “buzlu şüşə” effekti ilə bağlı düzgün cavab verməyə bilər.

Elmi-Tədqiqat Ağciyər İnstitutunun İkinci Pulmonologiya şöbəsinin müdiri Sevda Mustafayeva isə əks fikir söyləyir. S. Mustafayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, “buzlu şüşə” digər pnevmoniyalarda da qeydə alına bilər. Amma S. Mustafayeva ağciyərdə “buzlu şüşə” effektinin koronaviruslu xəstələrdə fərqləndiyini söyləyir. Onun sözlərinə görə, koronavirusa yoluxmuş şəxslərdə “buzlu şüşə” əsasən plevral boşluğa, ağciyərin aşağı hissəsində qeydə alınır: "Həkim bu kliniki gedişlərdən bilir ki, “buzlu şüşə” xəstədə koronavirusun fəsadıdır, yoxsa yox. Bu həkimin KT müayinəsi ilə aşkarlanır. Həmin kompüter tomoqrafiyaya baxan həkim bunu asanlıqla müəyyən edir".

769
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Asılılıqdan qurtulmağa yardım eden çip

Çip söhbəti reallığa çevrilir: Beynimizə mikroçip yerləşdirəcəklər

0
(Yenilənib 20:15 11.07.2020)
Yaradılmış çip insan beyni və kompüter arasında birbaşa əlaqə yaratmaq məqsədi daşıyır. Bu icadın ilkin hədəfi Alzheimer ve Parkinson kimi xəstəlikləri müalicə etməkdir

BAKI, 11 iyul — Sputnik. "Neuralink" neyrotexnologiya şirkətinin rəhbəri Elon Musk mikroçip ilə beynin idarə edilməsini həyata keçirən texnologiya haqqında yeni məlumatlar paylaşacaq.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Elon Musk gələn ay kompüteri birbaşa beyinə bağlayan "Neuralink" implant cihazlarının inkişafı ilə bağlı açıqlama verəcəyini deyib.

Qeyd edək ki, Musk bundan öncə "Neuralink" tərəfindən istehsal edilən beyin mikroçipinin meymunlar üzərində sınaqdan keçirildiyini, meymunun zehni ilə birbaşa kompüteri idarə etdiyini söyləmişdi. Musk bunun insanlar üzərində sınaqlarına 2020-ci ilin sonunda başlayacaqlarını açıqlamışdı.

Yaradılmış çip insan beyni və kompüter arasında birbaşa əlaqə yaratmaq məqsədi daşıyır. Bu icadın ilkin hədəfi Alzheimer ve Parkinson kimi xəstəlikləri müalicə etməkdir. Amma uzun müddətli hədəflərin nə olacağını birlikdə görəcəyik.

İnsanlarda istifadə edilməsi planlaşdırılan layihəyə görə, mikroçip qulağın arxasına yerləşdirilir və 4 kiçik elektroda birləşdirilir.

0