Gözə görə təyinetmə

Bu rəsmi gözdən əlillər görə biləcək

123
(Yenilənib 22:08 12.10.2015)
Görmə qüsuru olanların, rəsimləri qabarıq hazırlanan panellərə toxunaraq, dinləyərək və hər bir rəngə məxsus qoxuları iyləyərək qavrama imkanı verən "Rəngli hissetmə" layihəsi hazırlanıb.

BAKI, 5 okt — Sputnik. Türkiyəli rəssam Tüzel Süt bütün dünyanı heyrətləndirən layihəyə imza atıb. O, gözdən əlil insanların da rəngləri hiss etməsinə yardımçı olan rəsimlər hazırlaya bilir.

Görmə qüsuru olanların, rəsimləri qabarıq hazırlanan panellərə toxunaraq, dinləyərək və hər bir rəngə məxsus qoxuları iyləyərək qavrama imkanı verən "Rəngli hissetmə" layihəsi hazırlanıb.

rəssam Tüzel Süt
rəssam Tüzel Süt

Sözügedən layihə əsasında Gözdən Əlillərin Beynəlxalq  Birliyinin İsveçrədəki mərkəzində muzey də açılıb.

"Bu insanlar panellərə toxunduqları zaman əlləri ilə hiss edə və qulaqlıqlar taxmaqla rəsmin ölçüləri və rəngləri haqqında məlumat ala bilirlər. Burada rənglər qoxu və hərarətin dəyişməsi ilə qavranılır. Məsələn, yaşıl rəng yenicə biçilmiş çəmənin qoxusu, sarı rəng isə hərarətin artması ilə hiss olunur"

Almaniyanın Hamburq şəhərində yaşayıb-yaradan Sütün əsərləri indiyədək dünyanın bir çox şəhərlərində sərgilənib.

123
 Koronavirus testi üçün burundan götürülən yaxma, arxiv şəkli

Yeni antirekord: Azərbaycanda bir sutkada COVID-ə yoluxanların sayı mini ötdü

73
(Yenilənib 15:42 29.10.2020)
Azərbaycanda indiyədək ümumilikdə 53152 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 42516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib, aktiv xəstə sayı 10636 nəfərdir

BAKI, 29 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 53152 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 42516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib, aktiv xəstə sayı 10636 nəfərdir.

Ölkədə son sutka ərzində 11813, hazırkı dövrədək isə 1331287 test aparılıb.

73
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusa yeni yoluxanların sayında ciddi artım var

20
Son sutkada Azərbaycanda koronavirusa 988 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər isə bu xəstəlikdən vəfat edib.

BAKI, 28 oktyabr — Sputnik.Azərbaycanda bu gün koronavirus infeksiyasına 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 11 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 52 min 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 033 nəfər müalicə olunaraq sağalıb, 699 nəfər vəfat edib. Aktiv xəstə sayı 9405 nəfərdir. Ötən müddət ərzində 1 milyon 319 min 474 test aparılıb. Bugünkü test sayı isə 11426-dır.

20
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Alimlər koronavirus zamanı karantin rejiminin tətbiq olunmasına qarşı çıxdılar
Daha 20 şagirddə koronavirus aşkarlandı
Azərbaycanda koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi
Koronavirus daha tez öldürməyə başlayıb
Koronavirus da öz işindədir: Azərbaycanda bir sutkada 230 nəfərdə COVID-19 aşkarlandı
Müslüm Maqomayev

Moskvada Müslüm Maqomayevin abidəsi təhqir edildi

0
(Yenilənib 18:45 29.10.2020)
Moskvada iki naməlum şəxs Müslüm Maqomayevin Azərbaycanın Rusiyadakı səfirliyinin inzibati binasının yaxınlığında yerləşən abidəsinə yaxınlaşaraq postamentə üzərində anti-Azərbaycan yönümlü mətn olan lövhəcik yerləşdiriblər və onu zəncirlə bərk-bərk bağlayıblar.

BAKI, 29 oktyabr - Sputnik. Moskvada iki naməlum şəxs Müslüm Maqomayevin Azərbaycanın Rusiyadakı səfirliyinin inzibati binasının yaxınlığında yerləşən abidəsinə yaxınlaşaraq postamentə üzərində anti-Azərbaycan yönümlü mətn olan lövhəcik yerləşdiriblər və onu zəncirlə bərk-bərk bağlayıblar.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb. 

Qeyd olunub ki, lövhəcik aşkar edilən kimi dərhal sökülüb.

"Faktla bağlı səfirlik Moskvanın hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb və dərhal bütün lazımi tədbirlər görülüb. Bu təxribatı törədənlər müəyyənləşib və Rusiya qanunvericiliyi çərçivəsində ən sərt şəkildə cəzalandırılacaqlar", - bəyanatda deyilir.

0