meyvə-tərəvəz

Ömrü uzadan cavan qalmağa kömək edən qidalar

1511
(Yenilənib 22:03 12.10.2015)
Sputnik oxucularına insan ömrünü uzadan, sağlam olmağa və gənc qalmağa kömək edən çox faydalı qidaları təqdim edir.

BAKI, 26 sent-Sputnik. Biz xeyrinə-ziyanına baxmadan yeyilməsi mümkün olan çox şeyi yeyirik, ya da yemirik. Amma elə qidalar var ki, onları yemək vacibdir. Çünki bu insana sağlam bir ömür sürməyə, cavan qalmağa və uzun ömürlü olmağa kömək edir.
Sağlam və balanslı qidalanma hər kəs, xüsusilə də uşaqlar üçün çox əhəmiyyətlidir. Çünki kifayət qədər sağlam məhsullarla qidalanmayan uşaqların fiziki və zehni inkişafları geridə qalır, sağlamlıq problemləri çox olur.
Sputnik xanım.net-ə istinadən oxucularına insan ömrünü uzadan, sağlam olmağa və gənc qalmağa kömək edən çox faydalı qidaları təqdim edir.

Zeytun

Zeytun yağı qaraciyərin işləməsini təmin edir. Qaraciyər ağrılarını kəsir. Zeytunun yarpaq və qabıqları yüksək təzyiqi aşağı salır. Qandakı şəkərin miqdarını azaldır. Bağırsaq soxulcanlarının yoxa çıxmasına köməkçi olur.

Yulaf (vələmir)


Uşaqların həzm çətinliklərini aradan qaldırır. Bədəni və ruhi yorğunluqların qarşısını alır. Qandakı şəkərin miqdarını azaldır.

Soğan-sarımsaq

Soğan-sarımsaq
chastnosti.com
Soğan-sarımsaq


Yüksək təzyiq və ürək xəstəliyi təhlükəsini azaldır. Soğan mədə xərçənginə tutulma riskini, sarımsaq isə bağırsaq xərçənginə tutulma riskini azaldır. Sarımsağın tərkibində olan maddələr hüceyrələrin zərər görməsinin qarşısını alaraq, bədəni erkən yaşlanmağa qarşı qoruyur. Antibiotik və nəfəs darlığını aradan qaldıran kombinasiyaları ehtiva edən sarımsaq immunitet sistemini də qüvvətləndirir. Ürəyə və allergik xəstəliklərə qarşı təsirlidir. Soğanın tərkibində olan kimyəvi maddələr ürəyi gücləndirir və allergik reaksiyalara maneə törədir.

Badımcan


Qan azlığını aradan qaldırır. Qaraciyərin nizamlı işini təmin edir. Çəkini atmağa köməkçi olur. Böyrək ağrılarını kəsir. Sinirləri sakitləşdirir. Ürək döyünmələrini azaldır. Ancaq dəri, şəkər, mədə, bağırsaq və qaraciyər xəstəlikləri həddindən artıq çox olan şəxslər yeməməlidir.

Kartof 

Həzmi asanlaşdırır, qəbizliyin qarşısını alır. Yorğunluğa qarşı təsirlidir. Bol miqdarda C vitamini və zülalla zəngindir. Halsızlığın qarşını almaqda kömək edir. Tərkibində bədənə enerji verən maddə olan karbonhidrat olan kartof C və E vitaminləri baxımından ən zənginidir. 100 qram kartofda 80 kalori, 2 qram zülal, 17 mg karbonhidrat, 7 mg kalsium, 53 mg fosfor, 20 mg C vitamini var. İlin heç bir ayında tapmaqda da çətinlik çəkməzsiniz. Kartofun qida dəyərinin böyük qismi qabığında olduğu üçün soymaq əvəzinə xüsusi bıçağı ilə qaşımaq daha yaxşıdır. Qabıqları soyularak bişirilən kartof C vitaminin 25 %-ni itirir. Bu səbəbdən kartofu qabığıyla ya buxarda, ya da az suda bişirmək lazımdır.

Kahı 

Kahı
qadin
Kahı


Sümük əriməsinə qarşı təsirlidir. Süddən də daha çox kalsiuma sahib olan bu tərəvəz sümükləri gücləndirməsi baxımından bir nömrədir. Kahının 100 qramında olan kalsium kiçik bir stəkan südün içində olandan daha çoxdur.

Kələm

Xərçəngə qarşı təsirli olduğu bilinən tərəvəzlərin ən öndə gələnidir. Bol miqdarda B, C və E vitamini ehtiva edir. Xüsusilə, döş və rəhm xərçənginə qarşı təsirlidir. Bədəndə yığılan zəhərli maddələrin atılmasını təmin edər. Qandakı şəkər miqdarını aşağı salır. Sarılıq və öd kisəsi xəstəlikləri üçün yaxşıdır. Astmaya faydalıdır. Bağırsaq xərçənginə də güclü təsir göstərir. Kələm xərçəng hüceyrələrinin törəməsinə maneə törədən kimyəvi bir maddəyə malikdir. ABŞ-da aparılan bir araşdırmaya görə, həftədə bir gün kələm yeyənlərin bağırsaq xərçənginə yoluxma riskləri üçdə iki nisbətində azalır.


İspanaq

Ürək xəstəliklərinə, iflicə, yüksək təzyiqə, yaşlılığın gətirdiyi göz xəstəliklərinə, xərçəngə, hətta psixi narahatlıqlara qarşı təsirli bir tərəvəzdir. Göz xəstəliklərinin və dəridəki ləkələnmələrin qarşısını alır. İspanaq ehtiva etdiyi iki kimyəvi maddə sayəsində görmə narahatlıqlarını qismən də olsa aradan qaldırır. Bir boşqab ispanaq gündəlik dəmir ehtiyacımızın onda birini təmin edir.

Yerkökü 

Kök-tərəvəz
wallpaper222
Kök-tərəvəz


Həftədə beş dəfə yeyildiyi təqdirdə Harvardın araşdırmalarına görə, qadınlarda ürək iflic təhlükəsini 68 % nisbətində azaldır. Gündə iki kökün kişilərdə qandakı xolesterolu 10 % nisbətində azaltdığı hər kəsə məlumdur. Hər gün yeyilən bir kök ağciyər xərçəngi təhlükəsini yarıya endirir. Kökdəki Beta-karotin də gözləri yaşlılığın gətirdiyi görmə zəifliyindən qoruyur və immunitet sistemini qüvvətləndirir. Mədə və bağırsaq qanamalarının qarşısını alır, qan azlığını aradan qaldırır, ana südünü artırır, üz və boyun qırışıqlıqlarını aradan qaldırır. Dərinin qurumasının da qarşısını alır və immunitet sistemini gücləndirir.

Pomidor 

Pomidor
apion.su
Pomidor


Xərçəngdən qoruyan və yaşlanmağı zehni və fiziki olaraq yavaşladan bir tərəvəzdir. C və E vitaminləri ilə zəngindir. Pomidor zəngin bir kalium qaynağıdır və tərkibində çox az miqdarda duz mövcuddur. Yüksək qan təzyiqini aşağı salmağa köməkçi olur. Ürək xəstəliklərinə və prostat xərçənginə qarşı təsirlidir. "Beta karotin"ə yaxın olan likopenə sahibdir. Likopen bədəni ürək xəstəliklərinə qarşı qoruyan maddələr arasında iştirak edir. Araşdırmalar pomidorun prostat xərçəngi riskini azaltdığını göstərir. Həftədə ən az iki dəfə pomidor yeyən insanların digərlərinə nisbətən prostat xərçənginə tutulma riskləri azdır.

Buğda

Lifli məhsullar sağlam bir qidalanmanın təməlidir. Buğdanın xarici qabıqlarından əldə edilən kəpək, ümumiyyətlə, qarğıdalı növlü qidalarla istehlak edilir. Kəpəkli buğda unundan edilən peçenye və s. bağırsaqların nizamlı işini təmin edir və qəbizliyin qarşısını alır. Buğda dənəsinin özü müstəsna əhəmiyyətə malikdir. Kalsium, dəmir və sink burada saxlanılır. Qida dəyəri potensial olaraq, yulaf və qarğıdalıdan daha yüksək olan buğda bağırsaq və rektum (düz bağırsaq) xərçənginin qarşısını alma faktorlarına malikdir. Amma yulaf və qarğıdalı ilə müqayisədə həzmi bir az daha çətindir.

1511
 Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Peyvənd olunanların sayı açıqlandı

2
(Yenilənib 16:55 20.04.2021)
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1352210, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 899213 nəfərə çatıb.

 

BAKI, 20 aprel — Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14830 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9981, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4849 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1352210, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 899213, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 452997 təşkil edir.

2
Teqlər:
peyvənd, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
 Təcili yardım briqadası, arxiv şəkli

Azərbaycanda COVID: yoluxma da, ölüm artdı

265
İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4203 nəfər vəfat edib.

BAKI, 20 aprel — Sputnik. Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 2197 yeni yoluxma faktı qeydə alınıb, 1 946 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4203 nəfər vəfat edib. 32 170 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13777, bu günə qədər isə ümumilikdə 3 128 656 test icra olunub.

265
Teqlər:
Azərbaycan, statistika, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Məktəb, arxiv şəkli

Tədrisi digər dillərdə olan uşaqların I sinfə qəbulu üçün müsahibələrin vaxtı açıqlanıb

0
(Yenilənib 17:11 20.04.2021)
Dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin onlayn həyata keçirilməsi nəzərdə tutulur.

BAKI, 20 aprel — Sputnik. Aprelin 29-dan Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə start veriləcək.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi iyunun 8-də başa çatacaq. Dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin 4 may - 14 iyun 2021-ci il tarixlərində onlayn həyata keçirilməsi nəzərdə tutulur.

0