Heyva

Möcüzəvi bitki: təkcə meyvə deyil, bir şəfa mənbəyidir

2222
(Yenilənib 22:03 12.10.2015)
Azərbaycanda bitən bu meyvə tam bir vitamin deposudur və onu yeyənləri çoxlu xəstəliklərdən qoruyur.

BAKI, 25 sent-Sputnik. Heyva — tərkibində olan bioloji aktiv maddələrin sayına görə tumlu meyvələr arasında ilk yerlərdə sayılır.

Sputnik-in məlumatına görə, Azərbaycanda da bitən bu meyvə, pektin, alma turşusu, limon turşusu, tartran turşusu, müəyyən miqdarda karotin və askorbin turşusu ilə zəngin bir məhsuldur. Bundan əlavə heyvanın tərkibi PP, E, B1, B2, B6 vitaminləri, dəmir, mis, kaliy, maqniy, fosfor, marqanes, nikel, bor kimi mikroelementlərlə zəngindir.
Hər birimizin çox sevdiyi heyva, tərkibində xolesterin, yağ və natriumun olmamasına görə ideal dietik qida sayılır. Gözəl ətrə və dada malik olması ilə bərabər bu meyvə öz müalicəvi xüsusiyyətləri ilə bir çox məhsulları üstələyir. Bunlar:
— Arıqlamaq üçün. Tərkibi selüllozla zəngin olduğuna görə o, qidanın həzminə kömək edir, bu isə onu arıqlamaq istəyən insanların ideal qida siyahısına daxil edir.
— Sinir sistemi üçün. Tərkibində sərbəst radikallarla mübarizə apara bilən və xərçəngin yaranma təhlükəsini azalda bilən çoxlu sayda antioksidantlar vardır. Heyvanın stresslə mübarizə aparması və qidada təbii sakitləşdirici vasitə kimi təsiri təəccüblü deyil.
— Qrip və soyuqdəymə. Antivirus xüsusiyyətlər toplusuna malik olduğuna görə, qriplə mübarizədə özünü yaxşı göstərir.
— Mədə xorası. Yapon təcrübələrinə əsaslanaraq söylənilir ki, heyva mədə xorasını müalicə edir.
— Xolesterin əleyhinə. Heyvanın müntəzəm qəbulu, qanda xolesterinin səviyyəsinin azalmasını təmin edir.
— Hipoertoniyanın müalicəsi. Bu meyvəninn tərkibində hipertoniklər üçün çox vacib olan dəyərli kalium mineralı çoxdur.
— Ürək üçün. Tərkibində olan C vitamini ürək xəstəlikləri təhlükəsinin azalmasına səbəb olur.
— Qusma əleyhinə. Heyvanın mət və şirəsini qusma əleyhinə bir vasitə kimi qəbul etmək olar.
Həmçinin heyvanın tərkibində pektin və aşılayıcı maddələr vardır ki, onlar bağırsaqları təmizləyir, mədə —bağırsaq sistemininin iltihab əleyhinə proseslərinə kömək edir,orqanizmdən kanserogen maddələr və toksinlərin çıxarılmasını təmin edir.
Kalori dəyərinə gəldikdə isə, heyvanın kalori dəyəri 100 qr məhsula — 37-58 kkal təşkil edir. Məhz bu səbəbdən dietoloqlar piylənmə problemindən əziyyət çəkən xəstələrə bu məhsulu məsləhət görürlər. Zəngin olduğu B qrupu vitamini isə həm sinir sistemi, həm ürək-damar sisteminin möhkəmlənməsini, həm də dərinin yaxşılaşmasını təmin edir.

 

2222
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxma ölüm sayında sıçrayış baş verib

341
İndiyədək ölkədə ümumilikdə 300 666 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 264 403 nəfər müalicə olunaraq sağalıb, 4 140 nəfər vəfat edib. 32 123 nəfər aktiv xəstə sayını təşkil edir.

BAKI, 18 aprel - Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 144 yeni yoluxma faktı qeydə alınıb, 1 923 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, son sutkada 33 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 300 666 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 264 403 nəfər müalicə olunaraq sağalıb, 4 140 nəfər vəfat edib. 32 123 nəfər aktiv xəstə sayını təşkil edir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 184, bu günə qədər isə ümumilikdə 310 89 24 test icra olunub.

341
Teqlər:
yoluxma, Koronavirus, epidemiya, COVID-19
Orucluğun ilk duası

Orucluqda qidalanma ilə bağlı vacib tövsiyələr

194
(Yenilənib 11:01 18.04.2021)
Bütün bioloji fəal komponentlər yəni, əvəzolunmaz amin turşuları, doymamış yağ turşuları, vitaminlər, mikroelementlər, minerallarla zəngin olan bütün məhsullar immunitetin güclənməsi üçün insan orqanizminə yardımçı vasitə hesab oluna bilər.

BAKI, 18 aprel — Sputnik. Müəyyən qrup vitaminlərin xüsusilə C, D, E, A vitaminlərinin COVID-19 zamanı orqanizmə qoruyucu təsiri çox yüksəkdir. Bu sözləri Azərbaycan Tibb Universitetinin Qidalanma və kommunal gigiyena kafedrasının müdiri, dosent İbrahim Əhmədov koronavirus və orucluq şəraitində düzgün qidalanma ilə bağlı tövsiyələrini verərkən deyib. Onun qidalanma ilə bağlı müvafiq tövsiyələrini təqdim edirik. 

Koronavirusdan qoruyacaq bir qida varmı?

Bütün dünyaya yayılan yeni tip koronavirus ( COVID-19 ) pandemiyasından insanları qoruyacaq xüsusi bir qida yoxdur. Ümumiyyətlə hansısa qidanın hər hansı bir xəstəliyin qoruyucusu olmasını demək doğru olmaz. COVID-19-a gəldikdə isə bu müddət ərzində başa düşdüyümüz odur ki, bu xəstəliyə qalib gəlmək üçün yüksək immun sisteminə sahib olmalıyıq. Bu baxımdan hər zaman vurğulanan sağlam və balanslaşdırılmış qidalanma bir daha öz önəmini qazanır.

Ramazan ayında necə qidalanmaq lazımdır ki, immun sistemimiz zəifləməsin?

Bütün bioloji fəal komponentlər yəni, əvəzolunmaz amin turşuları, doymamış yağ turşuları, vitaminlər, mikroelementlər, minerallarla zəngin olan bütün məhsullar bu patalogiyanın qarşısının alınmasında insan orqanizminə yardımçı vasitə hesab oluna bilər. İlk növbədə onu bilməliyik ki, orqanizmdə immun sisteminin möhkəmliyi zülal komponenti ilə bağlıdır. Bu səbəbdən əvəzolunmaz amin turşuları ilə zəngin olan tam dəyərli zülal mənbəyi olan məhsullar bilavasitə immunitetin yüksəlməsində aparıcı rol oynayır. Heyvan mənşəli məhsullar : süd – ağartı məhsulları, balıq, yumurta, ət məhsulları bu qrupdan olan komponentlərdir.

Bu məhsullar həm zülal mənbəyi olaraq dəyərlidir, həm mineral maddələr, həm də yağda həll olan vitaminlərin yeganə mənbəyi bu adlarını çəkdiyim məhsullardır. Digər tərəfdən bilirik ki, antioksidant kimi və immun sisteminin yüksəlməsində əsas rol oynayan vitaminlərdir, xüsusilə də suda həll olan vitaminlər. Müəyyən qrup vitaminlərin xüsusilə C, D, E, A vitaminlərinin COVID-19 zamanı orqanizmə qoruyucu təsiri çox yüksəkdir. Amma unutmamalıyıq ki, orqanizm tarazlıqda qorunub saxlanılmalıdır. Bəzən təlaşa düşüb hər hansı komponentin qəbulunun artırılması, digər komponentlərin də bədəndə artmasına şərait yaradır. Tövsiyəm bunların qəbulu ilə bərabər polivitamin preparatlarından istifadə olunmasıdır. Orqanizm çox mürəkkəb mexanizmdir. Adət etdiyimiz gündəlik qidalanmada əsas elementləri unutmamalıyıq.

Hansı xəstələr oruc tutarkən diqqət etməlidirlər?

Xroniki xəstəliyi olan insanlar diqqət etməlidirlər. Məsələn insan şəkərli diabet xəstəsidirsə, aydın məsələdir ki, gün ərzində maye təlabatının vaxtında ödənilməsi sağlamlığının qorunmasının əsas şərtidir. Və ya bilirik ki, COVID-19 zamanı laxtalanma proseslərinin artmasının nəticəsi çox təhlükəli ola bilər. Ürək damar sitemi çatışmazlığı olan, mədə-bağırsaq problemləri yaşayan insanların zamanında qida və maye qəbulu sağlamlıq cəhətdən çox önəmlidir.

Ramazanda nə qədər su içməliyik?

Su orqanizm üçün ən vacib qida amillərindən biridir. Bəli, su qida amilidir. Maddələr mübadiləsi zamanı əmələ gələn ara maddələr çox güclü zəhərləyici xüsusiyyətlərə malik olan birləşmələr olub, insan orqanizminin həyati funksiyalarını poza bilər. Su həm də daxili təmizliyi təmin edən çox vacib amildir. Bu baxımdan yaxşı olar ki, insanlar qəbulda canlı suya üstünlük versin. İnsan suyu yalnız içki şəklində qəbul etmir. Qəbul etdiyimiz maye miqdarının təxminən 25-30%-ni xörəklərin, 15-20%-ni isə məhsulların tərkibində qəbul edirik. Sərbəst maye şəklində isə qəbul edəcəyimiz miqdar xüsusilik təşkil edir. Bu miqdar insan orqanizminin maddələr mübadiləsinin intensivliyindən, gördüyü işdən, ağırlıq dərəcəsindən, hava temperaturundan və s. asılıdır. Orta hesabla götürsək, müasir dövrdə gündəlik 2-3 litr maye qəbulu ödənilərsə, kifayətdir. Əslində maye tələbatını bədənimiz özü bizə bildirir. Əgər orqanizmdə mühitlərin qatılığı artarsa, mərkəzi sinir siteminə gedən reaksiya hesabına susuzluq yaranır. Və bu zaman tövsiyə edərdim ki, canlı (qaynadılmamış su) sudan istifadə olunsun. Əsas məqamlardan biri isə su qəbulunu birdəfəlik 1 litr içməklə deyil, fasilələrlə qəbul etməkdir. Ramazan müddətində isə gün ərzində mayeyə olan tələbatın insana çətinlik yaratmaması üçün imsaq zamanı 3-4 stəkan maye qəbul etməsi kifayətdir. Əsasən də Ramazanın ilk günlərində diqqət etmək lazımdır. Gündəlik qəbul etdiyimiz maye miqdarının 40-50%-ni imsaq zamanı qəbul etsək, iftar zamanına kimi bədənimizə yardımçı olmuş olarıq.

İmsaq və iftarda tövsiyə olunmayan qidalar hansılardır?

Nəinki Ramazan ayının imsaqında, eləcə də adi günlərdə belə səhər yeməyi mütləq yeyilməlidir. Əsasən də gün boyu enerjiyə ehtiyacı olan iş adamları buna əməl etməlidirlər. Ona görə də imsaqda insana enerji verəcək qidaların qəbul edilməsi vacibdir. Bu baxımdan imsaqda ilk növbədə duzlu qidaları rasiyondan çıxarmaq lazımdır. Turş qidalar, konservləşdirilmiş məhsullar, duzlu pendirlərdən, şirniyyatlardan imsaq zamanı uzaq durmaq tövsiyə olunur. Məsələn, menyuda yumurta, şit pendir, göyərti, pomidor, xiyarın olması məqsədəuyğundur. Bütün bunların imsaq və iftarda olması yaxşıdır.

İftar bir stəkan su ilə açılır. Buna səbəb mədənin rahatlamasıdır. Təbii ki, əvvəlcə ən yüngül qidaların qəbulu daha yaxşı olar. Birinci menyuda sulu yeməklərin olması vacibdir. Çünki birdən-birə ağır yeməyə keçmək xüsusilə də mədə-bağırsaq sistemində problemi olan insanların bundan əziyyət çəkməsinə gətirib çıxaracaq.

İftar zamanı şirniyyat məhsulları, xəmir xörəkləri, yüksək kalorili qidalar oruc tutanlarda kilo artımına səbəb olur. Kilo artımından asılı olaraq qan təzyiqində artım ola bilər. Kolbasa, bastırma və bənzər məhsullar doymuş yağ tərkibi yüksək olduğu üçün yeyilməsi riskli olan qida qruplarındadır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nəşr olunan son araşdırmaya görə, işlənmiş ətlərin xərçəng riskini artırdığı sübut edilib. ÜST tərəfindən nəşr olunan 27 maddəlik hesabatda işlənmiş ətlər 1-ci kateqoriya risk təsnifatına daxil edilib.

194
Gəncədə yerləşən Xalq Cümhuriyyəti Muzeyi

Alban tarixinə ögey yanaşma: Nazirlik abidələrə lövhə vurmaqla işini bitmiş sayır

0
(Yenilənib 19:22 18.04.2021)
"Bəzən sosial şəbəklərdə yazırlar ki, "7 manat çox bahadır". Hansı ki, o şikayət edənlər gedib bahalı restoranlarda yemək yeyib, şəklini sosial şəbəkələrdə paylaşırlar. Amma muzey üçün 7 manatı qıymırlar. Halbuki o 7 manat

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Azərbaycan Milli Elmlər Akademiyası, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında təəssüflə bildirir ki, Azərbaycanda tarixi abidələr və muzeylərlə bağlı maarifləndirmə işləri çox zəifdir:

"Son aylar nisbətən diqqət artıb. Turizm Mədəniyyət Nazirliyindən ayrıldıqdan sonra az da olsa fərqi hiss edirəm. Mədəniyyət Nazirliyinin nümayəndələri dəfələrlə mənim yaratdığım muzeydə olublar. Amma buna baxmayaraq, tarixi abidələrin qeydə alınması ilə bağlı proses bir az da ləngiyib. Mənim yaratdığım muzeyə Amerikadan, Türkiyədən, Kanadadan, Sinqapurdan gələn xarici qonaqlar olur. Bəzən hətta yol ötən sürücülər belə yaratdığım muzeyə baş çəkir. Ən azı bəşər övladının yaratdığı dəyər olduğunu anlayırlar. Təəssüf ki, bu, Azərbaycanda bu sahəyə maraq arzulanan səviyyədə deyil".

Alim tariximizə laqeyd münasibətlə bağlı Kütləvi İnformasiya Vasitələrinə və dövlət qurumlarına səslənib:

"Çox istəyərdim ki, KİV, dövlət qrumları bu məsələyə xüsusi önəm versinlər. Tarixi abidələrimiz bizim milli pasportumuzdur. Buradakı insanların dünənki tarixidir. Sabahkı tariximiz üçün bir şahiddir. Çinlilərin bir sözü var, "keçmişini yaxşı öyrən, o, gələcəyin müəllimidir". Tarixi öyrənmək üçün kitab oxumaq kifayət deyil. Mütləq tarixi məkanları, muzeyləri də ziyarət etmək lazımdır. Məsələn, Qax rayonunun Güllük kəndində böyük təpənin üzərində çox möhtəşəm abidə var idi. Amma hazırda abidənin yalnız bünövrəsi qalmaqdadır. Bu da insanların cahilliyindən, maariflənmə işinin aparılmamasından irəli gəlir. Yaxşı olar ki, alban abidələri haqqında mediada maarifləndirmə işləri aparılsın".

Alim qeyd edir ki, o sökülən başqasının deyil, bizim - Qafqazın tarixidir.

"Azərbaycanın tarixi abidələrinin tətqiqatçısı, numizmat-alim Yevgeni Paxomov yazıb: "Misir tarixi üçün ehramların nə qədər böyük əhəmiyyəti varsa, Qafqaz tarixi üçün də Katex kəndində tikilən bu səddin bir o qədər böyük əhəmiyyəti var". Mən bu abidənin restavrasiyası üçün keçmiş Mədəniyyət naziri Əbülfəz Qarayevə dəfələrlə müraciət etdim. O söz verdi, mütəxəssislər gəldi. Həftələrlə o abidənin üzərində işlədik. Mədəniyyət Nazirliyi ora bir lövhə vurmaqla öz işini bitmiş hesab elədi", - deyə mütəxəssis bildirib.

Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin mütəxəssisi Qənirə Qaforava isə deyir ki, onun çalışdığı muzeydə vəziyyət heç də pis deyil. Dediyinə görə, ziyarətçi sarıdan da əziyyət çəkmirlər:

"Bizim muzeyimizə hər zaman maraq olub. Çünki, Azərbaycanda ilk yaranan muzeydir. Burada iki muzey yerləşir – həm Milli Azərbaycan Tarixi Muzeyi və Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi. Bura Tağıyevin yaşayış yeri olub. Gələn ziyarətçi iki muzeyi ziyarət edir. İstər yerli, istərsə də xarici ziyarətçilər hər zaman maraqla gəliblər. Pandemiya dövründə bir müddət bağlandı, amma hazırda açıqdır və ziyarətçilərimiz muzeyimizə baş çəkirlər. Hazırda Tarix muzeyi təmir-bərpa işləri ilə əlaqədar müvəqqəti bağlıdır. Amma Tağıyevin 10 otaqdan ibarət xatirə muzeyi açıqdır. Xaricilər üçün 5 manat, yerli ziyarətçilər üçün 2 manatdır, amma məktəbli və tələbələr üçün 1 manatdır. Xaricilər muzeyimizi çox maraqla izləyirlər".

Milli Xalça Muzeyinin Mətbuat xidmətinin rəhbəri Ülvina Fərzəliyeva da mövzuya münasibətini bildirib:

"Giriş 7 manatdır. 6 yaşına qədər uşaqlar üçün pulsuzdur. 6 manatdan yuxarılara 3 manat, məktəb və tələbələrə də 3 manat. Azərbaycan Xalça muzeyi ölkənin ilk İnklüziv muzeydir. Fiziki məhdudiyyətli insanlar da rahat şəkildə muzeyimizi ziyarət edə bilirlər. Onların əlil arabasında girişi, liftlərdən istifadəsi, ekspozisiyalarla tanışlıq üçün bütün şərait yaradılıb. Bundan əlavə, bizdə görmə əngəlli insanlar üçün xovsuz və xovlu texnikanın birgə tətbiqi ilə xalçalarımız üzərində ornamentlər toxunub. Bunu ənənəvi texnologiya şöbəsinin toxucuları ona görə ediblər ki, görmə əngəlli insanlarımız da xalçalara toxunub hiss edə bilsinlər. Bundan əlavə, həmin ornamentlərlə bağlı brayl əlifbası ilə məlumat verilib".

Fərzəliyeva sosial şəbəkələrdə muzeyə girişin baha olmasına narazılıq edənləri də unutmayıb:

"Deyirlər, 7 manat çox bahadır. Halbuki o şikayət edənlər gedib bahalı restoranlarda yemək yeyib, şəkillərini sosial şəbəkələrdə paylaşırlar. Amma muzey üçün 7 manatı qıymırlar. Halbuki o 7 manat bir kofenin, bir çayın puludur. Gələn insanlar deyirlər ki, "sanki bir anlıq nağıllar aləminə düşdük". Bizim muzeyimizi ziyarət edənlər uzun müddət o ab-havadan çıxmırlar". 

0