Saç stilləri

Saç tökülməsi hansı xəstəliklərdən xəbər verir?

4857
(Yenilənib 17:35 17.09.2015)
Elmi araşdırmalar zamanı sübut olunub ki, saç ürəkdən qidalanır.

BAKI, 17 sen – Sputnik. Elmi araşdırmalar zamanı sübut olunub ki, saç ürəkdən qidalanır. Daxilən sən sağlamlansansa, saçların da sağlam olacaq. 

Saç tökülməsi iki amildən yaranır. Burda xarici və daxili amillər var. 

Xarici amillərə saçların yuyulması, daranması, mexaniki zədələr, şampunlardan istifadə, nəmli yatmaq və digər amillər daxildir. Yəni, saça ehtiyacı olan düzgün qulluq göstərilmədik tökülmə ilə nəticələnir. 

Stress amili, o cümlədən ətraf mühit və ekologiya, qida, sosial həyat da saç tökülməsinə səbəb olur.

Daxili amil isə xəstəlikdir. Hər hansı xəstəlik ilk növbədə özünü saçda göstərir. Ağır, xüsusən də, infeksion xəstəliklərdən (skarlatina, qrip və s.), zəhərlənmələrdən, psixi travmalardan, ağır həyəcanlardan, uzunmüddətli yorğunluqlardan sonra da saçların tökülməsi sürətlənə bilər. 

Qan dövranının pozulması, hormonal problemlər, qan azlığı, xərçəng xəstəlikləri və bir sıra daxili orqanlardan qaynaqlanan xəstəliklərin hamısı saç tökülməsinə gətirib çıxarır.

Kişilərin təxminən 25 faizində 30 yaşdan sonra andogenetik saç tökülməsi müşahidə olunur. Ancaq son zamanlar bu yaş həddi daha da azalmağa başlayıb. 

Müalicə ilə saçların 100 faizini qaytarmaq mümkün olmur. Bu halda, biz sadəcə saç tökülməsini dayandırır, daha pis vəziyyətə düşməsinin qarşısını alır və az da olsa tük əmələ gətiririk.

4857
Teqlər:
saçların sağlam olması, saç haqqında, saç
Tahir Kərimli, arxiv şəkli

Millət vəkilində COVID-19 aşkarlandı, evdə karantinə alındı

8
Tahir Kərimli bildirib ki, ailəsində də yoluxan olub və onlar da ev şəraitində müalicələrini davam etdirirlər. 

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 19-da Milli Məclisin 10-dan çox deputatında COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, virus aşkarlanan millət vəkillərindən biri olan Tahir Kərimli hazırda evdə müalicə alır. Bu haqda Sputnik Azərbaycan-a danışan millət vəkili səhhətinin yaxşı olduğunu bildirib: "Hazırda səhhətim yaxşıdır, evdə müalicə alıram. Həkim müayinəsi altında müalicələr davam edir".

Millət vəkili bildirib ki, ailəsində də yoluxan olub və onlar da ev şəraitində müalicələrini davam etdirirlər. 

Xatırladaq ki, “Report” COVID-19-a yoluxan deputatlardan 9-nun adını təqdim edib: Bunlar Tahir Kərimli, Azər Badamov, Məşhur Məmmədov, Vüqar Bayramov, Qənirə Paşayeva, Rəşad Mahmudov, Soltan Məmmədov, Nizami Səfərov və Elnur Allahverdiyevdir

8
Teqlər:
müalicə, millət vəkili, Koronavirus, COVID-19, yoluxma
Tibb işçisi, arxiv şəkli

Azərbaycanda koronavirusdan ölüm pik həddə çatdı

30
(Yenilənib 16:44 23.11.2020)
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bu gün koronavirus infeksiyasına 2 187 yeni yoluxma faktı qeydə alınıb.

BAKI, 23 noyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 29 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 95 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 64 475 nəfər müalicə olunaraq sağalıb, 1 160 nəfər vəfat edib, aktiv xəstələrin sayı 29 646 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 784, ötən müddət ərzində isə ümumilikdə 1 617 239 test aparılıb.

30
İmza, arxiv şəkli

Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib

0
Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın tam adaşı olan naziri Ermənistanda "supernazir" adlandırırdılar.

BAKI, 23 noyabr - Sputnik. Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan vəzifəsindən azad edilib.

Sputnik Ermənistan-ın verdiyi xəbərə əsasən, bununla bağlı müvafiq fərmanı bu gün Ermənistan prezidenti Armen Sarkisyan imzalayıb.

Arutyunyanı nazir postunda Vaqram Dumanyan əvəz edib.

0
Teqlər:
nazir, Ermənistan, azad edilmə