İlan

Azərbaycanda süni şəraitdə ilan yetişdiriləcək

509
Azərbaycanda ilan zəhərinin əldə edilməsi, onun dərisindən, piy qatından, qanından və digər orqanlarından istifadə edilməsi üçün süni şəraitdə ilanların yetişdirilməsi təklif edilir.

BAKI, 16 sen — Sputnik. Azərbaycanda ilan zəhərinin əldə edilməsi, onun dərisindən, piy qatından, qanından və digər orqanlarından istifadə edilməsi üçün süni şəraitdə ilanların yetişdirilməsi təklif edilir.

Bunu Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun aparıcı elmi işçisi, keçmiş “Zootoksinlər” İstehsal, Elmi Araşdırmalar Mərkəzinin sabıq direktoru Təvəkkül İsgəndərov Trend-ə bildirib.

T.İsgəndərov deyib ki, bu sektorda qapalı dövriyyə üzrə istehsal qurmaq olar: “Gələcəkdə təbiətdən asılılığı azad etməklə, bu istehsal sahəsini qurmaq olar. Yəni biz ilan zəhəri əldə etmək üçün ilanı təbiətdən ovlamayaq, onu özümüz yetişdirək. Bunun üçün ilanların süni yetişdirilməsi texnologiyasını hazırlamaq lazımdır. Amma bu məsələ elmi araşdırmalar tələb edir”.

T.İsgəndərov qeyd edib ki, qapalı müəssisəni yaratmaq üçün xüsusi mərkəz, laboratoriyalar yaradılmalı, dövlət bu sahəyə dəstəyini göstərməlidir.

Mütəxəssisin sözlərinə görə, bununla bağlı təkliflər Nazirlər Kabinetinə artıq bir necə təkliflər təqdim edilib, amma onun reallaşması üçün maliyyə vəsaiti hələlik ayrılmayıb.

Azərbaycanda gürzə zəhərinin toplanması təcrübəsi 1969-cu ildən 1993-cü ilə kimi mövcud olduğunu xatırladan sabiq direktorun sözlərinə görə, Cənubi Qafqazda zəhərli gürzə ilan növünün ən geniş yayılma arealı Azərbaycanda, çox az bir hissəsi isə Ermənistan və Gürcüstandadır.

T.İsgəndərov qeyd edib ki, Azərbaycanda bu gün də təbii ilan resursu kifayət qədər var: “Amma hər halda SSRİ dövründə olan kimi deyil. Gürzələrin ovlandığı ərazi Mil-Qarabağ düzənliyidir. Indi sərhəd bölgəsi olduğundan orada ilan ovlamaq mümkün olmayacaq. Yəni biz əvvəlki sayda ilan tuta bilməyəcəyik. Amma bu, o demək deyil ki, Azərbaycanda ilan zəhəri perspektivi yoxdur, əksinə var”.

509
Həkim, arxiv şəkli

İrandan 22 həkim könüllü olaraq döyüş bölgəsində fəaliyyət göstərmək üçün müraciət edib

37
(Yenilənib 18:26 21.10.2020)
Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan sivil xalqa və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik.

Eldar Tanriverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 oktyabr — Sputnik. İranda müxtəlif sahələrdə çalışan 22 həkim Azərbaycanda döyüş zonalarında könüllü olaraq fəaliyyət göstərmək üçün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səlahiyyətli səfirinə müraciət ünvanlayıb.

Bu barədə Sputnik Azərbaycan-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

© Embassy of Iran in Baku
Döyüş bölgəsində fəaliyyət göstərmək üçün müraciət edən iranlı həkimlər

Müraciətdə qeyd edilib: "Diqqətinizə çatdırmaq istərdik ki, biz, İranın mütəxəssis həkimləri Azərbaycan Respublikasının hörmətli dövlətini və xalqını yeni qələbələrlə təbrik edib, eləcə də, hərbçilərin və sivil xalqın şəhid edilməsi ilə əlaqədar dərin hüznlə başsağlığı verərək Azərbaycan Respublikası Ordusuna və əsgərinə yeni qələbələr arzulayırıq. Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan sivil xalqa və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik".

37
Teqlər:
müraciət, kömək, İran, iranlı, Həkimlər, ölənlər və yaralılar, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bir gecədə üç nəvəsini itirən Sənayət nənə: “Ləman bu il tələbə olacaqdı” – video
Mehriban Əliyeva Gəncənin vurulması haqda: "İnsanlığa qarşı cinayətdir"
Qəlbimiz Azərbaycanla döyünür - Türkiyə müxalifətinin lideri
Ermənistan Ağdamın kəndlərinə mərmi yağdırdı, iki mülki şəxs xəsarət aldı
Atılan mərmilər daha bir Tərtər sakinini yaralayıb - video
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord

22
(Yenilənib 15:17 21.10.2020)
Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

22
Kalkulyator, arxiv şəkli

Dövlət büdcəsinin kəsiri qədər olub?

0
Doqquz ayda dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,6 faiz və yaxud 18 milyard 642,2 milyon manat icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1 milyard 951,6 milyon manat və ya 11,7 faiz çoxdur

BAKI, 21 oktyabr — Sputnik. Cari ilin 9 ayında dövlət büdcəsinin mədaxili 17 milyard 964,6 milyon manat təşkil edib ki, bu da proqnoza qarşı 206,5 milyon manat və ya 1,2 faiz, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 1 milyard 93,2 milyon manat və ya 6,5 faiz çoxdur.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 5 milyard 672,6 milyon manat vəsait daxil olub, bu da proqnoza nisbətən 155,6 milyon manat və ya 2,8 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 63,8 milyon manat və ya 1,1 faiz çoxdur. Həmin vəsaitin 74,9 faizi və yaxud 4 milyard 249,9 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 321,1 milyon manat və ya 8,2 faiz çoxdur.

Bu ilin 9 ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2 milyard 955,3 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 33 milyon manat və ya 1,1 faiz çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlər və sair daxilolmalardan müvafiq olaraq 373,9 və 110,3 milyon manat vəsait büdcəyə daxil olub.

İnfoqrafika: Azərbaycanın büdcəsi
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulmuş həcmdə, yəni 8 milyard 852,5 milyon manat vəsait transfert edilib. Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 5 milyard 941,8 milyon manat icra edilib.

Doqquz ayda dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,6 faiz və yaxud 18 milyard 642,2 milyon manat icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1 milyard 951,6 milyon manat və ya 11,7 faiz çoxdur. Yanvar-sentyabr aylarında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. İqtisadi təsnifata uyğun olaraq cari ilin 9 ayında dövlət büdcəsi xərclərinin 38,5 faizi və ya 7 milyard 171,7 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz və ya 1 milyard 283 milyon manat çoxdur.

Bu ilin 9 ayında dövlət büdcəsi xərclərinin 12 milyard 188 milyon manatı və ya 65,4 faizi cari xərclərə, 4 milyard 927,6 milyon manatı və ya 26,4 faizi əsaslı xərclərə, 1 milyard 526,6 milyon manatı və ya 8,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib. Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 6 milyard 911,4 milyon manat icra olunub.

Doqquz ayda dövlət büdcəsinin kəsiri 677,6 milyon manat təşkil edib və ya 1 milyard 156,6 milyon manat məbləğində proqnozlaşdırılan kəsirdən 479 milyon manat və ya 41,4 faiz az olub. Kəsirin örtülməsi nəzərdə tutulduğu kimi özəlləşmədən daxilolmalar, xaricdən cəlb edilən kreditlər, daxili borclanma və vahid xəzinə hesabının qalığı hesabına təmin edilib.

0