Apples

Almanı qabıqlı yeyin, çünki...

433
(Yenilənib 15:52 14.09.2015)
Bu meyvənin qabığını cəmi 5-10 dəqiqə üzünüzdə tutduğunuz zaman yorğunluğunuzu aradan qaldırır və dərinizi təmizləyir.

BAKI, 14 sen – Sputnik. Almanın insan sağlamlığı üçün son dərəcə xeyirli bir meyvə olduğunu artıq hamımız bilirik. Təbii möcüzəvi meyvə olan alma tək özü ilə deyil, qabığı ilə də sanki şəfa paylayır.

Bu meyvənin qabığını cəmi 5-10 dəqiqə üzünüzdə tutduğunuz zaman yorğunluğunuzu aradan qaldırır və dərinizi təmizləyir. Alma qabığında olan Triterpenoids adlı maddə dəri üçün çox faydalıdır. 

Bundan başqa, Xərçəng hüceyrələrinin törəməsinə maneə olan alma qabığı, dəriyə sürtülən zaman qırışmaları yox etmədə birə-bir təsirlidir.

Alma qabığı öskürək üçün də faydalıdır. Qaynadılaraq içilsə, sinəni yumşaldar və bəlğəmi yox edər. İştahı azaltmağa da yardımçı olur. Bununla piylənmənin də qarşısı alınmış olur. 

Alma qabığı diş sağlamlığı üçün də çox faydalıdır. Dişləri təmizləyər və diş ətlərini gücləndirər. Bütün bu faydalarına görə, almanı qabığıyla birlikdə yeməyiniz məsləhətdir. Çünki, bu sizi bir çox xəstəliklərdən qoruyar.

433
Teqlər:
almanın xeyri, alma haqqında, alma qabığı, xərçəng hüceyrələri, Triterpenoids maddəsi, möcüzəvi meyvə, təbii möcüzəvi meyvə, meyvə, insan sağlamlığı, alma
Xəstəxana, arxiv şəkli

Bu özəl xəstəxanalarda da icbari tibbi sığortadan istifadə mümkün olacaq

8
(Yenilənib 23:20 22.06.2021)
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir.

 

BAKI, 22 iyun — Sputnik. Xidmətlər Zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin siyahısı açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir.

Vətəndaş qeydiyyatda olduğu ərazi üzrə dövlət tibb müəssisəsinə müraciət edir, həmin tibb müəssisəsində Xidmətlər Zərfi çərçivəsində ona lazım olan tibbi xidmətin göstərilməsi mümkün olmadıqda müqaviləli tibb müəssisəsinə göndəriş verilir.

Vətəndaş TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisəsi tərəfindən ona verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir.

Vətəndaş göndəriş vərəqəsi olmadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir. Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.

Müqaviləli tibb müəssisələrinin siyahısı:

1. Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs

2. Mərkəzi Klinik Xəstəxana

3. Caspian International Hospital

4. Respublika Diaqnostika Mərkəzi

5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi

6. Gəncə Beynəlxalq Xəstəxanası

7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası

8. Mərkəzi Neftçilər Xəstəxanası

9. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi

10. EGE Hospital

11. Sumqayıt Hospital

12. Avrasiya Hospital

13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi

İcbari tibbi sığortanın tətbiqi

Qeyd edək ki, bu ilin aprelin 1-dən etibarən icbari tibbi sığorta ölkə üzrə tam tətbiq olunmağa başlayıb. Həmin tarixdən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə etmək imkanı əldə edib. Əlavə olaraq bildirək ki, təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaşlar səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir. İlkin səhiyyə müəssisələrinə poliklinika, Ailə Sağlamlıq Mərkəzi və kənd həkim məntəqəsi aiddir. Burada vətəndaşlar ərizə dolduraraq ailə həkimini seçməlidir. Ailə həkimini seçərək vətəndaş tibb müəssisəsinə təhkim olunur. Ailə həkiminin müayinə və müalicəsindən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ailə həkimi tərəfindən ixtisaslı həkimə göndəriş verilir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edən vətəndaş icbari tibbi sığortanın Xidmətlər Zərfindən yararlana bilir.

Eləcə də oxuyun: 

  • İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri artırıldı

  • Əlilliyin hansı hallarda ömürlük müəyyən olunacağı açıqlanıb

  • COVID-19-u gizli keçirənlər immunitet sertifikatı ala bilərlərmi? Əlac ancaq...

8
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-lə bağlı xoş xəbər

205
(Yenilənib 16:47 22.06.2021)
Ölkəmizdə koronavirusa yoluxma ilə bağlı son durum açıqlanıb. Bu gün ölüm halı qeydə alınmayıb. Vaksin vurulanların sayı isə 3 milyonu ötüb.

BAKI, 22 iyun — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, son sutka ərzində COVID-19-dan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 710 nəfər müalicə olunaraq sağalıb, 4 963 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 895 nəfər olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 247, bu günə qədər isə ümumilikdə 3 690 224 test icra olunub.

Qeyd edək ki, dünən koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Vaksin vurulanların sayı 3 milyonu ötdü

Həmçinin bu gün Azərbaycanda bu gün 42 843 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 284, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 559 nəfər təşkil edib. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 3 032 516, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 971 930, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 060 586 nəfər təşkil edir. Dünən isə Azərbaycanda 215 nəfər vaksinasiya olunmuşdu.

205
Teqlər:
statistika, vaksinasiya, vaksin, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Известный журналист и спортивный комментатор, исполнительный директор МИА Россия сегодня Василий Конов

AVRO keçirmək üçün birgə Azərbaycan-Türkiyə müraciətinin yaxşı şansları ola bilər - Konov

0
(Yenilənib 00:10 23.06.2021)
Tanınmış rusiyalı idman jurnalisti Vasili Konov Sputnik Azərbaycan-la söhbətində AVRO-2020 barədə fikirlərini bölüşüb.

Bir neçə oyunu Bakı Olimpiya stadionunda keçirilən Avropa çempionatının qrup mərhələsi sona çatır. Komandalar üçüncü turun oyunlarını keçirəndən sonra 1/8 finalın bütün cütlükləri məlum olacaq.

AVRO-2020 Azərbaycan paytaxtına 3 iyulda Bakı Olimpiya Stadionunda baş tutacaq 1/4 final oyunu ilə qayıdır. Bundan əvvəl, Bakıda "A" qrupunun üç oyunu - Uels və İsveçrə (1:1), Türkiyə və Uels (0:2) və Türkiyə ilə İsveçrə (1:3) arasında keçirilib.

- Sizin fikrinizcə, AVRO-2020 necədir? Hazırda sizdə hansı təəssüratlar formalaşıb?

- Tamaşaçıların əksəriyyətinin uzun müddət turniri gözləməsi səbəbindən tükənmələri baş tutan oyunların ortaya qoyduğu əsas problemdir. Bundan əlavə, mənim fikrimcə, çempionatın bir neçə ölkədə keçirilməsi konsepsiyası özünü doğrultmadı. Çünki hamımız turnirin futbol xoşbəxtliyinin tam cəmləşdiyi bir yer olmasına öyrəşmişik. Amma oyunlar bütün Avropaya səpələnəndə bu, təəssüflər olsun ki, hiss olunmur.

Futbol festivalının açıq-aşkar uğurlu keçdiyi Budapeştdən mənzərəni izləmək və 5-6 min tamaşaçı olduğu və əsl futbol ab-havasının hiss olunmadığı bir stadionda olmaq olar. Tamaşaçı və təşkilatçıların tükənməsi ilə yanaşı, ən dəhşətlisi - oyunçuların da tükənməsidir.

- Bəs futbol komponenti haqqında fikirləriniz?

- İtalyanları çox bəyəndim, fransızları da həmçinin. Rusiya millisinə gəldikdə isə, oyun, şübhəsiz ki, rusiyalı tamaşaçının gözlədiyi kimi olmadı.

Bakıda oynayan komandalardan danışsaq, əksəriyyət Türkiyə komandasından tamamilə fərqli oyun gözləyirdi. Həm də, Türkiyə komandası üçün Bakıdakı matçların ev oyunu olması lazım idi və bu cür dəstəklə daha yaxşı performans göstərməli idilər.

Əgər söhbət şəhərlərdən gedirsə, onda Budapeşt rəqabət xaricindədir. Sankt-Peterburq, Bakı və Londondan sonra haraya gedəcəyimi seçmək fürsətim olsaydı, əlbəttə ki, Macarıstanın paytaxtını seçərdim.

- Fikrinizcə, Türkiyə və Rusiya yığmalarının belə sönük çıxışının səbəbi nədir?

- Məncə, səbəb hər birinci, həm də ikinci halda komandaların güclərinin obyektiv səviyyəsindədir. Rusiya yığmasına gəldikdə, biz dünya reytinqində birinci olan komandanın, dünya siyahısının ilk onluğuna düşən danimarkalıların və kifayət qədər təhlükəli finlərin çıxış etdikləri qrupa düşmüşdük.

İstənilən halda, rəqiblərin səviyyələrini müqayisə edərkən, bu müqayisə Rusiya yığmasının xeyrinə deyil.

- Sizi xoş mənada təəccübləndirən yığmalar var?

- Məncə, az adam macarların fransızlarla oyunda belə təəssürat yaradacaqlarını gözləyirdi. Yəqin, hələlik bu, əsas sürprizlərdən biridir.

Bundan əlavə, oyun keyfiyyətinə görə, fərdi icra ustalığına görə turnirin ən yaxşı kəşfi çexlər oldular.

Fərdlərə gəldikdə isə, burada hər şey kifayət qədər gözləniləndir. Hamı ondan rekord gözləyirdi, o da rekord vurdu və onu artırmaqda davam edir: Ronaldu artıq bütün ağlasığan və ağlasığmaz rekordları vurub. Bununla paralel olaraq o Instagram-da 300 milyon izləyicisi olan ilk insan oldu. Belə fanat ordusu nəhəng bir şeydir.

- Fikrinizcə, hansı yığma bu mərhələdə çempion kimi görünür?

- Məncə, hələlik heç biri. Əgər məndən bu barədə turnirədək soruşsaydılar, finalı Fransa-Belçika deyərdim. İndi demək çətindir, çünki 6 top vurulmuş Portuqaliya-Almaniya oyununa baxanda, əlbəttə ki, finalın elə olmasını istəyirsən.

Finalda Portuqaliya və Almaniyanın qarşıdurmasının təkrarlanmasının əleyhinə deyiləm. Lakin "Uembli"də finalda ingilisləri də görmək istərdim, Məncə, bu əla olardı.

- Yeri gəlmişkən, AVRO-2020-nin finalını Londondan Budapeştə keçirə bilərlər…

- Başa düşdüyüm qədər, orada hər şey Böyük Britaniyada mövcud olan karantin tədbirlərinə görə qəlizləşib. Hazırda, orada gələnlər üçün 10 günlük karantin ləğv olunmayıb. Bundan əlavə, mən finaldan qayıdandan sonra Moskvada karantində daha 14 gün də oturmalı olacağam. Yəni, Avropa çempionatının finalına gediş mənə karantində 25 günə başa gələcək. Belə şeyi mən özümə rəva görmərəm.

Ona görə də UEFA İngiltərə rəsmilərindən Böyük Britaniyaya girişdə karantini ləğv etməyi xahiş edib. Lakin britaniyalılar onu ləğv etsələr belə, geri dönüşdəki karantini heç kim ləğv etməyəcək. Düşünürəm ki, finalın yerini dəyişməkdənsə, giriş karantinini ləğv edəcəklər. Final Budapeştə verilməyəcək qədər statuslu və bahalı əyləncədir.

- Bakı sizdə hansı təəssüratları oyadır?

- Ən azından vizual olaraq Bakı həmişə gözəldir. Mən yerli taksi sürücülərindən biri ilə bütün bu yenidənqurmalara qədər olan Bakını və bugünkü gözəl dəniz kənarı, möhtəşəm şəhər mərkəzi olan şəhəri müzakirə etmişəm. Belə şəhər infrastrukturunun inkişafına imkan yaradan və qonaqlar üçün maksimal rahat olmağa imkan verən idman tədbirlərinin olması əladır.

- AVRO-2020 oyunlarının, buna qədər isə Avroliqanın finalının, həmçinin Avropa və İslam oyunlarının  keçirilməsi Azərbaycanın bölgənin digər ölkələrilə birgə tam olaraq futbol üzrə Avropa çempionatını qəbul etmək şansını nə dərəcədə yüksəldir?

- Məncə, əgər Azərbaycan və Türkiyə Avropa çempionatının keçirilməsi üçün birgə müraciət etsələr, bunun müəyyən perspektivləri olacaq. Sadəcə, mənə elə gəlir ki, UEFA-dan artıq bildiriblər ki, iki ölkədə çempionat keçirmək istəmirlər. Yəni, indi hər şeyin bir ölkədə keçirilməsi fikri üstündür.

Lakin əgər UEFA əvvəlki kimi birgə müraciətlərə müsbət yanaşarsa, Türkiyə və Azərbaycanın yaxşı şansları ola bilər.

Eləcə də oxuyun:

  • Türkiyənin göz yaşları, Uelsin rəqsi: Bakıda AVRO-2020 qrup mərhələsinə yekun vurulub

  • Vasili Konov: Türkiyə millisi ağır vəziyyətdədir, amma hələ ümid var

  • Rusiya yığması böyük hesabla Danimarka millisinə uduzaraq Avropa çempionatını tərk edir

  • Türkiyədən AVRO-2020 ilə bağlı Azərbaycana müraciət: Əla qardaşlıq ruhu göstərdiniz

0
Teqlər:
video, jurnalist, futbol, Bakı, AVRO-2020