Пачка сигарет

Bu qidalar nikotini bədənimizdən təmizləyir

7005
(Yenilənib 13:24 11.09.2015)
Nikotinin hamısını orqanlarımızdan atmaq üçün bu qidaları qəbul etməyimiz kifayətdir.

BAKI, 11 sen – Sputnik. Siqaret çəkdikdən 6 saat sonra bədən, orqanlarda yığılan nikotini çölə atmağa başlayır. Lakin bir çox hallarda bədən öz funksiyasını tam yerinə yetirə bilmir və nikotinin bir qismi bədənimizdə qalar. Belə olan halda qəbul etdiyimiz qidalar vasitəsilə bu işi tamamlaya bilərik. Nikotinin hamısını orqanlarımızdan atmaq üçün bu qidaları qəbul etməyimiz kifayətdir:

Gicitkən otu: immunitet sistemini gücləndirir, zərərli maddələri bədəndən uzaqlaşdırır.

Kivi: Siqaret çəkən zaman bədəninizdə olan A, C və E vitamin miqdarları azalır, bunu yüksəltmək üçün bol miqdarda kivi yeməyiniz məsləhətdir.

Şam yarpağı çayı: Ağız və boğazdakı infeksiyaları məhv etdiyi dəfələrlə sübut olunub. Bundan başqa ağciyər sağlamlığı üçün olduqca müsbət təsiri var.

Portağal: Bu meyvənin tərkibi C vitamini ilə zəngindir. Nəzərə alaq ki, siqaret çəkənlərin çoxunda C vitamini çatışmamazlığı var. 

Kök suyu: Bədəninizə A, B, C və K vitaminlərini verərək nikotinin çölə atılmasını təmin edər.

Kələm: Kələm, xərçəng riskini sıfır faizə endirir. Tərkibində bol miqdarda C vitamini ilə bərabər, A, B, E vitaminləri ilə kalsium, kalium, kükürd, maqnezium, mis və dəmir minerallarla da zəngindir. Antioksidan təsiri ilə bədəndəki zərərli maddələri və nikotini çölə atır.

Tez-tez nar yemək də nikotinin bədəndən çıxmasını təmin edir

Bol miqdarda tərəvəz qəbul edin. Bu sizing sağlamlığınız üçün olduqca yaxşıdır. Badımcan, xiyar və lobya kimi tərəvəzlər bədəni nikotindən təmizləyər. Qan hüceyrələrinizin maksimum səviyyədə işləməsi üçün oksigenə ehtiyac var. Bunun üçün tez-tez dərindən nəfəs alın.

İspanaq: İspanaq sizi siqaretdən diksindirmək üçün ən gözəl tərəvəz məhsuludr. Onun tərkibində olan folik turşusu tütün tamını iyrən hala salır. 

Su: Suyun bədəninizi başdan aşağı yenilədiyini bilirsiniz. Su bədəninizdə olan toksinlərin içindəki nikotini ixrac gücünə malikdir.

7005
 Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Peyvənd olunanların sayı açıqlandı

2
(Yenilənib 16:55 20.04.2021)
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1352210, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 899213 nəfərə çatıb.

 

BAKI, 20 aprel — Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14830 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9981, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4849 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1352210, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 899213, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 452997 təşkil edir.

2
Teqlər:
peyvənd, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
 Təcili yardım briqadası, arxiv şəkli

Azərbaycanda COVID: yoluxma da, ölüm artdı

457
İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4203 nəfər vəfat edib.

BAKI, 20 aprel — Sputnik. Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 2197 yeni yoluxma faktı qeydə alınıb, 1 946 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4203 nəfər vəfat edib. 32 170 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13777, bu günə qədər isə ümumilikdə 3 128 656 test icra olunub.

457
Teqlər:
Azərbaycan, statistika, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Ağac kəsimi, arxiv şəkli

İcra Hakimiyyətinin verdiyi əraziyə görə cərimə yazdılar

0
(Yenilənib 17:28 20.04.2021)
İki ağacın kəsildiyi, bir ağacın zədələndiyi və təbiətə 2280 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

BAKI, 20 aprel — Sputnik. Nəsimi rayonu Seyid Cəfər Pişəvari küçəsi 27A ünvanında ağacların kəsilərək tikinti işlərinin aparılması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəsmisi Vaqif Cavadov Sputnik Azərbaycan-a bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, sözügedən ünvanda tikinti məqsədilə qazıntı işlərinin aparıldığı, 2 ağacın kəsildiyi, 1 ağacın zədələndiyi və təbiətə 2280 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

O qeyd edib ki, araşdırma zamanı ərazinin yaşayış binasının tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "Memar İnşaat-2017" MMC-yə verildiyi məlum olub: "Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər aidiyyəti üzrə Prokurorluq orqanına göndəriləcək".

0
Teqlər:
cərimə, ağacların kəsilməsi, tikinti şirkəti, icra hakimiyyəti