Leyla Şıxlinskaya klinikası, клиника Лейлы Шыхлинской

Leyla Şıxlinskaya klinikası bağlanır?

583
(Yenilənib 17:09 10.08.2015)
Səhiyyə Nazirliyi Leyla Şıxlinskaya klinikasının fəaliyyətini dayandırması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

BAKI, 10 avq — Sputnik. Səhiyyə Nazirliyi Leyla Şıxlinskaya klinikasının fəaliyyətini dayandırması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən Sputnik-ə bildirilib ki, Leyla Şıxlinskaya klinikasına verilən lisenziyanın müddəti bitməkdədir və klinika lisenziya müddətinin uzadılması ilə bağlı nazirliyə müraciət edib: “Hazırda nazirlikdə Leyla Şıxlinskaya klinikasından lisenziyanın uzadılması ilə bağlı daxil olan müraciətə baxılır. Lisenziya ilə bağlı məsələ araşdırıldıqdan sonra müvafiq qərar veriləcək.”

Qeyd edək ki, bir sıra mətbuat orqanlarında  Azərbaycanda tanınmış Leyla Şıxlinskaya klinikasının  fəaliyyətinin dayandırılması haqqında məlumat yayılıb. Məlumata əsasən bu, klinikaya növbəti fəaliyyət üçün lisenziya verilməməsi ilə bağlıdır.

Məlumata görə, klinika bağlandığına görə artıq həkim heyəti başqa müəssisələrdə özünə iş tapıb.  

Klinikadan isə Sputnik-ə  bildiriblər ki, fəaliyyətin məhdudlaşdırılması tibb ocağında aparılan təmir işləri ilə bağlıdır. “Klinikanıən bağlanması haqqında yayılan fikirlər isə həqiqətə uyğun deyil. Klinika lisenziya almaq üçün Səhiyyə nazirlyinə müraciət edib və lisenziya müddətinin uzadılmaması ilə bağlı klinikaya hər hansı irad bildirilməyib.”

583
Teqlər:
Şıxlinskayanın bağlanması, klinikanın bağlanması, Leyla Şıxlinskaya klinikasının lisenziyası, Səhiyyə Nazirliyi, Leyla Şıxlinskaya klinikası, Azərbaycan
Film çəkilişi, arxiv şəkli

Doqquz il qabaq "Yoluxma" filminin çəkilişləri zamanı pandemiya barədə proqnoz verilib

16
(Yenilənib 20:47 28.11.2020)
"2020-ci ilin əvvəllərində Çində baş verənlər barədə informasiyalar ortaya çıxanda və virus yayılmağa başlayanda bunun nə olduğunu anladım. Təəssüf ki, çox təəccüblənmədim".

BAKI, 28 noyabr — Sputnik. Britaniyalı aktyor Cud Lou "Contagion" ("Yoluxma") filmi üzərində işləyərkən ekspertlərin filmdəkinə bənzər pandemiyanın qaçılmaz olduğu barədə xəbərdarlıq etdiklərini açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi bu barədə THR-ə verdiyi müsahibəsində bildirib: "Bunun belə olacağını hiss edirdik. Senarist Skott Berns və rejissor Stiven Soderberg avtoritar elm adamları ilə işləyirdilər. Onlar bunun tez və ya gec baş verəcəyinə bizi əmin edirdilər. Məsələ bunun sadəcə nə vaxt baş verəcəyində idi".

Onun sözlərinə görə, ekspertlər mümkün pandemiya ilə bağlı vəziyyəti həqiqətə çox yaxın şəkildə izah ediblər.

"Bunu mütəxəssisdən öyrənmək qorxuncdur, ancaq qəbul etməyə hazır olursan".

Lou həmçinin bildirib ki, film onu bərk qorxudub, lakin vaxt keçdikdən sonra (film 2011-ci ildə çəkilib) sakitləşib.

"2020-ci ilin əvvəllərində Çində baş verənlər barədə informasiyalar ortaya çıxanda və virus yayılmağa başlayanda bunun nə olduğunu anladım. Təəssüf ki, çox təəccüblənmədim", - deyə aktyor əlavə edib.

Qeyd edək ki, bəşəriyyətin ölümcül virusla mübarizəsindən bəhs edən filmdə o, baş rollardan birini – bloger Alan Krumvyedanı oynayıb.

Filmdə həmçinin Mett Deymon, Keyt Uinslet, Lourens Fişbern, Marion Kotiyar, Qvinet Peltrou və digər aktyorlar iştirak ediblər.

16
Peyvənd, arxiv şəkli

Azərbaycanda hansı peyvənd sınaqdan keçirilir? Açıqlama

14
(Yenilənib 18:47 28.11.2020)
"Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduğu təqdirdə Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Son günlər sosial şəbəkələrdə Azərbaycanda koronavirusa görə peyvəndin sınaqdan keçirildiyinə dair məlumat yayılıb. Məlumatlara görə, Azərbaycanda da dünyanın bir sıra ölkələrində uğurlu sayılan peyvəndlər sınaqdan keçirilir.

Sputnik Azərbaycan məsələyə aydınlıq gətirməyə çalışıb. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanın hələlik koronavirusa qarşı heç bir ölkədən peyvənd almadığını deyib.

O bildirib ki, Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduğu təqdirdə Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq.  Qeyd edək ki, sentyabrın 18-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb.

Bu günədək koronavirusa qarşı Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin Belarusda aparılan klinik sınaqları 95% effektiv olub. Rusiyanın Minskdəki səfiri Dmitri Mezentsev “Rossiya 24” kanalına müsahibəsində deyib ki, sınaqlar 100 Belarus vətəndaşı arasında aparılıb:

“Rusiya istehsalı olan vaksininin yüksək effektivliyi özünü göstərib - təxminən 95%. Bu, çox əhəmiyyətli nəticədir”.

Onu da qeyd edək ki, Rusiyada orduda da koronavirusa qarşı peyvəndləməyə başlanılıb.

14

"Qafqazın Xirosiması" - fransız kanalı Ağdamı belə adlandırdı

0
(Yenilənib 21:43 28.11.2020)
“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir" - France-24.

BAKI, 28 noyabr - Sputnik. “France-24” kanalı işğaldan azad edilmiş Ağdam rayonu haqqında reportaj yayımlayıb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, reportajda münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Qeyd edilir ki, bununla da Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısını geri qaytarmış olacaq.

Kanalın xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin Ağdamdan hazırladıqları reportajda deyilir:

“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Buranın sakinləri köç etmək məcburiyyətində qaldı. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər”.

Reportajda Ağdam sakini Zülfü Qasımovun bu fikirlərinə də yer verilir: “Belə bir şəhəri bu günə salmaq olarmı? Bu evləri belə dağıtmaq olarmı? Siz bu evlərin keçmişini görsəydiniz bilərdiniz ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda olub. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki qalmaqları mümkün deyildi. Ona görə də əllərinə düşən hər şeyi dağıdıblar”.

Reportajda qeyd edilir ki, bərpa işlərindən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən azad edilmiş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları bu istiqamətdə işə başlayıblar.

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov deyir ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib.

Reportajda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanı 10 milyardlarla dollar həcmində dəyərləndirdiyi və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcəyi diqqətə çatdırılır.

0
Teqlər:
Xirosima faciəsi, Xirosima, Qafqaz, ANAMA, Ağdam şəhəri, Ağdam