Qan nümunələri

Qan nümunələri pilotsuz uçan aparatlarla daşınacaq

12
(Yenilənib 11:46 04.08.2015)
ABŞ alimləri və həkimlərinin ilk səhra sınaqlarından məlum olub ki, kiçik pilotsuz uçan aparat analizlər üçün insanın qan nümunələrini onlara xələl gətirmədən daşıya bilər.

BAKI, 4 avq — Sputnik. ABŞ alimləri və həkimlərinin ilk səhra sınaqlarından məlum olub ki, kiçik pilotsuz uçan aparat analizlər üçün insanın qan nümunələrini onlara xələl gətirmədən daşıya bilər. Bu kəşfin ucqar yerlərdə yaşayan xəstələrin həyatını asanlaşdıracağı gözlənilir.  

Qanın sağ-salamat çatdırılması üçün ən böyük təhlükəni aparatın buraxılması zamanı güclü sürətləndirmə və enişdə təkanlar törədir.

Sınaq zamanı alimlər qan nümunələrini götürərək Con Hopkins Universitetinin yaxınlığında yerləşən kəndə aparıblar. ABŞ Federal Aviasiya İdarəsinin qaydalarına görə, uçuşlar aşağı hündürlükdə (100 metrdən aşağı) keçirilib, aparatlar operatorun görə bildiyi məsafədə uçub.

Qan nümunələrinin yarısı pilotsuz uçan aparatlara yüklənərək havaya 6-38 dəqiqə davam edən reyslər zamanı buraxılıb. Sonradan qanın hamısı universitet xəstəxanasına qaytarılıb və 33 ən yayılmış laboratoriya sınağı növü (natrium, qlükoza və s.) üzrə qovulub. Nəticədə uçuş keçirmiş qan və digər nümunələr arasında əhəmiyyətli fərq aşkarlanmayıb.

ABŞ-da sınaqların uğurla başa çatması alimləri Afrikada ikinci mərhələni həyata keçirməyə həvəsləndirib. Orada qanın ucqar kənddən klinikaya daşınması nəzərdə tutulur.  

12
Teqlər:
laboratoriya sınağı, insanın qan nümunələri, pilotsuz uçan aparat, ilk səhra sınaqları, ABŞ həkimləri, ABŞ alimləri, Qan nümunələri, ABŞ Federal Aviasiya İdarəsi, ABŞ
Yaponiyada qoruyucu maskada olan insanlar

Avropanın "ağ siyahısı": yaponları oradan silirlər

0
(Yenilənib 00:58 27.01.2021)
Avropa Birliyi sərhədlərini Yaponiya vətəndaşlarının üzünə bağlamağa hazırlaşır. Bu ölkənin "ağ siyahı"dan çıxma ehtimalı yüksəkdir

BAKI, 27 yanvar - Sputnik. Avropa Birliyi ölkələrinə gəlməyə icazəsi olan insanların siyahısından Yaponiya vətəndaşları çıxarıla bilər.

Sputnik Azərbaycan bildirir ki, Avropa Birliyinin bu niyyəti barədə Bloomberg öz mənbələrinə istinadən yazır. 

Agentliyin məlumatına görə, bu qərar Yaponiyada koronavirusa yoluxmanın artması ilə bağlıdır.  

Mənbə bildirib ki, Avropa Birliyinin yenilənmiş "ağ siyahısı"nda cəmi yeddi ölkə olacaq və yalnız bu ölkələrin vətəndaşları AB-yə üzv ölkələrə səyahət edə biləcəklər. 

Siyahıdakı "xoşbəxtlər" isə Avstraliya, Çin, Yeni Zelandiya, Ruanda, Sinqapur, Cənubi Koreya və Tailanddır. COVID-19-a yoluxma sayının kəskin artması səbəbindən Böyük Britaniya bu siyahını yanvarın 1-dən tərk edib. 

0
Teqlər:
Koronavirus, qadağa, Avropa Birliyi, vətəndaşlar, Yaponiya
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Tərəzi, kökəlmək, köklük

Diabetə qalib gəlməyin çox asan yolu

1
(Yenilənib 00:44 27.01.2021)
Diabetə on iki həftə ərzində qalib gəlmək mümkündür. Amerikalı alimlərin araşdırmasına görə, minimal karbohidratlı pəhriz həm sağaldır, həm də arıqladır

BAKI, 27 dekabr - Sputnik. On iki həftə boyunca minimal karbohidrat pəhrizinə riayət edən insanlar ikinci tip diabetə qalib gəlmək şansını təxminən 30% artırırlar. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Diabetes.co.uk portalı Texasın A&M Universitetinin (ABŞ) əməkdaşlarının araşdırmalarına istinadən yazır.

Tədqiqatda 1357 nəfər iştirak edib. Yaşları 47 ilə 67 arasında dəyişən bu şəxslərin əksəriyyəti artıq çəki və ya piylənmədən əziyyət çəkib. Onlar on iki həftə ərzində minimal karbohidrat pəhrizinə riayət ediblər. Bundan 6 ay və bir il sonra isə mütəxəssislər tədqiqatda iştirak edənlərin səhhətlərini təkrar yoxlamadan keçiriblər. 

Qeyd olunur ki, pasiyentlər nişastalı karbohidratlardan (daha çox kartof və makaronda olur) imtina ediblər. Alimlər belə nəticəyə gəliblər ki, 6 aydan sonra bu qrup insanların xəstəliyin əlamətlərini azaltmaq şansları digər pəhrizlərə riayət edənlərlə müqayisədə daha çoxdur. 

Elmi tədqiqatın müəllifləri qeyd ediblər ki, gələcəkdə onlar kalorilərə nəzarətlə bağlı da bir sıra tədqiqatlar aparmaq niyyətindədirlər. Bununla onlar minimal karbohidratlı pəhrizin arıqlamağa və diabetin remissiyasına davamlı müsbət təsir göstərdiyinə əmin olmaq istəyirlər.

* Minimal karbohidratlı pəhriz - sutkada 100-150 qramdan artıq olmayan karbohidratın qəbul olunmasını nəzərdə tutan qida rejimidir. Bundan başqa, burada istifadə olunan karbohidratın əksər hissəsi böyük miqdarda lifə malik tərəvəz və tam buğdaların payına düşməlidir. 

Bu pəhriz həm diabet xəstələrinə, həm də arıqlamağa çalışan idmançılara məsləhət görülür. O, qanda şəkərin miqdarını tənzimləmək üçün əla üsul sayılır.

1