Fransız şirkətlərin Azərbaycan səhiyyəsinə yardımı müzakirə olunub

10
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovla Fransanın ölkəmizdəki səfiri Paskal Mönye arasında görüş olub.

BAKI, 26 may — Sputnik. Fransa şirkətlərinin Azərbaycanın səhiyyə müəssisələrinin inkişafına dəstəyi müzakirə olunub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumatda bildirilir ki, mayın 26-da Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovla Fransanın ölkəmizdəki səfiri Paskal Mönye arasında görüş olub.

Görüşdə Fransa ilə Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin zəngin tarixə malik olduğunu deyən Baş nazirin müavini Əli Əhmədov qarşılıqlı münasibətlərin bir çox sahələrdə fəal şəkildə genişləndiyini qeyd edib, bu əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib. Azərbaycan ilə Fransa arasında sosial sahədə də əməkdaşlığın genişləndiyini deyən Əli Əhmədov çoxlu sayda fransız şirkətlərinin ölkəmizdəki fəaliyyətinin və onların bu sahəyə verdiyi töhfənin önəmini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən Fransa şirkətlərinin Azərbaycanın səhiyyə müəssisələrinin inkişafına dəstəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

10