Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Rusiya Avropa olacaq". ABŞ və Polşa arasında nə baş verir

© Sputnik / Stringer / Mediabanka keçidЦеремония приветствия многонационального батальона НАТО под руководством США в польском Ожише.
Церемония приветствия многонационального батальона НАТО под руководством США в польском Ожише. - Sputnik Azərbaycan, 1920, 11.08.2021
Abunə olmaq
Bjezinskinin Polşada Amerika səfiri vəzifəsinə təyin edilməsi Varşava və Moskvanın münasibətləri baxımından nəzərdən keçirilməməlidir.
Bayden amerikalı məşhur politoloq Zbiqnev Bjezinskinin oğlu Mark Bjezinskinin ABŞ-ın Polşadakı səfiri təyin edilməsini təklif edib. Bunu təkcə Moskvada deyil, eləcə də Şərqi Avropanın bütün paytaxtlarında  simvolik hesab edərdilər. Ancaq Varşava diplomatı qəbul etmək istəmir. Polşa ilə ABŞ arasında baş verənləri RİA Novosti araşdırıb .
Atası addımını götürüb, oğlu qoyub
Amerika administrasiyasının qısa xəbəri Şərqi Avropada ajiotaj doğurub. "Prezident Cozef Bayden Mark Bjezinskini Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin edəcəyini açıqlayıb", - deyə Ağ Evin saytında bildirilir. İndi namizədliyi senat təsdiqləməlidir.
Trampın dövründə ABŞ-ı Polşada Corcett Mosbaxer təmsil edirdi. Yanvar ayının sonunda o, vəzifəni tərk edib.
Mark 1977-1981-ci illərdə prezident Cimmi Karterin milli təhlükəsizlik üzrə müşaviri olmuş Zbiqnev Bjezinskinin oğludur. "O, polyak dilində sərbəst danışırdı, onu Polşada yaxşı tanıyır, hörmət edirdilər", - deyə "Associated Press" qeyd edib.
Bjezinskini ABŞ-ın soyuq müharibədə  qələbəsinin həmmüəlliflərindən hesab edirlər. O, Əfqanıstanda Sovet rejimi ilə mübarizə aparan mücahidləri amerikalıların fəal surətdə dəstəkləməsinin tərəfdarı idi. 1970-ci illərin sonlarında ABŞ Sovet İttifaqını Orta Şərqə cəlb etməyə müvəffəq oldu. Daha sonra Zbiqnev NATO-nun genişlənməsinin və Rusiyanın qarşısını alınmasının təbliğatını aparmağa başladı.
Məşhur politoloqun fikirlərini akademik və diplomatik ictimaiyyətin heç də bütün nümayəndələri bölüşmürdülər.
"Ukrayna Avropa dünyasının bir hissəsi olmaq istədiyini sübut etməlidir. Əgər bu onda alınsa,  o zaman Rusiya üçün yeganə perspektiv reallıqla barışmaq və Avropanın bir hissəsinə çevrilmək olacaq", – siyasətçi deyirdi. Ata Bjezinski, görünür ki, Ukraynaya böyük əhəmiyyət verirdi. "Ukraynasız Rusiya imperiya deyil, - o deyirdi. - Rüşvətlə satın aldığı  və sonra tabe etdirdiyi Ukrayna ilə isə avtomatik olaraq imperiyaya çevrilir".
"Zbiq"in oğlu da fəaliyyət sahəsi kimi Şərqi Avropa və Avrasiyanı  seçib. Oğul Bjezinskinin diplomatik təcrübəsi var: prezident Klintonun administrasiyasında o, Rusiya və Avrasiya işləri üzrə direktor, sonra isə Ağ Evin Milli Təhlükəsizlik Şurasında Balkan yarımadası üzrə direktor olub. Barak Obamanın seçki qərargahında xarici siyasət məsələləri üzrə məsləhətçi, 2011-ci ildən 2015-ci ilə qədər isə İsveçdə səfir vəzifəsində çalışıb. 56 yaşlı Mark Brzezinski hüquqşünas təhsili alıb - Dartmut Kollecində və Virciniya Universitetində oxuyub. Daha sonra Oksfordda politologiyanı öyrənib, polyak və fransız dillərini bilir.
Bjezinskinin Varşava ilə xüsusi əlaqələri var. O, orada Fulbraytın təqaüd proqramı üzrə təhsil alıb, "Polşada konstitusionalizm uğrunda mübarizə" kitabını yazıb.
Polşa Respublikasına xidmətlərinə görə ordenlə təltif olunub. Bu mükafatı ölkə prezidenti beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və xalqlar arasında əlaqələrin inkişaf etdirilməsindəki yüksək nailiyyətlərə görə verir.
Deyəsən, sərf etmir
Bu vəziyyətdə Polşa ilə sıx əlaqələr Marka daha çox zərər verə bilər. Polşanın "Onet" xəbər portalı ölkə hökumətindəki mənbələrə istinadən yazır ki, Varşava hələ də Bjezinskiyə aqreman verməkdən imtina edir.
Səbəb Polşa vətəndaşlığıdır. İş burasındadır ki, Markın atası Zbiqnev Bjezinski 1928-ci ildə Varşavada anadan olub və Polşa qanunlarına görə, uşaqları da bu ölkənin vətəndaşları hesab olunurlar. Üstəlik, onların heç bir rəsmi sənədi yoxdur.
Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasının 8-ci maddəsində deyilir: diplomatik nümayəndəliyin üzvləri təmsil etdikləri dövlətin vətəndaşları olmalıdırlar. Lakin eyni zamanda təyin edildikləri dövlətin, əgər diplomat həmin ölkənin də vətəndaşıdırsa, onu qəbul etmək hüququ var. 
Ancaq Polşa Xarici İşlər Nazirliyinin fərqli uzunmüddətli praktikası var. "Polşa vətəndaşı (Polşada) vergi və ya hüquqi immunitet tələb edə biləcəyi üçün diplomatik missiya yerinə yetirə bilməz. Yerli KİV bunu belə izah edir: burada "Öz ölkənizdə səfir ola bilməzsiniz" qaydası qüvvədədir.
Diplomatik nümayəndəliyə rəhbərlik etmək üçün Mark prezident Ancey Dudadan vətəndaşlığının ləğv edilməsini xahiş etməlidir. Bu tələb həm Bayden administrasiyasını, həm də Bjezinskinin oğlunu təəccübləndirib. O, özünü polyak hesab etmədiyini və ümumiyyətlə bu respublikanın vətəndaşı olmadığını iddia edir. Ancaq Varşavanın fərqli fikri var. Bjezinskinin Dudadan nəsə xahiş etmək fikri yoxdur. "Amerika hökuməti bu proseduru alçaldıcı hesab edir, çünki Polşa tərəfi ABŞ-ın onun istəklərini qeyd-şərtsiz yerinə yetirməsini istəyir", - deyə "Wyborcza" qəzeti yazıb.
Adətən ölkələr aqreman sorğusunu bir ay ərzində nəzərdən keçirirlər, lakin dost dövlətlər iki həftə ərzində bunun öhdəsindən gəlirlər. Vaxt var idi, ABŞ-ın Varşavadakı səfirlərinə iki-üç gün ərzində sənəd verilirdi. Namizədliklə razılaşmamaq və proseduru gecikdirmək ümumiyyətlə münasibətlərin pisləşməsinə işarə sayılır. İstisna deyil ki, iş ümumiyyətlə Bjezinskinin vətəndaşlığında deyil, Polşa hakimiyyətinin Vaşinqtonun yeni administrasiyası ilə əlaqələrindədir. "Bu mövzu amerikalılara təzyiq etməkdən başqa bir şey deyil. Bütün mənbələrimiz qeyd edir ki, bu cür məlumatların mediaya sızması həm səfir Bjezinskinin mümkün diplomatik missiyasının müvəffəqiyyətinə, həm də bütövlükdə Polşa-Amerika münasibətlərinə güclü zərər vura bilər", - deyə "Wyborcza" qeyd edib.
Varşava və Vaşinqton müttəfiq olsalar da, bir-birinə qarşı çox iddiaları var. Məsələn, Ancey Duda Cozef Baydeni ABŞ prezidenti seçilməsi münasibətilə Almaniya, İngiltərə və Fransa kimi noyabrın 7-də deyil, dekabrın sonunda - səsverməsinin rəsmi nəticələri elan olunanda təbrik etdi.
Varşava bu yaxınlarda Vaşinqtonu "Şimal Axını 2" tikintisinin tamamlanmasına icazə verdiyinə görə tənqid edib. ABŞ - xüsusən də yeni administrasiya Polşanı vətəndaşlarının demokratik azadlıqlarını pozmaqda günahlandırıb. Belə ki, "demokratiya daimi geriləyir" – deyə bir qrup amerikalı senator qeyd edib. İyul ayında Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays Varşavaya xatırladıb ki, mətbuat azad və müstəqil olmalıdır.
"Rusiyada onun rolu şişirdilib"
Çoxları qorxurlar ki, Mark Bjezinski də atası kimi rusofob siyasəti aparacaq. 2020-ci ilin iyulunda qardaşı Yan Vaşinqtonun Moskvaya kifayət qədər sərt təsir göstərmədiyini bildirmişdi. "Son 15 il ərzində Qərbin, o cümlədən ABŞ-ın Rusiyanın fəaliyyətinə reaksiyası qısamüddətli diplomatik təcrid ilə birlikdə iqtisadi sanksiyalar və Avropaya hərbçilərin göndərilməsi kimi məhdud təzyiq tədbirlərini ehtiva edirdi". Onun fikrincə, bu yanaşma Kremlin xarici siyasətini dəyişməyib və "hətta Rusiya prezidentinə cəsarət verib".
Bjezinskinin Polşada Amerika səfiri vəzifəsinə təyin edilməsi Varşava və Moskvanın münasibətləri baxımından nəzərdən keçirilməməlidir. REA-nın Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələrin Milli Araşdırma İnstitutunun baş elmi işçisi Dmitri Ofitserov-Belski düşünür ki, bu, onlara təsir etməməlidir. "Burada Rusiya üçün heç bir siqnal yoxdur. Amerikalılar, çox güman ki, Moskvada Zbiqnev Bjezinskinin fiqurunun nə qədər şişirdildiyini belə anlamırlar. ABŞ-da o, məsləhətçi, hakimiyyətə yaxın insan idi, lakin onu heç vaxt nüfuzlu intellektual və hətta Sovet İttifaqı ilə mübarizə ideoloqu hesab etmirdilər. Bjezinskinin təyinatı ilə ABŞ polyaklara yerini göstərmək istəyib", - deyə ekspert izah edib.
O qeyd edir ki, səfirin şəxsiyyəti, əlbəttə ki, əhəmiyyətlidir, amma beynəlxalq siyasətdə o, əsas rol oynamır. "Müasir dünyada əvvəlkindən daha çox qarşılıqlı əlaqə kanalları var. ABŞ-ın Polşadakı diplomatik missiyasının rəhbərinin hansısa vacib funksiya yerinə yetirəcəyini düşünmürəm. Ondan çox şey asılı deyil", - deyə Ofitserov Belski əminliklə bildirib.
Onun fikrincə, Varşava və Vaşinqtonun münasibətləri, hər şeyə rəğmən, əladır. Ölkələr arasında strateji qarşılıqlı əlaqə mövcuddur. İngiltərə Aİ-dən ayrıldıqdan sonra Polşa avtomatik olaraq ABŞ-ın ən sadiq və ardıcıl müttəfiqi oldu.
Xəbər lenti
0