Sirkon raketinin buraxılışı, arxiv şəkli

Dəniz "Sirkonu" ilə yerüstü hədəfə zərbə: "Tərəfdaşlar" üçün bu deməkdir?

13
(Yenilənib 14:07 22.07.2021)
Sergey Lavrov "Dostluqdan uzaq hərəkətlərə sərt və qətiyyətli cavab verəcəyik" deyirsə, "tərəfdaşlar" bu sözlərə bir qədər yaxşı qulaq verməlidirlər.

BAKI, 22 iyul — Sputnik. Rusiyanın Şimal donanmasının 22350 layihəsi çərçivəsində inşa edilmiş "Admiral Qorşkov" freqat gəmisi iyulun 19-da Ağ dəniz akvatoriyasından Barens dənizi sahilindəki 350 km-dən artıq məsafədə yerləşən yerüstü hədəfə hipersəs sürətli "Sirkon" raketi ilə uğurlu zərbə endirib.

Təqribən 150 saniyədən sonra raketin hədəfə dəqiq dəyməsi qeydə alınıb. Raketin uçuş sürəti 7 Max (8575 km/saat) olub. Onun kinetik enerjisi – hətta ətalətli döyüş başlığı ilə də – "Defender" və ya "Arleigh Burke" tipli qırıcı gəmilərini ortadan "parçalamağa" imkan verir.

22350 layihəsinə aid freqat göyərtəsində 16 ədəd "Sirkon", "Kalibr-NK" və ya "Oniks" raketlərini daşımağa qadirdir. Gəminin hava hücumundan müdafiəsini "Poliment-Redut" kompleksinin 32 ədəd raketi və iki ədəd "Palaş" artilleriya qurğusu təmin edir. Rəqib sualtı qayıqlarından isə gəmini 12 ədəd torpeda əleyhinə mərmi ilə təchiz olunmuş "Paket-NK" kompleksi qoruyur. Rusiya HDQ-nin onlarla suüstü gəmilərinin və sualtı qayıqlarının "Sirkon" kompleksi ilə təchiz edilməsi planlaşdırılır.

Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko bir müddət əvvəl bildirib ki, "Sirkon"ların dövlət sınaqları 2021-ci ildə sualtı qayığın göyərtəsindən açılacaq atəşlə başa çatacaq, raketin Rusiya HDQ üçün kütləvi istehsalına isə 2022-ci ildə başlanacaq.

Rusiya hipersəs raketlərinin həm dənizdə, həm də quruda, "dünyanın istənilən nöqtəsində, o cümlədən də ABŞ-da qarşısıalınmaz şəkildə hədəfi vurmaq" (“Sky News” informasiya xidmətinin şərhindən sitat) qabiliyyəti Qərbi bir qədər həyəcanlandırıb. Pentaqon rəsmisi Con Kirbi iyulun 19-da bildirib ki, Rusiya raketləri ABŞ raketlərindən fərqli olaraq böyük təhlükə kəsb edirlər. Sanki, yüksək inkişaf etmiş rəqiblə münaqişə baş verdiyi təqdirdə onu nüvə potensialından məhrum edən, onu tərk-silah edən "qeyri-nüvə zərbəsi" strategiyasını hazırlayan heç Pentaqon olmayıb...

ABŞ HDQ nazirinin vəzifəsini icra edən Tomas Modlinin fikrincə, Birləşmiş Ştatlar Rusiyanın hipersəs raketləri ucbatından "çıxılmaz vəziyyətə" düşüb və guya ki, məcburən ani qeyri-nüvə zərbəsi üçün silahlarını təkmilləşdirirlər. ABŞ Konqresinin tədqiqat xidmətinin iyul hesabatında qeyd olunur ki, Birləşmiş Ştatlar hipersəs sürətli silahların işlənib hazırlanmasında Rusiya və Çindən bir neçə il geri qalıb. Bütün proqramların işlək vəziyyətə gəlməsinə hələ çox var (https://militarywatchmagazine.com/article/US-hypersonic-weapons-development-lags-CRS-report) və 3,2 milyard dollar həcmində gözlənilən maliyyələşmə də statusu bir anda dəyişməyə qadir deyil.

"Sirkon" oyun qaydalarını dəyişir

Haqqında danışdığımız sınaq "Admiral Qorşkov" gəmisinin "Sirkon" raketi ilə sahildə yerləşən obyektə endirdiyi ilk zərbə deyil. Belə ki, 2020-ci ilin dekabr ayında keçirilmiş sınaq zamanı Arxangelsk vilayətində yerləşən Çija poliqonundakı obyekt də uğurla məhv edilib (https://www.youtube.com/watch?v=Lz6vfyhbIiM). Yəni gəmi əleyhinə nəzərdə tutulmuş bu raket qurudakı hərbi əməliyyatları da əminliklə mənimsəyərək öz tətbiq olunma sahəsini xeyli genişləndirib və bu raket üçün 350 km-lik məsafə hələ son hədd deyil.

İyulun 20-də "Military Watch Magazine" xəbər verib ki, "Sirkon" düşmənin hədəflərini 1000 km-dən çox məsafədə və 9 Max sürətlə məhv etməyə qadirdir: "Yeni raket yüksək dəqiqliyə, böyük zərbə gücünə və bütün məlum Qərb HHM sistemlərindən yayınmağa qadirdir". Bu, şişirtmə deyil. Rusiyanın hipersəs sürətli raketləri ABŞ-ın aparıcı “Patriot” və “Aegis” sistemlərini metal yığınına çevirir.

Pentaqonun nə hipersəs sürətli silahı, nə də Rusiyanın hipersəs sürətli raketlərini vurmaq üçün hava hücumundan müdafiə sistemi var. Qərbdəki "tərəfdaşlar"ın saatda 10 min km sürətlə uçan "Sirkonu" aşkar etmək üçün radiolokasiya vasitələri də yoxdur. Onlara ancaq ucadan bəyanatlar vermək və öz sərhədlərini və milli maraqlarını müdafiə edən Rusiyanın əleyhinə ittihamlar irəli sürmək qalır.

Hərbi münaqişə olduğu təqdirdə Rusiya HDQ-nin sualtı qayıqları gizlicə ABŞ və ya NATO-nun istənilən digər dövlətinin sahillərinə yaxınlaşa və bir neçə dəqiqə ərzində sualtı vəziyyətdən ölkənin hərbi-strateji infrastrukturunu məhv etməyə qadirdirlər. Bir müddət əvvəl prezident Vladimir Putin düşmənin raketlərinin start məntəqələrinə və qərar qəbulu yerlərinə avtomatlaşdırılmış qarşı-cavab zərbəsinin alqoritmlərini qismən açıqlayıb.

Qeyd edək ki, hipersəs sürətli "Sirkon" NATO və Pentaqon üçün Rusiya HDQ-nin arsenalında olan yeganə "sürpriz" deyil.

Rusiya HDQ-nin yeni "sürprizləri"

Rusiyanın müasir hərbi-dəniz qüvvələrinin inkişafında sualtı texnikaya daha çox diqqət yetirildiyi sezilir. Belə ki, eyni zamanda bir neçə ədəd 4-cü nəsil "Yasen-M"və "Borey-A" tipli sualtı qayıqlar iyulun ortasında sınaq üçün dənizə çıxıblar.

Bundan bir qədər əvvəl isə xüsusi təyinatlı "Belqorod" sualtı qayığı ilk dəfə dənizə buraxılıb. 09852 layihəsi çərçivəsində hazırlanmış bu qayığın göyərtəsində pilotsuz termonüvəli "Poseydon"lar var (bu, hətta ABŞ-ın hipersəs sürətli raketlərə qarşı HHM sistemi yaradacağı təqdirdə bu, "qarşılıqlı həssaslıq zəmanəti"dir).

İyulda Rusiya HDQ-i 1000 metrə qədər dərinliklərdə işləyə bilən universal "İxtiozavr" torpedaları alıblar. Bu "bədheybət" bütün mövcud analoqlarını sürətdə (50 düyün və ya 93 km/saat), səssizlikdə, məsafədə (25 km) və ABŞ-ın "Virciniya" gəmisinə bənzər hədəfləri uzaqdan aşkar etmək qabiliyyətinə görə qabaqlayır. Qeyd edək ki, bütün bu sadalananlar ixrac versiyasının göstəriciləridir (azaldılmış), əsas göstəricilər isə məxfi saxlanılır.

Hazırda "Avrora" Elmi-Tədqiqat Birliyi tərəfindən işlənib hazırlanmış səyyar dərinlik aparatının dövlət sınaqları davam etdirilir. Bu kompleks iki ədəd robotlaşdırılmış pilotsuz aparatdan ibarətdir: bunlardan biri axtarış cihazıdır ki, o da yan görünüşlü hidrolokator və ya çoxşüalı exolotun köməyi ilə akvatoriyada lazımi obyektləri tapmağa qadirdir. İkinci cihaz isə dənizin dibində təftiş aparmağa qadirdir və bunun üçün foto-video sistemləri ilə təchiz olunub. Yəqin ki, aparatın imkanları bununla məhdudlaşmır.

Rusiyada maye oksigenlə çalışan, havadan asılı olmayan energetik qurğu ilə təchiz olunmuş "Serval" kiçik sualtı qayığı üzərində də işlər davam etdirilir. Adı çəkilən sualtı qayıq düşmən mövqeləri yaxınlığında gizli fəaliyyət (sahildəki obyektlərə torpeda və raket zərbələrinin endirilməsi), habelə öz hərbi-dəniz bazalarının müdafiəsi üçün nəzərdə tutulub. Bu sualtı qayıq 533 və 324 mm kalibrli mina və torpedalarla təchiz olunacaq. Bu kiçik "Serval" sualtı qayığı istənilən düşmənin HDQ bazasında böyük bir "Pörl-Harbor" törətməyə qadirdir. Bundan əlavə, qayığın silah bölməsinin modul sxemi onun göyərtəsində 6 döyüşçü-üzgüçü gəzdirən kiçik qabaritli "Triton" (kəşfiyyat-təxribat əməliyyatları üçün) aparatını da daşımağa imkan verir.

Suüstü donanmaya gəldikdə isə, Rusiyanın Müdafiə Nazirliyi əlavə olaraq 22160 layihəsinə aid, yüksək səviyyədə avtomatlaşdırılmış "Vasili Bıkov" patrul gəmilərini də almağı planlaşdırır (göyərtəsində robotlar var). Gəmilər modul prinsipi əsasında hazırlanıb ki, bu da konkret döyüş tapşırığının yerinə yetirilməsi üçün lazım olan silahları quraşdırmağa imkan verir. "Redut" və "Pansir-M" zenit kompleksləri, sualtı qayıq əleyhinə komplekslər, "Kalibr-NK" qanadlı raketləri olan modullar, hidroakustik stansiyalar və sair avadanlıq 40 fut ölçülü dəniz konteynerlərində yerləşdirilir. Həmin konteynerlər gəminin üzərinə quraşdırılır və onun vahid enerji təchizatı və idarəetmə sisteminə qoşulur. Bundan əlavə, 22160 layihəsi bütün mümkün sualtı və suüstü pilotsuz aparatların istifadəsinə də uyğunlaşdırılıb. 2023-cü ilə qədər donanmaya altı ədəd "Vasili Bıkov" gəmisi daxil alacaq, lakin HDQ-nin bundan daha çoxuna ehtiyac var.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva ilə güc mövqeyindən danışmaq cəhdləri puç olmağa məhkumdur və "dostluqdan uzaq hərəkətlərə sərt və qətiyyətli cavab verəcəyik" deyirsə, "tərəfdaşlar" bu sözlərə bir qədər yaxşı qulaq verməli və Rusiya HDQ-nin yüksək texnologiyalara əsaslanan alətləri olduğunu yada salmalıdırlar.

Rusiyanın hipersəs sürətli raketləri milli təhlükəsizliyin möhkəmləndirilməsi və "tərəfdaşlarla" hərbi paritetin bərpası üçün işlənib hazırlanıb. Birləşmiş Ştatlar və NATO uzun illər ərzində "ikili təyinatlı" raket sistemlərini tədricən Rusiya və Belarus sərhədlərinə yaxınlaşdırırdılar. Pentaqon yüksək dəqiqliyə malik qanadlı raketlər vasitəsilə "qeyri-nüvə sürətli zərbəsi" strategiyasını metal üzərində həyata keçirməyə çalışırdı. Bu gün isə "Sirkon" və Rusiyanın digər hipersəs sürətli raketləri hərbi pariteti bərpa edir və təcavüzkar Qərbə müdafiə texnologiyaları yarışında öz yerini (geridə qalan) göstərir.

13
ABŞ, Gürcütsan və Bolqarıstan ordularının birgə təlimi, arxiv şəkli

Gürcüstanda Agile Spirit 2021 təlimləri: hədəflər vasitələr

23
ABŞ və alyansın hərbi manevrləri nə Gürcüstan xalqının təhlükəsizliyi üçün narahatlığı, nə də "itirilmiş əraziləri geri qaytarmaq" istəyini özündə əks etdirir.

 

BAKI, 24 iyul — Sputnik. Gürcüstan Müdafiə Qüvvələri ilə ABŞ Ordusunun Avropa və Afrikadakı Agile Spirit 2021 birgə təlimləri 26 iyul - 6 avqust tarixlərində beş təlim nöqtəsində - poliqonda və Vaziani hava limanında, Senaki aviabazasında, Orfololo və Sorta təlim meydançalarında baş tutacaq. Artıq ABŞ ordusunun zirehli avtomobilləri hava və dəniz yolu ilə Gürcüstana çatdırılıb ki, bu da faktiki olaraq manevrlərin "benefisiarı" sayılır.

Agile Spirit-in 2021-ci il deklarativ məqsədi – 15 iştirakçı ölkənin qoşunları arasında "operativ uyğunlaşdırmanı" artırmaqdır ki, bu da heç bir əhəmiyyət kəsb etmir. Çünki ortada uyğunlaşdırılmalı xüsusi bir şey yoxdur. Təlimlərin sayı çox deyil və faktiki olaraq iki tərəf – Amerika və Gürcüstan iştirak edir. 2500 iştirakçıdan 700-ü Amerika, 1600-ü isə Gürcüstan hərbçiləridir. Əgər yerdə qalan 200 "süngü"nü digər iştirakçı ölkələrin sayına bölsək, hər bayrağa cəmi 20 nəfər düşər.

Bu cür təmsil olunma, çətin ki, "Tərəfdaşlıqdan keçən güc" devizi altında təşkil olunan çoxmillətli döyüş əməliyyatlarının keyfiyyətini artırsın. Aydın məsələdir ki, təlimlərin əsl məqsədi Amerika hərbi komandanlığı tərəfindən regional əməliyyatlar teatrının öyrənilməsi və Cənubi Qafqazdakı Rusiya Federasiyası və müttəfiqlərinə qarşı yeni təxribatlardır. ABŞ və tərəfdaşlarının növbəti güc nümayişinin yalnız və yalnız Rusiyaya ünvanlandığını anlamaq üçün Qafqazın coğrafi xəritəsinə baxmaq kifayətdir.

Amerika ordusu bu komanda heyətləri ilə təmsil olunur: ABŞ-ın Avropadakı Xüsusi Əməliyyatları, 21-ci Müharibə Dəstək Teatrı, 7-ci Ordu, 173-cü Hava-Desant Briqadası, 1-ci Piyada Briqadası, ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri, Corciya Milli Qvardiyası və başqaları... Bu komandanlıqların tabeliyindəki bütün qoşunlar qəfildən Gürcüstanda peyda olsalar, hər şey baş verə bilər.

Agile Spirit 2021 proqramına briqadaların komanda məntəqələrində qarşılıqlı fəaliyyət, batalyon səviyyəsində döyüş atəşi ilə poliqon təlimləri ("real təlim şəraitində") daxil edilib.

Ən nəzərəçarpan epizodlar - Gürcüstan, Böyük Britaniya və Polşanın iştirakı ilə hava-desant əməliyyatı və Gürcüstan, ABŞ, Böyük Britaniya, Rumıniya və Polşanın Sorta poliqonunda xüsusi əməliyyat qüvvələrinin bəzi birgə hərəkətləridir.

Qalan iştirakçıların - Azərbaycan, Almaniya, Latviya, Litva, Estoniya, Kanada, İtaliya, İspaniya, Türkiyə və Ukraynanın nə işlə məşğul olacağı hələ məlum deyil. Lakin alyans rəsmi olaraq Rusiyanı 2030-cu ilədək əsas hərbi təhlükə hesab edir və "varyaqlar"ın Gürcüstanda olması üçün konseptual və taktiki əsas budur.

Onuncu "ruh"

Agile Spirit 2021 manevrləri dinc əhalisinin təhlükəsizliyinə birbaşa təhdiddir. Məsələn, estoniyalı tərəfdaşlar təlim zonasında meşələri tez-tez yandırırlar, Ukrayna əsgərləri təsadüfən gürcü kəndlərini atəşə tuta bilərlər, Amerika xüsusi təyinatlıları isə kənd təsərrüfatı müəssisələrinə basqın etməyə alışıblar. Hər şeydən əvvəl isə Gürcüstan zirehli texnika kolonnaları Senaki-Leselidze və Xaşuri-Axalsixe-Vale avtomobil yollarını bağlaya bilər.

Agile Spirit təlimləri dinc, nisbətən çiçəklənən Gürcüstanda 2011-ci ildən bəri keçirilir və hazırki təlimlər sayca onuncudır. 2018-ci ildən bu yana Agile Spirit təlimləri hər iki ildən bir keçirilir (2020-ci ildə pandemiya nəticəsində təlimlər baş tutmayıb).

ABŞ və alyansın hərbi manevrləri nə Gürcüstan xalqının təhlükəsizliyi üçün narahatlığı, nə də "itirilmiş əraziləri geri qaytarmaq" istəyini özündə əks etdirir. Xarici qoşunlar on illərdir ki, "dəstək bazaları" şəbəkəsi yaratmaq, sabitliyi pozmaq üçün Gürcüstandan istifadə edir və bununla da yalnız Cənubi Qafqazdakı hərbi-siyasi gərginliyin artmasına xidmət edirlər.

Vaşinqton inadla Tbilisini Moskva ilə ikinci silahlı qarşıdurmaya itələyir, halbuki 2008-ci ilin avqustunda "Təmiz Sahə" Gürcüstan əməliyyatının nəticələrini hələ heç kim yaddan çıxarmayıb.

Müstəqil Gürcüstanın "NATO kursu" ilə getməyə, yenidən silahlanmağa və "əməliyyat uyğunluğunu "inkişaf etdirməyə daha yüz il haqqı var, ancaq Gürcüstanın nöqteyi-nəzərindən "üsyankar" qonşularının təhlükəsizliyi Rusiyanın iqtisadi və hərbi gücü tərəfindən möhkəmləndirilib.

Moskva Tbilisi ilə NATO arasında yaxınlaşma təhlükəsi barədə bir neçə dəfə açıq xəbərdarlıq edib və RF Silahlı Qüvvələri Baş Qərargahının qarşılıqlı strateji planlaşdırması heç kimə sirr deyil.

Alyansın Gürcüstan dağlarındakı manevrləri bütün iştirakçılar üçün ağır itki və nəticələrə gətirib çıxara bilər. Bir də ki, ümumiyyətlə, hərbiləşdirmə heç vaxt ölkələrin inkişafına və çiçəklənməsinə töhfə verməyib.

Yenidən silahlanma və "qoparılış"

3,9 milyon əhalisi olan kiçik və yoxsul Gürcüstan dünya hərbi güc reytinqində Çad və Zimbabvedən sonra 92-ci yerdədir.

Gürcüstan ordusunun 20 000 fəlaiyyətdə olan hərbçisi var. Quru qoşunlarında döyüşqabiliyyətli dörd briqada mövcuddur, silahlanmasına 163 tank, təxminən 156 özüyeriyən texnika və yedəkli silah, 50 raket qurğusu var. Üç il ərzində tank və artilleriya sayı əhəmiyyətli dərəcədə azalıb, lakin Gürcüstan müasir və bahalı NATO standartları ilə ayaqlaşaraq hava hücumundan müdafiə sistemini uğurla inkişaf etdirir. Və nədənsə yüzlərlə tank əleyhinə raket alır.

Heç kim bu respublikanı təhdid etməsə də, kifayət qədər silahı var (hava məkanına nəzarət obyektləri - Qara dənizin qərb hissəsi və Rusiyanın cənubu daxil olmaqla, qonşu ölkələr – 470 kilometrə qədər radius əhatə edir).

Gürcüstan ərazisinin qərbdən şərqə qədər uzunluğu 440 kilometr, şimaldan cənuba isə 200 kilometrə çatmır. İnkişaf etmiş hava hücumundan müdafiə sisteminə yüz milyonlarla lari xərcləməyin heç bir mənası yoxdur, bu yalnız ABŞ və NATO qoşunlarının Qafqazdakı genişmiqyaslı əməliyyatı zamanı yerləşdirilməsi üçün lazım gələ bilər.

Gürcüstan təkcə Amerika istehsalı olan "Javelin" Tank Əleyhinə Raket Kompleksinə 75 milyon dollardan çox vəsait xərcləyib, ancaq belə məlum olub ki, bu da kifayət etmir və silahın yeni partiyasına ehtiyac var.

Tbilisinin Rusiya sərhədləri yaxınlığında NATO hərbi potensialından hər hansı bir şəkildə istifadə etmək planları təəccüb doğurur.

Alyansa üzv ölkələrin keçmiş Yuqoslaviya, Liviya, Əfqanıstan, İraq və Suriyada apardıqları son hərbi əməliyyatların nəticələri yalnız NATO-nun "təcrübə" ölkələrinin regional sabitliyi və milli təhlükəsizliyi ilə uyğunsuzluğundan xəbər verir. Gürcüstanı həqiqi təhdidlər isə yalnız ABŞ və Şimali Atlantika Alyansından gözləyir.

Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 23-də bəyan etdi: "Yaxın qonşularımızı, bizə qardaş xalqları "ya Qərb, ya Rusiya Federasiyası" şəklində seçim etməyə məcbur qoyaraq ətrafımızda qeyri-stabillik kəməri yaratmağa çalışırlar"..

Dağıdıcı düşmənçilik məntiqinin kökündə Qərb tərəfdaşlarının tətbiq etdiyi silahlanma, Gürcüstanın Rusiyadan "qoparılması, Qərblə qarşılıqlı öhdəliklər olmadan hərbi-siyasi "münasibətlər" dayanır – yəni, dalana aparan yol...

Eləcə də oxuyun:

23
Qadın Tokioda Olimpiya Oyunları yazısı olan dispelyin qarşısından keçir, arxiv şəkli

Olimpiada Tokio həmişəki böyük problemlər