Çap maşını, arxiv şəkli

"Mediasiya haqqında" Qanunun tətbiqi nəyi dəyişəcək?

5435
(Yenilənib 00:13 22.07.2021)
“Mediasiya haqqında” Qanunun bir sıra mübahisələrdə tətbiqi məcburi olacaq. Kommersiya, ailə və əmək mübahisələrində mediasiya prosesindən keçməmiş məhkəməyə müraciət etmək mümkün olmayacaq.

BAKI, 22 iyul — Sputnik. Yaxın vaxtlarda kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələri məhkəmələrdən əvvəl mediatorlar həll edəcəklər. Bu "Mediasiya haqqında" Qanunda nəzərdə tutulub.

"Mediasiya haqqında" Qanuna edilən dəyişikliklər demək olar ki, Milli Məclisin hər iclasında müzakirə edilir. Bu dəyişikliklər hələ təsdiqlənməsə də, yaxın gələcəkdə kommersiya, ailə və əmək məsələləri ilə bağlı məhkəmələrə müraciət edənlərin əvvəlcə mediasiya prosesindən keçəcəyi qaçılmazdır.

İndi hər kəsi düşündürən sual məhkəmədən öncə üz tutacağımız mediasiya prosesinin bizə nə verəcəyi, xidmətlərindən istifadə edəcəyimiz mediatorların vəzifələri, bu xidmətin pullu, yaxud pulsuz olacağı ilə bağlı məsələlərdir. Yaranmış əsas suallardan biri də "Mediasiya haqqında" Qanunun ailə mübahisələrinə necə töhfə verəcəyidir.

Sputnik Azərbaycan "Mediasiya haqqında" Qanunun ölkəmizdə tətbiqinin əhəmiyyətini araşdırıb.

Hansı mübahisələrdə mediasiya köməyimizə çatacaq?

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əlməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Mediasiya haqqında" Qanunun qəbulu məhkəməyə qədər baş verən mübahisələr zamanı - kommersiya, ailə və əmək mübahisələrində tərəflərin uzlaşdırılmasına kömək edəcək. Onun sözlərinə görə, mediasiya məhkəməyə qədər baş verən mübahisələrin həlli istiqamətində həyata keçirilən bir prosesdir.

Mediasiyaya müraciət etməmiş məhkəməyə müraciət qəbul olunmayacaq...

Ə.Nuriyev deyir ki, qanunvericilik bir neçə istiqamətlə bağlı - kommersiya, ailə və əmək mübahisələrində mediasiya prosesini məcburi hesab edir. Həmsöhbətimiz deyir ki, bu mübahisələrlə bağlı mediasiya prosesini keçmədən məhkəməyə müraciət etmək mümkün olmayacaq: "Hətta məcburi olmayan hallarda belə mübahisəyə məhkəmədə baxılmasına qədər də mediasiyaya müraciət oluna bilər.

Bir sıra hallarda məhkəmədə hazırlıq iclası zamanı da mediasiyaya müraciətlə bağlı tərəflərə hüquqi izah verilir. Bu bir tərəfdən məhkəmələrdə mübahisələrin sayının azalmasına gətirib çıxardacaq, digər tərəfdən isə mübahisələrin daha tez və tərəflərin uzlaşmasına səbəb olacaq. Eyni zamanda mediasiya nəticəsində tərəflər arasında sosial gərginliyin azalmasına bir vasitə olacaq. Bəzən məhkəmələrdə işə baxılarkən tərəflər arasında gərginlik azalmır. Mediasiyaya müraciət uzun müddət işlərin məhkəmələrdə baxılmasının da qarşısını alacaq.

Bu məhkəmələrdə xərcləri də azaldacaq. Məhkəmələrdə qərar qəbul edildikdən sonra yenidən uzlaşmaq imkanı aradan qalxmış olur. Çünki məhkəmə mübahisəni artıq həll edir. Mediasiyanın isə əsas üstünlüyü tərəflər arasında uzlaşmanı yaratmaqdır. Bu zaman heç bir tərəf uduzmur. Tərələr öz hüquqlarını təmin edilmiş sayır. Məhkəmələrdə isə tərəflərdən biri udur, digəri uduzur. Bu da tərəflər arasında münasibətlərin daha da pisləşməsinə gətirib çıxardır", - deyə Ə.Nuriyev bildirir.

Mediasiya boşanmalara necə təsir edəcək?

O ki qaldı "Mediasiya haqqında" Qanunun tətbiqinin boşanmalara təsirinə, Ə.Nuriyev mediasiya prosesinin nikahlara elə bir təsiri olmayacağını söyləyir. O bildirir ki, mediasiyanın boşanmaların sayını azaldacağı yanlış yanaşmadır:

"Bəzən deyirlər ki, mediasiya boşanmaların sayının azalmasına gətirib çıxardacaq. Mediasiya barışıq institutu deyil. Mediasiya maraqların uzlaşmasını həyata keçirən bir prosesdir. Ailə münasibətlərinin normal davam etməsinə kömək edir. Tutaq ki, boşanma zamanı əmlakın bölünməsi, alimentin ödənilməsi və uşaqla görüşlə bağlı mübahisə var. Bu zaman mediasiya bu mübahisəni tərəflərin razılığı və hüquqi baxımdan həll edir. Hər kəsin maraqları təmin edilmiş olur. Hər kəs qəbul edilmiş qərarlarla razılaşır. Bir tərəfin lehinə, digər tərəfin əleyhinə qərarlar qəbul edilməsi mediasiyanın hüquqi təbiətinə ziddir.

Mediasiya prosesində tərəflərin razılaşması baş verməlidir. Mübahisələrlə bağlı tərəflərin ortaq məxrəcə gəlməsi ailə məsələlərində çox vacibdir. Bu zaman onlar arasında düşmənçilik baş vermir, münasibətlər nikah pozulduqdan sonra da normal davam edir. Ola bilər ki, bu prosesdə nikah pozulmasın. Amma mediasiya nikahın pozulmasının qarşısını alan institut deyil".

Ə.Nuriyev bildirir ki, mediatorlar tərəfindən sonda çıxardılan qərarı hər iki tərəf imzalayır. Bundan sonra tərəflər arasında sosial gərginlik aradan qalxır. Gələcəkdə münasibətlər də beləcə normal şəkildə davam edir.

Mediatorların vəzifəsi nədir?

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, mediasiya mübahisələrin alternativ həllini nəzərdə tutan bir prosesdir. Onun sözlərinə görə, mediasiya prosesi kommersiya, ailə və əmək mübahisələrinin məhkəmədənkənar həlli üçün istifadə edilir. Bu zaman prosesi mediasiya şurasının üzvü olan mediatorlar aparır.

Həmsöhbətimiz deyir ki, bəzən ən xırda mübahisələr belə tərəflərin bir-birinə olan pis münasibətindən dolayı məhkəməyə gedib çıxır: "Halbuki, bunu tərəflər çox rahat şəkildə razılığa gələrək həll edə bilərlər. Burada sadəcə bir vasitəçi olmadığına görə iş gedib məhkəməyə çıxır. "Mediasiya haqqında" Qanuna görə, mülkü və digər məsələlərlə bağlı mediasiyaya müraciət könüllüdür.

R.Əliyev bildirir ki, kommersiya, ailə və əmək mübahisələrində "Mediasiya haqqında" Qanunun 28-29-cu maddəsinə görə, ilkin olaraq mütləq mediasiyaya müraciət olunmalıdır. Onun sözlərinə görə, boşanmalarla bağlı "Mediasiya haqqında" Qanunun tətbiqindən sonra məhkəmələrə birbaşa müraciət etmək mümkün olmayacaq.

Mediasiya ilə məhkəmənin fərqi...

Hüquqşunas deyir ki, mediasiya qarşılıqlı şəkildə razılığa gəlməyə kömək edir. R.Əliyevin sözlərinə görə, boşanma ilə bağlı mübahisələrdə mediasiya nikahdan olan uşağın maraqlarını əsas götürür: "Məhkəmədə əsas nikahın pozulması, alimentin tutulması və uşağın kimdə qalması mübahisələndirilirsə, mediasiya prosesində tərəflər bunları öz aralarında razılaşdıra bilərlər. Hər iki tərəf bütün bunlarla bağlı razılığa gəldikdən sonra məhkəməyə həmin sazişlə müraciət edirlər. Bu zaman məhkəmə sadə qaydada nikahın pozulmasını həyata keçirir".

R.Əliyev bildirir ki, mediasiya prosesində tərəflər bunu öz aralarında danışıb razılaşdıra bilirsə, məhkəmə proseslərində bu, bir ay davam edir: "Mediasiya konfidensial olur, ancaq məhkəmə tərəflərin iştirakı ilə keçirilir. Bu zaman məhkəmə bir gün ərzində tamamlanır. Məhkəmədə udan və uduzan tərəflər olursa, mediasiya prosesində hər iki tərəfin maraqları təmin olunmuş olur".

Hüquqşunas bildirir ki, mediatorların tərəfləri boşanmaqdan çəkindirmək kimi bir öhdəliyi yoxdur. Tərəflər boşanmaqda qərarlıdırsa, mediatorlar boşanma prosesində qarşıya çıxan problemləri həll etmək funksiyasını daşıyır. Beləcə, gələcəkdə aliment, əmlak, uşaqla görüş, uşağın ölkədən çıxış məsələləri mediasiya prosesində həll olunur. Həmçinin mediator tərəfsiz olmalıdır.

Qeyd edək ki, mediatorlar mütləq fəaliyyət göstərəcəkləri məsələlər üzrə (kommersiya, ailə və əmək) təlim keçərək sertifikat əldə etməlidirlər.

Mediasiya xidmətləri pullu olacaq...

R.Əliyev deyir ki, mediatorların fəaliyyətindən istifadə etmək üçün isə insanlar müəyyən məbləğ ödəməli olacaqlar. Onun sözlərinə görə, ailə və əmək məsələlərində ilkin mediasiya üçün nəzərdə tutulmuş məbləğ isə 50 manatdır. Kommersiya işlərində isə iddia məbləğlərinə görə xidmət haqqı 20 manatdan 400 manatadək nəzərdə tutulub.

Mediasiyadan gözləntilər böyükdür...

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında mediasiyanın tətbiqinin boşanmalara təsirindən danışıb. O bildirib ki, mediasiyanın məqsədi ailə mübahisələrində məhkəməyə qədər razılığın əldə olunmasıdır. E.Səfərov deyir ki, boşanmalar zamanı əksər hallarda tərəflər əmlak bölgüsü, uşağın kimin himayəsində qalması, aliment və sair məsələlərdə bir-birinə qeyri-etik davranırlar. Bu isə ailədə böyüyən uşaqlara öz təsirini göstərir.

Onun sözlərinə görə, bu mənada mediatorların boşanma prosesində iştirakı, tərəflərin maraqlarına uyğun razılığın əldə olunmasında rolu böyük olacaq: "Mediasiyanın nikah müqaviləsinin boşanma zamanı tətbiqi baxımından da əhəmiyyəti var. Mediasiyanın yeni instrument kimi tətbiqi zəruridir", - deyə E.Səfərov bildirir.

Amma Komitə səlahiyyətlisi mediasiyanın tətbiqi yeni olduğu üçün ilk vaxtlarda müəyyən problemlərin yaranacağının qaçılmaz olacağını bildirir. Onun sözlərinə görə, Azərbaycanda ailələrin əksəriyyəti boşanma zamanı çox ağır proses keçir. Ona görə də mediatorların boşanma prosesində rolu böyükdür. Həmsöhbətimiz deyir ki, mediatorlar boşanmanın normal qaydada həyata keçirilməsinə töhfə verə bilərlər. O, bunun üçün psixoloq mediatorların da fəaliyyətinin vacib olduğunu söyləyir.

Qeyd edək ki, Azərbaycanda 2019-cu il martın 29-da "Mediasiya haqqında” Qanun qəbul edilib. Məcburi məhkəmə mediasiyasına dair müddəaların isə 2020-ci ilin iyulun 1-dən qüvvəyə minəcəyi nəzərdə tutulsa da, hələlik dəyişikliklər təsdiqlənməyib. Hazırda dünyada bütün məsələlər üzrə mediasiya prosesi tətbiq olunsa da Azərbaycanda qanun bu məsələlərə məhdudiyyət tətbiq edir.

Qanuna görə, mülki işlər, iqtisadi mübahisələr, ailə münasibətləri, əmək və inzibati hüquq üzrə mübahisələrdə mediasiya tətbiq olunacaq.

Məlumat üçün onu da qeyd edək ki, Azərbaycanda 2020-ci ilin fevral ayının 12-də "Mediasiya Şurası" qeyri-kommersiya hüquqi şəxsi təsis edilib. Elə həmin ayın 16-da Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Bu il iyunun 30-da isə, Mediasiya Şurasının Ümumi Yığıncağının iclası keçirilib, qurumun rəhbər orqanına - Mediasiya Şurasının İdarə Heyətinə seçkilər keçirilərək onun yeni tərkibi müəyyən olunub.

5435
ABŞ, Gürcütsan və Bolqarıstan ordularının birgə təlimi, arxiv şəkli

Gürcüstanda Agile Spirit 2021 təlimləri: hədəflər vasitələr

23
ABŞ və alyansın hərbi manevrləri nə Gürcüstan xalqının təhlükəsizliyi üçün narahatlığı, nə də "itirilmiş əraziləri geri qaytarmaq" istəyini özündə əks etdirir.

 

BAKI, 24 iyul — Sputnik. Gürcüstan Müdafiə Qüvvələri ilə ABŞ Ordusunun Avropa və Afrikadakı Agile Spirit 2021 birgə təlimləri 26 iyul - 6 avqust tarixlərində beş təlim nöqtəsində - poliqonda və Vaziani hava limanında, Senaki aviabazasında, Orfololo və Sorta təlim meydançalarında baş tutacaq. Artıq ABŞ ordusunun zirehli avtomobilləri hava və dəniz yolu ilə Gürcüstana çatdırılıb ki, bu da faktiki olaraq manevrlərin "benefisiarı" sayılır.

Agile Spirit-in 2021-ci il deklarativ məqsədi – 15 iştirakçı ölkənin qoşunları arasında "operativ uyğunlaşdırmanı" artırmaqdır ki, bu da heç bir əhəmiyyət kəsb etmir. Çünki ortada uyğunlaşdırılmalı xüsusi bir şey yoxdur. Təlimlərin sayı çox deyil və faktiki olaraq iki tərəf – Amerika və Gürcüstan iştirak edir. 2500 iştirakçıdan 700-ü Amerika, 1600-ü isə Gürcüstan hərbçiləridir. Əgər yerdə qalan 200 "süngü"nü digər iştirakçı ölkələrin sayına bölsək, hər bayrağa cəmi 20 nəfər düşər.

Bu cür təmsil olunma, çətin ki, "Tərəfdaşlıqdan keçən güc" devizi altında təşkil olunan çoxmillətli döyüş əməliyyatlarının keyfiyyətini artırsın. Aydın məsələdir ki, təlimlərin əsl məqsədi Amerika hərbi komandanlığı tərəfindən regional əməliyyatlar teatrının öyrənilməsi və Cənubi Qafqazdakı Rusiya Federasiyası və müttəfiqlərinə qarşı yeni təxribatlardır. ABŞ və tərəfdaşlarının növbəti güc nümayişinin yalnız və yalnız Rusiyaya ünvanlandığını anlamaq üçün Qafqazın coğrafi xəritəsinə baxmaq kifayətdir.

Amerika ordusu bu komanda heyətləri ilə təmsil olunur: ABŞ-ın Avropadakı Xüsusi Əməliyyatları, 21-ci Müharibə Dəstək Teatrı, 7-ci Ordu, 173-cü Hava-Desant Briqadası, 1-ci Piyada Briqadası, ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri, Corciya Milli Qvardiyası və başqaları... Bu komandanlıqların tabeliyindəki bütün qoşunlar qəfildən Gürcüstanda peyda olsalar, hər şey baş verə bilər.

Agile Spirit 2021 proqramına briqadaların komanda məntəqələrində qarşılıqlı fəaliyyət, batalyon səviyyəsində döyüş atəşi ilə poliqon təlimləri ("real təlim şəraitində") daxil edilib.

Ən nəzərəçarpan epizodlar - Gürcüstan, Böyük Britaniya və Polşanın iştirakı ilə hava-desant əməliyyatı və Gürcüstan, ABŞ, Böyük Britaniya, Rumıniya və Polşanın Sorta poliqonunda xüsusi əməliyyat qüvvələrinin bəzi birgə hərəkətləridir.

Qalan iştirakçıların - Azərbaycan, Almaniya, Latviya, Litva, Estoniya, Kanada, İtaliya, İspaniya, Türkiyə və Ukraynanın nə işlə məşğul olacağı hələ məlum deyil. Lakin alyans rəsmi olaraq Rusiyanı 2030-cu ilədək əsas hərbi təhlükə hesab edir və "varyaqlar"ın Gürcüstanda olması üçün konseptual və taktiki əsas budur.

Onuncu "ruh"

Agile Spirit 2021 manevrləri dinc əhalisinin təhlükəsizliyinə birbaşa təhdiddir. Məsələn, estoniyalı tərəfdaşlar təlim zonasında meşələri tez-tez yandırırlar, Ukrayna əsgərləri təsadüfən gürcü kəndlərini atəşə tuta bilərlər, Amerika xüsusi təyinatlıları isə kənd təsərrüfatı müəssisələrinə basqın etməyə alışıblar. Hər şeydən əvvəl isə Gürcüstan zirehli texnika kolonnaları Senaki-Leselidze və Xaşuri-Axalsixe-Vale avtomobil yollarını bağlaya bilər.

Agile Spirit təlimləri dinc, nisbətən çiçəklənən Gürcüstanda 2011-ci ildən bəri keçirilir və hazırki təlimlər sayca onuncudır. 2018-ci ildən bu yana Agile Spirit təlimləri hər iki ildən bir keçirilir (2020-ci ildə pandemiya nəticəsində təlimlər baş tutmayıb).

ABŞ və alyansın hərbi manevrləri nə Gürcüstan xalqının təhlükəsizliyi üçün narahatlığı, nə də "itirilmiş əraziləri geri qaytarmaq" istəyini özündə əks etdirir. Xarici qoşunlar on illərdir ki, "dəstək bazaları" şəbəkəsi yaratmaq, sabitliyi pozmaq üçün Gürcüstandan istifadə edir və bununla da yalnız Cənubi Qafqazdakı hərbi-siyasi gərginliyin artmasına xidmət edirlər.

Vaşinqton inadla Tbilisini Moskva ilə ikinci silahlı qarşıdurmaya itələyir, halbuki 2008-ci ilin avqustunda "Təmiz Sahə" Gürcüstan əməliyyatının nəticələrini hələ heç kim yaddan çıxarmayıb.

Müstəqil Gürcüstanın "NATO kursu" ilə getməyə, yenidən silahlanmağa və "əməliyyat uyğunluğunu "inkişaf etdirməyə daha yüz il haqqı var, ancaq Gürcüstanın nöqteyi-nəzərindən "üsyankar" qonşularının təhlükəsizliyi Rusiyanın iqtisadi və hərbi gücü tərəfindən möhkəmləndirilib.

Moskva Tbilisi ilə NATO arasında yaxınlaşma təhlükəsi barədə bir neçə dəfə açıq xəbərdarlıq edib və RF Silahlı Qüvvələri Baş Qərargahının qarşılıqlı strateji planlaşdırması heç kimə sirr deyil.

Alyansın Gürcüstan dağlarındakı manevrləri bütün iştirakçılar üçün ağır itki və nəticələrə gətirib çıxara bilər. Bir də ki, ümumiyyətlə, hərbiləşdirmə heç vaxt ölkələrin inkişafına və çiçəklənməsinə töhfə verməyib.

Yenidən silahlanma və "qoparılış"

3,9 milyon əhalisi olan kiçik və yoxsul Gürcüstan dünya hərbi güc reytinqində Çad və Zimbabvedən sonra 92-ci yerdədir.

Gürcüstan ordusunun 20 000 fəlaiyyətdə olan hərbçisi var. Quru qoşunlarında döyüşqabiliyyətli dörd briqada mövcuddur, silahlanmasına 163 tank, təxminən 156 özüyeriyən texnika və yedəkli silah, 50 raket qurğusu var. Üç il ərzində tank və artilleriya sayı əhəmiyyətli dərəcədə azalıb, lakin Gürcüstan müasir və bahalı NATO standartları ilə ayaqlaşaraq hava hücumundan müdafiə sistemini uğurla inkişaf etdirir. Və nədənsə yüzlərlə tank əleyhinə raket alır.

Heç kim bu respublikanı təhdid etməsə də, kifayət qədər silahı var (hava məkanına nəzarət obyektləri - Qara dənizin qərb hissəsi və Rusiyanın cənubu daxil olmaqla, qonşu ölkələr – 470 kilometrə qədər radius əhatə edir).

Gürcüstan ərazisinin qərbdən şərqə qədər uzunluğu 440 kilometr, şimaldan cənuba isə 200 kilometrə çatmır. İnkişaf etmiş hava hücumundan müdafiə sisteminə yüz milyonlarla lari xərcləməyin heç bir mənası yoxdur, bu yalnız ABŞ və NATO qoşunlarının Qafqazdakı genişmiqyaslı əməliyyatı zamanı yerləşdirilməsi üçün lazım gələ bilər.

Gürcüstan təkcə Amerika istehsalı olan "Javelin" Tank Əleyhinə Raket Kompleksinə 75 milyon dollardan çox vəsait xərcləyib, ancaq belə məlum olub ki, bu da kifayət etmir və silahın yeni partiyasına ehtiyac var.

Tbilisinin Rusiya sərhədləri yaxınlığında NATO hərbi potensialından hər hansı bir şəkildə istifadə etmək planları təəccüb doğurur.

Alyansa üzv ölkələrin keçmiş Yuqoslaviya, Liviya, Əfqanıstan, İraq və Suriyada apardıqları son hərbi əməliyyatların nəticələri yalnız NATO-nun "təcrübə" ölkələrinin regional sabitliyi və milli təhlükəsizliyi ilə uyğunsuzluğundan xəbər verir. Gürcüstanı həqiqi təhdidlər isə yalnız ABŞ və Şimali Atlantika Alyansından gözləyir.

Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 23-də bəyan etdi: "Yaxın qonşularımızı, bizə qardaş xalqları "ya Qərb, ya Rusiya Federasiyası" şəklində seçim etməyə məcbur qoyaraq ətrafımızda qeyri-stabillik kəməri yaratmağa çalışırlar"..

Dağıdıcı düşmənçilik məntiqinin kökündə Qərb tərəfdaşlarının tətbiq etdiyi silahlanma, Gürcüstanın Rusiyadan "qoparılması, Qərblə qarşılıqlı öhdəliklər olmadan hərbi-siyasi "münasibətlər" dayanır – yəni, dalana aparan yol...

Eləcə də oxuyun:

23
Qadın Tokioda Olimpiya Oyunları yazısı olan dispelyin qarşısından keçir, arxiv şəkli

Olimpiada Tokio həmişəki böyük problemlər

18
(Yenilənib 01:44 23.07.2021)
Yaponiya əhalisinin 80%-ə qədəri Olimpiadanın keçirilməsinin əleyhinədir, lakin onların rəyi təşkilatçıları qətiyyən maraqlandırmır.

İyulun 23-də Tokioda Yay Olimpiya Oyunlarına start veriləcək. Əsas idman forumunun hələ 2020-ci ildə keçirilməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyası üzündən tədbir məcburən təxirə salındı. Qarşıdakı Olimpiadada dünyanın 206 ölkəsindən 12,5 min idmançı iştirak edəcək. Yarış proqramına 33 idman növü daxil edilib və idmançılar 339 Olimpiya medalı uğrunda mübarizə aparacaqlar.

Tokioda keçirilməli olan ilk Olimpiadaya müharibə mane olub

İlk dəfə əsas idman forumunu Yaponiya 1940-cı ildə keçirmək niyyətində olub. Həmin il ölkənin 2600 illiyi qeyd olunurdu və bu, xüsusi bir simvolizm kimi nəzərdən keçirilirdi. Bundan əlavə, oyunların bu ölkədə keçirilməsi üçün yapon idmançılarının inkişafı da əsas idi, 1932-ci ildə yaponiyalılar ümumi hesabda medalların sayına görə beşinci yerə yüksəlmişdilər.

Yaponiyanın təşkilat komitəsi aqressiv və işgüzar fəaliyyət göstərirdi: idmançıların və nümayəndə heyətlərinin ölkə ilə tanışlıq səyahətlərinin təşkili üçün yarım milyon dollar vəsait ayrılmışdı. Təşkilat komitəsi Avropa ölkələri liderlərinin əksəriyyətini bu Asiya ölkəsinə səs verməyə razı salmışdı. Hətta Benito Mussolinini də növbəti oyunlarda Romanın namizəd kimi irəli sürülməsi müqabilində Yaponiyaya səs verməyə razı sala bilmişdilər.

Nəticədə, 1936-cı ilin yayında Beynəlxalq Olimpiya Komitəsi (BOK) Olimpiadanın Yaponiyada keçirilməsi barədə qərar vermişdi. Yay Olimpiya Oyunları Tokioda, Qış Olimpiya oyunları isə Sapporoda keçirilməli idi. Lakin bununla bağlı problemlər, demək olar ki, elə dərhal başlanmışdı. Yaponlar Olimpiya məşəli marşrutunun Çin ərazisindən keçməsinin əleyhinə idilər və kompromis variant kimi məşəli hərbi təyyarədə və ya gəmidə gətirməyi təklif etmişdilər. Ardınca infrastrukturun yerləşdirilməsi ilə bağlı problemlər başlandı. Tokioda bütün qonaqların yerləşdirilməsi üçün mehmanxanalar çatmırdı. Mərkəzi arenanın yerləşdirilməsi üçün də yer tapılmırdı. Bu və digər kiçik problemlər idman yarışlarının Yaponiyada keçirilməsinə mane olurdu. Lakin Olimpiya Oyunlarından imtina üçün əsas səbəb Çin-yapon müharibəsi və turnirin maliyyələşməsinin kəsilməsi oldu. Beləliklə, Olimpiada təcili olaraq Helsinkiyə keçirildi.

1964-cü il Olimpiadasından sonra yaponlar daha heç vaxt bu oyunları keçirmək istəməyiblər

Yaponiya müharibənin nəticələrini tezliklə aradan qaldırdı və yenidən 1964-cü ildə Olimpiya Oyunlarının keçirilməsi ideyasına qayıtdı. Ölkədə obyektlərin inşası sürətləndirildi və bir neçə il ərzində bir çox gecəqondu rayonları idman şəhərciklərinə çevrildi, yüksək sürətlə hərəkət üçün örtüyə malik yollar, dəmir yolları, yeni metro stansiyaları inşa edildi, idman oyunlarının yayımı isə ilk dəfə peyk vasitəsilə həyata keçirildi.

Yaponiyada keçiriləcək oyunların qeyri-rəsmi şüarının "minimum militarizm və maksimum innovasiyalar" olmasına rəğmən, Olimpiya məşəlini yandırmaq şərəfi, ənənəvi olaraq məşhur idmançı əvəzinə, tələbə İosinari Sakaiyə nəsib oldu. Məsələ bundadır ki, həmin gənc 1945-ci ilin avqustun 6-da, Xirosima yaxınlığında, elə amerikalılar tərəfindən atom bombasının atıldığı gün dünyaya gəlmişdi. Bu jest müharibədən sonrakı intibahı simvolizə edirdi.

1964-cü il Olimpiadası çox yüksək səviyyədə keçirildi və yəqin ki, yaponların özlərindən savayı hamını sevindirdi. Məsələ bundadır ki, qonaqlara xoş gəlmək üçün Yaponiya hökuməti yaşayış binalarını sökür və onların yerində idman obyektləri inşa edirdi. Həmin oyunların keçirilməsinə çəkilən məsrəflər əvvəlcədən müəyyən olunmuş büdcəni üç dəfə üstələdi. İnsanlar işlərini itirdilər, çoxsaylı tullantılar üzündən ekologiyaya ciddi zərbə dəydi, bir çox su hövzələrində isə üzmək və balıq tutmaq qadağan olundu. Şəhərin küçələrində 200 min it və pişik tutularaq öldürüldü.

Ağlasığmaz məsrəflər, korrupsiya, etirazlar və pandemiya

Günümüzdə Olimpiadanın təşkilində əsas problem bahalıqdır. Yaxın perspektivdə bu cür irimiqyaslı tədbirlərin keçirilməsini yalnız bəzi ölkələr istəyəcəklər. Yaponlar 1964-cü il Olimpiadasının irsindən savadlı şəkildə yararlanaraq məsrəfləri aşağı salıblar. Əvvəlcədən nəzərdə tutulmuş 42 obyektdən yalnız 8-i yenidir. 10 obyekt isə ümumiyyətlə müvəqqəti inşa olunub. Tokionun Olimpiya Oyunlarının keçirilməsinə çəkdiyi məsrəflərin ümumi həcmi 15,4 milyard dollar təşkil edib. Turnirin keçirilməsi üçün təhlükəsiz mühitin yaradılmasına əlavə olaraq 900 milyon dollar xərclənib.

Fransız polisi yüngül atletikada korrupsiya əleyhinə işi araşdırarkən Yaponiya Olimpiya Komitəsinin rəhbəri Tsunekadzu Takeda ilə bağlı rüşvət faktını aşkara çıxardı. Beləliklə, Tokionun səsvermədə qalib gəlməsi üçün Takedanın rüşvət (ehtimal olunur ki, 2 milyon dollar) verməsi ilə bağlı ittihamdan sonra daha bir gözlənilməz problem meydana çıxdı. BOK bununla bağlı araşdırmalara başladı və bundan üç ay sonra Tokeda istefa verdi.

Digər bir problem – işçi qüvvəsinin çatışmamasıdır. Olimpiada obyektlərinin hazırlığı dövründə həddən artıq işləməkdən rəsmən iki ölüm halı qeydə alınıb. Bəzi proqnozlara görə, 2025-ci ildə Yaponiya işçi qüvvəsi defisiti ilə üzləşə bilər. Lakin eyni zamanda işlərin aparılması ilə bağlı rəsmən heç bir pozuntu qeydə alınmayıb.

Və ən aşkar problem pandemiyadır. Aparılmış sorğunun nəticələrinə görə, Yaponiya əhalisinin 80%-ə qədəri Olimpiadanın keçirilməsinin əleyhinədir. İnsanlar etiraz edir, aksiyalar keçirirlər, lakin onların rəyi təşkilatçıları qətiyyən maraqlandırmır. Pandemiya ilə əlaqədar olaraq hazırkı Olimpiada məxsusi olacaq. Mükafatlandırma mərasimində iştirakçıların sayı xeyli azaldılacaq. İdmançılar daim maska taxmağa məcburdurlar, azarkeşlərə ucadan qışqırmamaq və alqışlarla kifayətlənmək təklif olunur.

MDB-də kimə azarkeşlik edəcəklər

Bütün bunlara baxmayaraq Olimpiada bir idman təntənəsidir və bu oyunlar zamanı öz həmvətənlərini dəstəkləmək lazımdır. Qazaxıstanda döyüş idman növlərinə xüsusilə ümid bəsləyirlər. Medalları boksçular Saken Bibosınov və Ablayxan Jusupov, cüdoçu Eldos Smetov, karateçi Darxan Asadilov və sərbəst güləşçilər Nurislam Sanayev, Daniyar Kaysanov və Əlişer Yerqalıdan gözləyirlər.

Azərbaycan komandasının da öz favoriti var, cüdoçu İrina Kindzerskayanın parlaq çıxış edəcəyi gözlənilir.

Belaruslu yüngül atlet Elvira German ilk Olimpiadasında çıxış edəcək. O, Tokiodakı oyuna 2018-ci ilin Avropa çempionu statusunda qatılır. Qırğızıstanlı azarkeşlər güləş üzrə dördqat Asiya çempionu Aysıluu Tanıbekovaya çox ümid bəsləyirlər.

Azərbaycan Tokio-2020-də

Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edəcək. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgücülük və triatlonda - çıxış edəcəklər.

Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.

2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

Eləcə də oxuyun:

18
Teqlər:
COVID-19, Koronavirus, problemlər, Yaponiya, Tokio Yay Olimpiya Oyunları
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Qərb bölgəsində "ənənəvi" narkotik maddə alverçiləri ələ keçiblər