Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Arktikadakı qaz ehtiyatları: Rusiya ABŞ-ı Avropadan vurub çıxarmağa hazırlaşır

© AP Photo / Petr David JosekГазовое хранилище, фото из архива
Газовое хранилище, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.05.2021
Abunə olmaq
"Artıq bunu qəbul etməyin vaxtı çatıb ki, Rusiya bu seqmentdə iri oyunçuya çevrilmək niyyətindədir".

BAKI, 18 may — Sputnik, Natalya Dembinskaya. ABŞ-ın sıxılmış qaz ixracı rekord vurur. Lakin bu hay-küylü vəziyyət çox çəkməyəcək. Vaşinqtonda "Şimal axını - 2" layihəsi işə düşdükdən sonra Avropaya ucuz Rusiya qazının sel kimi axacağından narahatdırlar. Bundan əlavə, yaxın bir neçə il ərzində Moskva sıxılmış təbii qaz bazarında sıçrayış edə bilər. İrimiqyaslı milli layihələr buna şərait yaradacaq. Müşahidəçilər gələcəkdə Rusiyanın ABŞ-ı Avropa bazarından sıxışdırıb çıxaracağını istisna etmirlər. Daha ətraflı - RİA Novosti-nin materialında.

Qətər Asiyanı əldən verməyəcək

ABŞ Energetika Nazirliyinin yaydığı məlumata görə, mart ayında amerikalılar hər gün orta hesabla xaricə 10,5 milyard kubfut sıxılmış qaz göndəriblər. Aprel ayında isə bu rəqəm 9,2 milyard kubmetr olub, lakin hətta bu rəqəm belə baharın əvvəli üçün mütləq maksimum təşkil edir.

Məlumatda deyilir ki, ötən il və cari ilin yanvarında ABŞ-dan sıxılmış təbii qaz ixracının böyük hissəsi Asiya ölkələrinin payına düşüb. Lakin fevral və mart aylarında artıq ixracın yarısını Avropa götürüb. Məsələ bundadır ki, orada spot qiymətləri Asiyadakı qiymətlər səviyyəsinə çatıb.

"May ayına gəldikdə isə, biz ixracın 8,6 milyard kubfuta düşəcəyini, daha sonra isə Avropa və Asiya ölkələrində pik tələbatın ödənilməsi üçün 9 milyardlıq həddi keçəcəyini gözləyirik", - deyə nazirliyin məlumatında deyilir.

Beynəlxalq Energetika Agentliyinin (BEA) ekspertləri hesab edirlər ki, 2024-cü ilə qədər amerikalılar bu seqmentdə liderə çevrilə bilərlər. BEA hesablamalarına görə, ABŞ, Avstraliya və Rusiyada məcmu sıxılmış qaz tədarükü dünya sızılmış təbii qaz ixracı artımının 90%-ni təmin edəcək. Ümumiyyətlə isə liderlik barədə mübahisə də etmək olar.

Çətin ki, bazarda iri oyunçulardan olan Qətər ABŞ-ın Asiya bazarını ələ keçirməsinə imkan versin. Belə ki, adı çəkilən yaxın Şərq ölkəsi 2020-ci ildə 77,6 milyon ton sıxılmış qaz ixrac edib ki, bu da ümumi sıxılmış qaz tədarükünün 26,5%-dir. 2024-cü ildə isə bu cırtdan monarxiyanın Fars körfəzi sahillərində qaz hasilatı həcmi demək olar ki, iki dəfə arta bilər. Fevral ayında Dohada Şimal yatağının Şərq hissəsinin işlənməsi barədə yekun investisiya qərarı qəbul edilib.

Bu siyahıda Avstraliya da 26%-lə Qətərin ardınca gəlir. Üçüncü və dördüncü yerləri ABŞ (14,7%) və Rusiya (10%) tuturlar. Özü də, 2019-cu ildə Rusiya Avropa və Asiyaya ABŞ-dan çox sıxılmış qaz ixrac edib. Yaxın illərdə rəqabətin güclənəcəyi gözlənilir və bu yarışdan Moskvanın qalib çıxmaq üçün xeyli şansı var. Məsələ Arktikada olan külli miqdarda qaz ehtiyatlarından gedir.

Prioritet Arktikadır

Şimal Buzlu okeanının neft və qaz ehtiyatlarının planlı şəkildə mənimsənilməsi artıq on beş ildir ki, Rusiya hakimiyyətinin qarşısında duran prioritet məsələdir. Mart ayında Nazirlər Kabineti sıxılmış təbii qaz istehsalına dair uzunmüddətli proqramı təsdiq edib. Planın məqsədi qaz mənbələrinin şaxələndirilməsi, ilk növbədə Arktika və Uzaq Şərq şelflərinin fəal şəkildə istifadəsidir. Beləliklə sıxılmış qaz hasilatının qarşıdakı on beş il ərzində üç dəfə artacağı planlaşdırılır.

Neft və qaz sahəsində təhlillərdə ixtisaslaşan "OilPrice" məcmuəsinin qənaətinə görə, əgər ABŞ şist hasilatı hesabına ən iri ixracatçılardan birinə çevrilibsə, Rusiyaya bu işdə Arktika kömək edəcək. Belə ki, bu bölgənin qaz ehtiyatları çox böyükdür — 35,7 milyard kub metr qaz və 2,3 milyard ton neft və kondensat.

"Novateka", "Yamal STQ" və "Arktik STQ -2" layihələri diqqət mərkəzindədir. Dəyəri 21 milyard dollar olan "Yamal STQ" 2023-cü ildə işə düşəcək ki, 2026-cı ildə tam gücü ilə işləyərək hasilatı ildə 20 milyon ton həcminə çatdırsın.

Cari ilin mart ayının sonuna qədər layihə təqribən 39% maliyyələşdirilib. Cari ildə layihəyə ümumilikdə daha 6 milyard vəsait yatırılacaq ki, bu da ötən ilkindən iki dəfə çoxdur. Layihənin investorları arasında Fransanın "Total" şirkəti, Çinin "CNPC" və "CNOOC" neft-qaz korporasiyaları, Yaponiyanın "Mitsui & Co" və "JOGMEC" konsorsiumu var.

"Arktik STQ -2" layihəsi isə hərəsinin istehsal gücü ildə 6,6 milyon ton olacaq üç sıxılmış qaz istehsalı xəttinin inşasını nəzərdə tutur. Bu layihə həmçinin 1,6 milyon ton sabit qaz kondensatının istehsalını da nəzərdə tutur. Layihənin resurs bazası Yamal-Nenetsk muxtar dairəsindəki Qıdansk yarımadasında yerləşən Utrenni yatağıdır. İlk xəttin işə düşməsi 2023-cü ildə, ikincinin 2024-cü ildə, üçüncünün isə 2026-cı ildə nəzərdə tutulub.

"OilPrice" qeyd edir ki, yataqlar uğurla işləndiyi təqdirdə "Novatek" bazara ildə 100 milyon ton sıxılmış qaz təklif edəcək. Bu həcmə şirkət 2030-cu ildən sonra gəlib çatacaq. Özü də çıxarılan ehtiyatların maya dəyəri də çox aşağı olacaq. Rusiya Energetika Nazirliyinin rəhbəri Aleksandr Novakın qənaətinə görə, ölkədə 2025-ci ildə 68 milyon tondan artıq sıxılmış təbii qaz istehsal oluna bilər və bununla da dünya bazarında payını 25%-ə çatdıra bilər.

Güclü zərbə

"OilPrice" analitikləri hesab edirlər ki, Rusiya ABŞ-ın Avropadakı mövqelərinə ciddi zərbə vurmaq niyyətindədir və rəqibini buradan vurub çıxarmağa qadirdir. Moskva iki cəbhədə hücuma keçəcək: avropalılar üçün təkcə Rusiyanın boru kəməri ilə nəql olunan qazı deyil, həmçinin sıxılmış təbii qazı da sərfəlidir.

"Avropa İttifaqı üçün Rusiya qazı iki səbəbdən daha cazibədardır: nəqli ABŞ qazından az vaxt aparır və ucuz başa gəlir. Litva əbəs yerə qazı bizdən almır. Onların sadəcə başqa yolu yoxdur. Birincisi, Norveçin başqa müştəriləri də var. İkincisi də, sıxılmış qazı okeanın o tayından daşıyıb gətirmək baha başa gəlir", - deyə müstəqil sənaye eksperti Leonid Xazanov bildirir.

Obyektiv risklər

"Artıq bunu qəbul etməyin vaxtı çatıb ki, Rusiya bu seqmentdə iri oyunçuya çevrilmək niyyətindədir", — deyə Oksford Energetik Tədqiqatlar İnstitutunun hesabatında deyilir.

Lakin eyni zamanda ekspertləri belə bir sual da düşündürür: Rusiyanın sıxılmış təbii qazı elə onun boru xətti ilə nəql olunan qazına rəqabət təşkil etməyəcək ki?

"Kreml praktiki yanaşmaya üstünlük verərək sıxılmış təbii qaz sektorunun tez inkişaf etdirilməsini prioritetə yüksəldib", deyə hesabatda deyilir.

Lakin ekspertlər belə bir nəticəyə gəlirlər ki, Rusiyanın sıxılmış təbii qaz ixracı kifayət qədər şaxələndirilib. Belə ki, ixracın böyük hissəsi Asiya-Sakit okean regionuna, əhəmiyyətli hissəsi isə "bir qayda olaraq boru xətti ilə qazın çatdırılmadığı" Avropa ölkələrinin payına düşür.

Eləcə də oxuyun:

* ABŞ-dan OPEC-ə qarşı sərt addım - Neft bazarını nə gözləyir?

Milyardlarla avronun dəfni: Merkelin gedişi çox şeyi dəyişə bilər

Amerikalıların benzinə pulları çatmır: günahkar ruslardır

Xəbər lenti
0