Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bakı-Moskva əməkdaşlığı stereotipləri aradan qaldıracaq

© Sputnik / Alexei Druzhininİlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 04.04.2021
Abunə olmaq
Politoloq: "Müharibədən sonrakı dövrdə kommunikasiya xətlərinin bərpa edilməsi Rusiyanın Yaxın Şərqdəki maraqlarının təmin edilməsində vacib rol oynaya bilər. Azərbaycan-Türkiyə tandemi ilə əməkdaşlıq Rusiya üçün geniş imkanlar açır”

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 4 aprel - Sputnik.  Ölkələrimiz arasında münasibətlərdə Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra yaranmış yeni reallıqların təsiri hiss olunur

Aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət müzakirə olunub. Vəziyyətin bütövlükdə sabit olmasından, atəşkəs rejiminə dönmədən riayət edilməsindən məmnunluq ifadə edilib.

Qeyd edək ki, həmin gün Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında keçirilmiş görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının həyata keçirilməsinin gedişatı, xüsusilə Dağlıq Qarabağdakı humanitar tapşırıqların həllinə dair məsələləri, regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpa olunması müzakirə edilmişdi.

Национальные флаги России и Азербайджана на фоне фасада одной из башен Башни Пламени (Flame Towers) в Баку - Sputnik Azərbaycan, 1920, 25.03.2021
TƏHLİL
Azərbaycan Rusiya ilə yaxınlaşmaqda səhv etməyib - təhlükəsizlik eksperti

Sputnik Azərbaycan Azərbaycan - Rusiya münasibətlərinin yeni regional şəraitdəki inkişaf perspektivləri və iki ölkə arasındakı  strateji tərəfdaşlığının bundan sonrakı hədəfləri ilə bağlı Millət vəkili Elşad Mirbəşir oğlu və politoloq Əhməd Əlilinin fikirlərini öyənib.

Millət vəkili, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Mirbəşir oğlu bildirib ki, Azərbaycan-Rusiya münasibətləri daim inkişafdadır və tərəflər hər zaman maraqlarını uzlaşdırmağı bacarır: “Bu münasibətlərdə ən vacib məqam ondan ibarətdir ki, əməkdaşlığın inkişafı və yeni istiqamətlərin müəyyənləşdirilməsi istəyi mövcuddur. Ötən il Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsində ordumuz torpaqlarımızı işğaldan azad edərək, Ermənistan tərəfini kapitulyasiya sənədini imzalamağa məcbur etdi.

Bu sənədin imzalanmasında Rusiyanın da rolu oldu. Müharibədən keçən dövr ərzində proseslərin inkişaf istiqamətləri təbii olaraq hər kəs üçün maraqlıdır. Prezidentlərin son telefon danışığında da keçmiş münaqişə zonasındakı vəziyyət müzakirə edilib və razılaşmanın şərtlərinə əməl edilməsi təqdir edilib. Kommunikasiya xətlərinin bərpa olunması bölgənin inkişafı və təhlükəsizliyinin təmin edilməsi üçün vacib şərtlərdəndir. Düşünürəm ki, dövlət başçıları telefon danışığı zamanı bu məsələ barəsində də fikir mübadiləsi aparıblar. Yekun oalraq bildirmək istəyirəm ki, Azərbaycan-Rusiya arasında bu cür əlaqələrin qurulması iki ölkənin strateji tərəfdaşlığının daha etibarlı olmasına və möhkəmləndirilməsinə xidmət edir.”

Заместитель премьер-министра Азербайджана Шахин Мустафаев - Sputnik Azərbaycan, 1920, 12.02.2021
SİYASƏT
Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri arasında görüş: Onlar nədən danışıblar?

Politoloq Əhməd Əlili is hesab edir ki, ikinci Qarabağ müharibəsi həm Azərbaycan-Rusiya münasibətlərində, həm də regionun gələcəyində vacib dönüş nöqtəsidir: “Hazırda regionun siyasi dinamikası tamamilə dəyişib. Bu baxımdan Azərbaycan və Rusiyanın bu məqamları nəzərə alması çox vacibdir. Bu, əməkdaşlığın daha səmimi formada inkişaf etdirilməsinə səbəb ola bilər. Müharibədən sonrakı dövrdə kommunikasiya xətlərinin bərpa edilməsi Rusiyanın Yaxın Şərqdəki maraqlarının təmin edilməsində vacib rol oynaya bilər. Azərbaycan-Türkiyə tandemi ilə əməkdaşlıq Rusiya üçün geniş imkanlar açır”.

Politoloq bildirib ki, müharibəyə qədərki dövrdə Azərbaycan və Ermənistana yanaşmada bu iki ölkə arsında bərabərlik qoyulurdu, ancaq müharibənin nəticəsi göstərdi ki, bu bərabərlik yersizdir: “Rəsmi Bakı özü ilə İrəvan arasında bərabərlik işarəsinin qoyulmasına qane olmayacaq. Bir çox hallarda Rusiyanın daxilində Ermənistanı daha vacib müttəfiq kimi göstərməyə çalışırlar. Amma cənab Peskovun səsləndirdiyi fikirlər bu cəhdlərə ən yaxşı cavab ola bilər. O bildirmişdi ki, Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı faydalı münasibətlərdir, Rusiya-Ermənistan münasibətləri isə Ermənistan üçün faydalıdır. Azərbaycanda da bu cür bəyanatlar diqqətlə izlənilir və dəyərləndirilir. Azərbaycan cəmiyyətində də müəyyən maraq qrupları var ki, Rusiyanı tənqidi tonda təsvir etməyə çalışırlar. Əməkdaşlığın gücləndirilməsi bu fikirləri sıradan çıxaracaq”.

 

Xəbər lenti
0