F-35 qırıcısı, arxiv şəkli

Qaçılmaz aviaqəza: F-35 qırıcısının başının üzərini qara buludlar alır

56
Problemi dərinləşdirən odur ki, F-35 qərbdə istehsal olunan yeganə “beşinci nəsil” qırıcıdır. ABŞ-ın avropalı müttəfiqləri özlərinin 5-ci nəsil qırıcılarını istehsal etməyə tələsmirlər

BAKI, 21 fevral - Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Çoxfunksiyalı F-35 Lightning II qırıcı-bombardmançısı Amerikanın müstəsnalığının və hərbi gücününün yüksək texnoloji simvolu olmalı idi, lakin hazırda biz ABŞ HSK-nın qüdrətinin tükəndiyinini “beşinci nəsil” görünməz təyyarənin yaxınlaşan qəzasını müşahidə edirik.

Amerikanın F-35 parkının üçdə ikisi mühərriklə problemlərə görə uçuşları yerinə yetirə bilmir. Təyyarənin çoxsaylı ciddi konstruktor nöqsanları var, Pentaqonun sınaqlarından keçməyib və hələ də kütləvi istehsal üçün təsdiqlənməyib. Bu gün ABŞ HHQ F-35-dən F-16-nın 4+ nəslinə məxsus daha sadə qırıcısının xeyrinə imtina etməyə hazıdır.

Başlanğıc üçün Pentaqonda F-35A-ya sifarişi 40%-dən çox azaltmağı təklif etdilər – 1763-dən 1050 təyyarəyədək. Eyni zamanda ABŞ HHQ sifarişlərin köhnələn, lakin etibarlı F-16 Fighting Falcon-a dəyişidirilməsi imkanını nəzərdən keçirir. Məcburi manevrlərdir.

F-35 qırıcı-bombardmançısı 5 ildən artıqdır ki, ABŞ HHQ tərəfindən istismar olunur, lakin xroniki olaraq aşağı hazırlıq səviyyəsi, çoxsaylı məhsuldarlıq problemlərindən əziyyət çəkir. Bir müddət əvvəl müdafiə nazirinin müavini Ellen Lord F-35 Lightning-in 36%-nin uçuş üçün yararlı olduğunu bildirib.

F-35-ləri biri 100 milyon dollara almış ABŞ-ın müttəfiqləri və tərəfdaşlarının (Böyük Britaniya, Norveç, İsrail, İtaliya, Sinqapur, Cənubi Koreya, Yaponiya) ümidləri doğrulmayıb – təyyarə 5-ci nəsil parametrlərinə uyğun gəlmir, döyüşə hazır deyil, yəni təyinat üzrə vəzifələrini yerinə yetirə bilmir. Paradoksal olsa da ABŞ HSK-nın bu “çiy” məhsuluna almaq istəyənlər növbəyə düzülüblər. BƏƏ bu yaxınlarda 50 ədəd F-35-in alınması barədə müqavilə bağlayıb. İsrail 40-dək F-35 Lightning almaq niyyətini bəyan edib. Bunu yalnız ABŞ-la “dostluğa” görə ödənişlə izah etmək olar.

F135 – ən güclü uğursuz

Bir müddət əvvəl sözügedən təyyarələrin stels-örtüklərinin hipersürət zamanı dağılması və digər problemlər barədə məlumat verilmişdi. Mühəndislər istismar zamanı nöqsanları aradan qaldırmağa cəhd edirlər, lakin kritik problemlər sürətlə artır.

"Hamını cəzalandıracağıq": Pentaqon rekord həcmdəki hərbi büdcəsini nəyə xərcləyəcək>>

ABŞ HHQ-nin F-35A qırıcısı F135 mühərriki ilə təchiz olunub. Bu mühərrik F-35-in aşağı məhsuldarlığının əsas səbəbidir. F135-ə tez-tez texniki xidmət lazımdır və bu, təyyarənin istismarının dəyərini xeyli artırır. Müqayisə üçün, F-35-in bir saat uçuşu 31 min dollara başa gəlir, F-16-nın bir saatı isə 8 minə. Yeri gəlmişkən, Pratt&Whitney şirkəti kifayət qədər əlavə F135 mühərriki istehsal etmir. Əgər sabah müharibə olsa, səmaya F-35-lərin üçdə biri qalxacaq.

F-16-ları da dəyişmək vaxtıdır

ABŞ HHQ döyüş qabiliyyətini qorumaq üçün məcburən F-35-lərin payını azaltmağı və onları modernləşdirilmiş F-16 Fighting Falcon qırıcıları ilə əvəz etməyi planlaşdırır. Çoxfunksiyalı yüngül dördüncü nəsil qırıcısı olan F-16-nın maksimal uçuş kütləsi 21,8 tondur, 7,7 ton aviabomba daşıya bilər. Döyüş radiusu 1700 km, maksimal sürəti  2200 km/saatdır. O, regional münaqişələr üçün pis maşın deyil, lakin beşinci nəsildən geriyə addım atmaq yaxşı deyil (texnoloji deqradasiya). Petaqonda kompromis axtarırlar.

Burevestnik raketi, arxiv şəkli
© Photo : Ministry of Defence of the Russian Federation

HHQ-nin qərargah rəisi general Çarlz Braun F-16-ların alınmasının əleyhinə çıxıb və F-35-dən ucuz və F-16-dan müasir olan yeni növ birmühərrikli qırıcıları istehsal etməyə çağırıb. HHQ F-16 Fighting Falcon-un yeni döyüş təyyarələri ilə əvəz olunmasının məqsədəuyğunluğunu qiymətləndirmək üçün tədqiqat proqramını həyata keçirir. Tədqiqat 2023-ci ilin əvvəllərinədək başa çatacaq.

Problemi dərinləşdirən odur ki, F-35 qərbdə istehsal olunan yeganə “beşinci nəsil” qırıcıdır. ABŞ-ın avropalı müttəfiqləri özlərinin 5-ci nəsil qırıcılarını istehsal etməyə tələsmirlər, Böyük Britaniya, Polşa, Belçika, İtaliya isə F-35 almaqla məşğuldurlar.

F-35 layihəsinin xroniki uğursuzluqları fonunda Rusiyanın Su-57 qırıcısının texnoloji sıçrayışı xüsusən optimistik görünür. Su-57 uğurla uçur və beşinci nəsil qırıcıları arasında ilk olaraq hipersəs raketlərini daşıyır. Amerikalılar məcburən rus silahının üstünlüyünü etiraf edirlər.

56
Teqlər:
problem, istehsal, ABŞ, "F-35" qırıcı təyyarəsi
Nikol Paşinyan, arxiv şəkli

Paşinyanın istefa verməsi istisna edilmir: Tərəflər son savaşa hazırlaşırlar

59
(Yenilənib 17:15 26.02.2021)
Görünən odur ki, hakimiyyətə gəlmək istəyən hansısa siyasi qüvvələr generallardan istifadə edərək mövcud hökuməti devirmək istəyir

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 26 fevral - Sputnik. Fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən bəyanat verib. Sənədi Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan və 40-dan çox yüksək rütbəli hərbçi imzalayıb. Bunun ardınca Paşinyan da öz tərəfdarlarını Respublika meydanına toplayaraq hərbi çevriliş təhlükəsindən danışıb.

Sputnik Azərbaycan Ermənistanda baş verənlərlə bağlı politoloqlar Fikrət Sadıxov və İlqar Vəlizadənin fikirlərini öyrənib.

Politoloq Fikrət Sadıxov deyir ki, general ya çevriliş edir, ya da ümumiyyətlə siyasətə qarışmır: "Bunun üçüncü variantını başa düşmək mümkün deyil. Görünən odur ki, hakimiyyətə gəlmək istəyən hansısa siyasi qüvvələr generallardan istifadə edərək mövcud hökuməti devirmək niyyətindədir".

Politoloq deyib ki, artıq Ermənistanda siyasi elitanın parçalanmasını görürük:

"Bu ölkədə mitinqlər, yürüşlər davam edir. Amma küçələrə çıxanların sayına baxdıqda görürük ki, hələ kütləvilik yoxdur. Hakimiyyətin qorxub istefa verməsi üçün bu məsələdə kütləvilik olmalıdır. Təbii ki, Paşinyan bundan istifadə edərək tərəfdarlarını toplayır, gurultulu ifadələrlə dolu çıxışlar edir və hələlik vəziyyətə nəzarət edə bilir. Ola bilsin ki, bu vəziyyət elə bu şəkildə davam edəcək. Amma etiraz aksiyaları genişlənsə və davamlı xarakter alarsa, Paşinyanın istefaya getməsi istisna edilmir".

Politoloq İlqar Vəlizadə bildirir ki, bu, Ermənistanda birinci çevrilişə cəhd deyil: "Bundan öncə də bir neçə dəfə çevrilişə cəhd edilib. Ermənistan müxalifət liderləri bundan əvvəl verdikləri açıqlamalarda dolayısı ilə çevrilişə hazırlıqlarla bağlı mesajlar verirdi. Müharibədən sonrakı vəziyyət göstərdi ki, Ermənistanın hərbi elitası arasında Paşinyana münasibətdə yekdil mövqe yoxdur. Paşinyana qarşı olan və müxalifətlə təmaslarını davam etdirən hərbi elita məqam gözləyirdi. Paşinyanın da açıqlamaları buna münbit şərait yaratdı".

Politoloqun fikrincə, indiki vəziyyət Paşinyan üçün üstünlüklər yaratdığı kimi risklər də formalaşdırır: "Bu çevrilişə cəhdlə o, özünə loyal olan şəxsləri tanımış oldu. Ona qarşı çıxan şəxsləri vəzifələrindən uzaqlaşdırdı. Mövcud şərait qarşıdurmanın hərbi iğtişaşlara çevrilməsini istisna etmir. Paşinyana qarşı olan hərbi generalitet Qarabağdan qaytarılmış hərbi texnikanı silahlı iğtişaşlar üçün istifadə edə bilər. Bu gün Ermənistanda köhnə elitanın dayaqları zəifləyir və bu da onları getdikcə aqressivləşdirir. Tərəflər son savaşa hazırlaşırlar”.

59

Politoloq XİN rəhbərlərinin Ankara görüşü haqqında: Böyük perspektiv mövcuddur

23
(Yenilənib 00:32 26.02.2021)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, SSRİ dağıldıqdan sonra Azərbaycan-Türkmənistan münasibətlərində soyuqluq mövcud idi
Elxan Şahinoğlu: “Türkiyə də münasibətlərin inkişafında maraqlıdır”

Ankarada keçirilən Azərbaycan, Türkiyə, Türkmənistan Xarici İşlər Nazirlərinin toplantısında bundan əvvəlki görüşlərdə qəbul edilmiş bəyanatlar təsdiqlənib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, bu üç ölkənin əməkdaşlığının böyük perspektivi mövcuddur:

“SSRİ dağıldıqdan sonra Azərbaycan-Türkmənistan münasibətlərində soyuqluq mövcud idi. Xəzərin statusu, mübahisəli yataq kimi məsələlər münasibətlərə təsir edirdi. Ancaq nəhayət ki, iki ölkə arasında soyuqluq yaradan bu məsələlər həllini tapdı. Türkiyə də münasibətlərin inkişafında maraqlıdır. Hətta Xəzərin dibi ilə boru xəttinin çəkilməsi hər kəsin xeyrinədir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

23
Teqlər:
ekspert, görüş, XİN rəhbərləri, Ankara, Xəzər dənizi, yataq, Azərbaycan, Türkmənistan, Türkiyә
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

0
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

0