Pulun sayması, arxiv şəkli

Əcnəbi göydə balonlarda gəzir, bizdə isə heç koronavirusa görə sığortanı düşünən yoxdur

118
(Yenilənib 19:46 16.12.2020)
Ekspert: "Əgər yerli sığorta şirkətləri bunu edə bilmirlərsə, onda imkan versinlər, sığorta bazarına xarici ölkələrdə nüfuz qazanmış sığorta şirkətləri daxil olsunlar".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 dekabr — Sputnik. Koronavirusa yoluxma sayı artdıqca bu virusa yoluxmuş şəxslərin müalicəsi də çətinləşir. Artıq sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərə tibbi yardımın göstərilmədiyi, onların müalicə üçün xəstəxana tapmadığına dair məlumatlar yayılır. Dünyanın əksər ölkələrində vətəndaşlar koronavirusdan müalicədə sığorta alətlərindən istifadə edirlər. Hətta bizə qonşu olan ölkələrdə belə bu üsuldan geniş tətbiq olunur. Məsələn, Ukraynada bu təcrübədən istifadə olunur. Bəs görəsən Azərbaycanda necə, yerli sığorta şirkətləri koronavirusun müalicəsində sığorta alətlərini müştərilərə təklif edirlərmi?

Sputnik Azərbaycan-a bu barədə danışan ekspert Azər Allahverənov bildirib ki, artıq bir sıra ölkələrdə sığorta şirkətləri koronavirusun müalicəsində sığorta alətlərini müştərilərə təklif edirlər. A.Allahverənov bildirib ki, indiyədək o, yerli sığorta şirkətlərinin belə bir xidmət təklif etdiyini eşitməyib.

Ekspert bildirib ki, sığorta şirkətləri tibbi sığorta paketi təklif etsələr də, koronavirusla bağlı sığorta aləti bazara təqdim etməyiblər:

"Hər halda mən belə bir məlumat eşitməmişəm ki, Azərbaycanda hansısa sığorta şirkəti müştərilərə koronavirusa görə sığorta olunmaq təklif etsin. Ukraynada, Türkiyədə koronavirsla bağlı sığorta növləri tətbiq edilirsə, Azərbaycanda da sığorta şirkətləri bu cür tibbi sığorta məhsulu təqdim edə bilərlər. Dünyada bu praktika varsa, insanlar bundan çox rahat istifadə edə bilirləsə, bu təcrübə bizdə də yayıla bilər. Ukraynada koronavirusa yoluxmuş şəxslərə sığorta məhsulu təqdim olunur. Ödənilən sığorta məbləği isə koronavirusa yoluxma dərəcəsinə görə müəyyən edilir. Sığorta haqları da çox aşağı məbləğdir. 6 ay ərzində şəxs koronavirusa yoluxarsa, ona sığorta şirkəti yardım ödəyir. Əgər xəstə stasionarda müalicə alırsa sığorta şirkətinin ödədiyi məbləğ də dəyişir".

"Ukraynada vətəndaşlar koronavirusa görə öz tədbirlərini sığorta şirkətləri vasitəsilə alıblar. Artıq bu ölkədə vətəndaş arxayındır ki, koronavirusa yoluxsa ona dərman veriləcək, xəstəxanaya yeləşdiriləcək. Pandemiya dövründə bu çox tələbat olan sığorta məhsuludur. Nəzərə alaq ki, koronavirusa yoluxmuş şəxslərin müalicəsi kifayət qədər yüksək məbləğə başa gəlir. Amma 50-60, yaxud 100 manat ödəyən vətəndaş sığorta şirkətinə arxayındır ki, müəyyən müddətdə virusa yoluxsa sığortadan yararlanacaq", - ekspert əlavə edib.

A. Allahverənov deyir ki, bu gün yerli sığorta şirkətləri bu məhsulu təqdim etmirsə, xarici sığorta şirkətlərinə bazara belə məhsul çıxartmağa şərait yaradılmaldır:

"Əgər yerli sığorta şirkətləri bunu edə bilmirlərsə, onda imkan versinlər, sığorta bazarına xarici ölkələrdə nüfuz sahibi olan sığorta şirkətləri (məsələn, götürək Türkiyənin tanınmış sığorta şirkətlərini) daxil olsun. Hesab edirəm, koronavirusdan sığorta mexanizmi tam şəffaf şəkildə işə salınarsa, bir çox ağır fəsadların, o cümlədən dərman satışı və digər əlaqədar sahələrdə bir çox neqativlərin qarşısı alınacaq. Bu da müalicənin daha keyfiyyətli təşkilinə səbəb olacaqdır".

Azərbaycanda sığorta şirkətləri isə koronavirusa görə sığorta növünün olmadığını söylədirlər. "Xalq sığorta" şirkətindən Sputnik Azərbaycan-a bildirdilər ki, koronavirus sığorta təminatında olan xəstəlik deyil: "Bizdə atipik pnevmoniyalar sığorta təminatında deyil. Buraya həmçinin koronavirus da daxildir. Digər sığorta şirkətlərindən də eyni cavabı verdilər.

Tanınmış sığorta mütəxəssisi Əli Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda da koronavirusa görə sığorta sistemi tətbiq edilməlidir:

"Bu gün böyük risk faktoru olduğu üçün koronavirusa görə, sığortaçılar sığorta təminatı verməkdən çəkinirlər. Xüsusilə də könüllü tibbi sığorta üzrə. Könüllü tibbi sığorta fərdi sahədə çox aşağı səviyyədədir. Sığorta şirkətləri əsasən kooperativ əməkdaşlığa üstünlük verirlər. Fərdi istiqamət üzrə tibbi sığortanın tətbiqinin gecikməsi isə müştəriyə etibarsızlıqdan irəli gəlir. Sığortaçılar düşünürlər ki, fərdi tibbi sığorta versələr müştərilər bundan sui-istifadə edəcəklər. Bunu kontrol edə bilməyəcəklərindən bu sığorta şirkətləri üçün zərər olacaq. Amma dünyada artıq tətbiq edilirsə, Azərbaycanda da sığorta şirkətləri bunu etməyə başlamalıdırlar. Müştəri COVID xəstəliyinə tutulubsa, bu periodda olan xəstəliyə görə xərclərin ödənilməsi nəzərdə tutulmalıdır. COVID üçün tibbi sığorta üzrə təminat təqdirəlayiqdir".

Ə. Bayramov deyir ki, koronavirusa görə sığorta sağlam insanlara verilməlidir: "Bu belə olmamalıdır ki, COVID-ə məruz qalan şəxslər sığorta təminatı alsın. Bu sığorta paketini o şəxslərə vermək lazımdır ki, həmin insan sağlam və virusa yoluxmamış olsun".

118
Teqlər:
tibbi sığorta, siğorta, korona virusu, Koronavirus, epidemiya, COVID-19
Pult

MTRŞ-nın yeni cəzası effekt verir - Telekanallar artıq qanunları poza bilməyəcəklər

33
(Yenilənib 18:23 21.01.2021)
Qulu Məhərrəmli: "Mən televiziyaların çox cəzalandırılmasının tərəfində deyiləm. Amma televiziyalar da xəbərdarlıqlara, tövsiyələrə əməl etməlidir ki, yayım keyfiyyəti yüksəlsin".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. Bu günlərdə Milli Televiziya və Radio Şurası (MTRŞ) ümumrespublika teleradio yayımçıları ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb. MTRŞ-nın yaydığı hesabata görə, ötən il ərzində ümumrespublika televiziya və radio kanalları tərəfindən teleradio yayımı haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması hallarına yol verilib.

Hesabatda bildirilir ki, yayımçılar "Televiziya və radio yayımı haqqında", "Reklam haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", eləcə də "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qəbul edilmiş qanunların bir sıra müddəlarını pozublar.

Qeyd edək ki, MTRŞ hər il öz hesabatında telekanalların yol verdiyi qanun pozuntularını açıqlayır. Buna baxmayaraq, bu hallar telekanallar tərəfindən təkrarlanır.

Sputnik Azərbaycan telekanalların qanunlara etinasızlığının səbəbini və bunun qarşısını almağın yollarını araşdırıb.

MTRŞ-dan Sputnik Azərbaycan-a bildiriblər ki, qurum öz üzərinə düşən vəzifəni icra edərək monitorinqləri davam etdirir:

"Qanunvericiliyin tələblərini pozan telekanallara müxtəlif məbləğdə cərimələr edilir. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-yə 5000 manat cərimə cəzası tətbiq edilib. Ötən ildən başlayaraq telekanallara efirin bir neçə saatlıq dayandırılması sanksiyası tətbiq edilir. Efirin bir neçə saatlıq dayandırılması cəza metodu olaraq effekt verir. Ümumilikdə, aparılmış monitorinqlər göstərib ki, Şura tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində 2020-ci ilin ikinci yarısında televiziya və radio yayımı haqqında qanunvericiliyin tələblərinə yayımçılar tərəfindən riayət olunması istiqamətində müsbət dinamika müşahidə edilib".

Azad Azərbaycan Telekanalının (ATV) icraçı direktoru İsmayıl Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, telekanallar qanunun tələblərini bilərəkdən pozmurlar. Onun sözlərinə görə, bu sırf texniki məsələlərdir:

"Telekanallarda qanunvericiliyin pozulması təkcə reklamlarla bağlı deyil. Bəzən filmlərdə gözdən qaçan kadrlar efirə gedir. Reklamla bağlı məsələlər isə bilərəkdən edilmir. Bu, işin texnologiyası ilə bağlıdır. Bəzən aparıcılar sponsordan danışdıqda limiti keçirlər. Heç bir telekanal efirin dayandırılmasını istəmir. Sadəcə olaraq bundan əvvəl telekanallara bu qanun pozuntularına görə güzəştlər edildiyindən sistem buna öyrəşmişdi. İndi qanunun tələbləri sərt şəkildə qarşımıza qoyulduqda bu problem aradan qalxacaq".

Teletənqidçi Qulu Məhərrəmli isə bildirib ki, MTRŞ-nın bu hesabatı telekanalları qanuna əməl etməyə sövq edir. Onun sözlərinə görə, bu, həm də sözügedən qurumun öz işini yenidən qurduğunu göstərir:

"Mən televiziyaların çox cəzalandırılmasının tərəfində deyiləm. Amma televiziyalar da xəbərdarlıqlara, tövsiyələrə əməl etməlidir ki, yayım keyfiyyəti yüksəlsin. Biz qanunlar əsasında işləməyi öyrənməliyik. Bunların hamısı ona xidmət edir ki, ölkədə yayım standartları formalaşsın. MTRŞ-nın yayımı bir neçə saat dayandırmasından televiziyalar ciddi nəticə çıxartmalıdır. Efirin dayandırılması arzuolunan hal deyil. Ona görə də monitorinqlərin nəticələrinə telekanallar ciddi baxmalıdırlar. Telekanalların işini yaxşılaşdırmaq məqsədilə daha sərt addım atılmaması üçün telekanallar elə davranmalıdır ki, bu cür cəzaya məruz qalmasınlar".

Q.Məhərrəmli deyir ki, pandemiya və müharibə şəraitinə, reklamın azalmasına baxmayaraq televiziyalar bu dövrdə auditoriyanı özlərinə qaytara biliblər: "Telekanallar 2021-ci ildə də bu uğuru davam etdirməyə, yeni layihələrlə auditoriyanı əldə saxlamağa çalışmalıdırlar".

33
Teqlər:
MTRŞ, Milli Televiziya və Radio Yayımları Şurası (MTRŞ), MTRŞ

Politoloq: “Tramp Amerika cəmiyyətinin istəkləri ilə hərəkət edirdi”

11
(Yenilənib 00:28 21.01.2021)
Politoloq İlqar Vəlizadə deyir ki, Tramp həm öz ölkəsinin, həm də dünyanın ictimai rəyində zidiyyətli siyasətçi kimi qalacaq
İlqar Vəlizadə: “Tramp ABŞ tarixində maraqlı və özünəməxsus yer tutacaq”

“Donald Tramp ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcək”. Bunu ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Tramp həm öz ölkəsinin, həm də dünyanın ictimai rəyində zidiyyətli siyasətçi kimi qalacaq:

“Amma onu demək lazımdır ki, Tramp Amerika cəmiyyətinin istəkləri ilə hərəkət edirdi. O, prezidentliyi dönəmində yerli istehsalçıların maraqlarını müdafiə edirdi. Eyni zamanda onun vaxtında ABŞ-da işsizlərin sayı kəskin azalmışdı. O, xarici siyasətdə aqressiv siyasət aparsa da, heç bir müharibəyə başlamadı. Təəssüf ki, ABŞ mediası Trampın tarixi xidmətlərini görmür və ya qeyd eləmir. Bununla belə, Tramp ABŞ tarixində maraqlı və özünəməxsus yer tutacaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

11

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

0
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

0
Teqlər:
mafiya, İtaliya