Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Baydenin hakimiyyəti dövründə ABŞ-ın Qafqaz siyasəti necə dəyişəcək

© AFP 2023 / OLIVIER DOULIERYДжо Байден, фото из архива
Джо Байден, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Co Bayden Ermənistan-Azərbaycan qarşıdurmasının həlli prosesi ətrafındakı vəziyyəti şərh edərək bildirib ki, Vaşinqton bu istiqamətdə liderliyi Rusiyaya verməməlidir.

BAKI, 14 noyabr — Sputnik, Sergey MarkedonovRusiya Xarici İşlər Nazirliyinin MGIMO Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı tədqiqatçısı, "Beynəlxalq Analitika" jurnalının baş redaktoru.

ABŞ-da keçirilmiş prezident seçkisinin qalibi hələ rəsmən elan olunmayıb. Bununla belə, Demokrat partiyasının namizədi Co Bayden artıq müxtəlif dövlət başçılarının və müxalifət liderlərinin təbriklərini qəbul etməyə başlayıb.

Подпись, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Putin, Əliyev və Paşinyan arasında razılaşdırılmış - BƏYANAT

Bəs ABŞ xarici siyasəti yaxın və uzaq perspektivdə necə dəyişə bilər?

Hazırda bu sual ən müxtəlif regional kontekstlərdə fəal müzakirə olunur.

Amerikanının dünyaya təsir gücünün azaldığını söyləyənlər tapılsa da, ABŞ hələ də beynəlxalq arenada ən mühüm oyunçulardan biri olaraq qalır. Bəs Qafqazda baş verən proseslərdə Amerika faktoru nə dərəcədə rol oynaya bilər? Vaşinqton bu bölgəyə təsirini artırmaq üçün yeni cəhdlər edəcəkmi, yoxsa əksinə, ABŞ-ın Qafqaza marağının tamamilə azalacağına şahid olacağıq?

Əhəmiyyətlidir, ancaq həyati əhəmiyyətli deyil

Bu suallara cavab axtararkən ilk növbədə ABŞ-ın xarici siyasətində Qafqazın hansı yeri tutduğuna nəzər salmaq lazımdır. Və dərhal qeyd etməliyik ki, Amerikanın dünyanın bu regionu ilə bağlı maraqları Rusiya, İran və ya Türkiyənin maraqlarından xeyli dərəcədə fərqlənir. Bu ilk nöbədə coğrafiya faktoru ilə izah olunur. Bu baxımdan Avropa İttifaqının (Aİ) özünü Qafqazın qonşusu hesab etmək üçün daha çox əsası var, çünki bir neçə genişlənmə dalğasından sonra Aİ artıq Qaradənizə gəlib çatıb və bölgənin üç ölkəsi Brüssellə Şərq Tərəfdaşlığı layihəsində iştirak edir.

Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru - Sputnik Azərbaycan
Politoloq: “Müharibənin dayandırılması ilə bağlı bəyanat reallıqları dəyişir”

Azərbaycan, Ermənistan və Gürcüstanda baş verənlər ABŞ-ın daxili siyasi gündəminə və ya daxili təhlükəsizlik məsələlərinə təsir göstərmək iqtidarında deyil. Məsələn, Pankisidəki problemlərin, Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin Rusiyanın Şimali Qafqaz bölgəsinə təsir edəcək dərəcədə ABŞ-a təsir göstərə bilməz. Yaxud Azərbaycanda baş verənlərin Türkiyə daxilindəki vəziyyətə, eləcə də İrana təsir etdiyi qədər ABŞ-da hiss oluna bilməz.

Karnegi Fondunun nüfuzlu mütəxəssisi Pol Stronskinin (Bu yaxınlara kimi o, Dövlət Departamentində Qafqaz və Mərkəzi Asiya üzrə analitik kimi fəaliyyət göstərirdi) sözlərinə görə, Mərkəzi Asiya və Cənubi Qafqaz heç vaxt Amerikanın xarici siyasət müzakirələrində əsas mövzu olmayıb və bu indi də belədir. Ölkəni pandameyanın cənginə aldığı, itisadi çətinliklərin hökm sürdüyü və Çinlə, Avropa ilə münasibətlərin pisləşməsi kimi daha irimiqyaslı beynəlxalq problemlərin mövcud olduğu bir vaxtda ABŞ-da prezidentliyə namizədlərin heç biri Rusiya sərhədlərindən cənubdakı by regiona xüsusi diqqət ayırmadı. Düzdür, Qarabağda döyüş əməliyyatların yenidən başlaması amerikalı siyasətçilərini dünyanın bu guşəsindəki münaqişəni yada salmağa vadar etdi. Yenə eyni müəllif həmkarları Yucin Rumer (2010-2014-cü illərdə ABŞ Milli Kəşfiyyat Şurasında xidmət göstərib) və Riçarda Sokolski ilə birgə hazırladığı başqa bir məruzəsində bu nəticəyə gəlir ki, "Qafqaz ABŞ üçün əhəmiyyətlidir, ancaq həyati əhəmiyyətli deyil".

Джо Байден, фото из архива - Sputnik Azərbaycan
Bayden qalib gəldiyini elan etdi

Həqiqətən də, prezidentliyə namizədlərin artıq geridə qalmış debatlarına nəzər salanda Qafqaz məsələsinin yalnız Dağlıq Qarabağdakı müharibə ilə əlaqədar yada düşdüyünü görmək olar. Əlbəttə ki, əgər Donalda Trampın köhnə münaqişəni həll etməyin çox asan məsələ olması ilə bağlı dediklərini nəzərə almasaq, yalnız bir prinsipial məqamı qeyd etmək lazımdır. Jo Bayden Ermənistan-Azərbaycan qarşıdurmasının həlli prosesi ətrafındakı vəziyyəti şərh edərək bildirmişdi ki, Vaşinqton bu istiqamətdə liderliyi Rusiyaya verməməlidir. Və buradan Vaşinqtonun Qafqazdakı regional siyasətinin xüsusiyyətlərini anlamağa imkan verən daha bir vacib nəticə ortaya çıxır. ABŞ üçün bölgənin üç ölkəsi deyil, onların cəlb olunduqları daha geniş siyasi proseslər əhəmiyyət daşıyır.

Qafqaz ölkələri ətrafındakı kontekstlər

Vaşinqtonun nəzərində Qafqaz ABŞ-ın beynəlxalq sabitliyinə təhdid yaradan Yaxın Şərqlə qonşu region kimi görünür. Dolayısıyla, ABŞ-ın Azərbayacana marağı bir dünyəvi dövlət kimi İrana qarşı tarazlıq yarada bilmə ehtimalı ilə əlaqədardır. Digər tərəfdən, ABŞ-ın Yaxın Şərqdə ən mühüm starteji tərəfdaşı olan İsrail də Bakı ilə əməkdaşlıq (hərbi-texniki əməkdaşlıq ən vacib prioritetlərdən biridir) edir. Azərbaycan həm də enerji layihələri, Avropanın Rusiya neftindən və qazından asılılğının azalmasına gətirib çıxaracaq enerji təminatı konteksində dəyərləndirilir.

Gürcüstana isə fəal şəkildə NATO-ya can atan ölkə kimi baxılır ki, bu da ABŞ üçün çox əlverişlidir. 2009-cu ilin yanvarında iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Tbilisi Moskvanın rəqibi kimi qəbul edilir və Abxaziya, Cənubi Osetiya ilə bağlı vəziyyət bu iki bölgənin milli müqəddəratını təyinetmə prizmasından deyil, bir növ Rusiyanın ərazi genişləndirilməsinin bir hissəsi kimi nəzərdən keçirilir.

ABŞ üçün SSRİ-nin bərpasına dair hər hansı bir eyham təhdid sayılır. Bu kontekstdə Hillari Klintonun Barak Obamanın komandasında dövlət katibi vəzifəsini icra edərkən Moskvanın himayəsində həyata keçirilməsi nəzərdə tutulan Avrasiya inteqrasiya layihələrini "yenidən sovetləşmə" kimi başa düşərək verdiyi açıqlamaları yada salmaq olar.

Российские военнослужащие из состава миротворческих сил патрулируют город Лачин, фото из архива - Sputnik Azərbaycan
Rusiyalı sülhməramlılar Qarabağda postların qurulmasını başa çatdırırlar - VİDEO

Ermənistana gəlincə, bu ölkə ilə bağlı ABŞ bir neçə amili nəzərə almaq məcburiyyətindədir: Amerikada kifayət qədər böyük (təxminən 1 milyon nəfər) erməni diasporunun, müxtəlif məsələləri (Qarabağ problemi, Türkiyədə "erməni soyqırımı") gündəmə gətirən aktiv erməni lobbisinin mövcudluğu və sair. Bu kontekstdə "erməni məsələsi"indən son on beş ildə ABŞ-dan uzaqlaşmağa və müstəqil geopolitik konfiqurasiya qurmağa çalışan.Türkiyəyə təsir götərmək üçün vaxtaşırı istifadə olunur. Bu baxımdan, Tramp administrasiyasının hər iki nümayəndəsinin və Co Baydenin Qarabağ münaqişəsinə Ankaranın müdaxiləsinin arzuolunmazlığı ilə bağlı qiymətləndirmələrini yada salmaq yerinə düşər. Bununla belə, Bayden xüsusi şəkildə vurğulamışdı ki, ermənilər Dağlıq Qarabağ ətrafındakı bölgələri sonsuza kimi işğal altına saxlaya bilməz.

Türkiyənin Avroatlantik ailəsindən ayrılması ABŞ üçün qəbuledilməzdir, baxmayaraq ki, bu NATO müttəfiqi Amerikanın digər müttəfiqləri ilə (İsrail, Fransa, Yunanıstan) bir o qədər də yaxşı münasibətdə deyil. Bu baxımdan İkinci Qarabağ müharibəsinin nəticələri Vaşinqton tərəfindən məhz Türkiyənin müstəqilliyinin artması və bu ölkə üzərində nəzarətin azalması kontekstində qəbul ediləcək.

Sözsüz ki, ABŞ-ı Çin məsələsi də çox ciddi şəkildə narahat edir. Donald Trampın prezidentliyi müddətində məhz Pekin xarici siyasətdə ABŞ-ın əsas rəqibi kimi qəbul edildi. Ancaq Baydenin yeni komandasının da Çinin Qafqaz-Xəzər və Qaradənizə daxil olmaq planlarının həyata keçirilməsindən məmnun qalacağını düşünməyə dəyməz.

Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
YAZARLAR
Peyvənd rəqabəti, Qurbanın əsgərləri və Əlvida, Tramp!

Dünyanın bu bölgəsində baş verən proseslərdə Amerikanın varlığı hələ də hiss olunur. Məsələn, elə Gürcüstandakı sonuncu parlament seçkisini götürək. Bu seçki daha çox ABŞ-ın Tbilisədəki səfirliyində göstərilən qaydalara uyğun keçirildi. Və aydın məsələdir ki, bunu Gürcüstan gündəmi deyil, daha geniş kontekstual mülahizələr diktə etmişdi. Ancaq "qərbli tərəfdaşların" da dediyi kimi - we have what we have. Faktlar göstərir ki, ABŞ yalnız Gürcüstan ətrafındakı xarici siyasət mübarizəsində deyil, bu ölkənin daxilində də ən vacib oyunçudur.

Yenilik gözləməyə dəyərmi?

Bəs yeni rəhbərlik Qafqaza hər hansı bir irəliləyiş vəd edirmi? Bu regionla bağlı fikir və yanaşmalar aydın olmadığından suala müsbət cavab vermək də çətindir.

Demokratlar və Respublikaçılar arasındakı rəqabətdən danışarkən, beynəlxalq səviyyədə fərqli adminstarsiyaları bir-birindən ayıran (və ya əksinə, onları birləşdirən) xətlərin heç də "partiya bileti"nə uyğun gəlmədiyini unutmamalıyıq. Burada mübarizə və ya interpenetrasiya - realizm və idealizm, dəyər siyasəti və praqmatiklik, intervensionizm və izolyasionizm kimi cərəyanlar arasında gedir. Və bu mənada çox təəccüblü də olsa, Barak Obama ilə Donald Tramp kimi bir-birinə tamamilə zidd şəxsiyyətlərin siyasi yanaşmaları arasında oxşarlıq tapmaq mümkündür. Məsələn, ABŞ-ın yer üzündə mümkün olan hər nöqtəyə müdaxiləsini rədd etmək fikrinin böyük "izolyasionist" Trampın hakimiyyətə gəlişindən əvvəl də gündəmdə olduğunu anlamaq üçün Obamanın məşhur "The Atlantic" nəşrinə müsahibəsini oxumaq kifayətdir. Və hətta Corc Buş kimi "demokratik intervensionizm" pərəstişkarı belə, 2008-ci ilin avqustunda Gürcüstan tərəfindən Rusiya ilə hərbi münaqişəyə müdaxilə etmədi. Onun Amerikanın strateji problemlərinin həllində bir vasitə olaraq xarici intervensionizmə skeptik yanaşan varisi də Krım məsələsində eynilə bu cür davrandı.

Armen Sarkisyan - Sputnik Azərbaycan
SİYASƏT
Sarkisyan Qarabağ nizamlanmasını Minsk Qrupuna qaytarmağı tələb edib

Qafqazda da bir növ ABŞ-ın iki nəhəng partiyasının ortaq siyasətinin davamını görürük. Rusiyanın Gürcüstana qarşı hərəkətlərini qınayan Buş idi, Strateji Tərəfdaşlıq Xartiyasını onun komandası hazırlamışdı, halbuki Obama administrasiyası da bu problemi gündəmdə saxladı. Başqa sözlə, Amerikada bi-partisan solution, yəni "iki partiyanın vahid qərarı" deyilən təzahür Rusiyaya münasibətdə olduqca tez-tez baş verir. Özü də yalnız Qafqaz problemləri ilə bağlı olmur.

Endryu Kaçinsin (hazırda Mərkəzi Asiya Amerika Universitetinin rəhbəridir) sözlərinə görə, "Amerika, Soyuq Müharibədən sonrakı dövrdə cəlbedici və təsirli alternativ təklif etmədən Avrasiyaya inteqrasiyanı Vaşinqtonun iştirakı olmadan təşviq etmək cəhdlərinə son dərəcə şübhə ilə və tənqidi yanaşdı. Baydenin komandası da indiyə kimi "inandırıcı alternativ" olmasa belə bu yanaşmanı əsaslı şəkildə düzəltməyə, çətin ki qol qoysun.

Beləliklə, Ağ Evin sahibləri dəyişsə də, ABŞ-la Avrasiyada (və onun bir hissəsi kimi Qafqazada) rəqabət aparmağa yol verməmək siyasəti olduğu kimi qalır. Odur ki Qafqaz bölgəsi ölkələri və onların qonşuları, eləcə də dünyada bu regiona maraq göstərən bütün dövlətlər bununla hesablaşmaq məcburiyyətindədir.

Xəbər lenti
0