ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tabe ol yaxud öl: Trampın tərəfdarlarını rus taleyi gözləyir

63
Postsovet məkanının aşkar rusofob siyasətçilərinin ənənəsi var. Seçkidən əvvəl və yaxud dərhal sonra onlar rus azlığa milli birlik və sevgi çağırışları ilə müraciət edirlər.

BAKI, 7 noyabr — Sputnik, İvan Danilov. ABŞ-dakı seçkinin nəticələri istənilən banan respublikasında (və ya banan imperiyasında) olduğu kimi məhkəmə çəkişmələri və küçələrdə qarşıdurma rejimində müəyyən ediləcəyinə baxmayaraq, Amerikanın gələcəyinin necə olacağını artıq indidən görmək olar. Bunun üçün hətta siyasətçilərin yox, ictimai fikrin liderlərinin bir-birilərinə dediklərinə qulaq asmaq kifayətdir.

Demokratlar Partiyasının tərəfdarlarının (yəni, əhalinin yarısının) və solçuların seçicilərə münasibətinə nümunə olaraq amerikalı teleulduz, müğənni, ictimai fikir lideri və LGBT-fəal olan Monet İksçeyncin (Monet X Change) münasibətini göstərmək olar:

"Hamıya: Bəsdir Trampın tərəfdarlarına elementar anlayışı və başa düşmə qabiliyyəti olan insanlar kimi müraciət etdiniz. Onlar - (senzuradan kənar — müəl.) idbardırlar".

Müasir ABŞ-da bu mövqe, demək olar ki, standarta çevrilib və əslində Hillari Klintonun məşhur “Trampın seçiciləri cılız insanlar qrupudur” tezisinin daha emosional formada ifadəsidir.

Monet İksçeyncin özünü müasir Amerika cəmiyyətində tənqid etmək olmaz, çünki bu teleulduzun ətrafdakıları istədiyi kimi və heç bir nəticəsiz alçaltmağa imkan verən iki keyfiyyəti var. Birincisi, o zəncidir, ikincisi, draq-kvin, yəni, qadın paltarı geyinən və onunla qadın kimi rəftar olunmasını tələb edən bioloji kişidir.

Bu kontekstdə Monet İksçeynci (əsl adı Kevin Bertindir) məsələn, siyasi bəyanatlarına və siyasi opponentlərinin təhqir edilməsinə görə “idbar” adlandıran istənilən şəxs siyasi fəalların belə “homofob və irqçini” işə götürmək istəyən istənilən işəgötürəni təqib edəcəkləri ucbatından ən azından pulsuz-parasız qala bilər.

Trampın tərəfdarlarına, xristianlara, mühafizəkarlara, fəhlə peşələrinin nümayəndələrinə (Trampın əsas seçiciləri), həmçinin respublikaçı və ya kənd ştatlarının sakinlərinə (Trampa səs verən) qarşı nifrət və qeyri-humanizm göstərməyə görə vəzifəni, işi, pulu, TV-yə girişi və ən azından sosial şəbəkədə profili itirmək prinsipcə mümkün deyil. Bu, Senat və Konqresdə yerlərin nisbəti barədə istənilən analitikadan daha aydın şəkildə ABŞ-da hakimiyyətin kimə məxsus olmasını göstərir.

Əslində, ABŞ əhalisinin yarısının hər şeyi etməyə icazəsi var. İkinci yarısı isə pul ödəməli, tövbə etməli və acizanə surətdə əsas şəhərlərdəki seçki məntəqələrinə gecələr ağ furqonlarda anlaşılmaz yüklü qəribə konteynerlərin daşınmasına baxmalıdır. Bu konteynerləri səsləri sayma zonasına gətirirlər, sonra isə Baydenin qəflətən on minlərlə səsi artır.

Bu aşkar və həyasız elektoral pozuntuların icraçıları tamamilə sakitdirlər, çünki əmindirlər ki, onlara buna görə heç nə etməyəcəklər, çünki əsas KİV-lər və ictimai fikrin əhəmiyyətli hissəsi tamamilə onların tərəfində olacaq. Ola bilsin ki, ölkənin məhkəmə sistemi də onların tərəfində olacaq.

Və hər şeydən yaxşı bu fenomen draq-kvin-teleulduzun digər vətəndaşlara münasibəti ilə izah olunur. O onları insan yox, idbar adlandırır. İdbarları aldatmaq, onları səsdən məhrum etmək olar və lazımdır, onlara qarşı əxlaq, ləyaqət, mərhəmət yoxdur və insanlar üçün yazılmış qanunlar qəbul edilmir. Əgər Tramp və onun komandası Amerika məhkəmələrində (ya da Amerika küçələrində) kiçik möcüzəyə nail olmasalar, onda ABŞ əhalisinin təxminən yarısı qeyri-müəyyən dövr ərzində bu rejimdə yaşamalı olacaq.

Bir tərəfdən, elementar empatiya bu cür aşkar vətəndaş alçaldılmasının qurbanlarına acımağa məcbur edir, lakin digər tərəfdən, bunda müəyyən tarixi ədalət elementləri var. Milyonlarla respublikaçı seçicilərin keçmiş SSRİ respublikalarının ərazisində yaşayan etnik rusların öz üzərlərində hiss etdiklərini hiss eləmək imkanları var. CNN jurnalistlərinin hər şeyin yaxşı olduğu barədə dedikləri ilə müşayiət olunan faktiki siyasi hüquqlardan məhrum olma, iqtisadi həyatdan çıxarılma, ləyaqətin alçaldılması və s.

Postsovet məkanının aşkar rusofob siyasətçilərinin ənənəsi var. Seçkidən əvvəl və yaxud dərhal sonra onlar rus azlığa milli birlik və sevgi çağırışları ilə müraciət edirlər. Hərdən bunu hətta rus dilində də edirlər.

Trampın səsləri oğurlanan tərəfdarlarının yaxın xaricdəki rusların hisslərinə oxşar hissləri yaşamaq imkanları oldu. Öz çıxışı zamanı Co Bayden qəflətən həmin “idbar”larla barışıqdan danışaraq amerikalıların birliyindən söz açdı.

Baydenin qərargahının və amerikalıların postsovet məkanındakı marionetkalarının üslubunun oxşarlığı təsadüfi deyil, çünki ABŞ-dakı “rəngli inqilabı” bu prosesi keçmiş sovet və digər ölkələrdə planlaşdırıb həyata keçirən şəxslər realizə edirlər.

Lakin hər şey elə də pis deyil. Əvvəl-axır, hətta əgər Tramp uduzsa və onun tərəfdarları üçün həyat cəhənnəmə çevrilsə, onların həmişə Oreqona köçmək imkanı olacaq. Bu ştatda ümümxalq referendumunda ağır narkotinləri saxlamağın cinayət olmadığı qərarını veriblər. Bu da Amerikanın gələcəyinin nişanəsidir – bir vaxtlar böyük olan dövlət vətəndaşlarının yarısına nifrət edir, öz sivilizasiya institutlarını sındırır, bu total iflas atmosferində yaşaya bilməyənlər üçün isə “narkotik çıxışı” təklif olunur. Şübhəsiz ki, Amerikanın gələcəyi var, lakin onun işıqlı olub-olmayacağı ciddi suallar doğurur.

63
Teqlər:
Respublikaçılar Partiyası, Demokratlar Partiyası, Saxtakarlıq, Cozef Bayden, Donald Tramp, prezident seçkisi, ABŞ
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan nəyinə güvənərək "Qarabağ Ermənistandır" deyirdi

18
(Yenilənib 15:08 28.11.2020)
Ermənistanın istifadə etdiyi "Strela-10" və "Osa-AKM" 1960-cı illərin hava hücumundan müdafiə sistemləri idi və bəzən səkkiz kilometr hündürlükdəki "Bayraktar"ı belə zərərsizləşdirə bilmirdi.

Aleksandr Xrolenko, hərbi şərhçi

BAKI, 28 noyabr — Sputnik. Ermənistanın istifadə etdiyi "Strela-10" və "Osa-AKM" 1960-cı illərin hava hücumundan müdafiə sistemləri idi və bəzən səkkiz kilometr hündürlükdəki "Bayraktar"ı belə zərərsizləşdirə bilmirdi.

21-ci əsrdə hərbi əməliyyatlar "ucuz" və "qəzəbli başla alınan qərarlar" əsasında təşkil oluna bilməz. Qarabağda baş verən son hadisələr bunu bir daha təsdiqlədi. Hər nə qədər müharibənin gedişatına Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları (PUA-lar) mühüm töhfə versə də, Azərbaycanın qələbə qazanmasında bu dövlətin bütövlükdə hərbi təşkilat sistemi, o cümlədən, müdafiə sənayesi potensialı, silah ehtiyatları və logistik imkanları həlledici rol oynadı. Beləliklə, Qarabağ münaqişəsi Türkiyənin "Bayraktar TB2" dronlarının havada qazandığıı uğrurla yanaşı, erməni tərəfinin yerdəki müdafiəsinin zəif təşkilini də ortaya qoydu.

Dağlıq Qarabağda atəşkəsin əldə olunmasından sonra media məkanında müharibənin yekunları ilə bağlə bir sıra məqalələr yer aldı. Bu məqalələrdə əksini tapan fikirləri iki cümlə ilə ümumiləşdirmək mümkündür:

- Azərbaycan ona görə qalib gəldi ki, onun Türkiyə istehsalı olan PUA-ları var idi, Ermənistan isə belə texnikaya sahib deyildi.
- Rusiyanın ağır hava hücumundan müdafiə sistemləri müasir "dron döyüşlərində" qətiyyən işə yaramır.

Bu cür sadələşdirilmiş yanaşma mütəxəssislərin nisbətən mücərrəd hərbi-texniki bilikləri ilə yanaşı, erməni hərbi texnikasının və döyüş heyətinin məhv edildiyini göstərən kadrların çoxluğu ilə də izah olunur. Üstəlik, həm "Bayraktar", həm də Azərbaycan Ordusunun Qarabağdakı istifadə etdiyi digər PUA-lar tərəfindən lentə alınmış videolar düyüşlərin lap əvvəlindən etibarən düşmənə sarsıdıcı mənəvi zərbə vurmağı bacardı.

Ancaq hər bir halda, döyüş sahəsindəki canlı qüvvə və texnikanın məhv edilməsində reaktiv yaylım atəşi sislemləri (RYAS) və artilleriya hissələri daha mühüm rol oynayır və artilleriyanın döyüş gücü PUA-larla müqayisədə dəfələrlə çoxdur. Məsələn, Pentaqon uzun illərdən bəri Əfqanıstan səmalarına hakim olsa da, hələ də yerdəki Talibana qalib gələ bilmir.

Ermənistanın 60-ci illərdən qalma texnikası

Düzgün təşkil edilmiş hava hücumundan müdafiə sistemi qarşı tərəfin pilotsuz təyyarələrini zərərsizləşdirməyə qadirdir və radielektron kəşfiyyat vasitələri bir neçə saniyə ərzində hərbi sursatların döyüş nəzarət nöqtələrinin koordinatlarını əldə etməyə (atəşi susdurmaq üçün) imkan verir. Bununla belə, Qarabağda adda-budda yerləşdirilən erməni qoşunlarının vahid hava hücumundan müdafiə sistemlərinin etibarlı müdafiəni təşkil edə bilməməsi yalnız həmin sistemin "köhnəlmiş" xüsusiyyətləri ilə deyil, həm də təşkilati səviyyədə yol verilən nöqsanlarla izah olunmalıdır. Qeyd edək ki, Ermənistanın istifadə etdiyi "Strela-10" və "Osa-AKM" 1960-cı illərin hava hücumundan müdafiə sistemləri idi və bəzən səkkiz kilometr hündürlükdə "Bayraktar"ı belə zərərsizləşdirə bilmirdi. Daha müasir komplekslər olan "Tor-M2KM" (qısa mənzilli) və "Buk-M2E" (orta mənzilli) isə yalnız İrəvanı və Metsamor atom elektrik stansiyasının müdafiəsinə cəlb olunmuşdu.

Ermənistan tərəfinin daha bir problemi – kamuflyaj vasitələrinə etinasızlıqla bağlı idi, ayrı-ayrı obyektlər, sanki "Gəl məni vur" deyə bağırırdılar. Qeyd edək ki, qərargah çadırının birbaşa vurulması bir neçə döyüş vahidini idarəolunmaz vəziyyətə düşməsinə gətirib çıxara bilər ki, bu da döyüş meydanında yüzlərlə, hətta minlərlə əsgərin itirilməsinə bərabərdir.

Digər tərəfdən, 1990-cı illərdə qazanılan qələbə Qarabağda erməni ordusunun məğlubedilməzliyi barədə mif yaratmışdı. Araz çayından Murovdağ silsiləsinə qədər 100 kilometrlik cəbhə xəttində ermənilərin ciddi mühəndis qurğularının olmamasını yalnız bununla izah etmək mümkündür. Açıq səngərlər, atəş nöqtələri, ayrı-ayrı blindajlar – keçən əsrin əvvələrindən qalma istehkam nümunələridir.

Erməni tərəfi uzunmüddətli atəş nöqtələrinə (dəmir betondan hazırlanmış) və yeraltı rabitə şəbəkəsinə də qətiyyən əhəmiyyət verməyib, halbuki bunun üçün kifayət qədər – təxminən 30 il vaxtı var idi. Özü də bu iş çox böyük vəsait tələb etmir. Bu məqamda Suriyada minimum texniki imkanlarla uzun tunellər tikildiyini yada salmaq olar. Elə isə sual olunur: baş nazir Nikol Paşinyan nəyinə güvənərək "Qarabağ Ermənistandır" deyirdi? Yaxud müdafiə naziri David Tonayanın "Yeni müharibə vəziyyətində yeni ərazilər" konsepsiyası hansı hərbi gücə əsaslanırdı?

Dağlıq Qarabağda döyüşlərin yenidən qızışdığı 27 sentyabrda Ermənistanın hərbi potensialı Azərbaycan tərəfinin hərbi gücündən bir neçə dəfə aşağı idi.

Suriya və Liviya təcrübəsi

Rusya Hava Hücumundan Müdafiə sistemlərinin türk PUA-ları ilə müqayisə mövzusuna qayıtsaq, Suriya və Liviyanın hava məkanında "Tor-M2KM", "Buk-M2E" və "Sosna" Zenit Raket Komplekslərindən (ZRK) yüksək peşəkarlıqla istifadəsini yada salmaq lazımdır.

"Tor-M2KM" kompleksi atəş məsafəsi 15 km-ə qədər və tutub-saxlama hündürlüyü 10 km-ə qədər olan gizli hədəfləri (Elektron paramaqnit rezonansı 0,02 kvadrat metrə qədər olan) aşkar edib vurmaq qabiliyyətinə malik səkkiz raketlə təchiz edilib. Bu sistem eyni anda 48 hədəfi müəyyənləşdirə, 10 hədəfi izləyə və 4 hədəfi sıradan çıxara bilir.

"Buk-M2E" kompleksinin maksimum atəş məsafəsi 45 kilometrdir. Sistem 15 metrdən 25 kilometrə qədər hünüdürlükdəki hədəfi tutub-saxlaya bilir. 2,5 Maxa qədər sürətlə aerodinamik hədəfləri və 4 Maxa qədər sürətlə ballistik hədəfləri vurmağa qadirdir. Eyni anda 24 hədəfə (o cümlədən, Elektron Paramaqnit Rezonansı 0,05 kvadrat metrə qədər olan və çətinliklə seçilən obyektlərə) atəş aça bilir.

"Sosna" zenit-raket kompleksi qanadlı raketləri və pilotsuz təyyarələri 12 km-ə qədər məsafədə görür. Ttəminatlı məğlubiyyət zonası: mənzili – 1,3-10 km, hündürlüyü – 2 metrdən 5 km-ə qədərdir. Atəşin idarə olunması sistemi optik-elektronikdir və kompleks özünü hər hansı bir radiasiya ilə büruzə vermir. ZRK günün istənilən vaxtında, istənilən havada, heyət üzvlərinin iştirakı olmadan avtomatik rejimdə işləyə bilir.

Sülhməramlı əməliyyat çərçivəsində Rusiya radielektron müharibəsində ən yeni kompleks hesab olunan "Leer-3" sistemini Dağlıq Qarabağa göndərib. Bu sistemin əsas vəzifəsi 3G və 4G şəbəkələrinin GSM mobil siqnallarını kəsməkdir. Kompleks bir KaMaz avtomobili və 120 kilometr radiusa malik iki-üç "Orlan"-10 PUA-sından ibarətdir. Pilotsuz uçuş aparatı telefonları, planşetləri aşkarlaya, kəşfiyyat apara, məlumatı rəqəmsal xəritəyə qeyd edərək atəş açılması üçün artilleriya qruplarına ötürə bilir.

Qarabağ münaqişəsi həll edilmədi, yenidən donduruldu, bu isə o deməkdir ki, müasir kəşfiyyat və hava hücumundan müdafiə sistemləri əhəmiyyətini qətiyyən itirməyib.

18
Co Bayden, arxiv şəkli

Bayden ABŞ-ı Avropanın oyuncağına çevirəcək

16
(Yenilənib 11:22 28.11.2020)
Qərbi Avropanın məhz Co Baydeni ABŞ prezidenti kimi görmək istədiyi dərhal aydın oldu. Almaniyanın lideri isə “Trampla dörd il daha işləmək” həvəsində olmadığını etiraf etdi.

BAKI, 28 noyabr — Sputnik, İrina Alsknis. Avropa Şurasının rəhbəri Şarl Mişel Co Baydenə "güclü transatlantik alyansın" bərpasını təklif edib. Əgər Bayden Ağ Evə daxil ola bilsə (hadisələrin inkişafı bunun qaçılmaz olduğunu göstərir), bu istəyin reallaşması mümkündür. "Vaşinqton bataqlığının" rafinə edilmiş məhsulu və "qlobal alyansların müdafiçisi" Entoni Blinkenin ABŞ-ın Dövlət katibi vəzifəsinə namizəd gösətirilməsi bu ehtimalı bir az da qüvvətləndirir. Qərbi Avropanın məhz Co Baydeni ABŞ prezidenti kimi görmək istədiyi dərhal aydın oldu – bu qitənin liderləri demokratların namizədini seçkidə qazandığı qələbə münasibətilə təbrik etməyə başladılar. Almaniyanın lideri isə "Trampla dörd il daha işləmək" həvəsində olmadığını etiraf etdi.

Avropa-nın ABŞ-ın rəhbərliyində Vaşinqtonun qeyd-şərtsiz hegemonluğu altında birqütblü dünyanı qoruyub saxlamaq fikrinə qapılmış qlobalistləri görmək istəməsinin səbəbi aydın deyil. Axı bu, "Köhnə Dünya"da davamlı şəkildə güclənən suverenlik və Amerikanın yarı vassal asılılığından qurtulma meyllərinə zidddir.

Düşünmək olardı ki, Avropada da öz ölkələrini ABŞ-a qurban verməyə hazır olan Amerika tərəfdarı qüvvələr üstünlük təşkil etməyə başlayıb. Lakin faktlar bunun əksini göstərir. Məsələn, Almaniya hökuməti ABŞ-ın "Şimal Axını 2"-yə qarşı sanksiya tətbiq etməsinin qəbuledilməzliyi ilə bağlı mövqeyini dəfələrlə vurğulayıb.

Beləliklə, Avropa öz maraqlarını qorumaq və geosiyasi nüfuzunu gücləndirmək məqsədilə iki ayağını bir başmağa dirəməyə davam edir, bununla belə, nəzəri cəhətdən onun üçün qəbuledilməz olan qüvvələrin Vaşinqtonda hakimiyyətə qayıtmasını da həvəslə dəstəkləyir. Bu ziddiyətin səbəbini dörd il əvvəl baş vermiş hadisələrdə axtarmaq lazım gəlir.

Donald Tramp hakimiyyətə gələn kimi ABŞ-ın iştirakı ilə hazırlanmış və hətta imzalanmış bir çox beynəlxalq müqavilədən imtina etdi. Həmin vaxta qədər pis imic qazanmış Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı Alyansı da eyni aqibəti yaşadı. Etirazçılar daha əvvəl Amerikanın bu alyans vasitəsilə Avropanın resurslarını istismar edəcəyi barədə xəbərdarlıq etmişdilər.

Bununla belə, prezidentliyi illərində ölkəsinə iqtisadi fayda gətirmək üçün hər fürsətdən yararlanan Tramp uzun illər Amerikaya "qızıl yumurta" verə biləcək "toyuq" dan çəkinmədən imtina etdi. Üstəlik, dəfələrlə bütün bu razılaşmaların əslində ABŞ üçün heç də faydalı olmadığını vurğuladı. Bəlkə də, Amerikanın biznes sahəsində böyük təcrübəyə sahib bu qızğın vətənpərvərinin sözlərinə qulaq vermək lazımdır.

Qlobalistlərlə (o cümlədən amerikalı qlobalistlərlə) bağlı ən yanlış təsəvvür onların milli maraqlara sahib olduğunu düşünməkdir. Onlar üçün ABŞ əsas maliyyə mərkəzi və planetin ən güclü ordusuna sahib ölkə kimi əhəmiyyət kəsb edə bilər, ancaq təxminən 330 milyon əhalisi olan bu nəhəng ölkə özlüyündə böyük bir yükdür.

Bununla belə, qlobalistlərin bir dünya vətəndaşı kimi tamamilə fərqli yerlərlə bağlı həqiqi maraqları və sentimental hissləri də ola bilər. Məsələn, yuxarıda adı çəkilən Entoni Blinken uşaqlığının böyük bir qismini Parisdə keçirib və avropalı ögey atası onun şəxsiyyətinin formalaşmasına güclü təsir göstərib. Deməli, onun dövlət katibi olaraq yalnız ABŞ-ın milli maraqlarını rəhbər tutacağına dair şübhələr tamamilə təbiidir.

Co Bayden, arxiv şəkli
© Drew Angerer / Getty Images / AFP

Avropa Şurası əvvəlki kimi bir çox məsələlərdə ABŞ-a ehtiyac duyur. Odur ki Avropanın öz ordusunu yaratmaq cəhdləri - bu gün mövcud olan təqlidi ordudan deyil, həqiqi hərbi qüvvədən söhbət gedir - qeyri-ciddi təsir bağışlayır. Bu mənada Avropa üçün Amerikaya alternativ yoxdur və yaxın gələcəkdə də gözlənilmir. Tramp "Köhnə Dünyan"ya verdiyi hərbi "çətir"in əvəzini ən yüksək faizlə almaq niyyətində idi. Ancaq indi Brüssel və ya Berlinin "Vaşinqton bataqlığı" ilə daha yaxşı şətrlərlə sövdələşmək şansı böyükdür.

Digər tərəfdən, AŞ-nin hələ də Rusiyaya qarşı bir tarazlıq mərkəzinə ehtiyacı var. Çünki qərb istiqamətində Moskva üçün kifayət qədər müsbət şərait yaranmağa başlayıb ki, bu da Qərbi Avropa dövlətlərini sevindirə bilməz.

Nəticədə paradoksal vəziyyət yaranır: Avropa əksəriyyətin gözündə ABŞ üçün istifadə oluna bilən material rolunu oynasa da, əslində öz elitasının xəyanətinin qurbanına çevriləcək amerikalıların halına daha çox acımalıyıq. Bu məqamda, necə deyərlər, ölünü qoyub, diri üçün ağlamaq lazımdır.

16
Teqlər:
ABŞ, Vaşinqton, Donald Tramp, ABŞ-ın vitse-prezidenti Co Bayden, Co Bayden, Almaniya kansleri, Almaniya
Heroin, arxiv şəkli

Yemək qazanının qulplarından heroin çıxdı

0
(Yenilənib 15:56 28.11.2020)
Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

BAKI, 28 noyabr — Sputnik. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

0