Qaz yatağı, arxiv şəkli

Ərdoğanın işinə pəl vuran elə Türkiyədədir: analitik qaz yatağını elə yerə bağladı ki...

87
(Yenilənib 19:16 26.08.2020)
"Birincisi, ölkənin cəmi üç il ərzində bütün emal və hasilat proseslərini qura bilməsi ehtimalı azdır, ikincisi isə, yaxın yeddi il üçün istehsal limiti Türkiyənin tələbatının yalnız beşdə birini ödəyir"

BAKI, 26 avqust — Sputnik, Mariya Merkulova. Qiyməti 80 milyard dollar olan 320 milyard kubmetrlik qaz ehtiyatı kifayət qədər sanballı səslənir. Analitiklər Ankaranın bu yaxınlarda Qara dənizdə qaz ehtiyatlarının aşkar edilməsi ilə bağlı bəyanatından sonra öz qiymətləndirmələrini və makroiqtisadi proqnozlarını verməyə tələsiblər.

Türkiyənin bundan sonra qaz ehtiyacını qarşılaya bilməsi və hətta ən azından regional əhəmiyyətli ixracatçıya çevrilməsi müzakirə olunub. Bir sıra analitiklər "Türk Axını" boru xətti ilə bağlı narahatlıq bildirib, digərləri isə hasilatın dəyərini hesablayıblar.

Fatih türk gəmisi
© Presidential Press Office/Handout via REUTERS

Bəzi analitiklər isə məsələ ilə bağlı fərqli mövqe tutublar. Türkiyənin "Sözcü" nəşrinin müəlliflərindən biri Rəhmi Turan hesab edir ki, ölkədə artıq siyasi ənənə yaranıb – seçkidən əvvəl neft və ya qazın aşkar edilməsi ilə bağlı nəhəng xəbərləri bildirmək. 

Ən yaxın seçkilər 2023-cü il üçün nəzərdə tutulub və bu miqyaslı piar kampaniyası erkən görünür. Lakin hasilatın başlaması məhz 2023-cü ilə planlaşdırılır, ona görə də üç ildən sonra bu xəbər daha da əhəmiyyətli ola bilər.

Türkiyə hazırda, demək olar ki, tamamilə xaricdən "mavi yanacağın" tədarükündən asılıdır. Qaz ehtiyatlarının aşkar edilməsi isə ölkənin bütün iqtisadi problemlərinin həlli kimi görünür.

Lakin "Sözcü"nün analitiki bununla razılaşmır: birincisi, ölkənin cəmi üç il ərzində bütün emal və hasilat proseslərini qura bilməsi ehtimalı azdır; ikincisi isə, yaxın yeddi il üçün istehsal limiti ildə 8-10 milyard kubmetrdir ki, bu da Türkiyənin tələbatının yalnız beşdə biri deməkdir.

Materialın müəllifi yekunlaşdırır ki, əgər tam enerji müstəqilliyi gələcəksə, onda bu, tez baş verməyəcək.

87
Əlaqədar
Ekspert: "Türkiyə iqtisadiyyatının qaza tələbatının 30 faiz artması proqnozlaşdırılır"
Qardaş ölkənin inkişafını dəyişəcək hadisə - Prezident "böyük olayın" anonsunu verdi
Qaz və İsrail: Avropa Rusiyanın daha bir əvəzedicisini necə tapdı?!
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
Göl kənarında qadın, arxiv şəkli

Milli turizmin qışı: Xəzər adalarına səyahət, tənbəl turistlər yeyib-içmək

524
(Yenilənib 20:23 23.09.2020)
Heç bilirsiz qışda bizim adalar necə olur? Ekspertlər milli turizmin çatışmayan cəhətlərini sadaladılar, iş pandemiyadan sonraya qaldı.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. Yay mövsümü başa çatıb və pandemiya ilə əlaqədar olaraq yay turizmi demək olar ki, ölkəyə gəlir gətirməyib. İndi turizmçilər ümidlərini payız-qış mövsümünə bağlamağa başlayıblar: əgər ölkədə COVID-19-la bağlı durum sabit olsa, daxili turizm müəyyən qədər inkişaf edə və gəlir gətirə bilər.

Amma burada da məsələlərə kreativ yanaşma tələb olunur. Məsələn, payız-qış mövsümlərində daxili turizmin qolu kimi sağlamlıq turizminin inkişafını nəzərdən keçirmək olar. Bəs mütəxəssislər bu barədə nə düşünür?

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, turizm sektorunun fəaliyyəti yenidən bərpa olunarsa belə, hər şey əvvəlki kimi olmayacaq: "Yay mövsümü başa çatır, amma bizim əsas hədəflərimiz yalnız bir mövsümlük deyil, 365 günlük turizmdir. Yəni, ilin hər bir zamanında turizm inkişaf etdirilməlidir". 

Həmsöhbətimiz deyir ki, Azərbaycanda sağlamlıq turizminin yaradılmasına ehtiyac var:

"Biz bununla bağlı təkliflər də hazırlamışıq. Bu zaman ənənəvi məkanları - Qalaaltı, Naftalan, Duzdağı, Abşeron yarımadasının sağlamlıq turizm məkanlarını unutmamışıq. Hədəfimiz digər məkanlarda da yeni sağlamlıq turizm məkanlarının yaradılmasıdır. Bu gün bununla bağlı təşviq siyasəti və investisiyaların qoyulması çox zəruridir". 

Turizm üzrə ekspert Çingiz İsmayılov qış turizminin inkişafı üçün perspektivlərdən danışarkən deyib ki, pandemiya şəraiti yumşalmır, əskinə daha da kəskinləşir. Gürcüstanda rəqəmlər artmaqdadır, Rusiyada da COVID-19-la bağlı rəqəmlər artır. İndiki dönəmdə Azərbaycana xarici turistin gəlmə ehtimalı çox azdır, hətta yoxdur. Bu səbəbdən də ilin sonunadək Azərbaycanda xarici turist artımından söhbət belə gedə bilməz.

Daxili turizmə gəldikdə isə mütəxəssis hesab edir ki, indiki şəraitdə Azərbaycanda onlayn tədris başlayıb və valideynlər uşaqları ilə birgə bu dərslərə qoşulurlar. Yəni, artıq onların bölgələrə üz tutmaq imkanı azalıb. Bu səbəbdən də daxili turizmlə bağlı sevindirici bir şey demək mümkün deyil.

"Sevindirici hal odur ki, Gürcüstandan fərqli olaraq, bizdə turizm Ümumi Daxili Məhsulun formalaşamasında önəmli yer tutmur. Gürcüstanda bu rəqəm 30-40 faizdirsə, bizdə heç 10 faiz də təşkil etmir. Bizdə real sektor əsasən istehsal sahəsidir. Burada əhalinin məşğulluğu da ümumi məşğulluğun xüsusi çəkisində o qədər də çox deyil ki, deyək kütləvi işsizlik yaransın. Bu səbəbdən də turizmin tənəzzülü Gürcüstan, İspaniya, Türkiyə, Yunanıstan kimi ölkələrə daha böyük zərbə vuracaq, nəinki bizə", - deyə ekspert bildirib.

Turizm sektorunun tənəzzüldən çıxışı da uzun zaman alacaq deyən İsmayılov, qış turizmi ilə bağlı mövcud problemlərdən danışıb:

"Azərbaycanda qış turizmi zəif inkişaf etmiş sahədir. Ümumiyyətlə, qış turizmindən başı çıxan mütəxəssislərimiz də çox azdır. Lakin indi imkan varkən gələcək haqda da düşünmək olar. Çünki qış turizminin müxtəlif qolları var və bunun üçün struktur hazırlanmalıdır. Öncə bu sahə ilə bağlı mütəxəssislər yetişdirilməlidir. Yay turizmi ilə müqayisədə qış turizmində vəziyyət dramatikdir. Bununla bağlı proqram da tərtib olunmalıdır".

Vaxtilə qış turizmi ilə bağlı ideyalarının olduğunu vurğulayan İsmayılov, onların həyata keçmədiyini deyib: "Turizm, eləcə də daxili turizm dedikdə biz yeyib-yatmağı nəzərdə tutmuşuq. Əksəriyyət istəyir ki, yeyib-yatsın, sahilə, dənizə, dağa baxsın. Yəni, yerli turistlərimiz fəal deyil. Halbuki həm yayda, həm də qışda turizmin bir qolu olaraq gəzinti təşkil etmək olar. Xəzər dənizində qış adasını görmüsüz? Heç kəsin təsəvvürü yoxdur ki, qışda bizim adalar necə olur. Qışda adalara turlar təşkil etmək olar. İdeyalar çoxdur, sadəcə olaraq, mütəxəssislər və bu istiqamətdə təbliğat olmalıdır".

 Azərbaycan Otellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi mövcud durumu şərh edərək payız və qış mövsümlərində turizmdən gəlir əldə etməyin yollarını açıqlayıb: "Hələlik fərqlənmə inşanı olmayan nəqliyyatların şəhərlərarası fəaliyyətində məhdudiyyətlər qalır. Bundan başqa, şəhərlərarası ictimai nəqliyyatlar, qatarlar hələ də işləmir.  Məncə, müəyyən qaydalara əməl etməklə bu nəqliyyatların da fəaliyyətini bərpa etmək olar. Çünki bu gün yalnız şəxsi, yaxud da tanış birinin avtomobili ilə bölgələrə üz tutmaq mümkündür".

Sağlamlıq turizmi ilə bağlı mövcud problemə toxunan həmsöhbətimiz təkliflərini də açıqlayıb: "Naftalan nefti əsasında xidmət göstərən şirkətlərdə bəzi işlər düzgün yerinə yetirilmir. Müalicə almaq istəyən şəxs hansısa regiona üz tutanda, ona dolğun əyləncə proqramı təklif olunmalıdır. Bu cür proqramlar turistlərin yaşından, maraqlarından asılı olaraq da dəyişə bilər. Bu gün bizim hər bir regionun özünəməxsusluğu var. Bunlardan istifadə edərək dolğun turlar yaratmaq olar".

Dübəndi buna misal olaraq, Lənkəran, Naftalan, Naxçıvanı göstərib. Qeyd edib ki, Naxçıvanda "Duz dağı" var. Burada da müxtəlif xəstəliklərdən müalicə olunmaq mümkündür. Odur ki, turları daha da təkmilləşdirmək olar. Ora dərketmə və əyləncə proqramlarını da daxil etmək mümkündür.

"Bizdə müalicəvi otlardan tutmuş termal sularadək, sağlmalıq turizmini inkişaf etdirmək üçün imkanlarımız var. Palçıq vulkanlarımız daha çox seyr üçün nəzərdə tutulur, müalicə məqsədi ilə istifadə edilmir. Abşerondakı duzlu göllərdə isə yüngülvari olaraq müəyyən xidmətlər göstərilir. Lakin ciddi təşkil olunmuş xidmət və servis yoxdur. Biznes sektoru üçün də bu sahələr maraqlı olmalıdır. Yerli və xarici investorlarda müalicə turizminə maraq yaradılmalıdır", - deyən Dübəndi əlavə edib ki, bizim təbii sularımızın keyfiyyəti heç də dünyaca məşhur təbii su brendlərindən geridə qalmır. Arı və balla terapiyanı da genişləndirmək mümkündür. O, əlavə edib ki, sağlamlıq turizmi üçün bir xəritənin yaradılmasına da ehtiyac var.

524
Teqlər:
turist
Əlaqədar
Ekspert: “Yumşalma tədbirləri turizm mövsümünü uzada bilər”
Təklif çox, müştəri az, qiymətlər enib - turizm cənnətində kirayə bazarı dad deyir
Kurort və turizm mərkəzi Naftalanda daha bir unikal abidə tapılıb
“Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
Ekspert: "Xəzəryanı ölkələrin turizm marşrutu yaratması maraqlı olar"
RF prezidenti Vladimir Putin, arxiv şəkli

Rusiya BMT-ni xilas etmək niyyətindədir

14
(Yenilənib 20:32 23.09.2020)
Putinin ölkəsi dünyanın növbəti xaos dövrünə düşməsini sadəcə müşahidə etmir, həm də ən dəhşətli nəticənin qarşısını almaq üçün ondan asılı olan hər şeyi edir.

BAKI, 23 sentyabr — Sputnik, İrina Alksnis. Dünya liderlərinin BMT Baş Assambleyasının 75-ci yubiley sessiyasında uzaqdan videoformat vasitəsilə iştirakı istər-istəməz təşkilatın Nyu-Yorkdakı qərargahında tribunadan etdikləri ənənəvi çıxışlardan daha çox məlumat və düşünmək üçün qida verir. Planetin üç ən nüfuzlu insanının məruzələri isə daha çox maraq doğurub.

Donald Trampın çıxışı daha bir seçkiqabağı tədbirə çevrilərək, nəinki onun xarici siyasətinin əsas — anti-Çin — istiqamətini, həm də növbəti dəfə onun Birləşmiş Millətlər Təşkilatına etinasızlığını vurğulayıb.

Amerika lideri dəfələrlə bəyan edib ki, ölkəsi Birləşmiş Millətlər Təşkilatını maliyyələşdirən ən böyük mənbə olduğuna görə təşkilat Vaşinqtonun tabeliyində olmalı və onun sərəncamlarını yerinə yetirməlidir. Şübhəsiz ki, onun sələfləri də eyni fikirdə idilər, lakin Tramp bu mövqeni açıq şəkildə ifadə edən, o cümlədən "itaətsizlik" halında cəza ilə təhdid edən ilk prezidentdir. Odur ki, onun çıxışından seçki kampaniyasının qızğın məsələlərinin həlli üçün istifadə etməsi bu cür yanaşmanın çərçivəsinə tamamilə uyğun gəlir.

Rusiya mediası qeyd edib ki, Amerika prezidenti bir dəfə də olsun Rusiyanı xatırlatmayıb. Əvəzində Çinin adı 12 dəfə çəkilib (yeri gəlmişkən, ABŞ-ın adı yalnız 10 dəfə səslənib). Məhz bu qalmaqallı anti-Çin ruhu Trampın nitqinin məğzinə çevrilib. Onun Pekini "koronavirusu yaydığına görə" cəzalandırmaq çağırışı və nitqində "Çin virusu" ifadəsindən istifadə etməsi nəyə desən dəyər.

Lakin aydındır ki, Pekin belə bir demarşı gözləyirdi. Məsələ heç də yalnız Amerika prezidentinin hücumlarına Çin nümayəndəsinin dərhal cavab verməsində deyil.

Si Tsinpinin nitqi məzmun baxımından ən kəskin müasir problemlərə (ilk növbədə, əlbəttə ki, dünyanın COVID-19 ilə mübarizəsinə) həsr olunub və adətə uyğun olaraq ölçülüb-biçilmiş tonda olub.

Lakin Çin lideri Böyük Çin Səddi və Çin təbiətinin gözəllikləri təsvir olunan böyük dekorasiyanın fonunda danışıb. Bu kompozisiyanın əsasında duran simvolik gizli mənanı anlamaq çətin deyil: Si Tsinpinin arxasında istənilən xarici təhlükə qarşısında durmağa hazır böyük və qədim bir ölkə durur.

Amerikalı və çinli həmkarlarının çıxışları ilə müqayisədə Rusiya prezidentinin nitqi çox ənənəvi olub: Vladimir Putinin qaldırdığı müasir dövrün fundamental problemlərin geniş spektrindən tutmuş, onun fonunda qurulmuş BMT anturajına qədər. Hətta Rusiya liderinin beynəlxalq tədbirlərdə iştirakı zamanı mətni yalnız kağızdan oxuması kimi özəlliyinə də əməl olunub — telesuflyordan istifadə etmədən.

Putin dünyada strateji sabitliyin qorunmasında BMT-nin rolunun əhəmiyyətindən, tarixin təhrif olunmasının yolverilməzliyindən, silahlar üzərində nəzarətin saxlanılmasının zəruriliyindən və təbii ki, koronavirus epidemiyası və onun sosial-iqtisadi nəticələri ilə mübarizədə kollektiv beynəlxalq səylərin vacibliyindən danışıb.

Əslində isə bu, forma etibarilə elə bir dövlət xadiminin çıxışı idi ki, onun ölkəsi dünyanın növbəti xaos dövrünə düşməsini sadəcə müşahidə etmir, həm də ən dəhşətli nəticənin qarşısını almaq üçün ondan asılı olan hər şeyi edir. Putin bir daha xatırladıb ki, artıq 75 ildir mövcud olan beynəlxalq əməkdaşlıq, dialoq və qarşılıqlı anlaşma sisteminin qurulması üçün keçən dəfə dəhşətli bədəl ödənilib. O zaman bu sistemə əsas töhfəni vermiş Rusiya planetin həmişə arxalana biləcəyi sağlam düşüncə və normallıq adası olaraq qalacaq.

14
Teqlər:
Çin, Donald Tramp, Tramp, BMT, Vladimir Putin, Putin
Pulemyot atəşi, arxiv şəkli

Cəbhədə gərgin gecə: atəşkəs 69 dəfə pozuldu

0
(Yenilənib 09:35 24.09.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 69 dəfə pozub

BAKI, 24 sentyabr — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Cəbhədəki son vəziyyətlə bağlı rəsmi açıqlama
Mövlud Çavuşoğlu: "Ermənistanı ağlını başına toplamağa çağırıram"
Azərbaycan parlamentinin spikeri: "Rusiyanın əlindən gələni əsirgəməyəcəyinə ümid edirik"
Ərdoğan İlham Əliyevə başsağlığı verdi, dəstəyini bildirdi
Paşinyana yol göründü: Ermənistan müxalifəti ümummili mitinq keçirəcək