Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Süngüyə keçmiş günəş, həqiqi göz yaşları - "Salam, ana, biz hamımız qayıtmadıq"

© Sputnik / Host photo agency / Alexander Vilf / Mediabanka keçidВоенный парад в ознаменование 75-летия Победы на Красной площади
Военный парад в ознаменование 75-летия Победы на Красной площади - Sputnik Azərbaycan
Abunə olmaq
Paradın təxirə salınmağının əhəmiyyəti yoxdur, əsas odur ki, bu gün duyğu və gözyaşı yenə gerçəkdir.

BAKI, 25 iyun — Sputnik, Andrey Kots, Yekaterina Petuxova. Həmin tünd-boz rəngli küçə daşları, "SŞ-40" polad kaskaları altında həmin gənc simalar, "otuz dördlərin" həmin parad düzülüşü, ölkənin əsas meydanına çıxan üç avtomobil: Moskvada Qələbənin yubiley paradı veteranlara düz 75 il bundan əvvəl — 24 iyun 1945-ci ildə keçirilmiş zəfər yürüşünü xatırladıb. Tribunaların önündən təntənəli şəkildə 15 minə yaxın əsgər və zabit qalib əcdadları kimi həmin bayraqların altında keçib.

"Süngüyə keçirilmiş günəş"

Парад Победы на Красной площади в Москве 24 июня 1945 года .Участники парада несут к подножию Мавзолея В. И. Ленина немецкие штандарты. - Sputnik Azərbaycan
RUSİYA
Qaliblərin marşı: 1945-ci il iyunun 24-də tarixi Qələbə paradı

Kremlin zəngli saatları 09:30-u göstərir. Paradın başlamasına yarım saat qalır, Silahlı Qüvvələrin bütün növləri öz yerlərini tuturlar. Tamaşaçılar otururlar. Onların sayı adətən olduğundan daha azdır — tribunalarda əsasən veteranlardır. Jurnalistlərin girişi məhdudlaşdırılıb – meydana yalnız teleoperatorları və fotomüxbirləri buraxırlar. Qalanları manejdə açılmış mətbuat mərkəzində növbə çəkirlər. Bir qədər əvvəl paytaxtın meri Sergey Sobyanin şəhər sakinlərini parada evdə, televizorda baxmağa çağırıb – kütləvi tədbirlərə məhdudiyyətlər hələ də qüvvədədir.

Moskvada hava günəşli, müsbət 24 dərəcədir. 75 il əvvəl paytaxtda çox güclü leysan yağırdı. Bu şiddətli yağış Qaliblərin təntənəli marşını poza bilməyib. Lakin parada başçılıq edən Konstantin Rokossovskinin nəticəsi Ariadnanın sözlərinə görə, marşal yürüşdən sonra öz mundirini qolları boyu cırmaq məcburiyyətində qalıb: drap parça islanıb və onun bədəninə elə yapışıb ki, kiteli başqa cür çıxarmaq mümkün olmayıb.

Bu gün mərasimə Quru Qoşunları baş komandanı, ordu generalı Oleq Salyukov başçılıq edir. Paradı Müdafiə naziri Sergey Şoyqu qəbul edir. Onlar meydana səhər saat 10:00-da "Aurus" kabrioletlərində ayaq üstə daxil olurlar və hər dəstəni salamlayırlar. Eyni şəkildə Jukov və Rokossovski də "Kumir" və "Polyus" atlarının belində 24 iyun 1945-ci ildə Böyük Vətən müharibəsi cəbhələrinin birləşmiş alaylarını salamlayıblar.

Bundan sonra Şoyqu Mixail Qlinkanın "Eşq olsun" mahnısının sədaları altında Ali Baş Komandana qoşunların hazır olması barədə raport vermək üçün Qırmızı meydanın mərkəzinə doğru hərəkət edir.

Tarixə ehtiram

Paradı mərkəzi tribunada fəxri qonaqlarla birlikdə yer tutmuş Rusiya Prezidenti Vladimir Putin təntənəli nitqi ilə açır. 75 il bundan əvvəl Georgi Jukov çıxış edib. Hər iki nitqdə ümumi cəhətlər çoxdur. Həm Jukov, həm də Putin nasist Almaniyası üzərində qələbədə Qırmızı Ordunun həlledici rolunu vurğulayıblar. Məhz sovet əsgərləri alman tanklarının və təyyarələrinin 75 faizini məhv edərək Vermaxtın əsas qüvvələrini darmadağın ediblər.

Kremldə üç dəfə "Ura!" eşidilir. Xalilov adına Moskva Hərbi Musiqi Məktəbinin gənc təbilçilər dəstəsi Qırmızı meydana çıxır. 24 iyun 1945-ci ilin paradını onların o vaxtkı suvorovçu həmyaşıdları təbil səsləri ilə açıblar. Sonra meydana bayraqdarlar qrupu və Rusiya Silahlı Qüvvələrinin bütün növ fəxri qarovulları girir.

Парад, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Qırmızı Meydanda Qələbə paradı keçirildi – VİDEO

Onların arxasınca Böyük Vətən müharibəsi dövrünün hərbi formalarında 11 bölük Qırmızı Meydana daxil olur. Rusiya Federasiyasının Strateji Raket Qüvvələrinin Hərbi Akademiyası cəbhələrin bayraqlarını tribunalarının qarşısında aparır. 75 il əvvəl olduğu kimi – Kareliya cəbhəsinin bayrağı birinci, 3-cü Ukrayna cəbhəsinin bayrağı isə sonuncu gedir. Sonra isə Moskva Ali Ümumqoşun Komandirləri məktəbinin bayrağı aparılır. Piyada, pilot, dənizçi, mühəndis, kəşfiyyatçı, sərhədçi, xalq qoşunları və kazak bölükləri dəqiqədə 120 addım sürəti ilə bayraqdarlarla birlikdə yürüş edirlər.

Tarixi parad formasının hər bir dəsti cəbhəçilərin 1945-ci ilin Qələbə paradına geyindikləri formanın dəqiq nümunəsinə uyğun tikilib. Parça və furnitur, o cümlədən zabit kitellərindəki naxışlı qızıl tikmə 1940-cı illərdə istifadə olunanlara maksimum uyğundur. Sifarişi qısa müddət ərzində müharibə illərində də fəaliyyət göstərmiş Volodarski adına tikiş fabriki yerinə yetirib. Əllərində tüfənglər olan döyüşçülər 24 iyun 1945-ci ilin kinoxronikasındakı əcdadlarına tam oxşayırlar.

75 il bundan əvvəl Qələbə Paradında yalnız bir xarici dövlət iştirak edib. Bu şərəf 1-ci Belarus cəbhəsinin birləşmiş alayının tərkibində Mavzoleyin yanından yürüş etmiş Polşa Ordusunun nümayəndələrinə nəsib olub. Bu gün isə Qırmızı meydanda 13 ölkənin – Azərbaycanın, Ermənistanın, Belarusun, Özbəkistanın, Hindistanın, Qazaxıstanın, Qırğızıstanın, Çinin, Moldovanın, Monqolustanın, Serbiyanın, Tacikistanın və Türkmənistanın hərbçiləri hərəsində 70 nəfər olan dəstələrlə meydandan keçirlər.

Qonaqların arxasınca suvorovçular, naximovçular, yunarmiyaçılar, Quru Qoşunlarının və Rusiya Aerokosmik Qüvvələrinin qadın hərbçiləri tribunaların önüdən keçirlər. Onların arxasınca Rusiya Silahlı Qüvvələrinin və digər güc strukturlarının dəstələri gəlir. 75 il bundan əvvəl qoşunların mənsubluq bölgüsü yox idi — dənizçilər istisna olmaqla, təyyarəçilər, piyadalar, tankçılar və kəşfiyyatçılar cəbhələrin birləşmiş alaylarında vahid şəkildə yürüş edirdilər. Şimali, Baltik və Qara dəniz, həmçinin Dnepr və Dunay donanmalarının nümayəndələrindən ibarət hərbçilər qrupu vitse-admiral Vladimir Fadeyevin komandanlığı altında ayrıca keçid edib.

T-34-ün nəvələri

Qırmızı Meydana 31 ədəd T-34-85 tankı daxil olur. Müasir tarixdə bu əfsanəvi tankların belə geniş miqyaslı nümayişi hələ olmayıb. Bu, əsasən, Laos ilə razılaşmalar sayəsində mümkün olub. Belə ki, Laos ona Sovet İttifaqı tərəfindən hədiyyə edilmiş 30 saz tankı ötən ilin yanvarında Rusiyaya verib. Əlbəttə ki, T-34-lər 1945-ci ilin paradında da iştirak edib – ağır İS-2-lərlə birlikdə onlar 1850 döyüş maşınından ibarət möhtəşəm bir cərgədə hərəkət edib.

Военнослужащие парадных расчетов на параде Победы на Красной площади - Sputnik Azərbaycan
FOTO
Unudulmaz və möhtəşəm görüntülər: Qırmızı Meydanda yubiley Qələbə paradı belə keçdi

Polad "veteranlardan" sonra tamaşaçılara müasirləşdirilmiş T-90M və T-80BVM əsas döyüş tankları ilk dəfə nümayiş olunur. Artilleriyaçılar "Tornado-S" reaktiv yaylım atəşi sistemlərində tribunaların önündən keçirlər.

Mütəxəssislər S-350 "Vityaz" zenit-raket kompleksini və təkərli şassi üzərində TOS-2 "Tosoçka" ağır odsaçan sistemi göstərirlər. Yeni nəslin perspektivli döyüş texnikasından "Armata" platformasında T-14 tankı və T-15 piyadanın döyüş maşını, "Kurqanets-25" piyadanın döyüş maşını, "Bumeranq" zirehli avtomobili və özüyeriyən "Koalisiya-SV" haubitsaları meydanda görünür.

75 il əvvəl paradın aviaşou hissəsi son anda pis hava şəraitinə görə ləğv edilib və 220-dən çox təyyarə armadası aerodromlarda qalıb. İndi isə hava əladır. Qırmızı Meydan üzərindən təyyarələr və helikopterlər keçir: Su-35, Su-30, MiQ-29SMT, Su-57 qırıcıları, Su-24M2 və SU-34 cəbhə bombardmançıları, Su-25 hücum təyyarələri, MiQ-31 qırıcıları, Tu-95 və Tu-160 strateji raketdaşıyıcıları, həmçinin Mi-35M, Ka-52 və Mi-28 döyüş helikopterləri.

75 il əvvəl olduğu kimi, paradı birləşmiş orkestr tamamlayır. 24 iyun 1945-ci ildə musiqiçilər "Vətənə eşq olsun" marşını, onların nəvələri isə "Qələbə günü" mahnısını ifa ediblər.

Tamaşaçılar tərəfindən "mühasirəyə alınmış" Kreml

RİA Novosti-nin müxbiri Moskvanın mərkəzində olub və parad zamanı nə baş verdiyini izləyib.

Səhər saat doqquzdan bəri Moskvoretskaya sahilindəki Bolşoy Ustinski körpüsü üzərində boş yer yox idi. Bura parad iştirakçılarını, heç olmasa, uzaqdan görə biləcəyiniz bir neçə yerdən biridir.

Kremlə bitişik bütün küçələr həm sürücülər, həm də piyadalar üçün bağlanıb. Ona görə də bir neçə min adam körpünün üzərində toplaşıb. Çoxunun üzündə tibbi maska var.

Səhər saat onda çoxları smartfonda paradın onlayn yayımını izləməyə başlayır. Prezident sükut anını elan edərkən kütlənin səsi kəsilir və bir neçə dəqiqədən sonra onlar "Qaliblərə eşq olsun! Ura!" sözləri ilə şadyanalıq edirlər. Sahildə top yaylımları yaxşı eşidilir.

- Dəqiq, hərbçilər aşağıdan keçəcəklər?

- Əvvəllər hər il buradan keçiblər.

- Bəs texnikaya harada baxmaq olar?

- Onlar Kremldən Novıy Arbata tərəf dönürlər, Zveniqorod şosesinə getmək daha yaxşıdır.

Onu hər zaman xatırlamaq borcumuzdur: Moskvada Qələbə paradı necə keçdi  - Sputnik Azərbaycan
VİDEO
Onu hər zaman xatırlamaq borcumuzdur: Moskvada Qələbə paradı necə keçdi

Parad başa çatdıqdan bir neçə dəqiqə sonra Moskvoretskaya sahilində əsgərlər görünürlər. Qarşıda Qırmızı Ordu cəbhələrinin bayraqları ilə hərbçilər dururlar. "Qələbəniz mübarək!" - onlar izdihama səslənirlər. Cavab olaraq, yüzlərlə adam "Ura!" qışqırır. Hər bir qrup öz mahnısı ilə körpünün altından keçir.

Parad iştirakçıları hələ də sıranı saxlayırlar, amma indi bir az rahatlaya, gülümsəyə, əllərini yelləyə bilərlər. Baltik donanmanın dənizçiləri sahildə dayanır, furajkalarını çıxarır və tamaşaçıları salamlayırlar. Göründüyü kimi, hərbçilər moskvalıların əhval-ruhiyyəsini qaldırmaq üçün hər şeyi etməyə hazırdırlar.

"Əla idi! Bayramınız mübarək olsun!" - insanlar bir-birini təbrik edirlər. Paytaxt üzərində təyyarələrin buraxdığı üçrəngli tüstü hələ də görünür, çoxları isə sahildə avtobusların yanında gözləyən təntənəli marşın iştirakçıları ilə şəkil çəkməyə tələsirlər.

Bəziləri sürətlə Zveniqorod şosesinə doğru hərəkət edir: yüzlərlə insan yolun hər iki tərəfində dayanıb, keçən texnika ekipajlarını salamlayır. Əfsanəvi T-34 görünəndə insanlar "Salam, ana, biz hamımız qayıtmadıq" deyə sinxron şəkildə deyirlər.

Paradın təxirə salınmağının əhəmiyyəti yoxdur, əsas odur ki, bu gün duyğu və gözyaşı yenə gerçəkdir.

Xəbər lenti
0