Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dünya terrorizmində Rusiya "izi" sezdilər - iki nəhəngin arasında seçki uçurumu

© AP Photo / Allauddin KhanБойец движения Талибан, фото из архива
Бойец движения Талибан, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert hesab edir ki, terrorla mübarizədə Moskva ilə Vaşinqtonun qarşılıqlı fəaliyyəti davam edəcək. Lakin seçkilər nə qədər yaxınlaşsa, populist təşəbbüslərin sayı bir o qədər çox olacaq

BAKI, 16 iyun — Sputnik, Qaliya İbrahimova. ABŞ Konqresindəki respublikaçılar Rusiyanı terrorçuluğu dəstəkləməkdə ittiham ediblər. Qanunvericilər Rusiyanın guya "Taliban"a, İŞİD-ə və "Hizbullah"a sponsorluq etdiyinə görə sanksiyaları sərtləşdirməyi təklif ediblər. Donald Tramp bu ittihamları dəstəkləsə, Moskva ilə Vaşinqtonun terrorçuluğa qarşı birgə mübarizəsi təhlükə altında olacaq. Amerikalılar iki ölkənin ən səmərəli əməkdaşlıq sahəsini niyə zərbə altına qoyurlar? Ətraflı RİA Novosti-nin məqaləsində.

Düşmənlərin ambisiyalarını əzmək

Учения «Трайдент Джункт 2018» под руководством НАТО - Sputnik Azərbaycan
RUSİYA
"Hər şey ciddidir": NATO niyə Rusiya sərhədlərindəki çayları keçməyə hazırlaşır?

"Rusiya terrorçuluğa sponsorluq edir, lakin onunla mübarizədə tərəfdaş obrazını yaradır. Amerika hərbçilərinin Əfqanıstandakı komandanı Moskvanı taliblərə birbaşa silah satmaqda ittiham edib. Suriya müharibəsi zamanı Rusiya İslam İnqilabı Keşikçiləri Korpusu və "Hizbullah" ilə birbaşa əməkdaşlıq edib. Suriyada Rusiya kontingenti əsasən Amerikanın dəstəklədiyi qiyamçılara qarşı vuruşub. 2015-ci ilin oktyabrında Rusiya qiyamçılara aviazərbələr endirib və İŞİD döyüşçülərinə kömək edib". Bütün bunlar "Amerikanın Möhkəmləndirilməsi və Qlobal Təhdidlərə Qarşı Mübarizə" adlı məruzədə bildirilir.

Sənədi Nümayəndələr Palatasının ən böyük respublikaçı fraksiyaları hazırlayıb. Hazırda prezidentin partiyadaşları Nümayəndələr Palatasında azlıq təşkil edir, amma məhz onlar Ağ Evin siyasətinin bələdçiləri hesab olunurlar. Məruzəyə marağın çox olması da bununla şərtlənib.

ABŞ-ın milli təhlükəsizliyinə təhdidlər sırasında birinci yeri Çin tutur. Rusiya ikinci yerdədir.

"Qanun (respublikaçıların konqresdə qəbul etməyi təklif etikləri sənəd- red.) terrorçuluğun sponsoru kimi Rusiyaya qarşı bir sıra iqtisadi məhdudiyyətlər tətbiq etməyi tələb edir. Sanksiyaların ikili təyinatlı malları əhatə etməsi və terror təşkilatlarını dəstəkləyən şəxslərin diplomatik immunitetinin aradan qaldırılması vacibdir. Terrorçuların qurbanlarının ailə üzvləri Amerika məhkəmələrinə iddia vermək hüququna malik olmalıdırlar. İqtisadi yardım göstərilməsini və silah satışını qadağan etmək lazımdır", - respublikaçılar izah ediblər.

Bundan başqa, məruzə müəllifləri Amerikada seçkilərə müdaxilə və amerikalıların dezinformasiyası ilə bağlı əvvəlki iradlarını da təkrarlayıblar. Ukraynada və Gürcüstanda siyasi qeyri-sabitliyin yaranmasında da, təbii ki, Moskva təqsirkardır.

Президент РФ Владимир Путин проводит в режиме видеоконференции совещание по санитарно-эпидемиологической ситуации в России  - Sputnik Azərbaycan
RUSİYA
Putindən ABŞ-dakı iğtişaşlara reaksiya: "Qubernatorlar deyirlər, rədd ol"

Konqresmenlərin əsas qənaəti: Rusiya Amerikanın Suriya, Liviya, Venesuela və Monteneqroda maraqlarını təhdid edir. Buna görə də sanksiyalar lazımdır.

Pekinə gəlincə isə, respublikaçı strateqlər Çinin artan gücünü uzunmüddətli potensial təhlükə hesab edirlər. Moskva isə məhz indi maneə törədir.

"Rusiya və Çin beynəlxalq sistemi yenidən qurmağa və insanların demokratiyaya inamını sarsıtmağa yönəlib", - sənədin müəllifləri bildirirlər.

Terrorçuluğa qarşı birgə mübarizə

İndi isə terrorçuluğa qarşı mübarizədə çoxillik Rusiya-ABŞ əməkdaşlığı sual altına düşə bilər. Dövlətlərarası münasibətlərin çətin olmasına baxmayaraq, bu sahədə Moskva və Vaşinqton həmişə ümumi yanaşmaya üstünlük verib.

Bu yaxınlarda Rusiya prezidenti bildirib ki, ötən ilin sonunda ABŞ xüsusi xidmət orqanları Federal Təhlükəsizlik Xidməti əməkdaşlarına Sankt-Peterburqa gəlmiş İŞİD döyüşçüləri haqqında məlumat verib.

"Amerikalılar bu vəziyyətə nəzarət ediblər. Sonra Moskva ilə əlaqə saxlayıblar. Terrorçular tutulub. Mən bu məlumatı bizə çatdırdıqlarına görə minnətdarlıq bildirmək üçün Donalda zəng etdim", - Putin izah edib.

Bir neçə dəfə Rusiya da kömək edib. 2001-ci il sentyabrın 11-də terror aktlarından sonra Moskva dərhal Vaşinqtona dəstək verib. NATO-nun Əfqanıstanda həyata keçirdiyi antiterror kampaniyası zamanı Ulyanovsk vasitəsilə Kabilə bütün qeyri-hərbi yüklərin yarısı aparılıb. Bu marşrutdan amerikalılar 2015-ci ilə qədər fəal şəkildə istifadə ediblər.

ABŞ və Rusiya Yaxın Şərqdə "Əl-Qaidə", sonra isə İŞİD-ə qarşı mübarizəni koordinasiya ediblər.

2013-cü ildə Rusiya xüsusi xidmət orqanları Federal Təhqiqat Bürosundan olan həmkarlarına Amerikada yaşayan Tsarnayev qardaşlarına nəzər yetirməyi məsləhət görüblər. Lakin onlar məsləhəti dinləməyiblər. Boston marafonunda Tsarnayevin təşkil etdiyi terror aktında üç nəfər həlak olub, təxminən üç yüz nəfər yaralanıb.

Soçi Olimpiadası ərəfəsində Moskva və Vaşinqton şübhəli insanlar və hadisələr haqqında bir-biri ilə intensiv şəkildə məlumat paylaşıblar.

Hətta koronavirus pandemiyası dövründə də əməkdaşlıq dayandırılmayıb. "Biz hazırlanan terror aktları barədə məlumat mübadiləsini hüquq mühafizə və xüsusi xidmət orqanlarının xətti ilə hələ də davam etdiririk", - mayda Rusiya Xarici İşlər nazirinin müavini Oleq Sıromolotov bildirib.

ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək, onu terrorizm sponsoru kimi tanımaq istəyir  - Sputnik Azərbaycan
VİDEO
ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək, onu terrorizm sponsoru kimi tanımaq istəyir

Tarixi pis bilirlər

"Konqresmenlərin məruzəsi tövsiyə xarakteri daşıyır, lakin Moskvanı sanksiyalarla cəzalandırmaq təşəbbüsü özü bir göstəricidir. Daxili siyasi problemlər – irqçilik zəminində etirazlar, seçkiqabağı kampaniya Amerika cəmiyyətini parçalayıb. Respublikaçılar birləşdirici gündəm axtarırlar. Rusiya, Çin, İran təhlükəsi ilə bağlı isə həmişə ikipartiyalı konsensus var", – Rusiya Xarici İşlər Şurasının proqram direktoru İvan Timofeyev RİA Novosti ilə söhbətində bildirib.

Timofeyev xatırladır ki, Rusiyanı terror sponsorları siyahısına hələ ötən ilin sonlarında "Amerika Təhlükəsizliyinin Kremlin Təcavüzündən Qorunması Haqqında" qanun layihəsi çərçivəsində daxil etmək təklif olunub. Nəzərdə tutulan sanksiyalar paketi DASKA adını alıb. Nəticədə onu qəbul etməyiblər.

"Ağ Ev və Dövlət Departamenti dekabrda DASKA-nı sərt tənqid atəşinə tutublar. ABŞ hakimiyyəti başa düşür ki, bu sanksiyalar Rusiyanı küncə sıxmaq cəhdidir. Amma belə olan halda Rusiya amerikalılar üçün daha böyük təhlükə yaradır, ona görə də layihəni rədd ediblər. Respublikaçılar DASKA-nın bir çox müddəalarını məruzədə təkrarlayıblar, lakin onun əsas tezisləri də marginaldır", - Timofeyev izah edir.

Ekspertin fikrincə, terrorçuluğa sponsorluq ittihamları konqresmenlərin tarixi bilmədiklərini göstərir. "Əgər daha dərin qazsaq, aydın olar ki, "Taliban" və ya "Hizbullah"ın yaradılmasının arxasında heç də rusiyalılar deyil, amerikalılar durur. Respublikaçılara taxiri öyrənmək lazımdır", - o qeyd edib.

Timofeyev hesab edir ki, terrorla mübarizədə Moskva ilə Vaşinqtonun qarşılıqlı fəaliyyəti davam edəcək. Lakin seçkilər nə qədər yaxınlaşsa, populist təşəbbüslərin sayı bir o qədər çox olacaq.

Xəbər lenti
0