ABŞ-da etirazlar

Amerika tənəzzülünün xronikası: uşaqlara polisə nifrət etmək öyrədilir

33
(Yenilənib 20:48 05.06.2020)
Qərbin öz gənc nəslinin üzərində apardığı bu dəhşətli eksperiment artıq təəccüb doğurmur. Bütün bunlar Qərb cəmiyyətini, onun yetkin üzvlərini daha da dərindən parçalayan nifaqın əhəmiyyətli bir hissəsidir. Amma son vaxtlara qədər bu uşaqlara birbaşa təsir etmirdi.

BAKI, 5 iyun — Sputnik, İrina Alksnis. Corc Floydun ölümü ilə bağlı etirazlar fonunda amerikalı polislərin irqçiliyinə qarşı mübarizə aparan nümayişçilərin Londonda Böyük Britaniya baş nazirinin iqamətgahına hücum etməyə çalışdığı bir vaxtda, Qərb dünyasının növbəti sarsılmaz ictimai prinsipi – gənc nəslin kəskin siyasi münaqişələrə cəlb olunmasının yolverilməzliyi qaydası pozuldu.

Bu dəfə qəti addımı biznes atıb.

Ən populyar uşaq telekanalı "Nickelodeon" yayımı yarımçıq qoyaraq 8 dəqiqə 46 saniyə ərzində (rəsmi məlumatlara görə, polis Floydun boynuna bu qədər basıb) qara ekranda insan nəfəsinin səsinin müşaiyəti ilə "Nəfəs ala bilmirəm" ifadəsini pulsasiya edib. Videonun sonunda vətəndaş hüquqlarının müdafiəsi üzrə təşkilatlardan birinə qoşulmaq çağırış peyda olur.

Etiraz hərəkatına "Lego" korporasiyası da qoşularaq qaradərili əhali ilə həmrəy olduğunu bildirib. Şirkət polis məntəqələrinin və yanğınsöndürən bölmələrin, patrul maşınlarının, polis zabitlərinin və cinayətkarların heykəlciklərinin, həmçinin hüquq-mühafizə tematikası ilə bağlı digər elementlərin reklamından imtina edib.

Qərbin öz gənc nəslinin üzərində apardığı bu dəhşətli eksperiment artıq təəccüb doğurmur. Bütün bunlar Qərb cəmiyyətini, onun yetkin üzvlərini daha da dərindən parçalayan nifaqın əhəmiyyətli bir hissəsidir. Amma son vaxtlara qədər bu uşaqlara birbaşa təsir etmirdi.

Liberallar və mühafizəkarlar gənclərə təsir uğrunda sərt mübarizəyə girə bilərdilər, lakin hər iki tərəf üçün uşaqlardan müəyyən edilmiş qaydalara uyğun yaşayan, qanuna tabe olan vətəndaşların yetişməsi vacib idi. Və həmin uşaqların harada – Texasda və ya Nyu Yorkda yaşadığı fərq etmirdi. Axı ölkə hamı üçün birdir və dövlət də – hazırda ona kimin başçılıq etməyindən asılı olmayaraq – hamı üçün birdir.

Məhz bu məntiq vaxtilə Birləşmiş Ştatlara imkan verib ki, vətəndaşlarının kiçik yaşlardan başlayaraq siyasi və vətənpərvərlik tərbiyəsini səmərəli təşkil etsin.

Polis qəddarlığı, o cümlədən ölümlə nəticələnən qəddarlıq, həmçinin qanunu müdafiə etməli olan insanlar tərəfindən digər qanun pozuntuları hər yerdə baş verir. Lakin hüquq mühafizə orqanları dövlətin sütunu təşkil edir və ən vacib element rolunu oynayır. Normal vəziyyətdə heç bir Amerika siyasətçisi, heç bir siyasi qüvvə bütün polisi rüsvay etməyə cürət etməzdi. Belə hallarda, ənənəvi olaraq vurğulanır ki, bir və ya bir neçə insidentə görə bütövlükdə sistem haqqında mühakimə yürütmək olmaz və üstü açılmış səhv əməkdaşların əksəriyyətinin öz borclarını düzgün yerinə yetirməsinin üstündən xətt çəkməməlidir.

Ümumiyyətlə, bu qayda yalnız ABŞ-da deyil, demək olar ki, bütün dünyada da işləyir.

Uşaqlara adətən hüquq mühafizə orqanları barədə müsbət düşüncə aşılayaraq, onları həqiqətin qaranlıq tərəflərindən qoruyurlar. Böyüdükcə, onlar dərk edəcəklər ki, həyatda həmişə hər şey detektiv filmlərindəki kimi olmur.

"Nickelodeon" və "Lego"nun hərəkətləri göstərir ki, bu məsələdə də köklü dəyişikliklər baş verir.

Telekanalın doqquz dəqiqəlik çarxı uşaqların diqqətini irqçilik probleminə yönəltmir. Əslində, bu qorxulu videoçarx kiçik tamaşaçılara sadə bir fikir çatdıdır: "Amerika polisi insanları öldürür". Bununla da uşaqlarda hüquq mühafizə orqanlarına qarşı qorxu yaradır. Uşaq qorxusunun isə daha yetkin və şüurlu yaşlarda nifrətə və məhv etmək arzusuna çevrilməsi çox asandır.

Dövlət asayişin və onun özünün keşiyində duran strukturlar olmadan sadəcə mövcud olmaz. Vətəndaşların tərbiyəsində dövlət mexanizminin ən mühüm hissəsinin qəbul edilməməsinin aşılanması gələcəkdə bir çox sürprizlərə səbəb olacaq.

Amerika Rusiyaya çox yaxşı tanış olan özünüməhv və özünənifrət məntiqini qəbul etməyə hazırdır: "xoşagəlməyən prezident, məhv edilməli olan qüsurlu dövlət mexanizmləri, lənətlənmiş dövlət".

İndi sual ondadır ki, Birləşmiş Ştatlar dayanmağa müvəffəq olacaqmı? Gənc amerikalılarda polisə qarşı qorxu və nifrət hissinin aşılanması davam edərsə, bunun üçün şans çox az olacaq.

33
Moskvada RT telekanalının ofisi, arxiv şəkli

Telekanala qadağa: Qərb Rusiyaya qarşı necə işləməyi unudub

21
(Yenilənib 19:49 10.07.2020)
"Aydındır ki, RT-nin yayımının qadağan edilməsi siyasi qərardır. Amma həqiqətənmi onu hüquqi baxımdan daha "aydın" motivlə izah etmək mümkün deyildi?"

BAKI, 10 iyul — Sputnik, İrina Alksnis. Litva öz ərazisində RT-nin beş telekanalının yayımını qadağan edib. Bu, Latviya hakimiyyətinin analoji addımı atmasından bir həftə sonra baş verib. Növbədə isə Estoniyadır – ölkənin xarici işlər naziri eyni qərarın mümkünlüyünü istisna etməyib.

Bu üç "Baltika pələngi"nin ənənəvi anti-Rusiya konsensusunu və məhz Estoniya hakimiyyətinin Sputnik agentliyinin respublikada iş üçün əngəl yaratmaqda daha çox fəallıq nümayiş etdirdiyini nəzərə alsaq, Tallinin bu məsələdə fərqli mövqe tutacağı ehtimalı böyük deyil. Məlum olduğu kimi, Estoniyada arzu edilən nəticəni əldə etmək üçün əməkdaşlar cinayət məsuliyyəti ilə təhdid edilərək açıq şəkildə böhtanlara məruz qalıblar.

Lakin bu məsələdə ən maraqlı məqam Vilnüsün qərarının rəsmi əsaslandırılmasıdır. İddiaya görə, RT Qərbin sanksiyaları altında olan Dmitri Kiselyovun nəzarətindədir və bu, "onun" mediaresursuna qarşı tədbirlərin görülməsinə səbəb olub.

Məsələ heç bu bəyanatın həqiqətə uyğun olmamasında deyil. Litva hakimiyyətinin bu iddiasına cavab şərhlərində ona xatırladıblar ki, RT-nin ümumiyyətlə Dmitri Kiselyovun rəhbərlik etdiyi "Rossiya Seqodnya" beynəlxalq informasiya agentliyinin (BİA) strukturuna aidiyyəti yoxdur.

Düz bir həftə əvvəl, Latviya Milli Mətbuat Şurası RT-nin yayımının qadağan olunmasını onun telekanallarının Dmitri Kiselyovun "faktiki idarəsi və təkbaşına nəzarəti altında olması" ilə izah edib. Bundan sonra Rusiya Xarici İşlər Nazirliyi Latviya rəsmi qurumlarının məsələyə belə bir əsaslandırma gətirməsini qınayıb.

Həmin vaxt baş verənləri konkret icraçıların səhvi ilə izah etmək mümkün olardı: heç bir sistem səriştəsiz işçilərdən sığortalanmayıb. Ancaq Litvada eyni vəziyyətin təkrarlanması birmənalı şəkildə göstərir: heç bir təsadüfi səhv olmayıb və yoxdur.

Aydındır ki, RT-nin yayımının qadağan edilməsi siyasi qərardır. Amma həqiqətənmi onu hüquqi baxımdan daha "aydın" motivlə izah etmək mümkün deyildi? Əlbəttə, mümkün idi. Amma bunun üçün daha çox səy göstərmək, əziyyət çəkmək, qanunvericilikdə boşluqlar axtarmaq lazım olardı.

Nə vaxtsa məhz bu xüsusiyyət – qəbul edilən qərarların heç olmasa xarici qüsursuzluğunu təmin etmək üçün hüquqi baxımdan mürəkkəblik – Qərb demokratiyasının ən mühüm kartlarından biri idi. Bu, formal prosedurlara əməl olunmasına vaxt xərcləməyə meylli olmayan digər siyasi sistemlərin fonunda son dərəcə uğurlu görünürdü.

Ancaq o vaxtdan bəri çox şey dəyişib. RT-nin yayımına qadağa qoyulması məsələsində Baltikyanı respublikalar son illər tamamilə fərqli və daha güclü dövlətlər tərəfindən qoyulmuş bir yolla gedirlər.

Amerikalılar üçün içində naməlum toz olan sınaq şüşəsini göstərmək İraqın işğalını beynəlxalq ictimaiyyət qarşısında əsaslandırmaq üçün bəs etdi və həqiqət axtarışı lazım olmadı. Britaniyalılar Skripalların zəhərlənməsi ətrafında möhtəşəm şou nümayiş etdirdilər və onları bu məsələdəki boşluqlar qətiyyən narahat etmədi.

Belə hallar yalnız Rusiyaya qarşı deyil, hətta Çin, İran, Venesuela və digər ölkələrlə bağlı o qədər olub ki, onlar artıq nadir istisnalardan adi hala çevrilib. Bu fonda Litva və Latviya hakimiyyətlərinin RT-nin yayımına qadağa qoyması məsələsində mövqeyi tamamilə təbii görünür: əgər əsassız iddianı rəsmi mövqe kimi təqdim etmək mümkündürsə, onda özünü niyə yorasan?

Bu məsələdə hətta məntiq də var: anti-Rusiya baxışları olan tamaşaçını "Kiselyovun RT-yə nəzarət etməsi" iddiası qane edir. Qərb artıq Rusiyaya və ona simpatiyası olanlara qarşı resurslarını xərcləməyin mənasını görmür. Yəqin ki, onları inandırmaq və öz tərəfinə çəkmək vəzifəsinin uğursuz olduğunu görür.

Bu yanaşma Qərbin informasiya, siyasi, ideoloji və hətta mənəvi inhisarından irəli gəlir. Məhz buna görə də Qərb müəyyən məqamda öz siyasətini – həm ümumi, həm də rəqiblərinə münasibətdə – diqqətlə və yüksək peşəkarlıqla hazırlamağı lazım bilməyib. Nəticədə, özü bu inhisarın necə itirildiyini hiss etməyib.

İndi isə vəziyyət yeni mərhələyə qədəm qoyub. İndi həmin qüvvələr keyfiyyətli işləməyin və ciddi səylər göstərməyin mənasını görmürlər, çünki rəqibi onsuz da inandırmaq mümkün deyil.

Təəccüblüdür ki, onlar bu cür peşəkar, daha doğrusu, qeyri-peşəkar yanaşmanın Rusiya üzərində ideoloji və geosiyasi qələbəyə gətirib çıxaracağını düşünürlər.

21

Ekspert: “AQTA şəffaflığın təmin edilməsi üçün bu amili nəzərə almalıdır”

34
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, standartlara uyğun olmayan yerlər bağlanmamalı, dövlət dəstəyi ilə qanuna uyğun şəkildə fəaliyyət göstərə bilməlidir
Eyyub Hüseynov: “Biznes qurumlarının fəaliyyət göstərməsinin tərəfdarıyıq”

AQTA əməkdaşları tərəfindən 21 may-05 iyul 2020-ci il tarixlərində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 876 turizm və otelçilik, 7 099 ictimai iaşə obyekti, 9 023 ərzaq satışı mağazası olmaqla ümumilikdə 16 998 müəssisədə reydlər keçirilib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, pandemiya şəraitində AQTA-nın apardığı reydlər çox vacibdir:

“Təəssüf ki, reydlərə jurnalistlər və QHT-lər cəlb edilmir. Şəffaflığın təmin olunması baxımından bu amil önəmlidir. AQTA işini elə qurmalıdır ki, standartlara uyğun olmayan yerlər bağlanmasın, dövlət dəstəyi ilə qanuna uyğun şəkildə fəaliyyət göstərə bilsinlər. Biz biznes qurumlarının fəaliyyət göstərməsinin tərəfdarıyıq”.

Eyyub Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

34
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

0
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

0