Facebook loqosu

Facebook-un təsadüfi olmayan səhvi

31
(Yenilənib 19:48 11.05.2020)
Bu senzuranı sırf şirkətin şüurlu iradəsi kimi görmək səhv olardı, çünki artıq çoxları bu alətdən istifadə etməyi öyrəniblər.

BAKI, 11 may - Sputnik, İrina Alksnis. Facebook şirkəti Reyxstaq üzərinə Qızıl bayrağın sancılması barədə şəkillərin kütləvi şəkildə pozulmasına görə üzr istəyib və bunu “avtomatik səhv aşkaretmə alətləri”nin işindəki səhvlə izah edib.

Baş verəni qəsdən atılmış addım kimi izah etmək həvəsi böyükdür. Bu versiya Qərbdə davam edən tarixi yenidən yazmaq cəhdləri fonunda çox inandırıcı görünür.

Lakin görünür ki, bu halda pərdəarxası siyasi oyunlar axtarışı üçün geniş meydan var. Sadəcə Yevgeni Xaldeyin məşhur şəklinin bloklanmasının “təhlükəli insanlar və təşkilatlara münasibətdə ictimai normaların pozulması” ilə izah edilməsi vəziyyətin absurdluğunu göstərir. Sonradan gələn özqnə haqq qazandırmalar isə təsdiq etdi ki, sosial şəbəkənin qalmaqala düşmək niyyəti olmayıb.

Düzdür, hər şeyi sırf təsadüfün ayağına yazmaq da düzgün oilmaz: sadəcə bu dəfə iş Facebook-un antiRusiya siyasətində deyil, sosial şəbəkələrin özlərini saldılqları tələdədir.

Sosial şəbəkələrin sərbəst özünüifadə məkanı kimi qızıl dövrü tez başa çatdı. Məhdudiyyətlər və kontentə nəzarət orada xərçən şişi kimi artaraq artıq bütün istiqamət və sahələri əhatə edən sərt senzuraya çevrilib.

Belə ki, Facebook-un ən çox müzakirə olunan (qınanılan) qaydalarından biri çılpaq naturaya olan qadağandır. İki il əvvəl böyük hay-küy nəticəsində “Villendorflu Venera” rəsmlərinin dərcinə olan qadağanı götürmək mümkün oldu. Lakin bir il əvvəl Cenevrə Bədii muzeyi heç bir cəhdlə antik heykəlləri sərginin reklamı üçün dərc etdirə bilmədi.

Siyasət sahəsində vəziyyət ümumiyyətlə çətindir. Həm formal (qadağan olunmuş sözlərə görə), həm də ümumideoloji göstəricilərə görə məhdudiyyət tətbiuq edilə bilər. Haradasa bir həftə əvvəl Facebook-da  “Kremlyönümlü” News Front informasiya agentliyinin bir neçə dildəki akkauntları pozuldu.

Lakin bu senzuranı sırf şirkətin şüurlu iradəsi kimi görmək səhv olardı, çünki artıq çoxları bu alətdən istifadə etməyi öyrəniblər.

Təcrübə yolu ilə çoxdan aydın olub ki, sosial şəbəkələrdə kontentə avtomatik nəzarətin vacib hissəsi kütləvi şikayətlərdir. Ona görə də əgər sizi bütün mənalarda tamamilə məsum paylaşıma görə cəzlandırıblarsa, onda yəqin ki, siz sizdən xoşu gəlməyənlərin hücumunun obyektinə çevrilmisiniz. Facebook belə hallarda əvvəlcə avtomatik olaraq tədbir görür və yalnız sonra əgər həvəsi olsa, həmçinin mütəxəssis işə qərəzsiz baxsa, mahiyyət üzrə araşdırır. Həvəs isə olmaya bilər, çünki sosial şəbəkələri gündən-günə artan kontentin dəqiq yoxlanması istəkləri bürüyür. Təbii ki, istifadəçilərin əsassız cəzalandırması halları artıq minlərlədir.

Ola bilsin ki, məşhur Reyxstaq üzərində Qələbə Bayrağı fotosu ilə də nəsə belə bir şey baş verib: hansısa anti-Rusiya qüvvələri bu şəkil yerləşdirilmiş bir neçə postdan şikayət formasında kollektiv hücum təşkil ediblər, nəticədə o, maşın nəzarəti alqoritminə düşüb və analoji dərclərin hamısı avtomatik olaraq silinməyə başlayıb. Amma bu dəfə mövzu o qədər kəskin və ictimai olub ki, “Facobook” təhqir edilmiş bəşəriyyət qarşısında dərhal hesabat verməli olub. Amma bu, yeganə belə hal deyil.

Bir ay əvvəl “Google” “Kommunarka” xəstəxanasının baş həkimi Denis Protsenko ilə müsahibəni və Vladimir Putinin rusiyalılara müraciətini YouTube kanalından silmişdi. Bundan sonra videonun bərpa edilməsi və səhv baş verdiyi barədə deyilənlər formasında reaksiya onu göstərdi ki, bu da düşünülmüş qərar deyilmiş, nəsə “başqa cür gedib”. Beləliklə, məlum olur ki, bütün bu hallarda hansısa vətəndaşlar (mümkündür ki, rusofob baxışları olanlar) bizim ölkəmizi yüngülcə silkələmək qərarına gəliblər, bunun çün gizlicə şəkildə nəhəng çoxmilyardlıq korporasiyaları istifadə ediblər və nəticədə reputasiyaya zərbə vurublar.

Hələ “Facebook” və “Google”-un dünyanı fəth etməyə başladığı zaman belə bir nəzəriyyə populyar idi ki, sosial şəbəkələr bəşəriyyəti sərt nəzarət altına alacaq. Amma sonra məlum oldu ki, dövlətlərin IT şirkətlərin onların tələbini yerinə yetirməyə məcbur etmək üçün kifayət qədər imkanları var. Sonra məlum oldu ki, şirkətlər təşkil olunmuş və ya sadəcə güclü “kollektiv rəy” qarşısında əyilməyə məcburdurlar. Mark Zukerberq ən müxtəlif, bir çox hallarda bir-birinə zidd olan ittihamlardan, o cümlədən Kremlə, MKİ və Çinə işləmək, Trampı və onun rəqiblərini dəstəkləmək, qadınlara qarşı çıxmaq və ağ dərili kişiləri barəsində diskriminasiya siyasəti aparmaq, riyakarlıq və əxlaqsızlıq, indi də koronavirus panikasını yaymaq və eyni zamanda COVID əleyhinə çıxmaq kimi ittihamları dəf etməyə vaxt tapmır.

Amma səhvən silinmiş dərclərlə bağlı olan bütün bu qalmaqallar problemin digər tərəfini də ortaya çıxardı. Məlum oldu ki, hətta sadə istifadəçilər belə, öz maraqları naminə nəhəng şirkətlərlə manipulyasiya edə və bu zaman onlara çox ciddi problemlər yarada birələr. Bu isə onların həmin məsələdə son dərəcə səriştəsizliyini və qeyri-effektivliyini göstərir.

Hansısa 15 il ərzində sosial şəbəkələr tam azadlıqdan sərt avtoritar sistemə qədər yol keçib. İndi isə o mərhələyə çatıblar ki, hər yerdə olan nəzarət konstruksiyası onların öz yaradıcılarının başına aşmağa lazımdır.

31
Minneapolisdə ABŞ bayrağı ilə etirazçı, arxiv şəkli

"Yenə ruslar". Amerikadakı iğtişaşlarda Moskvanı günahlandırmaq kimə lazımdır

30
(Yenilənib 22:08 02.06.2020)
Xarici düşmən axtarışı nə Rusiya-Amerika münasibətlərinə, nə də beynəlxalq təhlükəsizlik sisteminə yaxşı təsir göstərəcək

BAKI, 2 iyun — Sputnik, Qaliya İbrahimova. ABŞ-dakı iğtişaşları Moskva törədir və nümayişçilər "Rusiya təlimatına" ciddi əməl edərək polis bölmələrini darmadağın edirlər. Bu cür iddiaları ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Syuzan Rays irəli sürüb. Sübut əvəzinə o, öz təcrübəsinə və intuisiyasına güvənməyi təklif edib. Amerikalılar niyə hər yerdə "Rusiya izi"ni görürlər? Cavabı RİA Novosti-nin ekspert şərhində.

Etirazlardan qarətə

Los-Ancelesdəki ticarət mərkəzləri karantindədir. Kaliforniya rəsmiləri onları iyunda açmağı planlaşdırırdılar. Lakin bunu ilk edən qarətçilər olublar. Lüks butiklərin qapı və pəncərələri qırılıb, hər şey talan olunub. İğtişaşçılar məişət əşyalarını, paltarları, mebeli, hətta yeməkləri aparıblar. Polis helikopterləri su tökərək bu vəhşiliyi dayandırmağa çalışıb, kakin bunun xeyri olmayıb.

Polis tərəfindən saxlanılan zaman afroamerikalı Corc Floydun ölməsindən sonra Minneapolisdə başlayan etirazlar Vaşinqtonu, San-Fransiskonu, Portlendi, Mayamini, İndianapolisi, Filadelfiyanı və Atlantanı bürüyüb. Faciəli hadisənın birbaşa günahkarı Derek Şovin vəzifəsindən azad edilib və o, istintaq altındadır. Lakin nümayişçilər yalnız onun cəzalandırılmasını deyil, ABŞ-da sistemli irqçiliyə son verilməsini tələb edirlər.

Böyük şəhərlərdə komendant saatı elan edilib – lakin bu kömək etməyib. Vaşinqtonda etirazçılar Ağ Evi mühasirəyə alaraq içəri girməyə çalışıblar. Nyu-Yorkda iyirmi polis maşını daşqalaq edilib və yandırılıb. Portlenddə isə iğtişaşçılar məhkəmə binasında yanğın törədiblər.

Vətəndaş cəmiyyətinə təhdid

Əvvəlcə ABŞ-da çoxları nümayişçilərə rəğbət bəsləyirdilər. Yerli rəsmilər isə təxribatçılara reaksiya verməməyə çalışır, polisi güc tətbiq etməməyə çağırırdılar. Lakin asayiş keşikçilərinin üzərinə "Molotov kokteyli" atılanda bu vəziyyət dəyişdi.

Minnesota qubernatoru ştata Milli Qvardiyanı yeritdi. Los- Anceles də hərbçilərin köməyinə müraciət etdi. Gözyaşardıcı qaz və rezin güllələr işə salındı.

"Minneapolisdə baş verənlər artıq Floydun ölümü ilə əlaqəli deyil. Talanlar vətəndaş cəmiyyətini təhdid edir və şəhərimizdə qorxu yaradır, onun həyatına müdaxilə edir", - qubernator Tim Uoltz deyib.

Donald Tramp isə daha sərt reaksiya verib. Prezident Floydun ölümünün "dəhşət, kədər və qəzəb yaradan bir faciə" olduğunu etiraf edib. Lakin iğtişaşı vaxtında sakitləşdirməyən ştat səlahiyyətlilərini də tənqid edib. O, etirazçıları "quldur" adlandırıb və güc tətbiq edilməsini alqışlayıb.

Bazar günü təhlükəsizlik xidməti dövlət başçısını Ağ Evin yeraltı bunkerinə göndərib. Yalnız təhdid sovuşandan sonra Tramp oradan çıxa bilib.

Günahkar axtarışında

Tez bir zamanda iğtişaşlarda Rusiya izini "tapdılar".

"Mən onların (Rusiyanın – red.) iğtişaşlarda iştirakını istisna etmirəm", - Nyu-Orlean şəhərinin meri Mark Morial CNN-in efirində bildirib.

Bir neçə gündən sonra estafeti Barak Obama administrasiyasının milli təhlükəsizlik üzrə müşaviri Syuzan Rays alıb. Elə CNN-in efirindəcə o, etirazçıların "Rusiyanın təlimatına" uyğun hərəkət etdiyini iddia edib.

"Dinc nümayişçilər var. Onlar ədalətsizliyə və bərabərsizliyə qarşı çıxırlar. Ancaq etirazların gündəmini ələ keçirməyə çalışan təxribatçılar da var. Təcrübə mənə deyir ki, onlar birbaşa Rusiyanın taktiki sxemlər toplusuna uyğun hərəkət edirlər", - Rays deyib.

"Rusiya izi" axtarışına başlayan Amerika mediası Moskvaya qarşı irəli sürülən növbəti ittihamı xatırlayıb. Bir neçə il əvvəl Vaşinqtonda rusiyalı hakerlərin "Black Lives Matter" hərəkatını dəstəklədiyi iddia edilirdi. Bu hərəkatın fəalları da polis özbaşınalığına qarşı çıxırdılar.

"Rusiya izi" ilə əlaqədar müzakirələri Tramp tənqid edib. Prezident CNN-in bunu reytinq əldə etmək üçün etdiyini deyib.

Moskva da susmayıb. Prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya "heç vaxt Amerikanın işlərinə müdaxilə etməyib və indi müdaxilə etmək niyyətində deyil".

Amerikanın qütbləşməsi

"Amerika cəmiyyəti son dərəcə qütbləşib". Ali İqtisad Məktəbinin Avropa və Beynəlxalq Kompleks Tədqiqatlar Mərkəzinin direktor müavini Dmitri Suslov etirazların kütləvi xarakterini bununla izah edir.

"Bəzi amerikalılar liberal dəyərlərin tərəfdarıdır, bəziləri isə mühafizəkar olduqlarını söyləyirlər. Mühacirət tərəfdarları var, ancaq Meksika ilə sərhəddə divarın tikilməsini dəstəkləyənlər də çoxdur. Qlobalistlər və proteksionistlər arasındakı qarşıdurmanı da bura əlavə edin. Minneapolis irq problemini də xatırlatdı. "Qaynar qazan" ağdərili əhali üçün işə yarayıb, ancaq qaradərililər cəmiyyətin tam hüquqlu bir hissəsinə çevrilə bilməyiblər", - Suslov RİA Novosti-yə izah edib.

Mütəxəssisin fikrincə, koronavirus pandemiyası afroamerikalıların həssaslığını vurğulayıb.

"Qaradərili əhali arasında infeksiyadan ölüm nisbəti daha yüksəkdir. Çox güman ki, bu, dərmanlara çıxış imkanlarının məhdud olmasının nəticəsidir. Afroamerikalılar ağlara nisbətən gəlirləri az olduğuna görə bahalı müalicə ala bilmirlər", - Suslov deyir.

Qabaqdangəlmə ittihamlar

Politoloq "Rusiya izi"nin axtarışını hakimiyyətin daxili ziddiyyətləri qəbul etmək istəməməsi ilə əlaqələndirir.

"Amerika elitası cəmiyyətin sağlam olduğuna inanır. Hər şeyi guya Tramp və ruslar korlayırlar. Trampı çıxarsanız və "Rusiya izi"ni ləğv etsəniz, ölkə normala qayıdacaq. Ancaq şəhərlərdə baş verən iğtişaşlar bu normallığın çoxdan olmadığını göstərir. Heç kim ciddi islahatlara ehtiyac olduğunu qəbul etmir", - Suslov deyir.

Politoloqun fikrincə, Raysın çıxışını seçki kampaniyasına uyğun qəbul etmək lazımdır:

"Güman edə bilərik ki, keçmiş rəsmi Co Baydenin növbəti prezident olacağı təqdirdə onun komandasına qoşulmağı planlaşdırır. Moskvaya qarşı ittihamlar isə Kremllə birgə hərəkət etdiyi iddia edilən Trampa qarşı demokratların təzyiqinin davamıdır".

Suslov Baydenin qələbəsinin daha bir "Rusiya işi"nin başlamasına səbəb olacağını istisna etmir.

"Amerikalılar dərhal Moskvanı seçkiyə təsir etmək niyyətində günahlandırdılar. İndi bu daha da artıb. Demokratlar Minneapolisdəki talanlara görə sanksiya təklif edə bilərlər. Bayden ümumiyyətlə Moskvanı Amerika cəmiyyətini məhv etməkdə ittiham edə bilər və bunu seçki tezislərindən birinə çevirə bilər," - politoloq proqnozlaşdırır.

Ekspertin fikrincə, xarici düşmən axtarışı nə Rusiya-Amerika münasibətlərinə, nə də beynəlxalq təhlükəsizlik sisteminə yaxşı təsir göstərəcək. Üstəlik, adi ideoloji stereotiplərdən istifadə cəhdi Amerikanın özü üçün təhlükəlidir: nəticədə etirazlar, habelə onlara səbəb olmuş problemlər realdır. "Rusiya izi"nə eyham vurmaqla isə heç bir şeyi həll edilməyəcək.

30
Əlaqədar
Qaradərilinin ölümü ilə əlaqədar aksiyalar ABŞ-dan Kanadaya sıçradı
Etiraz aksiyaları koronavirusu yaya bilər – Minnesota qubernatoru narahatlığını bildirdi
İğtişaş paytaxta da çatdı: Mağazalar və ofislər...
"Yəqin ki, bu, ruslardır": Amerikanın "reallıq pultu" sındırılıb
Senator: Rusiyanın ABŞ-dakı etirazlarda iştirakı barədə deyilənlər feykdir
Rusiyanın hərbi polisi Suriyanın şimalında Hələb vilayətində

Rusiya Suriyada hərbi bazalarını genişləndirir. Məqsəd?

31
(Yenilənib 19:08 02.06.2020)
Suriyada əməliyyat məkanının genişlənməsi Rusiyaya regionda vəziyyətin dəyişməsinə daha da səmərəli reaksiya verməyə imkan verəcək

BAKI, 2 iyun — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya Suriyadakı hərbi bazaların ərazisini artırmaqla beynəlxalq mövqelərini möhkəmləndirir, Aralıq dənizi və Yaxın Şərqdə konstruktiv təsir imkanlarını artırır.

Mayın 29-da Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə suriyalı nümayəndələrlə əlavə daşınmaz əmlak və su sahələrinin Rusiya hərbi bazalarına verilməsi ilə bağlı danışıqlar aparmaq barədə göstəriş verib. Suriya tərəfi ilə razılığa gələndən sonra bu qurumlar sənədi Rusiyanın adından imzalamalıdır. Bu, impulsiv bir qərar deyil, müəyyən edilmiş strategiyanın davamı və taktikanın inkişafıdır – vəziyyətə və beynəlxalq hüquqa tam uyğun olaraq.

Zamanın çağırışlarına cavab olaraq, Rusiya Aralıq dənizi və Yaxın Şərqdə hərbi-siyasi təsirini artırmalı və Suriyadakı hərbi kontingentini onilliklər boyu qoruyub saxlamalıdır – ilk növbədə, beynəlxalq sabitliyi qorumaq üçün. Bu gün İran qoşunlarının böyük bir hissəsinin ölkədən çıxarılmasından sonra Rusiya qoşunları Suriya torpağında terror təşkilatlarına qarşı uğurla və legitim şəkildə mübarizə aparan yeganə xarici qüvvə olaraq qalır. Taktiki baxımdan Rusiya hərbi obyektlərinin ərazi genişlənməsi Tartusda, Xmeymimdə və ola bilsin ki, ərəb respublikasının digər nöqtələrində təhlükəsizlik perimetrinin etibarlı təmin edilməsi üçün zəruridir.

Suriyada Rusiyanın iki iri hərbi obyekti – Xmeymim aviabazası (burada Rusiyanın aviasiya qrupu müddətsiz yerləşib) və Tartus maddi-texniki təminat məntəqəsi fəaliyyət göstərir. Xatırladım ki, Dəməşqin rəsmi xahişi ilə 2015-ci ilin sentyabrında Xmeymimdə Rusiya Aerokosmik Qüvvələrinin aviasiya qrupu yaradılıb və İŞİD terrorçu qruplaşmasına qarşı hərbi əməliyyat başlayıb. 2017-ci ildə Moskva və Dəməşq daha bir sənəd imzalayıblar və bu sənədə əsasən, Tartusda 11 ədəd Rusiya gəmisi (nüvə reaktorlu sualtı qayıqlar da daxil olmaqla) yerləşə bilər və limanın gəmi təmiri imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Regional sabitlik

Şübhəsiz ki, Suriya Rusiyanın öz ərazisində – quruda və dənizdə hərbi mövcudluğunun genişləndirilməsini dəstəkləyir. Suriyanın Rusiya ilə qarşılıqlı əlaqəsi həyatın bütün sahələrində sülhə və sabitliyə aparan yoldur və bunu regional oyunçular da çox gözəl başa düşürlər.

Digər tərəfdən, Aralıq dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasının olması və Amerika qoşunlarının Suriyanın ayrı-ayrı neft hasilatı rayonlarını tutması hərbi-siyasi turbulentliyin və təhlükəsizliyə təhdidin mənbəyi kimi çıxış edir.

İyunun 1-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Suriyadakı Rusiya hərbi obyektlərinin yerləşdiyi ərazilər yaxınlığında ABŞ tərəfindən hava kəşfiyyatının aparılmasını aqressiv və razılaşmalara zidd adlandırıb. Elə bir həftə olmur ki, Rusiyanın Su-35 təyyarələri ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasına məxsus kəşfiyyatçı təyyarələrin qarşısını kəsməsin. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, mayda 17 belə epizod baş verib. Bütün hallarda Rusiya aviasiyasının uçuşları hava məkanından istifadənin beynəlxalq qaydalarına uyğun olaraq həyata keçirilib, Su-35 qırıcılarının manevrləri yalnız ABŞ kəşfiyyat təyyarələrinə haraya uçmaq lazım olmadığını işarə edib.

Suriya probleminə toxunan ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri bu günlərdə deyib: "Mənim vəzifəm oranı ruslar üçün bataqlığa çevirməkdir". Rusiyanın hərtərəfli vasitəçiliyi ilə Suriya probleminin nizamlanmasının dördillik müsbət dinamikasını nəzərə alsaq, "bataqlığa çevirmək" məsələsi yaxın perspektivdə çətin ki, reallaşsın. Rusiyanın perspektiv üçün planları son dərəcə aydındır. Prezident Vladimir Putin bir müddət əvvəl bildirib: "Biz regionda öz maraqlarımızı müdafiə etmək üçün oradayıq. Hərbi qulluqçular bizim marağımızda olduğu qədər orada olacaqlar". Güman etmək məntiqlidir ki, yaxın 50 il ərzində Rusiya qoşunlarının çıxarılması planlaşdırılmır, Suriyada əməliyyat məkanının genişlənməsi isə Rusiyaya regionda vəziyyətin dəyişməsinə daha da səmərəli reaksiya verməyə imkan verəcək.

Yeni silah

Əlbəttə ki, Suriya Rusiya silahının sınağı üçün poliqon deyil, amma elə olub ki, məhz Suriya əməliyyatı zamanı qabaqcıl silah nümunələrini yoxlamaq mümkün olub, Rusiya müdafiə sənayesi kompleksinin müəssisələri isə öz məmulatlarını "atəş xəttində" operativ şəkildə təkmilləşdirə biliblər.

Suriya hərbi əməliyyatlar teatrında Rusiyanın Hərbi Dəniz Donanmasının gəmi və sualtı qayıqları ilk dəfə olaraq "Kalibr" qanadlı raketlərini ayrı-ayrılıqda və qruplaşma şəklində Xəzər və Aralıq dənizlərindən terrorçulara qarşı işlədiblər. Rusiyanın uzaqmənzilli aviasiyası Suriyada terrorçulara qarşı ilk dəfə olaraq ən son yüksək dəqiqlikli X-101 raketlərini tətbiq edib.

Suriya Ərəb Respublikasında Su-34 təyyarəsi yüksək effektivliyini sübut edib. Beşinci nəsil Su-57 ağır çox məqsədli qırıcı, yeni T-14 "Armata" tankı, radio-elektron mübarizə sistemləri və digərləri döyüş şəraitində sınaqdan uğurla keçib.

Rusiyanın Suriyadakı ən yeni silahlarının döyüş tətbiqi praktikası potensial xarici alıcıların marağına səbəb olur: Su-34 bombardmançılarını daha da çox ölkə əldə etmək istəyir. Misir, Hindistan, Çin və digər ölkələrlə danışıqlardan sonra Moskva T-14 "Armata" üçün ilkin sifarişləri alıb. Ola bilər ki, Suriya əməliyyatı sonda yalnız qarşılıqlı faydalı (Dəməşq və Moskva üçün) deyil, həm də gəlirli olsun.

Rusiyanın daha bir dəyərli nailiyyəti var. Xüsusi təyinatlı taktikasından, pilotsuz təyyarələrdən və kosmik rabitədən istifadə edən qəddar və fanatik düşmən ilə döyüş zamanı Rusiya qoşunları (gənc mütəxəssislər və yetkin hərbi komandirlər) heç bir təlimdə əldə edilməyən unikal təcrübəni qazanıblar. 2015-ci ildən Suriyaya xeyli sayda rusiyalı hərbçi gedib və onlar real şəraitdə müasir döyüş münaqişəsinin gərginliyini hiss ediblər, kəşfiyyat və rabitənin nə qədər vacib olduğunu dərk ediblər, müxtəlif qüvvələrin və vasitələrin effektivliyini necə təmin etməyi başa düşüblər.

Beləliklə, Rusiyanın sülhün möhkəmləndirilməsi üçün yüksək ixtisaslı mütəxəssislərinin və etibarlı alətlərinin sayı getdikcə artır.

31
Əlaqədar
Rusiya qırıcısı Suriya səmasında ABŞ təyyarəsinin qarşısını kəsib: günahkar kimdir?
“Bumeranq”ın ixrac potensialı – $ 1 mlrd: Rusiya platforması nə ilə unikaldır
Rusiya yeni silahını sınaqdan keçirdi: insana çox az ehtiyacı var
"KamAZ" təkəri üstündə yeriyən “müharibə tanrısı”
Rusiya universal desant gəmiləri tikir: müqaviləni pozan fransızlara meydan oxuyurlar
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Dünənin "qəhrəman"ları bu gün həbs olundular

0
Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb

BAKI, 3 iyun - Sputnik. Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri - Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov və Taleh Baxşıyev saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

0