Turist, arxiv şəkli

Multiplikasiya effekti: karantindən əvvəl onlara ümidimiz böyük idi

57
"Biz inanırıq ki, dövlət bu çətin günlərdə turizm sahəsinə dəymiş ziyana görə bu sahədə çalışan sahibkarları tək qoymayacaq"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. Koronavirus (SARS-CoV-2) pandemiyası bir çox iqtisadi sahələrə mənfi təsir göstərib. Bunlar sırasında ən çox ziyan çəkmiş sektorlar isə turizm, otelçilik və restoran biznesi sahələridir. Bu günlərdə koronavirusdan ziyan çəkmiş sahələrə dövlət dəstəyi məsələsi geniş müzakirə olunur. Bəs görəsən, bu sahələrə dəstək hansı formada edilməlidir ki, həm sahibkarları, həmçinin də orada çalışanları pandemiyanın vurduğu zərərdən qismən də olsa qorumaq mümkün olsun?

Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, artıq turizm sahəsində fəaliyyət göstərən assosiasiyalar tərəfindən bununla bağlı müəyyən təkliflər hazırlanaraq hökumətə təqdim edilib. DAİR Otellər və Restoranlar Assosiasiyasının rəhbəri Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, turizm və qonaqpərvərlik sahələri üzləşdikləri iqtisadi-sosial çətinliklər multiplikasiya effekti yaradaraq sənayedə fəaliyyət göstərən biznes subyektlər arasında, habelə nəqliyyat, ekskursiya xidmətləri, əyləncələr, ticarət, suvenirlər və digər əlaqəli sahələrlə zəncirvari neqativ təsirlərə gətirib çıxardıb.

Onun sözlərinə görə, koronavirus pandemiyasının sahibkarlığa, xüsusilə də kiçik və orta biznes subyektlərinə vurduğu neqativ təsirləri minimuma endirmək məqsədilə dövlət, ictimai qurumlar və özəl sektor nümayəndələri arasında artıq bir sıra real və virtual görüşlər keçirilib, fikir mübadiləsi və müzakirələr aparılıb: "Əminliklə demək olar ki, turizm və qonaqpərvərlik sənayesində çalışan bütün qabaqcıl şirkətlər və sahibkarlar, assosiasiyalar və ictimai birliklər, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Xidməti və digər qurumların nümayəndələrinin iştirakı ilə birgə və ayrı-ayrılıqda keçirilən müzakirələrdə mövcud olan neqativ təsirlər və onları minimuma endirmək yolları geniş şəkildə açıqlanıb.

Aparılan təhlillər və özəl sektoru, o cümlədən turizm və qonaqpərvərlik sahələrində çalışan vətəndaşları dəstəkləyən tədbirlərin realizə edilməsi mümkünlüyünün müzakirələri nəticəsində əldə edilmiş məlumatlara və təcrübələrə istinadən onları belə sıralamaq olar: İlk dəstək mexanizmi kimi turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən müəsissələrdə çalışan işçi qüvvəsinin əmək haqqının dövlət tərəfindən müəyyən edilmiş həddə və müddətdə ödənilməsi, o cümlədən DSMF, icbari sığortaların, digər əməkhaqqı və sosial təminat ilə əlaqəli ödənişlərin müvəqqəti olaraq dayandırılması ola bilər.

Turizm və qonaqpərvərlik sənayesində çalışan və pandemiyanın nəticəsində boşdayanma elan etmiş şirkətlərin əməkdaşlarının mövcud bank kreditlərinin ödənilməsinin müvəqqəti olaraq dayandırılması da qeyd edilir. Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlər və fərdi sahibkarlar üçün sadələşdirilmiş vergi, gəlir vergisi, əmlak vergisi, torpaq vergisi və ƏDV odənilməsinin müvəqqəti olaraq dayandırılması və bu sahədə fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlərin və fərdi sahibkarların biznes obyektlərinin, o cümlədən ofislərin  kommunal, rabitə və internet xərclərinin ödənilməsinin müvəqqəti olaraq dayandırılması, dezinfeksiya işlərinin aparılması üçün ödənişlərin azaldılması və yaxud ləğv edilməsi təklif edilir.

Turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlərin və fərdi sahibkarların biznes obyektlərinin, o cümlədən ofislərin icarə ödənişlərinin azaldılması və yaxud müvəqqəti olaraq dayandırılması, icarə müqavilələrinin şərtlərinə yenidən baxılması da vacibdir. Bu sektorda fəaliyyət göstərən və ən çox neqativ təsirlərlə üzləşmiş şirkətlərin və fərdi sahibkarların mövcud bank kredit faizlərinin ödənişlərinin müvəqqəti olaraq dayandırılması da təkliflər sırasındadır. 

Gələcəkdə sürətli bərpa və inkişaf üçün turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən şirkətlər və fərdi sahibkarlar, eyni zamanda “startup”lar üçün zaminsiz və aşağı faizlə biznes kreditlərin təklif edilməsi, böhranların neqativ təsirlərindən sığortalanmaq, o cümlədən turizm və qonaqpərvərlik sənayesinin bərpasını daha da sürətlə təmin etmək məqsədilə Turizm Fondu yaradılmalıdır. Həmçinin sürətli bərpa və inkişaf üçün viza rüsumlarının azaldılması və yaxud ləğv edilməsi, regionlarda fəaliyyət göstərən beynəlxalq hava limanlarına alternativ və ucuz reyslərin açılması, nağdsız ödənişlərin komissiyalarının aşağı salınması və yaxud ləğv edilməsi, günəmuzd və ştatdan kənar çalışan əməkdaşların ciddi qeydiyyata alınması və onların sosial təminatlarının gücləndirilməsi, ölkənin turizm potensialını təşviq edən marketinq işlərinin gücləndirilməsi, mövsümi çalışan turizm və qonaqpərvərlik obyektlərinin aşağı mövsümdə vergi yükünün yüngülləşdirilməsi, xaricdən cəlb edilən mütəxəssislərin miqrasiya prosedurlarının sərtləşdirilməsi və bununla yerli mütəxəssislərə üstünlüyün verilməsi də təkliflər sırasındadır".

S.Dübəndi deyir ki, dövlət qurumları ilə aparılan müzakirələr zamanı söylənmiş fikirlər və son günlərdə KİV vasitəsilə yayılan xəbərlər onu göstərir ki, koronavirus pandemiyasının turizm və qonaqpərvərlik sənayesinə göstərdiyi neqativ təsirləri minimuma endirmək məqsədilə dövlət müxtəlif dəstəkləyici tədbirlər paketləri hazırlayır və yaxın günlərdə bunlar ictimaiyyət üçün açıqlanacaq:

 "DAİR Otellər və Restoranlar Assosiasiyası yaranmış vəziyyətdə hamını təmkinli olmağa, korporativ sosial məsuliyyət və ictimai həmrəylik nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin qaydalarına ciddi riayət etməyə, sənayenin bu çətin sınaqlardan tezliklə çıxmasına nail olmaq məqsədilə İlham Əliyevin çağırışlarına dəstək olmağa və onun ətrafında birləşməyə çağırır. Assosiasiyanın İdarə Heyətinin  keçirilən növbədən kənar və onlayn iclasında yuxarıda qeyd edilən məsələlər bir daha müzakirə edilib, böhrandan sonrakı dövrdə sənayenin daha da sürətlə inkişafına nail olmaq məqsədilə ictimai qurumların və peşəkar birliklərin fəaliyyətinə dəstək olmaq və onların təcrübəsindən daha da səmərəli istifadə etmək üçün turizm və qonaqpərvərlik sənayesinin yeni çağırışlara cavab verməsini təmin etmək, onun diversifikasiyası istiqamətində işləri və layihələri birgə görməyin olduqca vacibliyi qeyd edilib".

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, artıq turizm, otelçilik sahəsinə pandemiyanın vurduğu ziyanla bağlı Assosiasiyaya daxil olan şirkətlərlə birgə təkliflər hazırlanıb: "Bu təkliflər sırasında bir çox  dəstək xarakterli məsələlər yer alıb. Buraya turizm sahəsinə ayrılan kreditlərin dondurulması, bu sektorda çalışanların əmək haqlarının ödənilməsinə dövlət dəstəyi və sair məsələlər öz əksini tapıb. Biz inanırıq ki, dövlət bu çətin günlərdə turizm sahəsinə dəymiş ziyana görə bu sahədə çalışan sahibkarları tək qoymayacaq. İmkan daxilində öz dəstəyini göstərəcək".

57
Əlaqədar
Hələlik, arzum, xoş gördük, pulum: baş tutmayan səfərlərlə bağlı təskinlik
Koronavirusun turizmi çökdürməməsi üçün tövsiyələr hazırlanıb
Xaricdəki azərbaycanlıların etirafları: "Qorxuram, təyyarədə kimisə yoluxduraram"
Biznesmenlərə nömrə qoydular: koronavirusa görə
Əli Əsədov Tədbirlər Planını təsdiqlədi
Minneapolisdə etirazlar

"Yəqin ki, bu, ruslardır": Amerikanın "reallıq pultu" sındırılıb

16
Əsas zarafat ondan ibarətdir ki, reallıqda heç bir xoşbəxt sonluq yoxdur, reallıqda final titrləri olmur, reallıqda istənilən qələbə müvəqqəti olur və onun arxasınca həmişə yeni fəsil başlayır.

BAKI, 1 iyun — Sputnik, Viktor Maraxovski. CNN hazırda ABŞ-da baş verən iğtişaşlarda "çox güman ki" Rusiya agentlərinin də iştirak etdiyini iddia edib.

Bir qədər öncə həmin telekanalın ekspertlərdən biri iğtişaşlarda "rusiyalı agentlərin" iştirak ehtimalını irəli sürüb. Donald Tramp isə şəxsən xüsusi olaraq öz "Twitter" səhifəsində həmin eksperti ələ salıb.

Xatırladaq ki, son vaxtlara qədər Prezident Trampla Amerikanın ən nüfuzlu telekanallarından biri olan CNN arasında münasibətlər, ümumiyyətlə, İran və İsrail arasında olan münasibətlərdən də pis olub. 2016-cı ildə CNN Trampın prezident olmaması üçün hər şeyi edib və sonra "Russiagate" məsələsinin şişirdilməsi üçün əlindən gələni edib. Tramp isə öz növbəsində CNN-ni məhz "saxta xəbər CNN" adlandırır və kanalın reytinqlərinin düşməsinə sevinərək açıq şəkildə ona nifrətini ifadə edir.

Yeri gəlmişkən, Atlanta şəhərində iğtişaş iştirakçılarının yolüstü CNN-in mənzil-qərargahına hücum etmələri, binanın şüşələrini sındırmaları və əllərinə keçəni dağıtmaları xəbəri Amerika prezidentinə ayrıca məmnunluq verib. Tramp vəziyyətin "istehzalı" olduğunu qeyd edib: etirazçılar onların hərəkətlərini dəstəkləyən və haqlı çıxaran kanalın binasını talan ediblər.

İndi isə ən maraqlısı. İş burasındadır ki, bu gün CNN-in ad günüdür, yubileyidir – onun 40 yaşı tamam olur.

Minneapolisdə etirazlar
© REUTERS / Carlos Barria

Bu kanalın əvvəldən nə olduğu və indi nəyə çevrildiyi, ümumiyyətlə, Amerikanın dünya liderliyinin tarixini bizə açıq şəkildə izah edir.

40 il əvvəl gənc mediamaqnat Ted Törner tarixdə ilk dəfə olaraq xəbərləri fasiləsiz gecə-gündüz birbaşa kabel vasitəsilə abonentlərə çatdıran şəbəkəni yaradıb. Bu, informasiya biznesində irəliləyiş və inqilab olub.

1980-cı ildə bu sıçrayışa o qədər də çox əhəmiyyət vermirdilər — çünki Qərbin və xüsusilə Amerikanın elm və biznesdə, siyasət və sosial texnologiyalarda inqilabları bir-birinin ardınca gəlirdi. Törner fasiləsiz xəbər xidmətini yaradır, sonrakı il NASA səkkiz nəfər ekipajlı çoxistifadəli pilotlu kosmik gəmisini buraxır, həmin il IBM ilk şəxsi kompüterlərin satışına başlayır, növbədə isə mobil telefon dayanır, onun arxasınca isə gələcəyin kralı İnternet gəlir.

O vaxtlar Amerikanın özü XX əsrin ruhunu ifadə edirdi. CNN isə Amerikanın reallığa təsir alətinə çevrilmişdi. Kanal bütün gücünü planetin tilsimlənmiş kimi izlədiyi "Körfəz müharibəsi" adlı böyük şou zamanı tam göstərdi. Gözlərimiz qarşısında texnoloji baxımdan üstün olan Amerika təyyarələri Avrasiyanın ən güclü ordularından birinin müqavimətini qırdılar. O zaman dünyanın izlədiyi şou yer kürəsi əhalisinin qəlbində əminlik yaratdı ki, ABŞ yenilməzdir, bəşəriyyətin qalan hissəsindən müəyyən keyfiyyət fərqi olan bir gücdür. Dünyanın qalan hissəsi sadəcə ABŞ-ın quyruğunda gəzməyə, ABŞ-ı qıcıqlandırmamağa, ABŞ-a itaət etməyə və onun yumşaqlığına ümid etməyə məhkumdur.

ABŞ-da polis əməkdaşı, arxiv şəkli
© AFP 2020 / ANDREW CABALLERO-REYNOLDS

İraqın hərbi qüdrətinin ardınca Sovet İttifaqının da planetin xəritəsindən yoxa çıxması müəyyən mənada ABŞ üçün XX əsrin xoşbəxt sonluqla bitməsi demək idi. Bu qələbənin qeyd-şərtsiz qəhrəmanlarından biri olan Ted Törnerə yalnız Ceyn Fonda səviyyəsində olan Hollivud ulduzu ilə evlənmək və onunla günbatan tərəfə getmək qalırdı. Törner də elə bunu etdi.

... Amma əsas zarafat ondan ibarətdir ki, reallıqda heç bir xoşbəxt sonluq yoxdur, reallıqda final titrləri olmur, reallıqda istənilən qələbə müvəqqəti olur və onun arxasınca həmişə yeni fəsil başlayır.

XX əsrdə dünyanı fəth etmiş Amerika bəlkə də məhz xoşbəxt sonluq sindromuna tutulub. Yəni, o, həqiqətən də inanıb ki, insan tarixində final titrlər başlayıb və heç bir sikvel gözlənilmir.

Maraqlıdır ki, SSRİ-nin süqutundan dərhal sonra Amerika dövlət təşkilatları "Rusiya üzrə mütəxəssis" təlimini o saat dayandırdılar: "olmayan və heç vaxt olmayacaq bir şey üçün mütəxəssislər nəyimizə lazımdır?"

Amerikanın "reallıq pultu" olan CNN, Hollivud, "rəngli texnologiyalar" və artıq yeni əsrdə "Facebook" və "Twitter" də həmin bu sindromun qurbanı oldular.

Ancaq reallıq öz sözünü yenə dedi — ona nə qədər təzyiq etsən də, o, intiqam almaq üçün bir yol tapacaq.

"CNN-in dünyası" 2016-cı ildə dağıldı — Trampın seçkilərdə qazanması ilə. Bu, Amerikada "dərin dövlət" adlandırılan qrup üçün arzuolunmaz namizədin qələbəsindən də pis idi. Bu, "xoşbəxt sonluq dövrü" ideyasının əsaslarına, idarə olunan reallıq ideyasına, CNN və "The New York Times" ittifaqının yenilməzliyi haqqında təsəvvürlərə vurulmuş güclü zərbə idi.

Yeri gəlmişkən, bəlkə də, məhz buna görə də "dərin dövlət" prinsipcə, reallığın pultla tam idarə olunduğu inamından əl çəkməyərək, seçkilərdə rusların sehrli əlinin olduğuna dair iddianı ortaya atdı.

"Ruslar pultu sındırdılar — buna görə də biz uduzduq."

Bu versiyanın əsas media təbliğatçısı da elə CNN oldu.

...Yeri gəlmişkən. İndi, Amerikanın 30 böyük şəhərini iğtişaşların bürüdüyü bir vaxtda dünya eks-hegemonunun ərazisində "media" və real gerçəklik arasında münasibətlərin necə inkişaf edəcəyini təsəvvür edə bilərik.

Bir versiya var ki, təxminən elə bu cür də olacaq. Məsələ məhz ondan ibarətdir ki, əsl "dünyanın sonu" və əsl xoşbəxt sonluq olmur. Apokalipsis mütləq ölümcül olmalı deyil. Bəlkə də bu, sadəcə qlobal siyasi-iqtisadi və çox güman ki, güc liderliyinin itirilməsidir. Bu, yalnız ölkənin uğursuz hissələrinin bir növ "üçüncü dünya"ya çevrilməsidir (ABŞ-da 40000000 işsiz var və bu, son hədd deyil). Bu, cəmiyyətin parçalanması və ölkənin yoxsul ərazilərə və zəngin təcrid olunmuş adalara bölünməsidir. Hansısa şəhərlərin çətinliklə qarnını doydurmağa çalışdığı bir vaxtda, haradasa böyük büdcələrə başgicəlləndirici blokbasterlər çəkiləcək.

Sadəcə, CNN-in təsisçisi, 81 yaşlı Törnerin xatırladığı Amerika daha olmayacaq.

16
Özüyeriyən artilleriya qurğusu (ÖAQ) Коалиция-СВnin, arxiv şəkli

"KamAZ" təkəri üstündə yeriyən “müharibə tanrısı”

278
(Yenilənib 10:14 30.05.2020)
«Коалиция-СВ» artilleriya sistemi uzun mənzili və yüksək atəş dəqiqliyi ilə seçilən qabaqcıl xarici analoqlara cavab olaraq yaradılıb

BAKI, 30 may — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Artilleriya – müharibənin allahıdır, ona görə də Rusiyada tək məbədlər tikmir, eləcə də dünyanın ən yaxşı haubitsalarını düzəldirlər. Nijeqorod vilayətindəki poliqonda 152 mm kalibrli özüyeriyən artilleriya qurğusu (ÖAQ) «Коалиция-СВ»nin “KamAZ-6550” avtomobili bazasında təkərli modifikasiyasının sınaqları keçib.

Təptəzə «Коалиция-СВ» haubitsalarının sınaq partiyası mayın sonunda Rusiya ordusunun sərəncamına verilib. Qurğu T-90 tankının platformasına bərkidilib və 70 km uzaqlıqdakı yerüstü hədəflərin – komanda məntəqələrinin, rabitə qovşaqlarının, artilleriya və minaatan batareyaların, zirehli texnikanın, HHM-RƏM vasitələrinin,  düşmənin canlı qüvvəsinin - vurulması üçün nəzərdə tutulub. Hazırda dünyada bu haubitsanın analoqu yoxdur. Demək olar ki, eyni zamanda “Uralvaqonzavod” ÖAQ-ın “KamAZ-6550” avtomobilinin bazasında hərəkət və atəş sınaqlarını keçirməyə başladı. Sınaqların cari ildə başa çatdırılması nəzərdə tutulur, bundan sonra isə haubitsanın təkərli modifikasiyasının seriya istehsalına başlanması haqda qərar veriləcək.

Orduda təkərli «Коалиция-СВ» ÖAQ-ın peyda olması presedent yaradacaq (hazırda Rusiyada bu tipli haubitsa yoxdur) və topçuların hərbi məsələləri həll etmək üçün konkret şəraitdən asılı olaraq “Коалиция”nın təkərli və ya tırtıllı variantını seçmək imkanı olacaq. Tırtıllı analoqları ilə müqayisədə dördoxlu “KamAZ” şassi sisteminin öz üstünlükləri var – mobillik, yol örtüyünü dağıtmadan ümumi istifadədə olan avtonəqliyyat magistrallarından istifadə etmək imkanı, kifayət qədər böyük gediş ehtiyatı (tırtıllı platformanın 5000 km-lik resursu təkərli texnika üçün sadəcə sınaq reysidir).

İstehsalçı müəssisənin baş direktoru Dmitri Semizorov bu barədə demişdi: “”Коалиция” – gələcəyin maşınıdır. O, hətta günü bu gün də zamanı qabaqlayır”. Ola bilsin ki, təkərli yeni ÖAQ daha da irəli gedəcək. Və çox güman ki, hətta xarici alıcıları da cəlb edəcək. Məsələn, 155 mm kalibrli, «Краснополь-М» mərmiləri və onların eyni kalibrli xarici analoqları ilə atəş açan əvvəlki özüyeriyən «Мста-С» nəsil haubitsasının ixrac modifikasiyasının qiyməti 1.6 milyon dollardır. Əbu-Dabidəki IDEX-93 sərgisində «Мста-С» əzici üstünlük nümayiş elətdirdi: 15 km uzaqlığa atılan 40 «Краснополь» mərmisindən 38-i hədəfi vurdu. «Коалиция-СВ» daha mükəmməl olduğundan onun Rusiya ordusunda və beynəlxalq silah bazarında gözəl gələcəyinə təminat vermək olar.

Yeni nəsil

«Коалиция-СВ» artilleriya sistemi «Мста-С» ÖAQ-nin (tırtıllı şassi) xələfidir və nəhəng atış gücünü də ondan alıb. «Коалиции-СВ»nin 152 mm kalibrli topu dəqiqədə 10-dan çox atış edə bilir, bu isə ən yaxşı xarici qurğular da daxil olmaqla analoji artilleriya sistemlərinin atış sayından çoxdur.

Məsələn, Amerikanın daha çox insanı əhatə edən heyətinə malik М109А6 Paladin ÖAQ dəqiqədə cəmi 6 atış edə bilir. «Коалиции-СВ»nin yüksək atış tempini isə onun doldurulma mexanizminin tam müstəqil avtomat rejimli olması təmin edir. Bütün barıtın eyni zamanda “alışdırılmasının” mikrodalğalı sistemi də vacib rol oynayır. 

Yeni haubitsaya üç mütəxəssis xidmət edir: sürücü-mexanik, komandir və tuşlayıcı operator («Мста-С» ÖAQ-nin heyətində isə beş nəfər var). Üstəlik onun artilleriya qülləsində adam olmur, heyət zirehli kapsulda yerləşir. Konstruktiv həll “Armata”nı xatırladır və 48 ton döyüş kütləsinə malik ÖAQ tankın hərəkiliyini özündə saxlayır.

Ən yeni artilleriya sisteminin tırtıllı və təkərli variantı unifikasiya olunmuş döyüş bölməsinə - tam dönən qülləyə və 152 mm-lik kəsik 2A88 haubitsasına – malikdir. ÖAQ cəbbəxanasının tərkibinə eləcə də uzaqdan idarə oluna bilən, 12.7 mm kalibrli pulemyotu olan qüllə qurğusu da daxildir. Komandirlə tuşlayıcının iş yerləri rəqəmsal displeylə təchiz olunub, taktiki həlqənin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə inteqrasiya olunub. Bu, heyətə mövcud idarə konturunda səmərəli davranmağa, müxtəlif mənbələrdən rəqəmsal rabitə kanalları ilə göstərişlər almağa, ərazini daimi müşahidə altında saxlamağa, istənilən hava şəraitində atəş açmaq və onu korrektə etmək üçün avtonom hesablamalar aparmağa imlan verir. Xarici məlumatlar göyərtədəki məlumat-komanda sistemi tərəfindən emal olunur və sistem atəş və döyüş sursatlarının idarə olunması barədə məlumatları əks etdirir.

Atəş xarakteristikalarına görə  «Коалиция-СВ» bütün yerli və xarici istehsal olan seriya ÖAQ-lərdən üstündür. Bu potensialla ən yeni haubitsa perspektivdə Rusiya Quru Qoşunlarındakı  bütün 152 mm-lik «Мста-С» və yedəyə alınan «Мста-Б» qurğularını əvəz edəcək.

«Коалиция-СВ» artilleriya sistemi Nijeqorod “Uralvaqonzavod” konserninə daxil Nijeqorod “Burevestnik” Mərkəzi Elmi-Texniki İnstitutu tərəfindən işlənib hazırlanıb. İlk dəfə geniş kütləyə 2015-ci il mayın 9-da Moskvada Qələbə paradında nümayiş olunub. 2017-ci ilin sentyabrında isə Rusiya Müdafiə Nazirliyi ən yeni «Коалиция-СВ» ÖAQ-nin sınaq partiyasının, 2020-ci ildə isə seriya nümunələrinin tədarükü üçün müqavilə imzalayıb. Ən yeni «Коалиция-СВ» haubitsasının iki modifikasiyası gələcəyin silahıdır və onun əvvəlcədən, yəni elə bu gün əldə edilməsi daha məqsədəuyğundur. Ola bilsin ki, yaxın gələcəkdə onun üçüncü – gəmi versiyası da peyda olsun və o zaman piyada sistemi dəniz platformasına ayaq basacaq.

Yüksək dəqiqlikli döyüş sursatı

«Коалиция-СВ» atış mənzilinin uzaqlığına görə (70 km-dək) analoqlarını iki dəfə üstələyir. Məsələn, 2012-ci ildə ordunun sərəncamına verilmiş Rusiyanın «Мста-С» - 2С19М2 ÖAQ hədəfi aktiv reaktiv qəlpəli fuqas mərmisi ilə maksimum 30 km aralıdan vura bilir. Almanların möhtəşəm PZH 2000 haubitsası bir dəfə Cənubi Afrikada xüsusi reaktiv V-LAP mərmisini 56 km uzaqlığa göndərə bilmişdi, amma adi rejimdə onun da atış mənzili 30 km-i aşmır.

Mənzil uzaq olarkən yüksək dəqiqlik də vaciblik qazanır. «Краснополь-М» - ən uğurlu korrektə oluna bilən artilleriya döyüş sursatlarından biridir, amma o, imkanların son həddi deyil. Yeni idarəolunan mərmilərin istifadəsi sayəsində  «Коалиция» Rusiya ordusunda ilk yüksək dəqiqlikli artilleriya sistemi olacaq. Standart xətt hərbi sursatlarının dövlət sınaqları 2021-ci ildə başa çatacaq. Yeni texnoloji üfüqlər adamı heyran edir. 

Tulanın Cihazqayırma konstruktor bürosu “bir atışlıq” çox dəqiq və güclü qəlpəli fuqas döyüş sursatı işləyib hazırlayıb. Hər bir belə 152 mm-lik mərmi təxminən 50 min dollardır, ancaq düşmənin uzunmüddətli müdafiə nöqtəsinə, bunkerinə və ya digər möhkəmləndirilmiş obyektinə dəyərkən ikinci atəşə ehtiyac qalmır. Yarımaktiv başlıq lazer şüası ilə operator və ya pilotsuz aparat vasitəsilə yönləndirilir.

Daha bir “ağıllı” sursat Moskvanın “Kompas” konstruktor bürosunda yaradılıb. 152 mm-lik mərmi başlığı və atış zamanı qatlanaraq uçuşun istiqamətini korrektə edən aerodinamik sükanlar sisteminə malik ГЛОНАСС naviqasiya modulu əvvəlcədən məlum koordinatdakı hədəfi yüksək dəqiqliklə vurur. Dairəvi mümkün sapma 10 m-i keçmir (adətən 152 mm-lik mərmi uzun mənzilli atış zamanı 100 m kənara sapa bilər). “Kompas” KB-nin layihəsi artıq cəbbəxanada mövcud olan mərmiləri modernləşdirməyə imkan verir. Baza artilleriya mərmisinin idarəolunan mərmiyə çevrilməsinin qiyməti təxminən 1000 dollardır. Müqayisə üçün, Amerikanın bir ədəd 155 mm-lik idarəolunan Excalibur mərmisi 80 min dollara başa gəlir.

Yeni silahların işlənib hazırlanmasında RF üçün prioritet milli təhlükəsizliyin etibarlı təminatı, tərəfdaşlara və adekvat partnyorlara hərbi-texniki yardımdır. «Коалиция-СВ» artilleriya sistemi uzun mənzili və yüksək atəş dəqiqliyi ilə seçilən qabaqcıl xarici analoqlara cavab olaraq yaradılıb. Rusiya layihəsi ən müasir həlləri, texnologiya və komponentləri inteqrasiya edib ki, bu da döyüş və istismar xarakteristikalarının əla ahəngini əldə etməyə imkan verib. Ancaq və ancaq sülhün və beynəlxalq sabitliyin bərqərar olması üçün.

278
Əlaqədar
Rusiyanın Hərbi-Dəniz Donanması necə dəyişəcək - "Borey-A" və "Yasen-M" gəlir
Bu "Sirkon" Rusiyanın rəqiblərinə baha oturacaq: onu uçuş zamanı heç nə vura bilməz
100 milyon dollarlıq paradoks və ya F-35-in quyruğu niyə qopur
Rusiya Qara dənizə tam nəzarət edir
Rusiyanın beşinci nəsil qırıcıları sınaqlardan üzüağ çıxıb
Xəstəyə iynə vurulması, arxiv şəkli

Əlli hərbçi dünyanı xilas etməyə razılıq verdi: Rusiya təhlükəli sınağa başlayır

29
(Yenilənib 11:55 02.06.2020)
Kliniki sınaqlar Nazirliyin Mərkəzi Elmi-Araşdırma İnstitutunun 48-ci bazasında keçiriləcək. Qeyd edək ki, daha əvvəl bu bazada Ebola virusu və Yaxın Şərq sindromuna qarşı sınaqlar da keçirilib

BAKI, 2 iyun — Sputnik. Rusiya Müdafiə Nazirliyi yerli unikal koronavirus əleyhinə vaksininin kliniki sınaqlarının həyata keçirilməsi üçün könüllüləri seçib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Məlumata əsasən, bu məqsədlə 50 hərbçi seçilib ki, onlardan da 5-i qadındır. Onlar müvafiq müayinə və testlərdən keçiblər.

Kliniki sınaqların Nazirliyin Mərkəzi Elmi-Araşdırma İnstitutunun 48-ci bazasında keçiriləcək. Qeyd edək ki, daha əvvəl bu bazada Ebola virusu və Yaxın Şərq sindromuna qarşı sınaqlar da keçirilib.

Könüllü hərbçilərdən ibarət qrup sınaq üçün iyunun üçündə bazaya gələcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,2 milyonu keçib, 375 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

29
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
ÜST Trampı yalançı çıxardı - COVID-19 peyvəndi ilin sonuna hazır olmayacaq
Azərbaycanlı alim koronavirusla bağlı bütün həqiqətləri açıqladı
Koronavirusun fəsadlarının dərmanı dənizdən “çıxdı”
Peyvənddən imtina edənləri cərimələyəcəklər
Virusa yoluxub sağalmısınızsa, çox sevinməyin - Hər şey daha kəskin şəkildə qayıda bilər