Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qərb faşizm üzərində Qələbədə SSRİ-nin rolunu danır: Azərbaycan bu fikrə qatılmır

© Sputnik / Olga Ignatovich / Mediabanka keçidОсвобождение советскими войсками узников немецко-фашистского концлагеря "Аушвиц-Биркенау" - Освенцим (Польша), фото из архива
Освобождение советскими войсками узников немецко-фашистского концлагеря Аушвиц-Биркенау - Освенцим (Польша), фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tofiq Abbasov: "Sovet qoşunları faşistlərdən təkcə öz ölkəsini deyil, Polşanı, Rumıniyanı və Çexoslavakiyanı da azad edib"

BAKI, 21 fevral — Sputnik. Böyük Vətən Müharibəsini keçmiş xalqlar yaxşı bilirlər ki, faşist Almaniyası üzərində Qələbəyə əsas töhfəni məhz Sovet İttifaqı verib. Bu sözləri Sputnik Azərbaycan-a politoloq Tofiq Abbasov deyib.

1945-ci ilin fevralında Polşa 1-ci Belarusiya Cəbhəsi və 1-ci Polşa Qoşun qüvvələri tərəfindən faşist qoşunlarından azad edilib. Bundan bir qədər əvvəl - yanvarın 27-də isə Osvensim azad edilib.

Tofiq Abbasov hesab edir ki, Böyük Vətən Müharibəsinin tarixi hazırda qəsdən yenidən yazılır. Və "Sıravi Rayanın xilas edilməsi" filmi İkinci Dünya Müharibəsinin son mərhələsində baş verən hadisələrə yenidən baxılması üçün hazırlanmış ilk yoxlama testi idi.

Концентрационный лагерь в Освенциме, Польша - Sputnik Azərbaycan
TƏHLİL
Osvensimi kim azad edib və Polşada bu barədə nə düşünürlər?

Politoloqun sözlərinə görə, baxmayaraq ki, bu gün diqqəti əsas hədəfdən yayındırmağa çalışırlar, faşistlərin əlindən zərər çəkən xalqlar Hitlerin qoşunlarının Sovet İttifaqı ərazisindən qovulmasında, habelə Şərqi Avropanın azad edilməsində əsas yükün Qızıl Ordu tərəfindən daşındığını yaxşı bilirlər.

Sputnik Azərbaycan-ın həmsöhbəti xatırladıb ki, Tehran, Yalta və Potsdam konfranslarında "böyük üçlüy"ün (SSRİ, ABŞ və Böyük Britaniya) liderləri Hitler rejiminin axırına çıxmaq məqsədilə öz fəaliyyətlərini koordinasiya etmişdilər. Onlar həmçinin müharibədən sonra dünyada nizam-intizamı necə bərpa edəcəklərini müzakirə ediblər. Bu müharibə başa çatandan sonra amerikalılar və ingilislər "soyuq müharibə"nin əsasını qoymağa başlayıblar.

"Osvensimin azad edilməsində sovet qoşunlarının böyük xidmət göstərdiyinə şübhə yoxdur. Hitler qüvvələrinin Osvensimdə qurduğu "ölüm maşını" günahsız insanların məhv edilməsini intensivləşdirdi. Qızıl Ordunun qoşunları yaxınlaşdıqca Hitlerin cəlladları əsirlikdə olan insanların məhv edilmə tempini bir o qədər artırdılar", - deyən Abbasov qeyd edib ki, belə şəraitdə sovet rəhbərliyi üçün insanların azad edilməsi məsələsi artıq humanitar məsələyə çevrilmişdi: bu "ölüm düşərgəsi"ni mühasirəyə almaq və mümkün qədər orada olanların hamısını xilas etmək.

Politoloqun sözlərinə görə, indiyə qədər sovet qoşunları tərəfindən azad edilmiş Osvensimdə əsir olmuş şəxslərdən yaşayanlar var. Və onlarda Qızıl Ordu qoşunlarının Osvensimin azad edilməsində böyük xidmətləri olduğunu sübut edən təkzibedilməz faktlar var. Öz növbəsində Osvensimin faşistlərdən azad edilməsində 1-ci Belarusiya Cəbhəsi və 1-ci Polşa Qoşun qüvvələri də iştirak ediblər.

"Daha sonra tarixçilər və tədqiqatçılar dəhşət içində suallar verirdilər: niyə həmin vaxtlar alman şəhərləri üzərindən sərbəst şəkildə uçan ABŞ və Böyük Britaniya aviasiyası insanların ölüm düşərgələrində məhvinə xidmət edən dəmir yolları şəbəkəsini bombalamaq barədə düşünmədi. Axı amerikalılar və ingilislər bu düşərgələrdə nə baş verdiyini çox gözəl bilirdilər. Ancaq onlar yalnız bu düşərgələrin ətraflarında uçuşmağı üstün tutdular", - Abbasov deyib.

"Bu gün Qərbdə Böyük Vətən Müharibəsi tarixini yenidən yazanlar bütün bunların unudulduğunu düşünə bilərlər. Ancaq bu belə deyil. Heç nə unudulmayıb. Postsovet məkanında hələ də bütün bu dəhşətləri görmüş insanlardan yaşayanlar var. Onların əllərində Osvensimin Qızıl Ordu qoşunları tərəfindən azad edildiyini sübut edən və heç bir şübhə doğurmayan çoxlu faktlar mövcuddur", - deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib.

Abbasov həmçinin xatırladıb ki, Böyük Vətən Müharibəsi cəbhəsində 600 min azərbaycanlı vuruşub və onların hamısı faşizmlə mübarizəni öz vətəndaşlıq borcu hesab ediblər.

Politoloq qeyd edib ki, bu günə qədər Azərbaycanda sovet döyüşçülərinin abidələri qorunur. Ölkə vətəndaşları Böyük Vətən Müharibəsi zamanı cəbhələrdə can qoyan insanları böyük minnətdarlıq və ehtiramla xatırlayırlar.

Həmsöhbətimiz əlavə edib ki, sovet qoşunları təkcə öz ölkələrini deyil, Polşa, Rumıniya, Çexoslovakiyanı da faşistlərdən azad ediblər. Lakin SSRİ süqut edəndən sonra kimsə qəfildən düşünüb ki, Böyük Vətən Müharibəsi tarixini yenidən yazmaq və Sovet İttifaqını qaliblər sırasından çıxarmağın vaxtı gəlib. Ancaq onlar bu uğura imza ata bilməyəcəklər, çünki bu müharibədən keçən xalqlar Sovet İttifaqının faşist Almaniyası üzərində Qələbəyə əsas töhfəni verdiyini yaxşı bilirlər.

Xəbər lenti
0