Bakıda neft buruqları, arxiv şəkli

Bizim 20 ilimiz qalıb: neftdən sonra olacaq?

63
(Yenilənib 17:20 07.02.2020)
Proqnozlar göstərir ki, neft sənayesi on-on beş il ərzində öz pikinə çatacaq və bundan sonra tədricən bu sahədə düşmə izlənəcək.

BAKI, 7 fevral — Sputnik, Aleksandr Sobko. Son bir il ərzində iqlim dəyişikliyi mövzusunun gündəmdən silinməməsi nəticəsində enerjinin dekarbonizasiyası və “enerji keçidi” ilə bağlı müzakirələr gözlənildiyi kimi çox populyarlaşıb. Bu aspektlər öz növbəsində daha bir mövzunu müzakirə obyektinə çevirib: neft şirkətlərinin aşağı karbonlu enerji mənbələri sahəsinə transformasiyası necə baş verəcək?

Hətta nikbin proqnozlar belə göstərir ki, neft sənayesi on-on beş il ərzində öz pikinə çatacaq və bundan sonra tədricən bu sahədə düşmə izlənəcək. Bu baxımdan bir çox neft şirkətləri üçün qeyri-neft enerji mənbələrinə transformasiyanın öz müsbət cəhətləri var: onların neft ehtiyatları istənilən halda müəyyən vaxt tükənəcək. Lakin bu cür böyükmiqyaslı transformasiya inersiya ilə və ləng gedən bir prosesdir və buna görə də növbəti addımlar haqqında artıq indidən fikirləşmək lazımdır.

Anlamaq lazımdır ki, neft və qaz sənayesinin bir hissəsinin sözügedən transformasiya istiqamətində atdığı müəyyən addımlara baxmayaraq, hazırda neft və qaz şirkətlərinin “yaşıl enerji”yə (ilk növbədə külək enerjisi dəyirmanlarına və günəş enerjisi panellərinə, eləcə də enerji saxlanılması və digər texnologiyalara) etdiyi yatırımlarının payı ümumi yatırımların yalnız bir neçə faizini təşkil edir. İnvestisiyaların böyük hissəsi hələ də neft və qaz istehsalına yönəlib.

Bununla yanaşı, Qreta Tunberqin təklif etidiyi kimi mineral yanacaqlara yatırımları bir anda dayandırmaq qətiyyən mümkün deyil. Neft sənayesinə investisiyalar qəflətən dayandırılsa, biz demək olar ki, həmin an yeni neft qıtlığı ilə üzləşəcəyik: belə ki, şist neft yataqları bir kənara, hətta ənənəvi yataqlarda belə aktiv quyulardan neftin hasilatı hazırda sürətlə düşməkdədir.

Buna görə də ortaya belə suallar çıxır: Şirkətlər perspektivdə “yaşıl enerji”yə nə qədər tez keçəcəklər? “Yaşıl enerjiyə” illik sərmayələrin payı ümumi kapital xərclərin üç faizi səviyyəsində qalacaqmı? (“Energy Transition: Evolution or Revolution” hesabatında 15 böyük neft və qaz şirkəti üçün məhz bu rəqəm göstərilir) Yaxud, hər il bu rəqəmdə ardıcıl artım müşahidə olunacaq?

Qeyd etmək vacibdir ki, üç faiz orta göstəricidir və fərqli şirkətlərin bir-birindən köklü şəkildə fərqlənən strategiyaları var. “ExxonMobil” və “Chevron” kimi Amerika transmilli neft korporasiyaları fəaliyyətlərində hələ ki, əsasən neftə meyllənirlər (bərpa olunan enerji mənbələrinə qoyulan sərmayələr bir və ya iki faiz səviyyəsindədir). “Shell”, “BP”, “Total” kimi Avropa şirkətləri isə (beş-on beş faiz səviyyəsində sərmayələrlə) getdikcə daha çox bərpa olunan enerji mənbələrinə tərəf yönəlirlər. Onlar həmçinin əlavə olaraq qaz bazarındakı paylarını da genişləndirirlər.

Bununla yanaşı, Amerikanın “ExxonMobil” və “Chevron” şirkətlərinin bazar dəyişikliklərinə hazırlaşmaq üçün öz strategiyaları var. Bu barədə daha əvvəl də məlumat verilib: hər iki şirkət, xüsusən də “ExxonMobil” dünya üzrə neft aktivlərinin kütləvi satışına başlayıb. Lakin bunun fonunda onlar milli bazara diqqət yetirirlər və əldə etdikləri gəlirləri ABŞ-da şist neftinin istehsalına yatırırlar. Ona görə yox ki, şist nefti ənənəvi neft istehsalından daha rəqabətli görünür. Hazırda “ənənəvi neft” deyəndə bir qayda olaraq dəniz nefti nəzərdə tutulur ki, bu neft də olduqca bahadır. Buna görə də neftin maya dəyərinin aşağı olması şirkətləri maraqlandıran əsas məsələdir. Ümumiyyətlə, şist sənayesində investisiya dövrlərinin bir neçə dəfə qısa olması (iki-üç il) şirkətlər üçün daha cəlbedicidir. Buna görə də hasilat portfelində belə “çevik” sektorun olması sayəsində gələcəkdə şirkətlər neft qiymətlərində və tələbatda baş verən mümkün dəyişikliklərə daha asan reaksiya verə biləcəklər.

Lakin bir daha qeyd edək ki, Amerika şirkətləri hələ də əsasən neft və qaza istiqamətləniblər, çünki bu, ABŞ-dakı mineral yanacaqlardan aktiv istifadə meyllərinə uyğun gəlir. Avropa isə, əksinə, bərpa olunan enerji mənbələrinə artıq tam istiqamətlənib və bu meyllərə uyğun olaraq Avropa şirkətləri də aktiv şəkildə “yaşıl enerji”yə sərmayələr qoyurlar.

Bununla yanaşı, Avropa şirkətləri bir neçə ildir qaz sektoruna da (əsasən maye təbii qaza) xüsusi maraq göstərirlər. “Shell” artıq dünyada ən böyük maye təbii qaz treyderinə çevrilib, “Total” da satış həcminə görə ona yaxınlaşmaqdadır.

Aydındır ki, bu şirkətlər təbii qazı aşağı karbonlu enerjiyə gedən uzun yolda “keçid” yanacağı kimi görürlər. Bununla birlikdə “Total” şirkətinin enerji strukturunda qazın payı 50 faizə çatır. Şirkət həmçinin dünyada maye təbii qaz layihələrinə aktiv şəkildə yatırımlar edir və ya bu layihələri satın alır.

“Yaşıl enerji” əlbəttə ki, şirkətləri yalnız külək və günəş enerjisi kimi yox, bütün formalarda maraqlandırır. Məsələn, “Total” bu yaxınlarda “Peugeot” ilə birgə avtomobillər üçün akkumulyator istehsal edəcək ortaq müəssisə yaratmaq planları haqqında məlumat verib. Bu müəssisəyə sərmayələr beş milyard dollardan artıq olacaq.

Qeyd edək ki, çox iddialı keçid proqramına baxmayaraq, yeni enerji sektorunda ən fəal neft və qaz şirkətlərindən biri olan “Total” 2040-cı ilə qədər ümumi qazancının yalnız 15-20 faizini “yaşıl enerji”dən ala biləcək.

Nəhayət ən vacib sualı verək: bəs hansı sərmayələr daha sərfəlidir? Ənənəvi olaraq neft sənayesinə yatırımların çox qazanclı olduğu, bunun da şirkətləri bu sektorda qalmağa məcbur etdiyi hesab edilir. Lakin bu yüksək gəlir dərəcəsinin mümkün riskləri əks etdirdiyini demək daha doğru olardı. Bu səbəbdən yüksək (iki rəqəmli) gəlir dərəcəsi olan investisiya qərarları qəbul edilir. Bu, şirkətləri qiymətlərin düşməsindən sığortalayır: qiymətlər hətta orta dərəcədə azalsa belə, mənfəət olduğu kimi qalacaq, yalnız investisiya gəlirliliyi azalacaq. Lakin qiymətlər orta hesabla yüksək olduğundan (həmçinin OPEC+ razılaşmaları sayəsində) neft sektoru yaxşı qazanc əldə etməyə və bu qazancı yeni enerjiyə yatırımlar şəklində yönəltməyə imkan verir.

Bərpa olunan enerji mənbələrinə qoyulan investisiyalar isə aşağı riskli sayıldığından çox vaxt az gəlirli olurlar – yəni gələcəkdə bu sənaye yalnız inkişaf edəcək və tələbin azalacağı təqdirdə belə aktivlərin dəyərsizləşmə riski minimuma düşəcək.

Ancaq gələcəyi bilmək olmaz. Konsensus belədir ki, beş ildən (ən pessimist proqnoz) 20 ilə qədər (ən optimist proqnoz) neftə tələbat artmağa davam edəcək. Bununla belə, neftin qiyməti tələb-təklif balansına uyğun olaraq müəyyənləşəcək: burada həm tələb, həm də şist neft istehsalı, həm də OPEC+ sazişi qeyri-müəyyənlikləri artırır. Buna görə də sual verə bilərik: Ortamüddətli perspektivdə tarazlıq hansı nöqtədə dayanacaq? Bəlkə hələ də neftə sərmayə qoyanlar haqlıdırlar?

Yekunlaşdıraq. Birincisi, söhbət çox yavaş bir prosesdən gedir və hətta yeni enerjiyə aktiv investisiyalar qoyan neft şirkətləri belə bu keçid üçün ümumi kapital xərclərinin yalnız 10 faizindən azını ayırmağa hazırdırlar. Neftə yeni sərmayələrin bir anda kəsilməsi isə həmin an neft qıtlığına səbəb olacaq.

İkincisi, hər bir şirkət neft çağının bitməsinə fərqli şəkildə hazırlaşır. Burada təsir göstərən bir çox amil var: şirkət rəhbərlərinin gələcəyə fərqli baxışları, fərqli ölkələrdə ictimai rəyin təzyiqi və təbii ki, ehtiyatların strukturu.

63
Yerevan mənzərəsi, arxiv şəkli

Ermənistanda demoqrafik çöküş: Müharibədən sonra daha da azalacaqlar

0
(Yenilənib 21:39 20.10.2020)
Torpaqlarımız uğrunda Azərbayanla müharibəni davam etdirən Ermənistanda gənclər arasında işsizlik də yüksək səviyyədədir. Əhalinin artım tempi isə azalmaqdadır.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr - Sputnik. 1990-cı ildən etibarən Ermənistanda demoqrafik çöküş davam edir. Hazırda ölkə əhalisi rəsmi rəqəmlərə görə, 2 milyon 964 min 633-dür. Hansı ki, 1990-cı ildə bu rəqəm 3 milyon 538 min 171 olub. 1950-1990-cı illərdə ölkədə demoqrafik vəziyyət qismən yüksələn xətlə davam etsə də, 1990-cı ildən sonra doğumların aşağı olması ilə əhali sayında azalmalar qeydə alınıb. 2004-cü ildən etibarən əhalinin sayı 3 milyondan da aşağı düşüb.

Bu gedişlə Ermənistanı nə gözləyir?

Politoloq İlqar Vəlizadənin Sputnik Azərbaycan-a dediyinə görə, Ermənistanın rəsmi statistikası və ekspertlər də qeyd edir ki, son illərdə bu ölkədə demoqrafik balans kəskin pisləşib:

"Bəzi regionlarda, xüsusi ilə də Ermənistanın Luri regionunda ötən il tarixdə ilk dəfə olaraq depopulyasiya qeydə alınıb. Yəni, əhali sayı kəskin şəkildə azalıb. Ölkədə sosial-iqtisadi vəziyyət də mürəkkəbləşir və bütün bunların fonunda ölkədən böyük köç davam edir. İllik olaraq 35-40 min insan Ermənistanı tərk edir. Bəzi illərdə isə bu rəqəm daha da yüksək olur. Bu şəxslər Ermənistanı daimi əsaslarla tərk edənlərdir. Real olaraq Ermənistanda yaşayanlar isə 2 milyon və hətta bundan bir qədər də azdır".

"Bu şəxslər daimi olaraq xaricdə qalırlar. Sadəcə olaraq erməni vətəndaşlığını da saxlayırlar. Yəni, bu şəxslərin sayı bu gün rəsmi olaraq Ermənistan əhalisinin sayına daxil edilir", - deyə politoloq bildirib.

Dənizkənarı bulvar
© Sputnik / Murad Orujov

İ.Vəlizadə deyir ki, hərbi hissədə qeydiyyatda dayanan şəxslərin də real sayı azdır: "Səfərbərlik qəflətən elan olundu. Bu səbəbdən ölkənin kənarında olan şəxsləri hərbiyə cəlb etmək elə də asan deyil. Düşünmürəm ki, xaricdən könüllü olaraq gəlmək istəyənlərin sayı çox olsun".

Ekspertin sözlərinə görə, getdikcə əhalisinin sayı azalmaqda olan Ermənistanı bununla daha böyük faciə gözləyir:

"Müharibə üçün uyğun yaşda olan, reproduktiv hesab edilən insanların cəbhədə ölmə ehtimalı nəzərə alınsa, deyə bilərik ki, qarşıdakı illərdə Ermənistanın artım tempi daha da aşağı düşəcək. Təcrübə göstərir ki, 80-cı illərdə Ermənistanda əhali artımı ilə 90-cı illərdə qeydə alınan artımı müqayisə etdikdə, rəqəmlər 90-larda 40 faiz azalıb. Bilavasitə olaraq Qarabağ münaqişəsi də bu rəqəmlərə təsir göstərib. Bu isə o deməkdir ki, Qarabağ münaqişəsinin yenidən alovlanması növbəti onilliklərdə əhali sayının 2010-cu illə müqayisədə kəskin şəkildə azalacağını gözləyə bilərik".

Ermənistanda əhalinin illik artım sürətinə nəzər salaq: 1958-ci ildə illik olaraq bu rəqəm 3.72 faiz olubsa, sonrakı illərdə rəqəmlərdə enmə qeydə alınıb. Belə ki, 1966-cı ildə bu rəqəm 2.93, 1983-cü ildə 1.41 faiz olub. 1987-ci ildən isə əhali artımında daha kəskin azalmalar qeydə alınıb. Belə ki, 1987-ci ildən bu rəqəmlər 1.76-dan daha da aşağı enərək 1993-cü ildə 2.32 faizə çatıb. 1994-cü ildən əhali artımında cüzi dinamika qeydə alınsa da, 2014-cü ildən yenidən azalmalar olub. Belə ki, 2014-cü ildən bu yana 2020-ci il ən az əhali artımı olan il kimi qeydə alınıb. Cari ildə əhali artımı 0.19 faiz olub.

Beləliklə, Ermənistan bütün dünya əhalisinin 0.4 faizini təşkil edib. Bununla da Ermənistan əhali sayına görə dünya ölkələri sırasında 137-ci yerdə qərarlaşıb. 1975-ci ildə isə Ermənistan bu siyahıda 118-ci yerdə idi. Gələcək illərdə əhalinin sayı ilə bağlı proqnozlar isə heç də bu ölkə üçün ürəkaçan deyil. Qarşıdakı onilliklərdə Ermənistanda əhali sayının daha da azalacağı, 2050-ci ildə 2 milyon 816 min 112 olacağı proqnozlaşdırılır.

2020-ci ildə Ermənistanda kişilər arasında gözlənilən ömür yaşı 71.8, qadınlar arasında isə 78.9 olub.

Qeyd edək ki, bu rəqəmlər https://www.worldometers.info-da yerləşdirilib və mənbə olaraq BMT, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar göstərilib.

Dünya Bankının məlumatına görə, Ermənistanda bəzi sahələrdə qadınların aktivliyi kişilərlə müqayisədə daha yüksəkdir. Məsələn, ötən il kənd təsərrüfatında çalışanların 32.8 faizini qadınlar, 26.9 faizini isə kişilər təşkil edib. Xidmət sahələrində çalışanların 58.2 faizini qadınlar, 48.9 faizini isə kişilər təşkil edib.

Bu ölkədə qadınların sayı kişilərlə müqayisədə daha yüksəkdir. Belə ki, 2015-ci ilə aid olan rəqəmlərə görə, Ermənistanda qadınların sayı 1 566 461, kişilərin sayı isə 1 391 270 olub.

2018-ci ildə Ermənistanda 0-14 yaşlılar əhalinin 20.63 faizini, 15-64 yaşlılar 68.11 faizini, 65 yaş və daha yuxarı olanlar isə ümumi əhalinin 11.25 faizini təşkil edib. 2012-ci ildə isə Ermənistanda 15-64 yaşlı əhali ümumi əhalinin 69.68 faizini təşkil edib. Doğulanlar arasında kişilərin sayı isə 75 min 160 olub. Həmin ildə qadınlar arasında təbii artım 40 min 29, doöulanların sayı isə 66 min 19 olub.

Torpaqlarımız uğrunda Azərbayanla müharibəni davam etdirən Ermənistanda gənclər arasında işsizlik də yüksək səviyyədədir. Belə ki, 2007-ci ildə gənclər arasında işsizlik 11.62 faiz təşkil edibsə, həmin ildən sonra bu rəqəm durmadan artıb. Gənclər arasında işsizlik həddi 2009-cu ildən 39.87 faizi keçib. Hazırda gənclər arasında işsizlik 35.49 faiz olub.

Ümumilikdə, öncəki illərlə müqayisədə Ermənistanda ölüm statistikası da artıb.

Azərbaycana gəldikdə isə rəqəmlərdə sadəcə olaraq onu qeyd etmək olar ki, 2019-cu ildə ölkəmizdə təbii artım 85 min 263 olub. Doğumların sayı isə 141 min 179 olub. Beləliklə qeyd olunan ildə əhalinin hər min nəfərinə düşən təbii artım 8.7, hər min nəfərə düşən doğum sayı isə 14.3 olub. 2019-cu ildə doğulan kişilər arasında təbii artım 45 min 234 olub.

Azərbaycan əhalisinin 2,4 milyon nəfərini və ya 24,5 faizini gənclər təşkil edir. Bu isə elə Ermənistanın demək olar ki, bütün yaş kateqoriyaları üzrə əhalisinin sayına bərabərdir. 2018-ci ildə ölkədə nikaha daxil olanların 77,0 faizini gənclər təşkil etməsi də müsbət tendensiyalardan biridir.

0
Təhsil eksperti Kamran Əsədov

Ekspert: "Azərbaycan təhsili 28 ildir müharibənin ağrısını hiss edirdi"

27
(Yenilənib 10:20 20.10.2020)
Təhsil eksperti Kamran Əsədov deyir ki, ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb
Kamran Əsədov: “Torpaqlarımızın azad edilməsi təhsilimizə müsbət təsir göstərəcək”

Sentyabrın 27-dən başlayan düşmən hücumları nəticəsində 40-a yaxın məktəb dağıntılara məruz qalıb. Bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın brifinqində deyib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan təhsili 28 ildir müharibənin təsirini, ağrısını hiss edirdi:

“Cəbhəyanı ərazilərimizdəki təhsil müəssisələri mütəmadi olaraq düşmənin hədəfinə çevrilirdi. Hazırda ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb. Onlar yenə də məktəbləri, sivil yaşayış məntəqlərini mütəmadi atəşə tuturlar. Ordumuzun torpaqları işğaldan azad etməsi Azərbaycan təhsilinə psixoloji olaraq müsbət təsir göstərəcək”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

27
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ekspert: “Yeni təhsil ili kirayə mənzil bazarında aktivlik yaratmayıb”
Nazirdən sabah ad günü olacaq Nigarla bağlı paylaşım
Gəncədə orta məktəb ciddi dağıntılara məruz qalıb - Nazirlik
Nazir icazə verdi: Repetitorlar fəaliyyətlərini davam etdirə bilərlər
Müharibəyə gedən tələbələrin aqibəti necə olacaq? Nazir açıqladı