Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyədə hiddət: "Mühasirə daralır, ətrafımızda heç bir dostumuz qalmayıb"

© AFP 2023 / KIRILL KUDRYAVTSEVRus əsgəri sərgidə nümayiş olunan Rusiyanın S-400 zenit-raket kompleksinin önündə
Rus əsgəri sərgidə nümayiş olunan Rusiyanın S-400 zenit-raket kompleksinin önündə - Sputnik Azərbaycan
Abunə olmaq
İbrahim Öztək: "Amerikalı əsgərlər tərəfindən istifadə edilən silahların hədəfi Türkiyə olacaq"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 aprel - Sputnik. Son günlər Türkiyə və Birləşmiş Ştatlar arasında Rusiyanın "S-400" zenit-raket komplekslərinin alınması ilə bağlı qalmaqal bitmək bilmir. Türkiyə Rusiyadan almağa hazırlaşdığı "S-400" raketlərinə görə Qərb tərəfinin təzyiqləri ilə üzləşir.

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
YAZARLAR
Rusiya və Türkiyə ABŞ-ın birqütblü dünya planını pozur

ABŞ-ın vitse-prezidenti Mayk Pens Ankaraya konkret xəbərdarlıq belə ünvanlamaqdan çəkinməyib: "Ya NATO ilə əməkdaşlıq edəcəksiniz, ya da Rusiyadan "S-400" raketləri alacasınız".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə "S-400" raketlərini alacağını bildirib. Bu, Türkiyə ilə NATO dövlətlərini üz-üzə qoya bilər.

Sputnik Azərbaycan məsələ ilə bağlı türkiyəli professor, Anadolu Aydınlar Ocağının sədri İbrahim Öztək ilə həmsöhbət olub. Öztək qeyd edib ki, hazırda Suriyada baş verənlər Böyük ABŞ Layihəsinin bir hissəsidir.

"Suriyada müharibə artıq 9 ildir davam edir. Suriyada lap əvvəldən bır sıra terror təşkilatları yaradıldı. Sonra bu terror təşkilatları ilə mübarizəyə ABŞ, Rusiya, İran və digər dövlətlər daxil oldu. Daha sonra isə lap əvvəldən oynanılan oyunları düzgün hesablamayan Türkiyə də Suriya oyununa daxil oldu" - o bildirib.

"Bu 9 il ərzində Birləşmiş Ştatlar Suriyada terrorçulardan özünə quru qoşunları yaratdı. Bu ölkə PKK/PYD-yə təlim keçib, silahla təchiz edərkən İŞİD-i də yaddan çıxarmadı. Daha sonra Türkiyə ilə sərhədə yığdığı terrorçulara minlərlə TIP dolu ağır silah-sursat verdi. Bütün bunları terror təşkilatlarını Türkiyəyə qarşı hazırlamağa bariz nümunə kimi göstərmək olar" - deyən professor sözügedən qüvvələrin məqsədlərini belə sıralayıb: 

1. Türkiyəni narahat etmək;

2. Türk ordusunun əməliyyatlarını davam etdirərək Türkiyə iqtisadiyyatını zəiflətmək;

3. Türkiyəni Suriya müharibəsinə daxil edərək, Yaxın Şərqdə özünə daha geniş bir silah bazarı yaratmaq;

4. Türkiyədən güzəştlər qoparmaq üçün terror qruplarından şantaj vasitəsi kimi istifadə etmək;

5. Türkiyəni Egey dənizi və Kiprdə olan haqlarından uzaqlaşdırmaq; 

6. Türkiyənin cənub şərqini qoparmaq və ölkəni parçalamaq.

Türkiyəli professor vurğulayıb ki, bu oyunda ən böyük səhvi Türkiyə ABŞ və Avropa İttifaqının vədlərinə aldanmaqla edib: "Belə ki, Türkiyə oktyabrın 29-da ABŞ və Böyük Britaniyanın rəhbərlik etdiyi Peşmərgə, PKK və daha çox silahlı birlikləri öz sərhədləri içərisindən 500 kilometrlik məsafədə Fərat çayının şərqinə və qərbinə keçməsinə, orada bölgələr yaratmasına və hər növ ehtiyaclarının qarşılanmasına yardım edib".

Nato bayrağı - Sputnik Azərbaycan
ABŞ Türkiyəni hədələdi: Ya NATO, ya Rusiya raketləri

"Suriyanın şimalında, İraqdan Aralıq dənizinə uzanan Rojova dəhlizinin əsl məqsədini gec anladıq. "Fərat qalxanı" və "Zeytun Budağı" əməliyyatları ilə hələlik bunun qarşısını aldıq. İndi isə növbə Menbiç əməliyyatına gəlib. Bunun qarşılığında Birləşmiş Ştatlar ""S-400"-dən imtina et, "Patriot"ları al" deyir. Amerika bu və "F-35" qırıcı təyyarələri şantajına Avropa İttifaqı və NATO ölkələrini də alət etməklə Türkiyəni sanksiyalarla hədələyirlər. ABŞ-ın Türkiyə sərhədlərində hərəkətləri, təhdidləri və PKK/PYD il münasibətləri, NATO-dakı birliyin, strateji müttəfiqliyin böyük yalan olduğunu göstərir" - deyə professor əlavə edib.

Öztək xatırladıb ki, 22 iyun 2012-ci ildə Suriya Türkiyəyə məxsus "RF-4E Fantom" tipli bir qırıcını vurub: "Müharibənin lap əvvəlindən Suriyadan Türkiyə ərazisinə xeyli raketlər atılırdı. Ölən və yaralananlar oldu. Halbuki o tarixdə düşmən hücumlarından qorunmaq üçün ABŞ, Almaniya və Hollandiyada hava hücumundan müdafiə sistemləri olan "Patriot" raketləri gətirilərək Türkiyə sərhədlərinə yerləşdirilmişdi. Fəqət bu sistemlər heç bir raketin qarşısını ala bilmədi. Bir işə yaramadığını görüb 2015-ci ildə bu sistemləri sökərək geri qaytardılar". 

Professorun sözlərinə görə, Birləşmiş Ştatlar Koreya müharibəsindən sonra Türkiyəni daim aldadır və onunla oyun oynayır: "Müttəfiqliyimiz həmişə ABŞ-ın xeyrinə olur. O, dost görünüb, daim düşmənçilik edir. Baş verən önəmli hadisələr göstərir ki, ABŞ bizim dostumuz deyil. ABŞ Marşal yardımları ilə bizim gözümüzü bağlayıb və Türkiyədə olan üç təyyarə fabrikini qapayıb. İllər öncə Yunanıstanın Rusiyadan Türkiyəyə qarşı aldığı və Krit adasına yerləşdirdiyi "S-300" raketləri ilə bağlı səsini çıxarmamışdır".

Öztək, məhz buna görə, ABŞ-dan "Patriot"lar almamağı təklif edir: "Bu raketləri alsaq, onların yerləşdirildiyi yerlərə ABŞ mütəxəssisləri, texnikləri və əsgərləri yerləşdiriləcək. Onlar bu sistemləri istədikləri kimi istifadə edəcəklər. "F-35"-lərin də mütləq alternativləri var".

Professorun dediyinə görə, Qaziantep, Kahramanmaraş və Adana daxil olmaqla Türkiyədə ABŞ-ın havadan müdafiə sistemləri, 20-yə qədər hərbi obyekt və son texnologiyalarla təchiz edilmiş "Kürecik" və "İncirlik" kimi bazaları var. Burada mövcud olan silahlar amerikalıların əlindədir.

"Amerikalı əsgərlər tərəfindən istifadə edilən silahların hədəfi Türkiyə olacaq. Tamamilə ABŞ-ın Yaxın Şərq maraqları və İsrailin böyüməsi üçün nəzərdə tutulan bu silahlar, sabah bizim ölkəmiz üçün böyük problemlər yaradacaq" - deyə Öztək bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatların Suriyadan çıxmasının önəmi qalmayıb. Çünki Amerika Suriyada on hərbi baza qurub: "Qolan təpələrini İsrail ərazisi kimi tanıyan ABŞ yaxında Suriyada kürd dövlətini elan etməkdən çəkinməyəcək. Bu gün Suriya neftindən çox Aralıq dənizinin şərqində olan neft-qaz dəyər qazanıb. ABŞ, Avropa İttifaqı, Kipr, Misir, İsrail, Livan və Qatarın iş birliyi Türkiyə əleyhinə formalaşmaqdadır. Türkiyə dörd bir tərəfdən mühasirəyə alınıb. Mühasirə daim daralmaqdadır, ətrafımızda heç bir dostumuz qalmayıb".

Xəbər lenti
0