CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Problemli kreditlərin həlli ilə bağlı daha bir neçə detal aydınlaşdı

© Sputnik / Irade JELILМанаты и доллары, фото из архива
Манаты и доллары, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bir neçə bankda kredit öhdəliyi olan vətəndaşlarımızın keditləri üzrə əsas məbləğ qalıqları toplanacaq və onların cəminə kompensasiya hesablanacaq"

BAKI, 4 mart — Sputnik. Fevralın 28-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Lakin bu fərmanın icrası və mexanizmləri ilə bağlı hələ də bəzi nüanslar vətəndaşlar üçün sual olaraq qalır.

Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tahir Mirkişili - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə 311 min iddia var

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə iqtisadçı-alim Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb. O, bir neçə bankdan kredit götürən şəxslərin kompensasiya məbləğinin necə hesablanması məsələsinə toxunub.

"Bir neçə bankda kredit öhdəliyi olan vətəndaşlarımızın keditləri üzrə əsas məbləğ qalıqları toplanacaq və onların cəminə kompensasiya hesablanacaq. Bu zaman devalvasiya baş verəndə, əgər cəmi əsas kredit məbləği 10 min dollardan azdırsa, kompensasiya hesablanacaq. Məsələn, vətəndaşımız bir bankdan 3 min dollar, digərindən 6 min dollar kredit götürübsə, bu zaman həmin məbləğlər cəmlənəcək və 9 min dollara kompensasiya ödəniləcək" - ekspert bildirib.

Alim lizinq müqavilələri üzrə kompensasiyanın ödənilməsindən də danışıb: "Xarici valyutada olan kreditlərə kompensasiya, milli valyutada olan kreditlərə güzəşt nəzərdə tutduğundan lizinq müqavilələri üzrə kompensasiyanın ödənilməsi nəzərdə tutulmur".

V.Bayramov dollar krediti üzrə öhdəliyi kredit götürən deyil, zamin ödədiyi halda, ona kompensasiyanın kim tərəfindən ödəniləcəyinə də münasibət bildirib: "Qaydalara əsasən, belə hallara fərdi qaydada baxılacaq. Məsələn, 10 min dollar kredit borcuna görə şəxs zamin dayanıbsa, borc onun əmək haqqından tutulubsa, bu zaman həmin şəxs fərdi qaydada müraciət etməlidir. Bundan sonra onun məsələsinə baxılacaq".

"Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası elektron kalkulyatoru istifadəyə verib. Oraya daxil olmaqla kompensasiya məbləğlərinizi hesabaya bilərsiniz. Elektron kalkulyator bütün kommersiya banklarının internet səhifələrində yerləşdiriləcək" – deyə iqtisadçı vurğulayıb.

"Fərmana əsasən, ləğv olunmuş banklarda olan kreditlər üzrə vətəndaşlar kompensasiyadan yararlanacaq. Bu prosesə görə, Əmanətlərin Sığortlanması Fondu məsuldur" - o əlavə edib.

Xəbər lenti
0