CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AŞPA-nın qətnaməsi ölkəmizdə müsbət qarşılanır

© AFP 2023 / FREDERICK FLORINЗаседание Парламентской ассамблеи Совета Европы, фото из архива
Заседание Парламентской ассамблеи Совета Европы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycanda ifadə azadlığının məsuliyyət mərhələsinə gəlib çatdığını deyə bilərik "

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 fevral — Sputnik. Avropa Şurası Parlament Assambleyası (AŞPA) internet idarəçiliyi və insan hüquqlarına dair qətnamə qəbul edib. Qətnamədə internetdə insan hüquqlarının qorunmasının təmin edilməsinin çox vacib olduğu bildirilir. Üzv ölkələr sosial şəbəkənin neytrallığını qorumağa, informatika cinayətinə qarşı qlobal mübarizə siyasətinə malik olmağa, söz azadlığından sui-istifadə edilmə hallarının qarşısını almağa dəvət olunur.

© Sputnik / Murad OrujovAzər Həsrət
AŞPA-nın qətnaməsi ölkəmizdə müsbət qarşılanır - Sputnik Azərbaycan
Azər Həsrət

Media məsələləri üzrə ekspertlər qətnaməni Sputnik Azərbaycan-a şərh ediblər. Azər Həsrət deyib ki, AŞPA-da bu mövzunun müzakirəyə çıxarılması maraqlı faktdır: "Ona görə ki, biz Azərbaycanda insan hüquqlarının, ifadə və internet azadlığının təmin edilməsi, həmçinin bundan sui-istifadə məsələsini illərdir müzakirə edirik. Azərbaycan dövlətinin internetə senzura tətbiq etməsinin tərəfdarı deyilik. Onsuz da dövlət internetə senzura tətbiq etmək fikrində deyil".

"Amma biz tənzimləmənin gətirilməsinin vacibliyini qeyd edirdik. Azərbaycan ictimai rəyində bu məsələ çox geniş müzakirə olunub, indi də müzakirə olunur. Sadəcə, Avropada bəzi şəxslər, deputatlar, ayrı-ayrı siyasi xadimlər iddia edirdilər ki, Azərbaycanda bu məsələlərin müzakirəsi senzuranın tətbiq edilməsi üçün bəhanə rolunu oynayacaq. Amma indi özləri bu məsələləri müzakirə ediblər" - deyə ekspert bildirib.

Onun sözlərinə görə, bu müzakirənin təşəbbüskarlarına baxanda, məsələnin nə qədər ciddi olduğunu anlamaq mümkündür: "Təşəbbüskar Finlandiyadır. Finlandiya dünyanın ən sabit, ən sakit ölkələrindən biridir. Burada belə bir məsələ aktuallıq kəsb etməyə başlayıbsa, deməli, başqa ölkələrdə, xüsusilə sabitliyi olmayan ölkələrdə bunun çox ciddi problem olduğunu hər birimiz anlamalıyıq. O baxımdan AŞPA bu məsələni diqqətə alıb və bununla bağlı ayrıca sənəd qəbul olunub. Üzv ölkələrə tövsiyə edilib ki, bir tərəfdən ifadə azadlığı, internet azaldığı olmalıdır, digər tərəfdən isə məsuliyyət olmalı, dezinformasiyanın qarşısının alınması üçün addımlar atılmalıdır".

"Bu, Azərbaycan üçün müsbətdir. Azərbaycan ictimaiyyətinin uzun müddətdir müzakirə etdiyi məsələ ilə bağlı Avropanın özündə təşəbbüs irəli sürülüb və bununla bağlı sənəd qəbul olunub" - deyə o, qeyd edib.

A.Həsrətin fikrincə, onlar özləri də görürlər ki, idarəolunmaz, yaxud da bu və ya digər şəkildə nəzarətdən kənar informasiya müstəvisində baş verənlər həmin ölkələrin içəridən dağıdılmasına hesablanıb: "Bir fərdin azadlığı digər bir fərdin azadlığının başladığı yerdə bitməlidir, bitir. Biri digərinin azadlıq müstəvisinə təcavüz, müdaxilə edə bilməz. Avropada da bunu anlayırlar və ona görə bu məsələlərin müzakirəsi bu həddə gəlib çıxıb. Artıq Azərbaycanda ifadə azadlığının məsuliyyət mərhələsinə gəlib çatdığını deyə bilərik".

© Photo : From the personal archive of Alesger MamedliHüquqşünas Ələsgər Məmmədli
AŞPA-nın qətnaməsi ölkəmizdə müsbət qarşılanır - Sputnik Azərbaycan
Hüquqşünas Ələsgər Məmmədli

Ələsgər Məmmədli isə xatırladıb ki, bu, AŞPA-nın internet istifadəçilərinə tövsiyələrlə çıxış edən ilk sənədi deyil: "Bu tip qətnamələr üzv ölkələr üçün konkret olaraq içərisində müəyyən tövsiyələr hazırlayır. Daha sonra isə üzv ölkələr mövcud qanunvericiliyi bu istiqamətdə yenidən təftiş etməlidir".

"Məsələnin mahiyyəti budur ki, demokratik ölkələrdə insan hüquq və azadlıqlarının üstünlüyü birmənalı olaraq qəbul olunur. İnsan hüquq və azadlıqları geniş anlayışdır. Buraya ifadə azadlığı, birləşmə hüququ, şəxsi həyatın qorunması və s. daxildir. Dolayısı ilə bu hüquqlar qanunvericilikdə balanslı şəkildə Avropa Məhkəməsi təcrübəsi nəzərə alınaraq tətbiq olunmalıdır" - mütəxəssis bildirib.

Ə.Məmmədlinin sözlərinə görə, son yanaşma da faktiki olaraq 2013-cü ildə bu sahədə mövcud olan tövsiyəyə uyğun prosesi davam etdirir: "Sosial şəbəkələrin inkişaf etməsi, internet kommunikasiya vasitələrinin sürətlə tərəqqi etməsi özlüyündə yeni nüanslar yaradır və bu aspektdən dövlətlərin pozitiv öhdəliyi var. Onlar elə tənzimləmə qurmalıdır ki, nə ifadə azadlığı həddindən artıq məhdudlaşdırılsın, nə də bu vasitələrlə insan hüquq və azadlıqlarına daha çox müdaxilə edilsin. Görünür, belə tövsiyələr tez-tez təkrarlanacaq".

Xəbər lenti
0