SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycana qarşı təzyiqlər kimin xeyrinədir?

© AP Photo / Jose Luis MaganaVaşinqtonda Kapitolinin önündə ölkənin bayraqları dalğalanır
Vaşinqtonda Kapitolinin önündə ölkənin bayraqları dalğalanır - Sputnik Azərbaycan
Abunə olmaq
Göründüyü kimi Qərbin bəzi dairələri Azərbaycana təzyiqlərini artırır

 

ABŞ və Avropadan bir qrup jurnalist və hüquq müdafiəçisi Azərbaycanı həbsdə olan blogger Mehman Hüseynovu dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.

Yanvarın 10-da Vaşinqtonda keçirilən tədbirdə PEN America klubuna rəhbərlik edən Tomas Melia Azərbaycan iqtidarını tənqidi susdurmaqda ittiham edib. Tədbirdə çıxış edən ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə köməkçisinin keçmiş müavini Tomas Melia deyib ki, azad edilməsinə bir neçə həftə qalmış bloggerə qarşı yeni ittihamları sərt şəkildə tənqid edib. 

Bloggerin qardaşı Emin Hüseynov deyib ki, ötən cümədən etibarən qardaşı ilə əlaqəsi yoxdur. "Mehmanla, o cümlədən onun vəkilləri ilə bütün əlaqələr ciddi şəkildə məhdudlaşdırılıb", deyə Emin Hüseynov bildirib.

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan - Sputnik Azərbaycan
YAZARLAR
Gözlənilməz qayıdış: Qarşıdurmanın kəskinləşməsi ehtimalı yaranıb

Amnesty İnternational-dan Daniel Balson da çıxışını kəskin tənqidi notlar üzərində qurub.

Tədbir iştirakçıları ABŞ hökumətini Mehman Hüseynovun müdafiəsində daha sərt mövqe tutaraq, onun işi ilə əlaqəsi olan Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq edilməsi məsələsinə baxmağa çağırıblar.

Göründüyü kimi Qərbin bəzi dairələri Azərbaycana təzyiqlərini artırır. Bunun arxasında geosiyasi məqsədlərin dayandığı sirr deyil. Bütün bunların başvermə səbəbinin Azərbaycanda insan haqlarının vəziyyətinin durumu ilə məhdudlaşması inandırıcı deyil. Belə olan təqdirdə, yenə eyni sual yaranır: Bakıya hansı təkliflər edilib ki, ondan imtina bu dərəcədə aqressiya yaradıb?! Yəqin ki, bu suala cavab verə bilməkdən ötrü Azərbaycan ətrafında yaranan geosiyasi durumu təhlil etmək gərəkdir. Bu "soyuq müharibə"nin arxasında Amerika Birləşmiş Ştatlarının dayandığını nəzərə alsaq, məsələ bir qədər sadələşir. Yəqin ki, söhbət ABŞ üçün Azərbaycan cəmiyyətinin demokratikləşməsindən daha vacib məsələdən gedir.

Xəzər dənizinin ABŞ geosiyasətində olduqca mühüm rol oynadığını əlavə şərh etməyə ehtiyac yoxdur. Son zamanlar Vaşinqton bu bölgədə daha da möhkəmlənmək üçün konkret addımlar atmaq niyyətindədir. Enerji layihələri ilə zəngin olan Xəzər hövzəsi amerikalı ideoloqların qənaətinə görə, Rusiya və İran üçün bağlı olmalıdır. Amerikanın Xəzər hövzəsində NATO bazasını yerləşdirmək cəhdləri Vaşinqtonu daha fəal gedişlər etməyə sövq edir. Bu baxımdan, ABŞ hərbi bazalarının Xəzərə qısa bir zamanda buraxılması tələb olunan məsələlərdən ola bilər.

ABŞ-ın dövlət katibi Mayk Pompeo - Sputnik Azərbaycan
YAZARLAR
Türkiyə və ABŞ yenidən üz-üzə - Bölgədə yeni oyun başlayır

Qərb Bakıdan həm İran məsələsində NATO ilə əməkdaşlıq, həm də Rusiya məsələsində birmənalı qərbpərəst mövqe tələb edir. Son tədbir də Azərbaycana birmənalı qərbyönlü diplomatiyaya üstünlük verməsinə çağırış kimi də dəyərləndirilə bilər. Kimlərsə mesaj vermək istəyir ki, təzyiqlər daha da arta bilər.

ABŞ yaxşı başa düşür ki, Azərbaycana qarşı hansısa diskriminasiya addımları qonşu ölkələrin xeyrinə olacaq və odur ki, açıq təzyiqlərdən çəkinir. Məsələ ondadır ki, rəsmi Bakı kimdənsə asılı olmaq istəmir. Azərbaycan müstəqil siyasət yürütməyə çalışır. Azərbaycanın müstəqil və boyun əyməmək siyasəti isə ona qarşı təzyiqləri daha da gücləndirir.

Əslində, ABŞ-ın Azərbaycanla bağlı demokratiyadan danışması səmimiyyət göstəricisi sayıla bilməz. Əks tərəfin, Moskvanın isə Bakı ilə ciddi problemi mövcud deyil. Lakin Rusiya Azərbaycanı Gömrük ittifaqı, Avrasiya Birliyi ilə bağlı məsələlərdə ortaq mövqe sərgiləməyə çağırır. Bu baxımdan Azərbaycandan konkret mövqe istənilir. Bəzi şərhçilər belə hesab edirlər ki, Azərbaycan artıq konkret mövqe nümayiş etdirməli olacaq ki, Avroatlantik məkana inteqrasiya edir, yoxsa Rusiyaya meyllənir? Lakin bölgədə yaranan vəziyyət elə də sadə deyil. Nə qədər ki, Suriya problemi həll olunmayıb, nə qədər ki, Rusiya-Qərb qarşıdurması var, Azərbaycan coğrafi şəraitindən istifadə edərək bəhrələnə biləcək. Əslində, bu gün Azərbaycan müxalifətini də Qərbpərəst adlandırmaq düzgün olmazdı. Heç cəmiyyətin özündə də əvvəlki illər kimi "Qərb küləkləri" əsmir. Azərbaycan Qərbin bir sıra enerjidaşıyıcıları layihələrində fəal iştirakçıdır. Bu, Bakının siyasi çəkisini artırır. Lakin artıq Qərbə "xilaskar Sem dayı" kimi baxanların sayı kəskin şəkildə azalıb. Daha çox müxalifət partiyaları Qərbə inteqrasiya kursunu müdafiə edir, ABŞ və Avropa ölkələri ilə müttəfiq münasibətləri qurmağa çalışırlar. Lakin 25 illik cəhdlərə baxmayaraq, Qərb Azərbaycan müxalifəti ilə yaxından əməkdaşlıq etməyi heç bir zaman qarşısına məqsəd qoymayıb və bütün bunlar müxalifətin Qərbin təsir dairəsindən çıxması ilə sonuclanıb.

Azərbaycan regiondakı geostrateji mövqeyinə baxmayaraq, hələ də ABŞ-ın xarici siyasətində prioritet deyil. Doğrudur, ABŞ-ın burada maraqları var və bunları rəsmi Bakının balans siyasəti vasitəsilə də təmin edirlər. Ona görə də ABŞ Azərbaycanda sabitliyin pozulmasında maraqlı deyil. Keçirilən tədbirlər isə hansısa konkret təzyiqlərdən xəbər verir və uzağa gedən plan daşımır...

Xəbər lenti
0