Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Regionumuzda tarixi hesablaşma

© AP Photo / Jon GambrellAmerikanın kiçik hərbi gəmiləri böyük təyyarədaşıyan gəmini müşayiət edirlər
Amerikanın kiçik hərbi gəmiləri böyük təyyarədaşıyan gəmini müşayiət edirlər - Sputnik Azərbaycan
Abunə olmaq
Əsas hədəf Oman körfəzi ilə Fars körfəzi arasında yerləşən Hörmüz boğazdır

BAKI, 26 dekabr — Sputnik. ABŞ təyyarədaşıyan gəmisinin Fars körfəzinə daxil olması və İranın bu gəlişə raket atışı ilə cavab verə biləcəyini elan etməsi regionda gərginliyin artacağı ilə bağlı ehtimallara yol açıb.

İranAir təyyarəsi - Sputnik Azərbaycan
Almaniyadan İrana gözlənilməz zərbə

ABŞ hərbi gəmilərinin Fars körfəzində mövcudluğu bu bölgədə gərginliyi artıra, tərəflər arasında hərbi toqquşmalara səbəb ola bilərmi? İranın ABŞ gəmilərini raketlə qarşılaması yaxın gələcəkdə daha ciddi toqquşmaların xəbərçisi hesab edilə bilərmi? Siyasi araşdırmaçılar yaxın gələcək üçün ciddi hərbi toqquşmaları istisna etsələr də, "əsəb müharibəsi"nin davam edəcəyini vurğulayırlar.

Tramp prezident seçiləndən sonra verdiyi ilk bəyanatlardan biri İrana qarşı güc nümayişi ilə bağlı idi. Paralel olaraq, ABŞ-ın Suriyadan hərbi qüvvələrini çıxaracağı ilə bağlı bəyanatını yada salsaq, bu qüvvələrin Fars körfəzində yerləşmə ehtimalını da istisna etmək olmaz.

İran ətrafında halqa daralır. Lakin burada diqqət çəkən digər bir amil Avropa dövlətlərinin əvvəlki qədər ABŞ-ı dəstəkləməməsidir. Bu baxımdan Fars körfəzində ağır hərbi qarşıdurmanın yaşanması ehtimalı çox da yüksək deyil. Baş verənləri daha çox "əsəb müharibəsi" kimi dəyərləndirmək mümkündür. Tərəflər bir-birlərinə əzələ nümayiş etdirir. Bütövlükdə, gərgiliyin artacağı istisna edilmir. Lakin birbaşa hərbi qarşıdurmanın mövcudluğu da inandırıcı deyil.

Əgər ABŞ İranı vurmaq istəsə, bu məsələdə Türkiyənin razılığını almalıdır. Lakin Ərdoğanın, habelə Fransa və Almaniya kimi dövlətlərin buna razı olub-olmayacağı sual altındadır.

Fars körfəzində ağır hərbi qarşıdurmanın yaşanmasında bölgə dövlətləri, eləcə də İrana qonşu olan Azərbaycan maraqlı deyil. İranda milyonlarla soydaşımız var və Amerika ilə hərbi qarşıdurma yaşanacağı təqdirdə Azərbaycana ciddi qaçqın axınının gerçəkləşməsi ehtimalı böyükdür. Bu baxımdan, Bakı bölgədə sülhün tərəfdarıdır.

Suriya - Sputnik Azərbaycan
Rusiya İran və İsraili barışdırmaq istəyir

Burada bir məqama da diqqət yetirək. Körfəzdə savaş başlayarsa, bu, İranı neft bazarından kənarda saxlaya bilər. Belə gedişat isə neftin qiymətlərinə ciddi təsir göstərməyə bilməz. Belə ki, Fars körfəzinin bütün ölkələri öz neftini satmaq istəyir, savaş isə neftin qiymətinə birbaşa təsir göstərir.

Lakin bütün deyilənlərə baxmayaraq, ABŞ Fars körfəzindəki maraqlarını gizlətmir. Burada əsas hədəf Oman körfəzi ilə Fars körfəzi arasında yerləşən Hörmüz boğazdır. Bu boğaz neft ixrac edilən Fars körfəzindən açıq okeana yeganə dəniz çıxışıdır və dünyanın strateji cəhətdən ən mühüm nöqtələrindəndir. Dünya üzrə ixrac edilən neftin 20 faizi Hörmüz boğazı vasitəsilə daşınır.

Boğaz, həmçinin Körfəz ölkələrində hasil olunan neft və qazın ABŞ, Yaponiya və Avropa ölkələrinə çatdırılması üçün yeganə marşrut yoludur. Elə bu səbəbdəndir ki, Fars körfəzində və Hörmüz boğazında zaman-zaman İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə xarici qüvvələr arasında qarşıdurmalar baş verir.

Oman körfəzində hərbi dəniz varlığını artırmaqla, İran bu mühüm sahədə güclənmək istəyir. Orta Asiyaya çıxış imkanının artması ilə yanaşı, bu ərazi Tehrana Hind okeanının şimalındakı suları – əli çatmayan dənizləri öz təsir dairəsinə çevirmək imkanı yaradır. İran üçün strateji baxımdan əhəmiyyətli olan Çabahar limanı Tehranın Cənubi Asiyanın iki nüvə silahlı rəqibi – Hindistan və Pakistanla əlaqələrini balanslaşdırmağa kömək etmək şansı verir.

Tarixən şərqdəki qonşularına təzyiq etmək üçün İslam Respublikası Cənubi Asiyadakı müsəlmanlara, xüsusilə də Pakistanda və Hindistanda şiə icmasına təsir göstərmək üçün dini ideologiyasını işə salıb. İndi Hindistan və Pakistana təsir etmək üçün İranın "sərt" geosiyasi vasitəsi var və öz regional siyasətlərini Tehranın maraqları ilə uyğunlaşdırmaları üçün onların ikisinə də təzyiq göstərəcək.

Vaşinqton isə ortaya konkret mövqe qoyaraq bugünkü passiv mərhələdən aktivliyə keçmək istəyir. Yəni körfəz böhranını ABŞ-ın bölgədəki maraqlarına ziyan vurmadan nizamlamaq elə də asan deyil. Bir sözlə, Fars körfəsində yeni savaş bütövlükdə bölgəni "qaynar qazan"a çevirə bilər...

Xəbər lenti
0