Rizvan Hüseynov

"Uzun illər Yaxın Şərq barəsində məlumatsız olmuşuq"

23
(Yenilənib 15:24 10.12.2018)
Tarixçi: "Son iki əsrdə ermənilərin politoloji institutlara müdaxiləsi çar Rusiyasında Yaxın Şərq haqqında mənfi fikirlər yaratmışdı"

BAKI, 10 dekabr — Sputnik. "Azərbaycan tarixinin və dövlətçiliyinin böyük bir hissəsi Yaxın Şərqlə bağlıdır". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Yaxın Şərqdə cərəyan edən proseslər və regional təhlükəsizliyə təsirləri mövzusunda keçirilən tədbirdə tarixçi Rizvan Hüseynov deyib.

"Bu coğrafi ərazidə çoxsaylı dövlətlər mövcuddur. Burada gedən bütün proseslər mövcud dövlətlərin hamısına təsir edir" - deyə o bildirib.

Tarixçinin sözlərinə görə, son iki əsrdə ermənilərin politoloji institutlara müdaxiləsi çar Rusiyasında Yaxın Şərq haqqında mənfi fikirlər yaratmışdı: "Həmin dövrdə ərəb, fars və digər yaxın Şərq dillərinin öyrənilməsi qadağan idi. Biz 20 əsrin sonlarına qədər Yaxın Şərq və onun dilləri haqqında heç nə bilmirdik".

"Bunun nəticəsi olaraq da onlarla münasibətlər qurmaq çətin idi. Qərb və Rusiya KİV-lərinin yazdıqlarını oxuyuraq məlumat sahibi olmağa çalışırdıq. Yəni Yaxın Şərq barədə öz fikrimiz yox idi" - R.Hüseynov vurğulayıb.

23
Teqlər:
Rizvan Hüseynov, Yaxın Şərq, dövlət, tarix, Azərbaycan
Əlaqədar
İŞİD yeni "Xilafət" yaradır, amma bu dəfə məkan Yaxın Şərq deyil
Yaxın Şərqdə böyük təlaş: Çin ordusu Suriyaya girəcək
Politoloq: “ABŞ-ın Yaxın Şərq siyasəti məqsədinə çatmayacaq”