Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Amerikanın ucbatından bölgədə Türkiyəyə dost ölkə qalmayıb"

© Sputnik / Maksim Blinov / Mediabanka keçidФлаг Соединенных Штатов Америки
Флаг Соединенных Штатов Америки - Sputnik Azərbaycan
Abunə olmaq
İbrahim Öztək: "İrana qarşı sanksiyalar Türkiyə iqtisadiyyatına önəmli ölçüdə zərbə endirəcək"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. "Böyük Yaxın Şərq layihəsi ilə bölgəyə gələn, Yaxın Şərq bölgəsini ələ keçirmək üçün "ərəb baharı" layihəsi ilə Şimali Afrika və İraq neftini ələ keçirənlərin qüvvələrin indiki hədəfi Suriyadır. Bundan sonrakı hədəf isə, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan neft-qazı, yəni Xəzər hövzəsidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu türkiyəli professor, Anadolu Aydınlar Ocağının sədri İbrahim Öztək Birləşmiş Ştatların İrana qarşı sanksiyalar tətbiq etməsini şərh edərkən deyib. Onun sözlərinə görə, bu gün 80 milyon əhalisi olan İranın əhalisinin yarısı türkdür.

"Bu anlamda İran, eyni zamanda bir türk ölkəsidir. Çünki, burada yaşayan Azərbaycan türkləri, sosial, mədəniyyət, siyasət və iqtisadi baxımdan Türkiyə və Azərbaycanla sıx əlaqədədirlər. Turist olaraq da ən çox onlar Türkiyəyə gəlirlər. Türkiyə öz neft ehtiyacının 30%-ni İran vasitəsilə ödəyir. İranla iqtisadiyyatın bütün sahələrində sıx ticarət əlaqələrimiz var. Türkiyədən İrana qızıl, polad materiallar, taxta və s. ixrac olunur. Mərkəzi Asiyaya gedən yolumuz da İrandan keçir. İranın Çin və Hindistandan sonra ən çox ticarət apardığı ölkə Türkiyədir" - professor bildirib.

Öztək qeyd edib ki, İrana tətbiq olunan sanksiyalar öncə Türkiyə, daha sonra isə İranla ticarət aparan Avropa ölkələri, Rusiya, Yaxın Şərq ölkələrinə, Hindistan, Çin və s ölkələrə təsir edəcək: "Birləşmiş Ştatlar Türkiyəyə "İrandan neft alma, sənin ehtiyaclarını mən qarşılayacam" deyirmi? Belə bir şey mümkün deyil. Elə isə Birləşmiş Ştatlar Türkiyəni birbaşa, digər ölkələri isə dolayısı yolla iqtisadi dalana sürükləməyi hədəfləyir".

Müsahibimizin sözlərinə görə, prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu da məsələ ilə bağlı etirazlarını bildiriblər: "Bir rahib Branson insidenti ilə Türkiyə iqtisadiyyatına qəsd edən Birləşmiş Ştatlar belə hərəkətlərini hər fürsətdə etməyə cəhd edəcək. Sözdə Türkiyənin dostu və strateji ortağı olan ABŞ, bölgəmizdə Türkiyə ilə dost ölkə saxlamayıb. Bu gün Türkiyənin qardaş Azərbaycanla yanaşı ikinci dostu İrandır. İran ilə Suriyada da eyni cəbhədəyik".

"Amerikanın formalaşdırdığı "Rojova xətti" (Suriya Kürdüstanı) Kiprin yunan hissəsinin, İraq, Misir, İsrail, Suriya bölgəsinin neft-qazını dünyaya çıxaracaq yeni bir layihədir. Gələcəkdə isə bu xəttin neft-qaz üçün də istifadə olunması planlaşdırılır. Bundan 100 il sonra da neftin dəyəri qanla ödəniləcək və bu qanı Amerika içəcək" - İ.Öztək vurğulayıb.

Иранские демонстранты сжигают флаг США в Тегеране, 11 мая 2018 года - Sputnik Azərbaycan
İrana böyük məşəqqət vəd edən "çarx" işə düşdü

Anaolu Aydınlar Ocağının sədri əlavə edib ki, İrana qarşı sanksiyalar Türkiyə iqtisadiyyatına önəmli ölçüdə zərbə endirəcək: "Bu sanksiyalar İran neftinin Çinə və Hindistana satılmasının qarşısını alacaq ki, bu da dünyada bir nömrəli iqtisadiyyat olmağı hədəfləyən Çinin inkişaf sürətini yavaşıdacaq. Bu, sanksiyalar, həmçinin Avropaya ixrac edilən neft-qazı məhdudlaşdıracaq. Nəticədə Avropanın enerji ehtiyaclarını ödəmək çətinləşəcək".

Qeyd edək ki, dünəndən etibarən İrana qarşı yeni sanksiyalar qüvvəyə minib. Yeni sanksiyalar İranın energetika sahəsini – İran neftinin ixracını əhatə edir. Rəsmi Vaşinqton bəyan edib ki, onun məqsədi İran neftinin ixracını minimuma endirməkdir.

Xəbər lenti
0