QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?

© Sputnik / Mediabanka keçidXankəndi şəhəri
Xankəndi şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan danışıqlar prosesini daima pozub

BAKI, 20 oktyabr — Sputnik. ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills bəyan edib ki, ermənilərin əksəriyyəti işğal olunmuş ərazilərin danışıqlar prosesinin bir hissəsi kimi qaytarılmasına qarşıdırlar və o, buna təəccüblənir. "Mənə təəccüblü gəlir ki, Ermənistanda mümkün kompromislər barədə müzakirələr yoxdur", " — deyə amerikalı diplomat qeyd edib.

O vurğulayıb ki, 2016-cı ilin aprelində Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ermənilərin münasibətini daha da kəskinləşdirib. "Amma reallıq belədir ki, istənilən həll yolu işğal olunmuş ərazilərin bir hissəsinin qaytarılmasını tələb edəcək", — deyə Ermənistandakı diplomatik missiyasını başa vurmaqda olan R.Mills bildirib.

© Sputnik / Asatur YesayantsABŞ-ın Ermənistandakı səfiri Riçard Mills
ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills - Sputnik Azərbaycan
ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills

Əslində, Ermənistan güzəştlərə getməkdə özü maraqlı olmalıdır. Belə ki, Ermənistan kimi kiçik dövlətlərin iqtisadi inkişafının əsasını regional əməkdaşlıq təşkil edir. Əgər Ermənistan kimi ölkələr belə regional layihələrdən tam şəkildə kənardadırlarsa, deməli onların iqtisadi və siyasi gələcəyinə ümid yoxdur. Ölkədə baş verən bütün bu proseslərin təsiri də erməni cəmiyyətində kəskin şəkildə müşahidə olunur. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, onun regional layihələrdən kənarda qalmasına səbəb olub. İşğalçı siyasəti olmadığı təqdirdə Azərbaycanın Ermənistanla normal əlaqələri olsaydı, bu proyektlərin bir qismində ermənilərin iştirakı istisna olunmurdu.

Ermənistan danışıqlar prosesini daima pozub. Vurğulayaq ki, indiyədək tərəflərə 6 belə plan təqdim edilib: paket, mərhələli, "ümumi dövlət", Ki Uest planı, daha sonra Amerikanın Minsk qrupunu iradəsi xaricində irəli sürdüyü plan və nəhayət, "Madrid prinsipləri".

Təkliflərin bir hissəsi problemin paket, bir hissəsi mərhələli həllini nəzərdə tutub. Paket həll variantından 1997-ci ildə imtina olunub. 1998-ci ildə irəli sürülən "Ümumi dövlət" modelinə Azərbaycan da razı olmayıb. Hazırda müzakirə edilən "Madrid prinsipləri"ni həm Ermənistan, həm də Azərbaycan qismən qəbul etsə də, razılıq əldə etmək mümkün olmayıb.

Madrid prinsiplərinə görə, ərazilərin geri qaytarılması və güc tətbiq etməməklə bağlı öhdəlik də var. Bundan başqa, Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə hüququ, əlavə olaraq, təhlükəsizlik mexanizmlərinin tətbiqi, bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi yer alır. Bakı bu təkliflərin bir qisminə razılıq vermir.

Qərbin prinsipial mövqeyi belədir ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. İndiyədək aparılan bütün danışıqlarda Azərbaycan öz ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı mövqenin tam qətiləşməsinə nail olub. Bu isə Ermənistanın danışıqlar prosesində fiaskoya uğraması anlamına gəlir.

Ermənistanın heç bir nizamlanma variantıyla razılaşmaq istəmir, danışıqlar prosesini uzatmağa çalışmasının əsas səbəblərindən biri də elə bu məqamdır. Çünki rəsmi İrəvan Dağlıq Qarabağla bağlı planlarını reallaşdıra bilməyəcəyini artıq anlayır. Ermənistan hətta Dağlıq Qarabağa ən yüksək status vermək təklifləri ilə də razılaşmaq istəmir. Halbuki ən yüksək status ermənilərə Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması şərtilə polis qüvvələrinin formalaşdırılması da daxil olmaqla, yerli özünüidarə hüquqları tanıyır. Ancaq ən yüksək status variantında ermənilər Dağlıq Qarabağda ordu qura, xarici ölkələrdə təmsilçiliklər aça bilməzlər. Eyni zamanda Dağlıq Qarabağın iqtisadiyyatı Azərbaycan iqtisadiyyatına bağlı olmalıdır.

Azərbaycanın işğal altındakı 7 rayonu azad edilərsə, Dağlıq Qarabağa hər hansı statusun verilməsi elə bir ciddi problem yaratmaz. Çünki bundan Azərbaycan heç nə itirməz. Azərbaycan öz maliyyə imkanları hesabına rayonları ən qısa zamanda yenidən qura bilər. Əslində kasıb Ermənistanla fərqi görən ermənilər özləri Azərbaycanın tərkibində qalmağı arzulayırlar.

Bölgədə sülh bərqərar olsa, Azərbaycan regionun lokomotivinə çevrilə bilər. Hazırda "Madrid" və ya "Yeniləndirilmiş Madrid" prinsiplərində də Dağlıq Qarabağ üçün aralıq statusu nəzərdə tutulub. Aralıq statusu Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarəetmə təminatı verir. Buna paralel olaraq, işğal altındakı torpaqlar boşaldılmağa başlanır, dəhliz məsələsi həll olunur və kommunikasiya xətləri açılır.

Ermənilər Dağlıq Qarabağla bağlı indiki qeyri-müəyyən statusun qorunmasına, onun Ermənistana çıxış imkanı qazanmasına və beynəlxalq təhlükəsizlik təminatının alınmasına cəhd göstərirlər. Bakının maraqları isə işğal altındakı torpaqların tam boşaldılmasını, qaçqınların yurd-yuvalarına dönməsini, Dağlıq Qarabağda yaşayacaq vətəndaşlarımızın təhlükəsizliyi təmin olunmasını və bölgədə referendumun keçirilməməsini tələb edir. Aralıq statusu Azərbaycana bütün bunları reallaşdırmaq imkanı açdığı üçün bu ideya məqbuldur.

Əslində rəsmi İrəvan da aralıq statusunun əleyhinə deyil. Sadəcə, Ermənistan həll planında bu statusun tətbiq olunma müddətinin hansı tarixdə bitəcəyinin dəqiq göstərilməsini vasitəçilərdən tələb edir. Əsas məqsədləri odur ki, aralıq status dövrünün bitməsindən sonra referenduma "yaşıl işıq" yandırılsın. Ancaq buna da Azərbaycan razılaşa bilməz. Bir sözlə, Bakı danışıqlar prosesində daha uğurlu mövqeyə malikdir və bunu dərk edən İrəvan prosesləri pozmağa çalışır…

Xəbər lenti
0