Donald Tramp və Nikol Paşinyan, Brüssel, 11 iyul 2018-ci il

Trampdan Paşinyana "müharibədən uzaq ol, əvəzində mükafatını al" mesajı

9643
(Yenilənib 20:01 24.09.2018)
Ağ Ev rəhbəri Yerevanı Qarabağ danışıqlarını bərpa etməyə çağırır

BAKI, 24 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana ölkənin 27-ci müstəqillik günü münasibəti ilə təbrik məktubu göndərib. Məktubda ABŞ prezidenti Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni imkanlar barədə ilginc anons verib.

"Yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni imkanlar yaranacaq ki, bu da Ermənistan – ABŞ əlaqələri üçün yeni variantlar yarada bilər. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Birləşmiş Ştatlar münaqişəsinin uzunmüddətli sülh ilə həlli yollarının axtarışı üzrə sizinlə işləməyə hazırdır" — deyə Tramp məktubda bildirib.

Bu arada, ABŞ-ın dövlət katibi Maykl Pompeo Ermənistanın müstəqillik günü ilə bağlı yayımladığı bəyanatda rəsmi Yerevan və Bakını tezliklə intensiv danışıqları bərpa etməyə çağırıb: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqdir və tərəfləri tezliklə intensiv danışıqları bərpa etməyə çağırır".

Beləliklə, Paşinyanın hərbi ritorikasına qarşı cavablar gəlməyə başladı. Birləşmiş Ştatlar Ermənistanı faktiki olaraq, sülh danışıqlarına və ATƏT-in Minsk Qrupu çərçivəsində fəaliyyət göstərməyə dəvət edir. ABŞ-ın mövqeyi bəllidir — Vaşinqton Qarabağda nə Ermənistan, nə də Azərbaycanın qələbəsini istəyir.

Lakin ABŞ və digər böyük dövlətlər anlayır ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etmək məqsədilə beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir. Trampın məktubundan çıxan nəticə də budur — savaş variantına üstünlük vermək istəyən Paşinyan Bakı ilə yeni danışıqlara təşəbbüs göstərməli və Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvodan imtina etməməlidir.

Bununla yanaşı, Trampa bəllidir ki, Vaşinqton Gürcüstanda olduğu kimi Ermənistana tam nəzarət etmək imkanında deyil. Ermənistan Gürcüstanla müqayisədə çox mürəkkəb ölkədir. Həm sosial-iqtisadi, həm də siyasi və hərbi cəhətdən İrəvanın Kremldən asılılığı güclüdür. Rusiyanın Ermənistanda 102 saylı hərbi bazası var və bu bazada ən müasir hərbi texnikalar yerləşdirilib.

Təsir rıçaqları Moskvaya imkan verir ki, istənilən anda Ermənistanda siyasi kataklizmlər yaratsın. Hətta yeni parlament seçkiləri keçirilsə və Nikol Paşinyanın rəhbərlik etdiyi komanda hakimiyyətdə möhkəmlənsə belə, yaxın zamanda Ermənistanı Rusiyanın monopoliyasından çıxmaq mümkün olmayacaq. Ermənistan-Rusiya əməkdaşlığı bundan sonra da davam edəcək.

Ancaq strateji yöndə yeni hökumət hədəf olaraq Qərbə inteqrasiya xətti seçməyi düşünür. Tramp da bu istiqamətdə müəyyən mesajlar verməkdədir və Paşinyana məktubunda İrəvana əməkdaşlıq təklif edir.

Bu gün ölkə daxilində Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Paşinyanı yalnız erməni millətçiləri dəstəkləyir. Paşinyanın Dağlıq Qarabağ məsələsindəki ilk addımları da onun savaşçı imicini formalaşdırır.

Əslində, Paşinyan bütün dünyaya meydan oxuyur. Belə ki, BMT Təhlükəsizlik Şurasının (822, 853, 874, 884) və Baş Assambleyasının qətnamələri Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dair öhdəliklərlə yanaşı, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək üçün gücün istifadəsinin yolverilməzliyini ifadə edir. Həmin qətnamələr Azərbaycanın ərazilərinin işğalını pisləyir və Ermənistan silahlı qüvvələrinin oradan tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Ermənistan bu qətnamələrdən heç birini yerinə yetirməyib və buna görə də, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə (Maddə 41) uyğun olaraq Ermənistanı blokadaya alıb. Ermənistanın Dağlıq Qarabağı Azərbaycandan hərbi yolla ayırmaq cəhdləri "öz müqəddəratını təyin etmək" hüququ ilə bağlı beynəlxalq standartlara cavab vermir. Azərbaycan dəfələrlə bildirib ki, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi Azərbaycan Konstitusiyasının tələblərinə uyğun olaraq ümummilli referendum yolu ilə həll oluna bilər.

Hazırda istər Rusiya, istərsə də ABŞ yeni savaşın başlanmasını arzulamır. Hiss edilən odur ki, tərəflərin sülhə hazırlıq prosesi də getmir. İctimaiyyətlərin sülhə hazırlanması çətin məsələdir. Sadəcə, təcrübəsiz Paşinyanın hərbi ritorikasının ağır fəsadlar verə biləcəyi onun nəzərinə çatdıırılır.

N.Paşinyanın absurd tələbləri qarşısında Azərbaycanın barışmaz və haqlı mövqe sərigələməsini normal qarşılamaq lazımdır. Azərbaycanın işğal altında 20 faiz torpağı var, rəsmi Yerevan bu torpaqların qaytarılması ilə bağlı nikbin bəyanatlar vermək əvəzinə, savaşdan söz açır. Əgər vasitəçilərin rəsmi bəyanatlarına nəzər salsaq görərik ki, söhbət Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsindən gedir və tərəflərin mövqeləri diametral əksdir.

Siyasi araşdırmaçılar hesab edirlər ki, danışıqlarla bağlı müsbət yöndə iki halda sıçrayış ola bilər — ya tərəflər bu məsələdə özləri razılığa gəlsinlər, ya da vasitəçilər tələb səviyyəsində olan konkret bir təkliflə çıxış etsinlər. Hazırda isə bunların heç biri yoxdur. Hazırda vasitəçilər Paşinyanı savaş ritorikasından imtinaya səsləyirlər.

Bir sözlə, söhbət status-kvonun bərpasından gedir. Əslində, Ermənistana ciddi təzyiqlər edilməsinin də Qarabağ danışıqlarına böyük təsiri olmayacaq. Əgər söhbət Trampın məktubunu əsas götürərək, ABŞ vasitəsiylə Yerevana təsir göstərib, Ermənistanı konstruktiv olmağa məcbur etməkdən gedirsə, bu, real görünmür. Düzdür, Ermənistana beynəlxalq təzyiqlər arta bilər. Lakin bu təzyiqlər Qarabağın qaytarılması ilə bağlı olmaya da bilər.

D.Tramp Yerevanı yeni Qarabağ savaşından yayınmağa səsləyir. Əvəzində mükafat da vəd edir — Ermənistan–ABŞ əlaqələri üçün yeni variantlar yarada biləcəyini vurğulayır. ABŞ üçün bu mərhələdə Ermənistan–İran sərhədinə nəzarət etmək daha vacibdir və odur ki, Ağ Ev rəhbəri Yerevanı Qarabağ danışıqlarını bərpa etməyə çağırır.

Bu gün Ermənistan iqtisadiyyatı iflic vəziyyətindədir və Paşinyan Qrəbdən kredit dilənməyə məhkumdur. Bu baxımdan, onun tezliklə savaş ritorikasından əl çəkəcəyini ehtimal edə bilərik…

9643
Teqlər:
Nikol Paşinyan, Yerevan, Donald Tramp, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan, Vaşinqton, ABŞ, baş nazir, prezident
Əlaqədar
Nyu-Yorkda Qarabağ müzakirəsinin vaxtı açıqlandı
Prezident: "Dağlıq Qarabağ Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq"
Trampdan sensasion məktub: "Yaxın aylarda Qarabağda..."
Qarabağda Paşinyanın yolunu vəhşi heyvanlar kəsib - VİDEO
Ermənistan Dağlıq Qarabağa dair "qırmızı xətti" keçir
Mayk Pompeo və Ceyhun Bayramov, arxiv şəkli

"Asan məsələ": Amerikalıların Qarabağda müharibəni dayandırmaq cəhdləri

47
(Yenilənib 20:32 27.10.2020)
Dağlıq Qarabağ münaqişəsini həll etməyin çətin olmadığını deyən Tramp niyə Azərbaycanla Ermənistanı barışdıra bilmədi.

BAKI, 27 oktyabr — Sputnik, Qaliyə İbrahimova. Dağlıq Qarabağda hərbi əməliyyatlar artıq bir aydır ki, davam edir və indiyə kimi üç humanitar atəşkəs cəhdi baş tutmayıb. ABŞ-ın vasitəçiliyi ilə razılaşdırılmış atəşkəs rejimi uzun sürməyib. Amerikalılar bölgədə təhlükəsizliyi bərpa etməyə söz versələr də, onlara inanan azdır.

Amerikanın oyanışı

"ABŞ Ermənistan və Azərbaycan xarici işlər nazirləri, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrləri arasındakı danışıqlarda vasitəçiliyi öz üzərinə götürüb. Bütün səylərimiz Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlib", – ABŞ Dövlət Departamenti üçüncü humanitar atəşkəsin elan olunduğunu bu sözlərlə bəyan etdi.

Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş əvvəlki iki razılaşmanın pozulduğunu nəzərə çatdıran Mayk Pompeo şəxsən bəyan etdi: "Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan (Azərbaycan və Ermənistan XİN-in rəbərləri – red.) atəşkəs rejiminə əməl olunacağına təminat verdilər".

Donald Tramp da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etdiyini nümayiş etdirdi. Nyu-Hempşirdə seçicilər qarşısında çıxış edən ABŞ Prezidenti Qafqazdakı münaqişə ilə "məşğul olacağına" söz verdi. "Niyə də olmasın? Məncə, nə edəcəyini bilən adam üçün bu asan məsələdir", – deyə Ağ Ev rəhbəri öz qeyri-adi üslubuna sadiq qalaraq bildirdi.

Amerikalıların Ermənistanı və Azərbaycanı danışıqlar masasına oturtmaq cəhdini Rusiya Prezidenti də dəstəklədi. "Ümid edirəm ki, Vaşinqton bizimlə həmrəylik göstərəcək və münaqişənin nizamlanmasına kömək edəcək", – deyə Vladimir Putin vurğuladı.

Razılaşmanın pozulması

Humanitar atəşkəs rejimi oktyabrın 26-da yerli vaxtla səhər saat 8-də qüvvəyə mindi. Ancaq üstündən heç yarım saat keçməmiş hər iki tərəf razılaşmanın pozulduğunu bəyan etdi.

Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrini Tərtər və Dağlıq Qarabağla həmsərhəd yaşayış məntəqələrini atəşə tutmaqda günahlandırdı. Ermənistan Müdafiə Nazirliyinin açıqlaması da özünü çox gözlətmədi.

Azərbaycan Prezidenti İlham Əliyev müvəqqəti atəşkəsə etiraz etməsə də beynəlxalq vasitəçiləri məsələyə neytral münasibət göstərməyə çağırdı. "Ermənilər atəşkəs istəyirlərsə, qoy bizim ərazilərimizi tərk etsinlər. Bu baş verməsə, sona qədər mübarizə aparacağıq", – deyə Azərbaycan lideri bəyan etdi.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edən digər dövlətlərə də müraciət edərək, xüsusilə, Türkiyəyə Qafqazdakı nüfuzundan istifadə etməsini məsləhət gördü. "Türkiyənin Xarici İşlər naziri Çavuşoğlu ilə Dağlıq Qarabağ mövzusunda bir sıra telefon danışıqlarımız oldu. Ankaranı münaqişənin sülh yolu ilə nizamlamasını dəstəkləməyə inandırmağa çalışırıq", – deyə Rusiya XİN-in rəhbəri bildirdi.

ATƏT-in Minsk qrupu tərəfləri barışdırmaq cəhdindən əl çəkmir. Oktyabrın 29-da həmsədrlər Cenevrədə Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri ilə görüşəcəklər. Ancaq RİA Novosti-yə müsahibə verən ekspertlər bu məsələyə şübhə ilə yanaşırlar.

Amerikanın təşəbbüsü

Qafqaz regionu üzrə mütəxəssisi Nurlan Qasımov ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçiliyinin lap əvvəldən uğursuzluğa məhkum olduğunu bildirir. Onun sözlərinə görə, hər iki tərəf müvəqqəti atəşkəsdən ehtiyat qüvvə yığmaq və münaqişə bölgəsindəki mövqelərini gücləndirmək üçün istifadə edir.

"Hazırda Laçın dəhlizi uğrunda döyüşlər gedir. Əgər Azərbaycan dəhlizi ələ keçirsə, Ermənistanla Dağlıq Qarabağ arasındakı birbaşa əlaqə kəsiləcək. Bu isə münaqişənin nizamlanması prosesini kökündən dəyişəcək", – deyə Qasımov bildirib.

Mütəxəssis Vaşinqtonun nizamlanma prosesindəki fəallığını Amerikadakı seçki kampaniyası ilə əlaqələndirir. Bununla belə, ABŞ-ın yeni rəhbərliyinin Cənubi Qafqaza marağını tez itirəcəyinə də əmindir.

"İndiyə kimi Vaşinqtondan münaqişənin nizamlanması ilə bağlı yeganə təşəbbüs 1999-cu ildə irəli sürülüb. Həmin vaxt Ki-Vestdə keçirilən görüşdə ABŞ-ın vasitəçisi Pol Qobl ərazilərin mübadiləsi planını təklif etdi: Dağlıq Qarabağ ətrafındakı yeddi bölgə Azərbaycana qaytarılır, Bakı isə Ermənistan-İran sərhədindəki Mehri dəhlizini alaraq Dağlıq Qarabağı və Laçın dəhlizini Ermənistana verir. Lakin İrəvan Mehri dəhlizinin Dağlıq Qarabağı dünya ilə əlaqələndirdiyini əsas gətirərək bu təklifdən imtina etdi. Həmin vaxt Dağlıq Qarabağın ermənilərdə qalması ilə razılaşmayan Azərbaycan tərəfi də planın reallaşmasına razılıq vermədi", – deyə Qasımov xatırladır.

O, ABŞ-ın 1990-cı illərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hərəkətlərini tərəfləri barışdırmaq istəyi ilə deyil, "Qafqazın neft və qaz sektoruna sərmayə yatırmaq" arzusu ilə izah edir.

"Bundan sonra Qərb Cənubi Qafqazda neft və qaz boru kəmərlərinin tikintisinə böyük sərmayə qoydu. Azərbaycan nefti Avropadakı Rusiya enerji qaynaqlarına alternativ sayıldı və amerikalılar buna hər cür dəstək verdilər. Müharibə bu layihələrin həyata keçirilməsinin qarşısını ala bilərdi. Ancaq Qoblun planının iflasından sonra Vaşinqton sülhməramlı təşəbbüsünü tamamilə Rusiyaya ötürdü", – deyə Qasımov xatırladır.

Vaşinqton seçkidən sonra Qafqazı unudacaq

ABŞ və Kanada İnstitutunun baş elmi işçisi Pavel Koşkin də Amerikanın sülhməramlı vasitəçiliyini seçkiöncəsi vəziyyətlə əlaqələndirir.

"Tramp üçün bəzi ştatlarda çoxluq təşkil edən erməni diasporunun səsini almaq vacibdir. Bu səbəbdən də münaqişənin həllinə kömək etmək üçün vədlər verir. Ancaq seçkidən sonra Vaşinqton yenidən Qafqazı unudacaq", – deyə ekspert bildirir.

Koşkinin fikirncə, amerikalıların Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesindən uzun müddət kənar qalması okeanın o biri tayından konfliktin idarəolunan münaqişə təsiri bağışlaması ilə əlaqədardır: "ABŞ-da Dağlıq Qarabağ problemi Ukrayna və ya Gürcüstandakı vəziyyətdən fərqli olaraq, qarışıq məsələ kimi qəbul olunmur. Çünki digər dondurulmuş münaqişələrdən fərqli olaraq, Dağlıq Qarabağ məsələsində hər zaman Moskva ilə konsensusa getmək imkanı var".

Ağ Evin yeni rəhbəri kim olursa-olsun, Dağlıq Qarabağ münaqişəsi ABŞ üçün əhəmiyyət kəsb etməyəcək. Ancaq vacib məqam odur ki, Qarabağ münaqişəsi Vaşinqtonun Moskvanın fikirlərinə güvəndiyi çox az sayda məsələlərdən biridir.

47
Teqlər:
ABŞ, ATӘT-in Minsk Qrupu, Atəşkəsin pozulması, dinc sakinlər, erməni təcavüzü, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənistanı xilas etmək istəyirsinizsə, deyin, çıxsın bizim torpaqlardan - İlham Əliyev
Azərbaycan Cenevrədə mənalı danışıq gözləyir
İlham Əliyev: "Bu üç ölkə məgər imkanlara malik deyil ki, aqressora öz yerini göstərsin?"
İlham Əliyev: "Azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar"
Azərbaycan Prezidenti: "Atəşkəsi istəyən niyə silah göndərir Ermənistana?"
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

İkinci dalğa, amerikalıların çətin seçimi təhlükəli Makron

85
(Yenilənib 02:00 27.10.2020)
Yeni "20-liy"in üzərində “Qarabağ Azərbaycandır” yazılacaq. Ümid edək ki, bu manat çapdan qayıdana qədər yazı reallıqda əksini tapacaq. Biz də elə köhnə "iyirmilik"lə Şuşaya, Laçına avtobus bileti alacağıq.

BAKI, 26 oktyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir

Kəndir

Azərbaycan əsgərinin zəfər marşı davam edir. Ötən həftə Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Kəlbəcər rayonunun kəndləri, Zəngilan və Qubadlı şəhəri erməni işğalçılarından təmizləndi.

Paşinyanın Qərbə yalvarışları da davam etdi – Rusiya və Avropa ölkələrini ayrı-ayrılıqda dəng edən baş nazir NATO-nun da qapısını döydü, ancaq ona Brüsseldə dedilər ki, NATO tərəf deyil, gedin, öz probleminizi özünüz həll edin.

Paşinyan, deyəsən, nəhayət, başa düşür ki, qaranlığını aydınladacaq şamı öz əlində tutmayanın gecəsi zülmətə məhkumdur. O şam da yoxdur – erməni ordusu qocaların, uşaqların, qadınların ümidinə qalıb. Nəvələri ilə oynamaq yaşında olan ahıllar əlində avtomat ön cəbhəyə göndərilir, qadın bölmələri yaradılır, ermənilərin özünün yaydığı videolardakı azyaşlını isə hamımız gördük.

Yaxşı olar ki, erməni diasporu öz ölkəsinə humanitar yardımı dayandırıb, Paşinyana ağ bayraq göndərsin. Ağır məğlubiyyətlə üz-üzə olan baş nazir sonra o bayrağı kəndir kimi də istifadə edə bilər.

İtiqovan

Həftənin ən yaddaqalan nəsnəsi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hazıladığı PUA-lar idi. Düşmənin yuxusunu ərşə çəkən dronlar döyüş meydanında özünü təsdiq edir, qan uddurur, XXI əsrin müharibə nümunəsini yaradır. Müharibənin ilk 15 günündə düşmənə təkcə dronlar 1 milyarddan çox zərər vermişdi. Ümumilikdə, düşmən 2 milyard dollar dəyərindən artıq texnika itirib. Bu, Ermənistanın dövlət büdcəsi qədərdir. 

Bu gedişlə Yerevanda nəinki (xal) tank qalmayacaq, tank sürməyə adam da qalmayacaq. 

İkinci dalğa

Dünən ölkəmizdə koronavirusa 946 yeni yoluxma faktı qeydə alındı. Bu, artıq antirekorddur. Həftə ərzində koronavirusa yoluxma dinamikası narahatlıq doğuracaq tempdə idi.

Cəbhədə baş verənlər, Azərbaycan Ordusunun müzəffər yürüşü fonunda COVID-19 az maraqlı görünsə də, bizi az narahat etsə də, bu təhlükəni, türklər demiş, küçümsəyə bilmərik – koronavirusun “ikinci cəbhə”yə çevrilməsinə imkan verməməliyik. Dünya hələ peyvənd axtarışını davam etdirir. Koronavirusa qarşı peyvənd kütləvi dövriyyəyə çıxana qədər COVID-19-dan ölənlərin sayının 2 milyondan çox olacağına dair bədbin proqnozlar var.

Hər halda, o dərman tapılıb ortaya çıxana qədər, gəlin, biz maskamızı çənəmizdən bir az yuxarı qaldıraq.

Fransa üçün Makron təhlükəsi

Fransa Prezidenti Emmanuel Makron faktiki olaraq Fransa üçün təhlükəyə çevrilib. Məsələ burasındadır ki, ölkə başçısı 47 yaşlı məktəb müəllimi Samuel Patinin başının kəsilməsindən sonra açıqlamasında İslamın dəyişməli olduğunu bildirib və İslamı terror dini kimi səciyyələndirib. Bu isə təkcə Makrona yox, Fransaya baha başa gəlir. Ölkəyə siyasi təzyiqlər artıb, məhsulları baykot edilir, kiberhücumlar və s. Fransanın özündə də müsəlmanlar Makronu “ağ yuyub, qara sərirlər”.

Bu arada İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba da məlum sərsəmləməyə görə Fransa millisindən ayrılacağını açıqlayıb.

Amerikalılar seçim edirlər

Okeanın o biri üzündə prezident seçkisinə sayılı günlər qalır. Noyabrın 3-də amerikalılar seçki qutularına yaxınlaşıb, öz rəhbərlərini seçməlidirlər. ABŞ prezidentinin kim olması bütün dünyanı maraqlandırır, çünki bu adam supergücün başında oturmaqla, demək olar ki, bütün dünyanın taleyinə təsir edir. Deməli, amerikalılar təkcə özləri üçün prezident seçmirlər, bütün dünya üçün vacib adamı müəyyən edirlər. Ona görə də amerikalılardan daha məsuliyyətli olmağı xahiş edirik.

20 manat hansı mesajı verir?

Sosial şəbəkələrdə 20 manatlıq əsginasın üzərindəki iki “20” rəqəminin birləşdirilərək 2020-ci ili ifadə etməsi və üzərində “Qarabağ” sözünün yazılmasının məhz bu il torpaqların işğaldan azad ediləcəyinə işarə vurduğu ilə bağlı müzakirələr gedir.

Bu arada Mərkəzi Bank qərara gəlib ki, bir neçə manatın dizaynını dəyişsin, hansı ki, onların arasında 20 AZN də olacaq. Yeni "20-liy"in üzərində “Qarabağ Azərbaycandır” yazılacaq. Ümid edək ki, bu manat çapdan qayıdana qədər yazı reallıqda əksini tapacaq. Biz də elə köhnə "iyirmilik"lə Şuşaya, Laçına avtobus bileti alacağıq.

Böhranda varlanır

Dünyanın qarmaqarışıq vaxtında Fransanın LVMH şirkətlər qrupunun baş direktoru Bernar Arno bir həftə ərzində sərvətini 8 milyard ABŞ dolları məbləğində artırıb. 15-22 oktyabr arası LVMH-nin səhmləri 6 faiz artıb, buna “Louis Vuitton” və “Dior” markalarının güclü satışları kömək edib.

Görünür, kimlərsə koronavirusa qarşı spirt əvəzinə “Dior” istifadə edir.

85
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi

45
(Yenilənib 23:55 27.10.2020)
"Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?"

BAKI, 27 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki heabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!" - paylaşımda deyilir.

45
Teqlər:
Atəşkəsin pozulması, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı