Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ermənistan "inqilabı" barədə ortalığı qarışdıracaq iddia: Görünməyən əl kiminmiş?

© REUTERS / Vahram BaghdasaryanАкция протеста в Ереване, 23 апреля 2018 года
Акция протеста в Ереване, 23 апреля 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
"Yeni prezident Sarkisyan Rusiyanın əleyhinə olan növbəti Mixail Saakaşvilidir"

BAKI, 7 may — Sputnik. Erməni xalqı ilə Ermənistan hakimiyyəti arasında baş vermiş qarşıdurma bu ölkədə geniş yayılmış Amerika agentura şəbəkəsi tərəfindən təşkil olunub. Bunu Sputnik Azərbaycan-a türk tarixçi, politoloq Mehmet Perincek bu günlərdə Ermənistanda baş verən "məxməri inqilab"ı şərh edərkən bildirib.

Politoloq xatırladıb ki, Avropada ABŞ-ın ən böyük səfirliyi məhz Ermənistandadır. O, bu yaxınlarda KİV-də gedən materialları misal gətirərək bildirib ki, orada Yerevandakı Amerika səfirliyinin əməkdaşlarının adi diplomatlar deyil, hazırda Ermənstanda fəaliyyət göstərən geniş yayılmış Amerika agentura şəbəkəsinin nümayəndələri olduğu yazılıb.

Türk tarixçi şübhə etmir ki, Ermənistanda baş verən son hadisələrdə ciddi şəkildə Amerika izləri var. Onun sözlərinə görə, hələ bir neçə il əvvəldən Vaşinqton Yerevanı Moskvanın təsir darəsindən çıxarmağa və onun üzünü özünə tərəf çevirməyə çalışırdı. Bunün üçün erməni-türk sərhədlərinin açılması ideyasını ortalığa atmışdı.

© Photo : Twitter / @MehmetPerincekTürkiyəli politoloq Mehmet Perincek
Türkiyəli politoloq Mehmet Perincek - Sputnik Azərbaycan
Türkiyəli politoloq Mehmet Perincek

"Amma bu plan işləmədi və onda ABŞ Ermənistanda "məxməri inqilab"ın baş verməsi üçün uğurlu zəmin hazırlamaq işi ilə məşğul olmağa başladı" — deyə həmsöhbətimiz bildirib. O əlavə edib ki, Ermənistan əhalisi çoxdan ölkədə Qarabağ klanının hakimiyyətdə olmasından narazılığını ifadə edir.

Perincekin sözlərinə görə, ABŞ xalqın bu duyğuları ilə ustalıqla manipulyasiya edərək Yerevanda "məxməri inqilab" hazırladı. Politoloq bu prosesin Ermənistanda nə ilə başa çatacağını deməkdə çətinlik çəkdiyini bildirib. Amma onun fikrincə, bu gün Ermənistanda mübarizə təkcə müxalifətlə hakimiyyət arasında deyil, həm də Qərblə Rusiya arasında gedir.

Sputnik Azərbaycan-ın həmsöhbəti hesab edir ki, Yerevan gələcəkdə Qərblə yaxınlaşma siyasətini həyata keçirəcək: "Türkiyə və Azərbaycan isə yaranmış bu vəziyyətdən istifadə edərək Kremli özü ilə münasibətləri dərinləşdirməyə maraqlandırmalıdır".

Avropa Şurası Parlament Assambleyası - Sputnik Azərbaycan
Avropa Şurasından Yerevana kritik zəng

Türk tarixçi, eyni zamanda Rusiyanın Ermənistanda baş verənlərlə bağlı narahatlıq duymasına da toxunub. Onun sözlərinə görə, Sarqsyan baş nazir postundan istefa verəndən dərhal sonra Rusiya xarici kəşfiyyatının rəhbəri Sergey Narışkin Bakını ziyarət edib: "Sonra biz Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Sergey Lavrovun Qarabağ münaqişəsinin nizamlanmasına dair telefon danışığı barədə eşitdik".

Perincekin fikrincə, Azərbaycan və Türkiyə Rusiya üçün daha etibarlı tərəfdaşdır, nəinki Ermənistan: "Ermənistanda sabitlik yoxdur və o, zəif dövlətdir. Ona görə də, Moskva özünə tərəfdaş olaraq Bakı və Ankaranı seçməlidir. Özü də Azərbaycanın güclü iqtisadiyyatı və ordusu, eləcə də zəngin təbii sərvətləri var".

Müsahibimiz onu da qeyd edib ki, Ağ Evin əsas məqsədi Rusiya hərbi bazasını Gümrüdən çıxarmaqdır. Onun sözlərinə görə, hələlik müxalifətin lideri Nikol Paşinyan qərbyönümlü siyasət yürüdür, Ermənistanın prezidenti Armen Sarkisyan isə Rusiyaya qarşı yeni Mixail Saakaşvilidir.

Xəbər lenti
0