QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistanda ciddi qarşıdurmaların ikinci raundu başlayır

© Sputnik / Asatur YesayantsПолицейский кордон на проспекте Баграмян (16 апреля 2018). Ереван
Полицейский кордон на проспекте Баграмян (16 апреля 2018). Ереван - Sputnik Azərbaycan
Abunə olmaq
Serj Sarqsyanın istefası ilə Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaq

BAKI, 24 aprel — Sputnik. Erməni müxalifəti qələbə qazandı. Ölkənin yeni baş naziri Serj Sarqsyan istefa verdi. Bu, çoxları üçün gözlənilməz oldu. Lakin proseslərin ilk günündən bəlli idi ki, Serj əsas dayağını – Rusiyanın dəstəyini itirib.

Серж Саргсян - Sputnik Azərbaycan
Serj Sarqsyan istefa verdi

Ermənistandakı prosesləri izləyən müşahidəçilərin qənaətinə görə, bu ölkədə sistemli müxalifət mövcud deyil. "Qarabağ klanı" ilə mübarizə aparmaq üçün müxalifətin nə güclü strukturu, nə də seçki yolu ilə hakimiyyətə gəlmək üçün şansı var idi. Lakin müxalifət qələbə qazandı. Deməli, Yerevanda cərəyan edən proseslərdə "xarici amil" mövcud idi.

Məsələ ondadır ki, Moskva Sarqsyana Avropa İttifaqı ilə əməkdaşlıq müqaviləsini bağışlamadı. Ermənistanda hakim elitadan narazılıqlar günü-gündən artırdı. Serji ancaq Kreml xilas edə bilərdi. Kreml isə "cızığından çıxmış köləni" sadə üsulla cəzalandırdı – heç nəyə qarışmadı və "səfil küçə uşağını" xatırladan Paşinyan turist geyimində meydana çıxdı və tezliklə "Xocalı canisi" ağ bayraq qaldırdı.

Təhlilçilər əmindirlər ki, Sarqsyanın hakimiyyətdən getməsi Rusiyanın bu ölkəyə təsirini heç bir halda azalda bilməz. Burada bir məqama diqqət etmək lazım gəlir. Ermənistandakı etiraz aksiyası demokratik inqilab deyildi. Baxmayaraq ki, proseslərdə Qərb də iştirak edirdi, bununla yanaşı baş verənlərdə Serjdən narazı qalan Kremlin mesajı açıq sezilirdi — ya mənimlə olursan, ya kütlə səni tapdalayır. Kremlin nəzarətində olan saytlar mitinqlərdən anbaan məlumat yayır və müxalifətə dolayı dəstək verirdi.

Burada bir sual meydana çıxır: Serjin istefası və "Qarabağ klanı"nın məğlubiyyəti Ermənistan — Azərbaycan danışıqlarına təsir edəcəkmi? Əksət təhlilçilər belə hesab edirlər ki, Ermənistanda və Azərbaycanda Qarabağ probleminə münasibət dəyişməz qalacaq. Qarabağ hər iki ölkə üçün "qırmızı xətt"dir. Ondan imtina barədə düşünən istənilən siyasi qüvvə üçün bu, intihardır.

Ermənistan Rusiyanın forpostudur və Kreml problemi hansı formada həll etmək istəsə, Yerevan bununla razılaşacaq. Onu da vurğulayaq ki, etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan türklərə və Azərbaycana aşırı nifrəti ilə tanınır. O, daha radikal şüarlar səsləndirə bilər. Bu məsələdə heç kəs reallığı qəbul edə bilməz. Levon Ter-Petrosyanın acı taleyi erməni siyasətçilərinə bir dərs oldu.

Yeni iqtidar savaşa da başlaya bilməz. Belə ki, Rusiya Qarabağda atəşkəsi pozmaq istəmir. Ukrayna və Suriyada savaşan Rusiyaya Cənubi Qafqazda savaş sərf etmir.

Serj getdi. Hələlik onun postunda Karen Karapetyan əyləşir. Rusiyanın əsas adamı olan Karapetyanın hakimiyyətə gəlməsi Qərbi də tamamilə qane edir. Lakin Ermənstanda yeni əmlak bölgüsü ciddi qarşıdurmalara səbəb ola bilər. Oliqarxiya özünü necə aparacaq? Hadisələrin sonrakı gedişi bu suala cavabdan asılı olacaq. Hələ də qanlı qarşıdurma istisna edilmir.

Protesters against a hike in electricity prices scuffle with policemen in Yerevan, Armenia, July 6, 2015. - Sputnik Azərbaycan
Ermənistan qaynayır, tanınmış şəxs qətlə yetirildi

Yeni erməni hakimiyyəti diplomatik kursu dəyişməyəcək. Dağlıq Qarabağ münaqişəsinə münasibət daha da sərtləşəcək. Yeni iqtidar iqtisadiyyatda diasporun iştirakını genişləndirməklə, Avropa ilə daha sıx əlaqələr qurmağa çalışacaq. Lakin heç bir halda ermənilər Ermənistanda olan Rusiya hərbi bazasına qarşı çıxmayacaqlar.

Serj Sarqsyanın istefası ilə Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaq. Ancaq yeni gələcək baş nazir Rusiya və Qərb arasında manevr etmək imkanında deyil. Ermənistan Rusiyanın təsir dairəsindədir. Kreml Sarqsyanı qorumaq istəmədi, ancaq bu, o demək deyil ki, Ermənistandan imtina etmək fikrindədir.

Rusiya ya Sarqsyanın yerində öz adamını oturtmağa, ya da yeni baş naziri "Rusiyasız hərəkət edə bilməzsən" reallığını qəbul etdirməyə çalışacaq. Hələlik, ən optimal variant kimi Karapetyanın baş nazirliyi nəzərdən keçirilir. Lakin yeni parlament seçkiləri də keçirilə bilər. Bir sözlə, Ermənistanda ciddi qarşıdurmanın ikinci raundu başlamaqdadır…

Xəbər lenti
0