Səsvermə, arxiv şəkli

Əliyevin bədxahları hələlik "Solsberi zəhərlənməsi" stilində təxribat düşünməyiblər

257
(Yenilənib 10:17 06.04.2018)
Rusiyalı ekspert Rusiya və Azərbaycandakı prezident seçkilərindən əvvəlki vəziyyəti müqayisəli təhlil edib

Vladimir Lepexin, Aİİ İnstitutunun direktoru

BAKI, 5 aprel — Sputnik. Azərbaycan vətəndaşlarının ölkədə keçiriləcək prezident seçikilərində səs verməsinə bir həftə vaxt qalır. Bir sıra ekspertlər, xüsusilə də AR-nın hazırkı hakimiyyətinin tənqidçiləri hesab edirlər ki, bu seçki kampaniyası daha çox hazırkı prezident İlham Əliyevin liderlik səlahiyyətlərinin formal olaraq rəsmi təsdiqidir, nəinki bir neçə real və güclü namizədlər arasından dövlət başçısının seçilməsi. Lakin siyasətdə bu cür təqdimat mənə görə açıq-aşkar sadəlövhlükdür.

Əvvəla, kim sübut edib ki, hazırkı dövlət başçısının dəyişməsi, özü də bu cür reytinqlə ("ELS" Müstəqil Araşdırmalar Mərkəzinin keçirdiyi sorğuların nəticələrinə görə, 84%), onun hakimiyyət müddətinin uzadılmasından daha yaxşıdır. Əksinə, fəaliyyətdə olan ölkə başçısı populyar və avtoritetli siyasətçidirsə, ümumxalq seçkiləri daha çox bayram olmalıdır, nəinki KİV-dəki isteriklər üçün bəhanələr və səlahiyyətlilərə qarşı müxtəlif təhqirlərlə müşayiət olunmalıdır.

İkincisi, belə heç də sadə olmayan beynəlxalq və regional vəziyyətdə, özü də sərhədlərində az qala dünya müharibəsinin başlanacağı bir şəraitdə dövlət başçısının dəyişməsi lazımdırmı? 

Üçüncüsü, ölkə prezidentinin Qərbdə və Şərqdə olmasından asılı olmayaraq, yüksək populyarlığı, heç də pis hal deyil. Və bu populyarlıq (yeri gəlmişkən, bunu iki həftə əvvəl Rusiyada keçirilən prezident seçkiləri də göstərdi) dövlət başçısının günahı deyil, bəzən hətta onun bəlasıdır. Liderin layiqli alternativi olmadığı təqdirdə, seçkiqabağı yarışda onun autsayderləri özlərinin lehinə deyil, milli liderin, yaxud da onun kölgəsinin əleyhinə kampaniya həyata keçirməyə başlayırlar. Özü də bu seçkilər ölkənin gələcək inkişafı üçün bir katalizator rolunu deyil (halbuki belə olmalıdır-m.), tormozlayıcı rol oynayır.

Əslində Azərbaycanda gedən hazırki seçkiqabağı kampaniya Rusiyadakı eyni model əsasında qurulur.

Azərbaycanda da Rusiyada olduğu kimi seçicilərin səsi uğrunda 8 namizəd mübarizə aparır.

Rusiyada olduğu kimi Azərbaycanda da kampaniyada liderlik böyük fərqlə hazırkı prezidentə məxsusdur.

Rusiyada olduğu kimi, Azərbaycan Respublikasında da liderlə rəqabət aparan namizədlər öz irəliləyişləri naminə mübarizə aparmaq əvəzinə, ya mövcud hakimiyyəti tənqid edir, ya da öz piarlarını qururlar. 

Prezident İlham Əliyev
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mənim fikrimcə, Azərbaycan prezidentliyinə 7 alternativ namizədin hamısı bu və ya digər dərəcədə İlham Əliyevə münasibətdə müxalifətdir, yaxud ən azı onunla əlaqəli deyil. Hər kəs öz oyununu oynayır. Belə bir vəziyyət yaranıb ki, qarşıdan gələn 11 aprel seçkilərində səsvermənin nəticələri artıq təxmin ediləndir, prezidentlik postuna namizədlər daha çox öz piarları ilə məşğuldurlar, nəinki seçici səsi uğrunda real mübarizə aparırlar.

Misal üçün Rusiyada keçirilən prezident seçkiləri ərəfəsində yalnız bir namizəd — fəaliyyətdə olan dövlət başçısı prezidentlik postu uğrunda real mübarizə aparırdı. Həmin vaxt digər 6 namizəd öz şəxsi problemlərinin həlli ilə məşğul idi. Və təsadüfi deyil ki, onlardan heç biri seçicilərə ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı hər hansı ciddi proqram təqdim etmədi. Yalnız populist şüarlar.

Eyni zamanda, Azərbaycanda seçki kampaniyasının xaricdən kütləvi informasiya hücumlarına məruz qalması faktı şübhə doğurmur. Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun fikrincə, Azərbaycan hakimiyyətinin ölkədə istifadəçilərinin sayı 3 milyona çatan sosial şəbəkələrə pozitiv münasibəti, bu seqmentdən geniş istifadə üçün yaratdığı hərtərəfli şərait qarşısında bəzi dairələr mövcud imkanlardan sui-istifadə edirlər. Müəyyən xarici qüvvələrin və daxili siyasi qrupların Azərbaycan hakimiyyətinə, bir çox hallarda isə bütövlükdə Azərbaycan dövlətinə qarşı davamlı olaraq iyrənc kampaniya aparması bunu açıq şəkildə göstərir. 

Bu sətirlərin müəllifi həmçinin əmindir ki, Azərbaycanda bir sıra müxalifət qurumlarının prezident seçkilərini boykot etməsinin arxasında müxtəlif Qərb dairələri dayanır.

Öz-özlüyündə dünyanın heç bir ölkəsində, heç bir sağlam siyasi qüvvə əsas namizədin yüksək reytinqə malk olduğunu düşünürək seçkiləri boykot eləməz. Bu, sadəcə ağlasığmazdır. Belə hallarda, vətənpərvər müxalif güclər bütün qüvvələrini ciddi nəticələr əldə etməyə real şansı olan dövlət başçısının əsas alternativi ətrafında səfərbər edirlər. Azərbaycanda seçkilərin boykot edilməsinin arxasında hansısa antiazərbaycan qüvvələr dayanır.

Məhz həmin qüvvələr bu ilin martında Rusiyadakı prezident seçkilərini boykot cəhdlərinin arxasında dayanırdılar.

Bəs Azərbaycanda nə baş verir? Azərbaycan Respublikasında hətta seçkilərə bir həftə qalmış siyasi analitiklər ikinci yeri kimin — cəbhəçi Qüdrət Həsənquliyevin, yoxsa sosial-demokrat Araz Əlizadənin, yaxud bir başqasının — tutacağı barədə suala cavab verməyə çətinlik çəkirlər.

Nə olursa olsun, seçki kampaniyası zamanı xarici amilin müstəsna rolu Rusiya Federasiyasında keçirilən seçkilərlə Azərbaycan Respublikasında keçiriləcək seçkilərin ümumi oxşar cəhətidir. 

Heç olmasa, göründüyü kimi İlham Əliyevin qərbdəki bədxahları hələlik Bakıya qarşı "Solsberi zəhərlənməsi" stilində bir təxribat düşünməyiblər.

Əgər Rusiya və şəxsən Vladimir Putin əleyhinə Britaniya hakimiyyətinin təşkil etdiyi təxribat Rusiya Federasiya vətəndaşlarının seçki məntəqələrinə axınını, eləcə də hazırkı prezidentə verilən səslərin sayını artırdısa, düşünürəm ki, Azərbaycanda bu problemlərin heç biri olmayacaq.

Hər halda Azərbaycanda keçiriləcək seçkilər bayramdır, nəinki, kədərlənmək üçün bəhanə.

257
Əlaqədar
Təbiətin şıltaqlığı şimal-qərb bölgəsinin "altını-üstünə çevirdi"
Politoloq Rusiya-Qərb gərginliyinin yeni münaqişələr yaradacağını deyir
Türklərin "yumşaq gücü" Qərb dünyasını heyrətə saldı
Politoloq Azərbaycana irad tutan Qərb ölkələrinin məqsədini açıqladı